1. Qədim Şərqin diplomatiyası


Koreya müharibəsi dövründə (1950-1953) beynəlxalq vəziyyət



Yüklə 39,66 Kb.
səhifə5/12
tarix09.05.2023
ölçüsü39,66 Kb.
#109236
1   2   3   4   5   6   7   8   9   ...   12
Beynəlxalq münasibətlər tarixi

5.Koreya müharibəsi dövründə (1950-1953) beynəlxalq vəziyyət.
Koreya müharibəsi — Şimali və Cənubi Koreya dövlətləri arasında 1950-ci il iyunun 25-dən 1953-cü il iyulun 27-ə qədər davam etmiş hərbi münaqişə (əslində müharibənin bitməsi hələ də rəsmən elan olunmayıb). Bəzən bu konfliktə Soyuq müharibə dövründə ABŞ və onun müttəfiqləri ilə ÇXR və SSRİ qüvvələri arasında baş vermiş gizli müharibə kimi baxılır. Şimal koalisiyasının tərkibinə Şimali Koreya və onun hərbi qüvvələri, Çin ordusu (amma rəsmən hesab edilir ki, ÇXR konfliktdə iştirak etməmişdir, Çinin nizami ordusu formal olaraq «Çin Xalq Könüllüləri» adlanan birləşmə hesab olunmuşdur) daxil idi. SSRİ rəsmən müharibədə iştirak etməsə də Şimal koalisiyasının maliyələşdirilməsinin və Çin ordusunun təchizatının böyük hissəsini öz üzərinə götürmüşdür. Çoxsaylı sovet hərbi məsləhətçi və mütəxəssisləri müharibənin başlanmasına qədər Şimali Koreyadan çıxarılmış, amma müharibə dövründə SİTA-nın müxbiri adı ilə geri göndərilmişdilər. Cənub koalisiyasınında isə Cənubi Koreya, ABŞ, Böyük Britaniya, həmçinin BMT Sülhməramlı Qüvvələri tərkibində bir sıra başqa ölkələr iştirak etmişdilər. 1947-ci ilin mayında Cənubi Koreyanın Milli Məclisinə demokratik seçkilər keçirildi, keçid hökuməti yaradıldı.Cənubi Koreyada dövlət quruculuğu sahəsində ən mühüm tədbir 1948-ci ilin avqustunda Koreya respublikası yaradılmasının elan edilməsi oldu. Liberal partiyasının lideri Li Sın Man Koreya Respublikasının ilk prezidenti seçildi. Buna cavab olaraq Şimalda da 1948-ci ilin 25 avqustunda Koreya Ali Xalq Məclisi yaradıldı. Məclis 1948-ci ilin 9 sentyabrında Koreya Xalq Demokratik Respublikasının yaradıldığını elan etdi. Nazirlər Kabinetinə başçılıq Kim İr Sena tapşırıldı. O, eyni zamanda Koreya Əmək partiyasının sədri də seçildi. Beləliklə də Koreyanın iki yerə bölünməsi hüquqi baxımdan da təsbit olundu.Tərəflərdən hər biri özünü qanuni hesab edir, digərinin varlığı fikrini yaxına buraxmırdı. Təbiidir ki, belə bir vəziyyətin yaranması bir tərəfdən regionda iki supergücün - Sovet İttifaqı və ABŞ-ın üstünlük uğrunda mübarizəsindən irəli gəlirdisə, o biri tərəfdən qarşıdurmanın daha da kəskinləşməsinə, silahlı münaqişənin qaçılmaz olmasına zəmin olaraq qalırdı. Doğrudur, formal olaraq sovet qoşunları 1948-ci ilin sonunda, amerika qoşunları isə 1949-cu ilin əvvəlində yarımadadan çıxmışdılar. Əslində isə hər iki tərəf müəyyən adlar altında burada yetərincə hərbi qüvvələr saxlamışdı və faktik olaraq Koreyanı ikiyə bölən 38-ci en dairəsi qarşı-qarşıya dayanmış iki dünya sistemini ayıran cəbhə xətti idi.ABŞ-ın Cənubi Koreya və Yaponiyada hərbi qüvvələrinin mövcudluğu onun strateji baxımdan qüvvətli bir durumda olduğuna dəlalət edirdi. Sovet İttifaqı hələlik başı Çində kommunistlərin hakimiyyətə gətirilməsi uğrunda mübarizənin təşkilinə qatıldığından ABŞ-ın bu durumuna dözürdü. Elə ki, Çin 1949-cu ilin sonralarında kommunist rejimi idarəsi altına keçdi, bundan sonra Sovet İttifaqının Asiyada güclənməsi imkanları kifayət qədər genişləndi. Sovet rəhbərliyi belə düşünürdü ki, artıq ABŞ-ı Asiya qitəsindən atmaq zamanı çatmışdır. Bu işi Koreyada həyata keçirmək mümkün olardısa, onda ABŞ-ın Yaponiyadan da çıxarılması asanlaşa bilərdi. Hərbi əməliyyatların getdiyi bir zamanda 1951-ci ilin iyun ayından atəşin kəsilməsi və barış danışıqlarına başlamaq haqqında razılaşma əldə edildi. Danışıqlar təklifi Şimali Koreyadan, təbiidir ki, Sovet İttifaqının təşəbbüsü və razılığı ilə gəlmişdi. Danışıqların getdiyi dövrdə hərbi əməliyyatlar hələ də davam etdirilirdi. Nəhayət, sovet lideri İ.V.Stalinin 1953-cü ilin martında ölməsi, bunun ardınca ali siyasi hakimiyyət daxilində mübarizənin güclənməsi və kəskinləşməsi səbəbindən Sovet İttifaqı təqdim olunan şərtlərə razı oldu. 1953-cü ilin iyulunda Phanmuncom kəndində \Keson şəhərinin yaxınlığında\ tərəflər arasında barışıq haqqında saziş imzalandı.Qeyd edək ki, istər danışıqlarda, istərsə də barışıq haqqında sazişin imzalanması prosesində Çin də «könüllülər» adından iştirak edirdi. Sazişin şərtlərinə görə Şimali Koreya və Cənubi Koreya arasındakı sərhəd yenə də 38-ci en dairəsindən keçirdi. İki Koreyanın durumunda heç bir dəyişiklik olmadı. Yalnız Sovet İttifaqı və ABŞ-ın Koreyadan çıxmayacaqları gerçəkləşdi. Halbuki, sazişin şərtlərinə görə xarici qoşunlar 90 gün ərzində Koreyadan çıxmalı idi. Koreyanın birləşdirilməsi və bərpası üzrə BMT-nin Komissiyası ölkənin gələcəyi haqqında tədbirlər hazırlamalı və həyata keçirməli idi.1953-cü ilin 1 oktyabrında ABŞ ilə Cənubi Koreya arasında bağlanan müqavilənin şərtləri ilə ölkədə amerika hərbi qüvvələrinin saxlanılmasına hüquqi əsas verilmiş oldu.Bu müharibə Koreya xalqına böyük bəlalar gətirdi. Çox böyük əksəriyyəti Şimaldan olmaqla milyonlarla dinc əhali və əsgər məhv edildi və yaralandı. 1 mln-a yaxın çinli əsgər öldürüldü və şikəst edildi. BMT qoşunlarının itkisi 54 min nəfər olmuş, ölkənin iqtisadiyyatına güclü zərər dəymişdir

Yüklə 39,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə