1. Qədim Şərqin diplomatiyası


Azərbaycanın Paris sülh konfransında (1919) iştirakı



Yüklə 39,66 Kb.
səhifə9/12
tarix09.05.2023
ölçüsü39,66 Kb.
#109236
1   ...   4   5   6   7   8   9   10   11   12
Beynəlxalq münasibətlər tarixi

Azərbaycanın Paris sülh konfransında (1919) iştirakı.

Paris Sülh Konfransı (18 yanvar 1919–21 yanvar 1920)— Birinci dünya müharibəsindən sonrakı dünyanın taleyini həll etmək məqsədi ilə "Antanta" ölkələri və ABŞ-ın Parisdə çağırdıqları sülh konfransı. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Paris sülh konfransında iştirakı bu dövrün beynəlxalq münasibətlərində mühüm yer tutdu. Azərbaycanın xarici siyasətinin başlıca məqsədi ölkənin müstəqilliyinin gerçəkləşməsindən ibarət idi. Bu vəzifənin həyata keçirilməsi işinə ölkənin ən nüfuzlu şəxsləri cəlb olundu. Azərbaycan parlamenti Paris sülh konfransında iştirak etmək üçün Parisə tam səlahiyyətli nümayəndə heyəti göndərmək haqqında qərar qəbul etdi. Parlamentin sədri Ə.M.Topçubaşov nümayəndə heyətinə başçı təyin olundu.Azərbaycan nümayəndə heyəti Parisə yola düşdü və 1919-cu il mayın 28-də İstiqlal günü ABŞ prezidenti Vilson Azərbaycan nümayəndə heyətini qəbul etdi. Vilsona təqdim edilmiş memorandumda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, onun 1 illik inkişaf yolu və istiqlal yolunda verdiyi qurbanlardan danışılırdı. Vilsondan Azərbaycanın istiqlalının tanınması, Vilson prinsiplərinin Azərbaycana aid edilməsi, Azərbaycanın Millətlər Cəmiyyətinə qəbul olunması, ABŞ-ın Azərbaycana hərbi ləvazimat sahəsində yardım göstərməsi xahiş olunurdu.Vilson Azərbaycan nümayəndə heyətinə ümidverici bir şey demədi. O, sülh konfransının dünyanı kiçik hissələrə parçalamaq niyyətində olmadığını dedi və bildirdi ki, Azərbaycan məsələsi rus məsələsindən əvvəl həll edilə bilməz. Erməni nümayəndələrinin pozuculuq fəaliyyəti də bu məsələnin müsbət həllinə mane olurdu. Onlar suverenliyin tanınmasından daha çox ərazi-sərhəd məsələsinə əhəmiyyət verir, Qafqazdakı real vəziyyət barədə Avropa və ABŞ ictimaiyyətində yanlış təsəvvür yaradırdılar. Erməni təbliğatının əsas hədəfi Osmanlı dövləti və Azərbaycan idi.Azərbaycan nümayəndə heyətinin ən əhəmiyyətli təbliğat işlərindən biri "Paris sülh konfransına Qafqaz Azərbaycanı sülh nümayəndəliyinin tələbləri" adlı kitabçası idi. Bu sənəd böyük tirajla fransız və ingilis dillərində çap edilərək yayıldı. Sənəddə Azərbaycanın mənşəyi haqqında məlumat verilir, xanlıqlar, çar Rusiyası dövründə vəziyyət şərh edilir, Azərbaycanın türk yurdu olması göstərilir, Zaqafqaziya Seymi, onun zəifləməsi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında tarixi icmal verilir, bolşeviklərin və ermənilərin təcavüzkar hərəkətləri haqqında danışılırdı.Azərbaycan nümayəndə heyətinin müttəfiq dövlətlərin nümayəndələrinə Azərbaycanın müstəqilliyinin tanınması barədə cavabsız müraciətlər etdi. Nəhayət, 1920-ci il yanvarın 11-də Lord Kerzonun təklifi ilə Paris konfransının ali şurasında Azərbaycan və Gürcüstanın istiqlalını de-fakto tanımaq haqqında yekdilliklə qərar qəbul olundu. İstiqlalın tanınmasından 3 gün sonra bu tarixi xəbərin sədasını almış Azərbaycan bayram edirdi. Azərbaycan Cümhuriyyətini Paris Sülh konfransında təmsil edən Nümayəndə heyətinin tərkibinə ölkənin tanınmış ictimai-siyasi xadimləri və görkəmli ziyalılar daxil idilər. Onlar Azərbaycanın müstəqilliyi ideyasına qəlbən bağlı olduqlarını, milli istiqlal uğrunda əzmlə mübarizə apardıqlarını fəaliyyət və bioqrafiyaları ilə dönə-dönə sübut etmişdilər. Nümayəndə heyətinin başçısı, XX əsrin əvvəllərində yalnız azərbaycanlıların deyil, çar Rusiyasındakı türklərin və müsəlmanların sınanmış lideri kimi tanman Əlimərdan bəy Topçubaşov Tiflisdə zadəgan ailəsində doğulmuş, Sankt- Peterburq universitetinin hüquq fakültəsini bitirmişdi. Bir müddət vəkillik fəaliyyəti ilə məşğul olmuşdu. 1897-ci ildə məşhur neft milyonçusu və metsenat H.Z.Tağıyevin maddi vəsaiti hesabına nəşr olunan "Kaspi" qəzetinin redaktoru kimi geniş ictimaisiyasi və ədəbi-publisistik fəaliyyətə başlamışdı. Onun redaktorluğu dövründə qəzet çarizm istibdadı şəraitində ən elementar hüquqları tapdanan Azərbaycan xalqının ruporuna çevrilmiş, dcmokratik ruhlu və milli əqidəli ziyalıları öz ətrafına toplamışdı.Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında öz missiyasını uğurla başa vurduqdan sonra parlament Fransa, Böyük Britaniya, İtaliya, ABŞ və Polşanın paytaxtlarında fəaliyyət göstərəcək diplomatik nümayəndəliklərin yaradılması haqqında qanun qəbul etdi. Bundan başqa, Azərbaycanın Təbriz, Xoy, Ənzəli, Rəşt, Əhər, Məşhəd, batum, Kiyev, Krım, Aşqabad və başqa yerlərdə konsulluqları fəaliyyət göstərməyə başladı. Bakıda isə Gürcüstan, Ermənistan, İran, Belçika, Hollandiya, Yunanıstan, Danimarka, İtaliya, Fransa, İsveç, İsveçrə, İngiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya və digər ölkələrin müxtəlif səviyyədə rəsmi nümayəndəlikləri fəaliyyət göstərirdi. 1905-ci il Birinci rus inqilabından sonra Ə.M.Topçubaşov bütün Rusiya türklərinin və müsəlmanlarının lideri kimi daha ardıcıl və prinsipial siyasi fəaliyyəti ilə tanınmışdı. O, Rusiya müsəlmanlarının 1904–07-ci illərdə keçirilən I–III qurultaylarının əsas təşkilatçılarından və rəhbərlərindən biri olmuş, Üçüncü qurultayın qərarı ilə yaradılan Ümumrusiya müsəlmanları partiyasının-"İttifaqi- Müslüm"ün Məramnamə və Nizamnaməsini hazırlamış, onun Mərkəzi Komitəsinin üzvü seçilmişdi. 1906-cı ildə Bakı quberniyasından Birinci Dövlət Dumasına deputat seçilən Ə.M.Topçubaşov Müsəlman fraksiyasını yaratmış və ona rəhbərlik etmişdi.

Yüklə 39,66 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə