1. Qədim Şərqin diplomatiyası


Almaniyanın birləşdirilməsi (1871) və beynəlxalq nəticələri



Yüklə 39,66 Kb.
səhifə4/12
tarix09.05.2023
ölçüsü39,66 Kb.
#109236
1   2   3   4   5   6   7   8   9   ...   12
Beynəlxalq münasibətlər tarixi

4.Almaniyanın birləşdirilməsi (1871) və beynəlxalq nəticələri.
XIX yüzilliyin ortaları üçün Avropada iki dövlətin birləşdirilməsi prosesi-Almaniya və İtaliyanın birləşdirilməsi öz həllini gözləyən problemlərdin sırasında idi. 1815-ci il Vyana konqresinin məlum qərarına əsasən təsis olunmuş Alman İttifaqı Avstriya və Prussiya arasındakı rəqabət ucbatından bir neçə dəfə dağılmaq təhlükəsinə məruz qalmışdı. XIX yüzillyin ortalarında Almaniyanın birləşdirilməsi ətrafında Avstriya-Prussiya rəqabəti kifayət qədər kəskinləşmişdi. Lakin Rusiyanın Avstriyanı dəstəkləməsi problemin yenidən Avstriyanın xeyrinə həll olunması ilə bitmişdi. Avropa hökmdarlarının da iştirakçısı olduqları 1851-ci il Olmyuts müqaviləsinin şərtlərinə görə, Alman İttifaqında Avstriyanın birinciliyi bərpa olunmuşdu. Rusiyanın hadisələrə təsiri Avropada tarazlığın saxlanıması məqsədi ilə edilmşidi. Almaniyanın birləşdirilməsi — 1871-ci ildə alman xalqlarının yaşadığı bir neçə onlarla müstəqil dövlətin Prussiya krallığı ətrafında birləşərək Almaniya imperiyası federal dövlətinin yaradılması.Almaniyanın siyasi və inzibati cəhətdən inteqrasiya olunmuş bir dövlət halına gəlməsi 1871-ci il 18 yanvar tarixində Fransanın Versal sarayındakı Güzgülü salonda elan edildi. Avstriya xaric olmaqla, bütün alman dövlətlərinin şahzadələri Fransa-Prussiya müharibəsinin nəticəsində Fransanın təslim olmasından sonra bir yerə gələrək Prussiya kralı I Vilhelmi alman imperatoru elan etdilər. Qeyri-rəsmi olaraq, alman dilli dövlətlərin de-fakto federativ sistemə keçməsi prosesi gedirdi. Bu proses alman dövlətlərindəki əsilzadələrin istəyindən asılı olaraq, bəzən sürətlənir, bəzənsə yavaşlayırdı. Bu proses müxtəlif partiyaların təxminən bir əsr davam edən avtokratik eksperimentlər üzərindəki öz maraqları, Müqəddəs Roma imperiyasının süqutunu sürətləndirən Napoleon müharibələri və alman millətçiliyinin yüksəlişi ilə müşahidə edilirdi.Birləşmə nəticəsində yeni millətin üzvləri arasında dini, dlinqivistik, sosial və mədəni fərqlərin olduğunu ortaya çıxardı. Bu zaman 1871-ci il birləşməsinin daha böyük birləşmə prosesinin bir anını təmsil etdiyi təklif edildi. Müqəddəs Roma imperiyası tez-tez "Bütün almanların imperiyası" adlandırılırdı. Müasir mənbələr isə onlara çox zaman "almanlar" deyə müraciət edirdi. İmperiyada əsilzadə şəxslərə "Almaniyanın şahzadəsi" və ya "Almanların şahzadəsi" deyə müraciət edilirdi. Almaniyanın yarandığı torpaqlar ilk öncələr Şərqi Frankiya adlanırdı və hələ Böyük Karlın dövründən etibarən kiçik krallıqlar formasında təşkil edilmişdi. Ölkənin ərazisinin əksəriyyəti dağlıq bölgələrdən ibarət idi və dağlarda təcrid edilmiş insanlar arasında uzun müddət davam etmiş dövr ərzində təhsil, linqivistika, mədəni və dini sahələrdə böyük fərqlər meydana çıxmışdı. XIX əsr boyunca nəqliyyat və kommunikasiya vasitələrinin inkişafı isə bu insanları bir-birinə daha yaxın etmişdi. 500 müstəqil dövlətin daxil olduğu Müqəddəs Roma imperiyasının hökmdarı II Frans Üçüncü koalisiya müharibəsi zamanı 1806-cı ilin 6 avqustunda hakimiyyətdən əl çəkdi. Bununla da imperiya süqut etdi. İmperiyanın hüquqi, adminstrativ və siyasi olaraq parçalanmasına və sona çatmasına baxmayaraq, keçmiş imperiyanın alman dilli əhalisi ümumi dilə, mədəniyyətə və hüquq adətinə sahib idi. Bunlar Napoleon müharibələri və Fransa inqilab müharibələri zamanı paylaşılan təcrübə sayəsində daha da artmışdı. Avropa liberalizmi birləşmə üçün sülalə və tək hakimiyyətliklə mübarizə aparacaq intellektual baza təklif edirdi. Bu cərəyanın alman təzahüründə isə müəyyən coğrafi regiondakı insanların dil, adət-ənənə və təhsil birliyinin vacibliyi vurğulanırdı. İqtisadi olaraq 1818-ci ildə Prussiya Gömrük İttifaqının (alm. Zollverein‎) yaradılması və sonradan Alman Konfederasiyasının genişlənərək, digər dövlətlərin də ona daxil olması dövlətlər arasındakı və daxilindəki mübarizəni bir qədər azaltdı. İnkişaf etməkdə olan nəqliyyat növləri iş və əyləncə səyahətlərini əvvəlki dövrlərə nisbətən xeyli asanlaşdırdı və nəticədə Mərkəzi Avropada alman dillilərin bir-biriləri ilə bəzən toqquşmalara səbəb olan kontaktları çoxaldı. Tarixçilər Otto fon Bismarkın 1866-cı il Şimali Alman Konfederasiyasını sadəcə daha da genişləndirmək üçünmü, yoxsa bütün almanları bir müstəqil dövlətdə toplamaq üçünmü mübarizə apardığını müzakirə edirlər. Gəlinən nəticə odur ki, Bismarkın realpolitikinə əlavə güc qatan faktorlar erkən müasir hökumətlərin XIX əsrdəki siyasəti, iqtisadiyyatı, hərbi sahəni və diplomatik münasibətləri yenidən təşkil etməsinə səbəb oldu. Danimarka və fransız millətçiliyi alman birliyi hissinin qabarmasına gətirib çıxarırdı. Başda Prussiya olmaqla, alman dövlətlərinin 3 regional müharibədəki hərbi uğurları insanlarda özünəinam və qürur hissinin baş qaldırmasına səbəb oldu.


Yüklə 39,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə