1. Qədim Şərqin diplomatiyası


Postsovet məkanında müstəqil və suveren dövlətlərin yaradılması



Yüklə 39,66 Kb.
səhifə7/12
tarix09.05.2023
ölçüsü39,66 Kb.
#109236
1   2   3   4   5   6   7   8   9   ...   12
Beynəlxalq münasibətlər tarixi

2.Postsovet məkanında müstəqil və suveren dövlətlərin yaradılması.
1991-ci ilin oktyabrında Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. Sovet Sosialist Respublikaları İttifaqı kimi nəhəng imperiyanın dağılması milli məfkurəli suveren dövlətlərin meydana gəlməsinə rəvac verdi. Nəticədə, postsovet məkanında xalqların öz soy-kökünə qayıdışı başlandı. İstiqlaliyyət əldə etmiş yeni dövlətlərdə baş verən sosial-iqtisadi hadisələr miqrasiya proseslərinin sürətlənməsinə səbəb oldu, bu da yeni diasporların təşəkkülünü və inkişafını şərtləndirdi. Azərbaycan Respublikasının müstəqil dövlətçilik ənənələrini bərpa etməsi və bunun ardınca ölkədə baş verən ictimai-siyasi hadisələr xalqın mühacirət tarixində də öz təsirini buraxmışdır. 1991-93-cü illərin siyasi hərcmərcliyi, bir-birinin ardınca baş verən dövlət çevrilişləri ölkə daxilindən xaricə siyasi mühacir axınına səbəb olmuş, yalnız ümummilli lider Heydər Əliyevin 1993-95-ci illər ərzində apardığı məqsədyönlü fəaliyyət bu prosesə son qoymuşdur. 1995-ci ildən etibarən ölkə başçısının xarici ölkələrdə yaşayan həmvətənlərin problemləri ilə yaxından maraqlanması, xaricə etdiyi bütün rəsmi və qeyri-rəsmi səfərlərində soydaşlarımızla görüşlər keçirməsi, bu görüşlər zamanı diaspor və lobbi məsələlərini dövlət əhəmiyyətli iş kimi önə çəkməsi müstəqillik illərində ali dövlət rəhbərliyinin diaspor problemlərinə yeni yanaşmasından xəbər verirdi. Dövlət səviyyəsində görülmüş tədbirlər qısa zaman ərzində öz bəhrəsini vermiş, xaricdə meydana gəlmiş milli cəmiyyət və təşkilatların fəaliyyətlərində keyfiyyət dəyişikliklərinə səbəb olmuş, dünya azərbaycanlılarının harada yaşamasından asılı olmayaraq Azərbaycan dövlətçiliyi naminə çalışmaq onların başlıca amalına çevrilmişdir. Müxtəlif ölkələrə səpələnmiş azərbaycanlıların öz milli mənsubiyyətlərini qorumaqla mədəni-siyasi həmrəyliyi müstəqil Azərbaycan Respublikasının dövlət maraqlarına uyğun gəlir və onun strateji məqsədlərindən biridir. Müstəqilliyin və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin gücləndirilməsi, erməni təcavüzünə məruz qalmış xalqın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində ədalətli həllinə nail olunması xarici ölkələrdə diaspor fəaliyyəti ilə məşğul olan təşkilatların vahid mərkəz ətrafında birləşməsini zəruri edir. Dünya azərbaycanlılarının yaşadığı ölkələrdə monolit qüvvə kimi çıxış etmələri onların milli və vətəndaş hüquqlarının qorunmasına da əhəmiyyətli təsir göstərir. Bu istiqamətdə xüsusilə 1993 ildən etibarən aparılan məqsədyönlü işlər artıq bir sıra aparıcı dünya dövlətlərində özünün konkret nəticələrini vermişdir. 1993-cü ildən etibarən hər il dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi rəsmi dövlət səviyyəsində qeyd edilir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci ilin may ayının 23-də ümummilli lider Heydər Əliyevin məlum Sərəncamı bu möhtəşəm ideologiyanın gerçəkləşməsinə istiqamətlənmişdir. Həmin ilin noyabr ayının 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil olmuşdur. I qurultayda 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Bu qurultayda Azərbaycan Respublikası 130-dan çox dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur. Dünya Azərbaycanlılarının I Qurultayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitq söyləmişdir. Dünya azərbaycanlılarının I qurultayı xaricdəki soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda böyük addım, gələcəyə istiqamətlənmiş önəmli tədbirlərdən idi. Qurultay milli ideologiyamız olan azərbaycançılıq ideyası ətrafında soydaşlarımızın birlik və həmrəyliyini nümayiş etdirdi. Qurultayda xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. Ümummilli lider Heydər Əliyevə məxsus olan bu ideya Azərbaycan diasporunun formalaşdırılması prosesini sürətləndirməyə xidmət edirdi. Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi sənəd olmuşdur.


  1. Yüklə 39,66 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə