1. Qədim Şərqin diplomatiyası


Vyana konqresi (1815) və onun qərarları



Yüklə 39,66 Kb.
səhifə3/12
tarix09.05.2023
ölçüsü39,66 Kb.
#109236
1   2   3   4   5   6   7   8   9   ...   12
Beynəlxalq münasibətlər tarixi

3.Vyana konqresi (1815) və onun qərarları.
Vyana konqresi 1814-cü ilin sentyabrı — 1815-ci ilin iyununda fəaliyyət göstərdi. Konqresin işində Osmanlı dövləti istisna olmaqla, bütün Avropa dövlətlərinin 216 nümayəndəsi iştirak edirdi. Lakin əsas rolu İngiltərə, Rusiya və Avstriya oynayırdı. Konqresdə mərkəzi yeri Polşa — Saksoniya məsələsi tutdu. Rusiya bütün Polşa torpaqlarını, Prussiya isə Saksoniyanı birləşdirmək istəyirdi. Hər iki dövlətin güclənəcəyindən ehtiyat edən Avstriya, İngiltərə və Fransa buna mane olmaq istəyirdi. Avstriyanın xarici işlər naziri Metternix İngiltərənin Xarici İşlər naziri lord Kestleri ilə birləşərək, Saksoniyanın Prussiyaya verilməsi müqabilində kral III Fridrix Vilhelmin çara xəyanət edərək onların tərəfinə keçməsinə çalışdı. Kral bu barədə I Aleksandra məlumat verdikdə çarın necə bir vəziyyətə düşməsini təsəvvür etmək çətin deyil.Taleyran belə bir diplomatik gərginlikdən istifadə edərək üç dövlətin — Avstriya, Fransa və İngiltərənin Rusiya və Prussiyaya qarşı ittifaqını yaratmağı təklif etdi. 1815-ci il yanvarın 3-də həmin dövlətlər arasında Vyana gizli müqaviləsi imzalandı. I Aleksandr güclü diplomatik müqavimət nəticəsində Saksoniya məsələsində güzəştə getməyə məcbur oldu. Konqresdə alman torpaqları ilə bağlı məsələyə də baxıldı və 38 alman dövlətinin (Avstriya, Prussiya və b.) iştirakı ilə "Alman ittifaqı" təşkil edildi. Konqres işini başa çatdırmağa hazırlaşdığı bir vaxtda Napoleon sürgündən qaçmağa nail oldu. 1814-cü il martın 1-də Fransaya gəldi, 20-də isə Parisə daxil oldu. Napoleon hakimiyyətini bərpa etdi və yüz günlük (1815-ci il 20 mart −28 iyun) hakimiyyət dövrü başladı.Bu zaman diplomatiya tarixinin maraqlı hadisələrindən biri baş verdi. Napoleon tələsik Parisi tərk edən kral XVIII Lüdovikin kabinetindən 1815-ci il 3 yanvar Vyana gizli müqaviləsinin Fransaya aid nüsxəsini tapdı və onu təcili olaraq Vyanaya — I Aleksandra göndərdi. Lakin Napoleonun bu addımı son nəticədə müttəfiqlərin münasibətini poza bilmədi. I Aleksandr başlıca düşməninin məhz Napoleon olduğunu əsas götürərək birgə mübarizəyə tərəfdar oldu. 1815-ci il iyunun 15-də Vyana konqresinin son iclası keçirildi və yekun aktı imzalandı. Yekun aktının əsasını Avropanın yeni siyasi xəritəsinin müəyyənləşdirilməsi təşkil edirdi. Fransa işğallarından mərhum edildi, Belçika və Hollandiya Niderland krallığına birləşdirildi, İsveçrə konfederasiyası neytral dövlət elan edildi. İtaliyada Sardinya krallığı bərpa olundu. Müttəfiq dövlətlər — İngiltərə, Rusiya, Avstriya və Prussiya yeni torpaqlar və imtiyazlarla üstünlüklərini reallaşdıra bildi. Vyana konqresinin yekun aktına bəzi əlavələr (zəncilərlə ticarətin ləğvi və s.) əlavə edildi. Vyana konqresindən bir neçə gün sonra, 1815-ci il iyunun 18-də Napoleon Vaterloo döyüşündə qəti şəkildə məğlub edildi. Vyana konqresi ilə yaranan münasibətlər sistemi daha da möhkəmləndirildi. 1815-ci il sentyabrın 26-da Müqəddəs İttifaq adlandırılan birlik yaradıldı. Konqresdə aparıcı rolu İngiltərə, Rusiya, Avstriya və Prussiya oynayırdı. Konqresin qərarına görə, I Napoleondan geri alınan ərazilərdə etnik prinsip əsasında dövlətlərin yaradılması deyil, onların monarxiyalar arasında bölüşdürülməsi qaydası tətbiq olundu. Fransanın inqilabdan əvvəlki sərhədləri bərpa edildi. Rusiya Polşanın bir hissəsini ilhaq etdi. Böyük Britaniya Malta, Seylon və Afrikanın cənubuna sahib oldu.Vyana konqresinin qərarına əsasən, alman dövlətləri konfederasiyada birləşdi. Ümumi müdafiə prinsipinə əsaslanan Almaniya konfederasiyasında Avstriya və Prussiya əsas rol oynayırdı.1814–1815-ci illər Vyana konqresindən sonra Avropada münasibətlər müntəzəm olaraq çağırılan konqreslərlə tənzimlənməyə başlandı. Güc tarazlığına və monarxiyaların hakimiyyətini qoruyan legitimliyə (qanuniliyə) əsaslanan dünya düzəni quruldu. Bu sistemin əsasını qoyanlardan biri Avstriya imperiyasının Xarici İşlər naziri Klemens Metternix idi. XIX əsrin birinci yarısında Avropada dövlətlərarası münasibətlər “Metternix sistemi”nə görə tənzimlənirdi. Bu sistem monarxiya sülalələrinin legitimlik prinsipinə əsaslanırdı. Yəni hər bir dövlət hakim sülalənin hökmdarına məxsus hesab edilirdi. Fransızların şərq sərhədi boyu dövlətlərdən baryera ucaltmaq. Tarixi Holandiya respublikası Niderland krallığı kimi bərpa olundu. Cənubi Sardinyada İtalya krallığı bərpa edildi. Reynin bütün alman solsahili Prussiyaya verildi. Konqresin qərarına görə:Varşava daxil olmaqla, Polşanın bir hissəsi və Finlandiya Rusiyaya keçdi,Avstriya Venesiya və Lombardiyanı öz tərkibinə qatdı,Roma vilayətində Papanın hakimiyyəti bərpa edildi,Alman dövlətlərindən ibarət " Alman Ittifaqı " yaradıldı,İngiltərə isə Avropada hegemonluğunu bərpa etməklə yanaşı, Hollandiyanın keçmiş müstəmləkəsi Kap torpağını, Seylon adası və Maltanı ələ keçirdi,Konqresdə inqilabi hərəkata və Osmanlı imperiyasına qarşı mübarizə aparmaq üçün " Müqəddəs ittifaq" yaradıldı.


Yüklə 39,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə