23
Dəmirtikan- Həlməlkimilər fəsiləsinə aid olub, birillik bitkidir. Bitki latın dilində
«Tribulus» adlanır. Lüğəti mənası yunan dilində treis-üç, bolos-tikan deməkdir. Rus dilində
«Əkorüı» adlanır. Alaq bitkisi olub heyvanlar üçün zəhərlidir. Bitkidə vegetasiyanın sürətlə
inkişafı və toxumun əmələ gəlməsilə zəhərlilik xüsusiyyətləri daha da artır. Xəstəlik heyvanlarda
başın şişməsi, titrətmə və selikli qişanın sarı rəngə boyanması ilə başlanır. Onların iştahası itir və
arıqlayırlar. Ölüm halları 85-90% təşkil edir. Azərbaycan florasında Yatağan dəmirtikan növü
vardır.
Dəmrovotu (Ziyilotu)- Xaşxaşkimilər fəsiləsinə aid olub, çoxillik bitkidir. Bitki latın
dilində «Chelidonium», rus dilində «Çistotel» adlanır. Dəmrovotunun tərkibində 14 növ alkaloid
müəyyən edilmişdir ki, onlardan ən mühümü xelidonin, sanqvinarin, protopin və xeleritrindir.
Tərkibində həmçinin qətran maddələri, kalsium, maqnezium, alüminium, karotin, C vitamini,
lipaza və bəzi efirli yağlar da vardır. Cövhəri və yaşıl bitkidən alınmış şirəsi xalq təbabətində dəri
vərəminə, ziyilə və s. qarşı istifadə olunur. Ödqovucudur. Xalq təbabətində dəri xəstəliklərinin,
xüsusən dəmrov və qoturun müalicəsində geniş istifadə olunur. Azərbaycan florasında 1 növü
yayılmışdır.
Dəvəayağı (Dəvəqulağı, süpürgə)- Qurğuşunçiçəyi fəsiləsinə aid olub, çoxillik bitkidir.
Bitki latın dilində «Limonium» adlanır. Lüğəti mənası yunan dilində leimon-otlaq deməkdir.
Cinsin bəzi növləri otlaqlarda yayıldıqları üçün onlara bu ad verilmişdir. Rus dilində «Kermek»
adlanır. Meyer dəvəayağı boyayıcı bitki, balverən və dekorativ bitki hesab olunur. Kökündən
qara boya alınır. Çiçəklərində 0,020 mq-a qədər nektar vardır. Təbii halda daha çox quraq
ərazilərdə yayılmışlar. Quraqlığa davamlı və bəzək əhəmiyyətinə görə yaşıllaşdırmada geniş
istifadə olunur. Azərbaycan florasında 5 növü vardır.
Dəvədabanı (Ögey ana)- Kəpənəkçiçəkkimilər (Mürəkkəbçiçək-kimilər) fəsiləsinə aid
olub, çoxillik bitkidir. Bitki latın dilində «Tussilago» ad-lanır. Lüğəti mənası tussis-öskürək,
agere isə hərəkətə gətirmək deməkdir. Rus dilində «Matğ i maçexa» adlanır. Dərman bitkisidir.
Dəvədabanının yar-paqları bəlğəm gətirən və dərini yumşaldan maddələrin hazırlanmasında is-
tifadə olunur. Yarpaqlarında 27 mq % A vitamini və 21,3-44,2 mq% C vitamini, selikli maddələr,
tussilyagin qlükozidi və inulin vardır. Elmi və xalq təbabətində yarpaq cövhərindən xroniki
bronxit xəstəlik-lərində, laringit və bronxial astma xəstəliklərinin müalicəsində istifadə olu-nur.
Azərbaycan florasında Adi dəvədabanı növü vardır.
Dəvəqıran (Karvanqıran)- Qırxbuğumkimilər fəsiləsinə aiddir. Bitki latın dilində
«Atraphaxis», rus dilində isə «Kurçavka» adlanır. Quraqlığa-davamlı kol və ya kolcuq olub,
dekorativ əhəmiyyətinə görə çox qiymətlidir. Suya bir o qədər tələbkar deyil. Avrasiyanın səhra
və bozqır ərazilərində ya-yılmışdır. Abşeron şəraitində yaşıllaşmada istifadə etmək olar.
Azərbaycan florasında 2 növü bitir.
Dəvəquşu lələyi- Ayıdöşəyikimilər fəsiləsinə aiddir. Bitki latın dilində
«Struthiopteris»
adlanır. Lüğəti mənası yunan dilində strution-dəvəquşu, pteris isə ayıdöşəyi deməkdir. Yarpaqları
dəvəquşunun lələyinə oxşadığına görə dəvəquşu lələyi adlanır. Rus dilində «Strausovoe pero»
adlanır. Həlim halına salınmış kökümsovu mədə-bağırsaq qurdlarına qarşı istifadə olunur.
Yarpaqları qablaşdırma materialı kimi alma, armud və digər meyvələrin nəql edilməsində istifadə
olunur. Azərbaycan florasında Alman dəvəquĢu lələyi növü vardır.
Dəvəotu- Tərəçiçəkkimilər fəsiləsinə aid olub, birillik bitkidir. Bitki latın dilində
«Corispermum» adlanır. Lüğəti mənası yunan dilində koris-balaca, sperma-toxum deməkdir. Rus
dilində «Verblödka» adlanır. Bütün heyvanlar tərəfindən yaxşı yeyilir. Azərbaycan florasında 2
növü yayılmışdır.
Dilqanadan (Qatıqotu, ətgətirən)- Boyaqotukimilər fəsiləsinə aid olub, birillik və çoxillik
bitkidir. Latın dilində «Galium» adlanır. Lüğəti mənası yunan dilində gala-süd deməkdir. Rus
dilində «Podmarennik» adlanır. Xalq təbabətində müalicə məqsədilə yerüstü hissələrindən
istifadə olunur. Tərkibində asperulozid qlükozidi, kumarinlər, limon turşusu, karotinoidlər, C
vitamini və b. vardır. Kökündə antraxinonlar tapılmışdır. Son illər bu bitkiyə diqqət daha da
24
artmışdır. Belə ki, ondan hazırlanan dərman vasitələrindən xalq təbabətində sakitləşdirici,
ağrıkəsici, böyrək xəstəliklərində (pielonefrit) sidik qovucu, həmçinin mədə ağrıları zamanı və
sarılığın müalicəsində istifadə edilir. Gövdə və yarpaqları üzərində dalayan tilişkələri olur. Dilə,
dodağa dəydikdə cızır, dalayır və qanaxma baş verir. Ona görə xalq arasında onu dilqanadan
adlandırırlar. Yun boyamaq üçün çiçəklərindən yaşıl və sarı, köklərindən isə qırmızı rəng alınır.
Azərbaycan florasında 41 növü vardır.
Dişqurtduyan- Kərəvüzkimilər (Çətirçiçəkkimiər) fəsiləsinə aid olan ikiillik bitkidir. Bitki
latın dilində «Ammi» adlanır. Lüğəti mənası yunan dilində ammos-qum deməkdir. Rus dilində
«Ammi» adlanır. Xalq təbabətində yemək yeyəndən sonra dişlərin dibini təmizləmək üçün
bitkinin cavan çöplərindən istifadə edirdilər. Bitkinin adı xalqdan götürülmüşdür. Çöpləri
müalicəvi xüsusiyyətə malikdir. Azərbaycan florasında 1 növü vardır.
Dişotu- Kələmkimilər (Xaççiçəkkimilər) fəsiləsinə aid olub, çoxillik ot bitkisidirlər. Bitki
latın dilində «Dentaria», rus dilində «Zubənka» adlanır. Kökümsovu qaynadılmış halda
yeməlidir. Dekorativ bitkidir. Azərbaycan florasında 2 növü vardır.
Doqquzdon- Doqquzdonkimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Lonicera», rus
dilində «Jimolostğ» adlanır. XVI əsrdə yaşamış alman riyaziyyatçısı, fiziki və botaniki Adam
Loniseranın şərəfinə belə adlandırılmışdır. Əksər növləri çox bəzəkli olub, yaşıllaşdırmada geniş
əkilib becərilir. İlin fəsillərində çox müxtəlif rənglərə bəzəndiyinə görə ona xalq doqquzdon adı
vermişlər. Meyvələrində 0,7%-ə qədər efir yağı vardır. Giləmeyvəsindən hazırlanan cövhər
homeopatiyaya qarşı istifadə olunur. Giləmeyvəsi yeməli deyil, qidaya qatdıqda isə ürəkbulanma
və ishala səbəb ola bilər. Azərbaycan florasında 5 növü vardır, 3-ü isə mədəni şəraitdə MNB-da
becərilir.
Dombalankök- Zirinckimilər fəsiləsinə aid olub, çoxillik bitkidir. Bitki latın dilində
«Leontice», rus dilində «Leontiüa» adlanır. Əksər növləri yabanı halda daşlı, qayalıq ərazilərdə
bitir. Çoxillikdir. Vegetasiyaya tez başlayır. Yayda meyvələri yetişdikdən sonra yerüstü hissəsi
quruyur. Yumurtavarı kökyumuruları bişirildikdən sonra yeməli olur. Tərkibi nişasta ilə
zəngindir. Bəzək-bağçılıqda istifadə edilir. Azərbaycan florasında 1 növü yayılmışdır. MNB-da
becərilir.
Dovşanalması- Gülçiçəklilər fəsiləsinə aiddir. Bitki latın dilində «Cotoneaster», rus
dilində «Kizilğnik» adlanır. Lyğəti mənası yunan dilində cotonea-heyva, aster-oxşar deməkdir.
Daşlı yamaclarda, divarların dibində əkmək və eləcə də alçaq çəpərlər salmaq üçün qiymətli
koldur. Dovşanalmasının meyvələri quşlar üçün yaxşı yemdir. Tamkənaryarpaq dovşanalmanın
yarapqlarında 284 mq %, qarameyvənin yarpaqlarında 115,8-250 mq % C vitamini vardır.
Azərbaycan florasında 5 növü vardır. Orta Asiyadan, Yaponiya və Çindən gətirilmiş 15 növü
MNB-da becərilir.
Dovşankələmi- Dovşankələmikimilər fəsiləsinə aid olub, birillik, ikiillik və çoxillik
bitkidir. Bitki latın dilində «Sedum» adlanır. Lüğəti mənası sedare-sakitləşdirmək, yəni yaranın
sağalması üçün ağrıkəsən dərmanın təsiri deməkdir. İkinci mənası isə sedere-oturmaq deməkdir.
Rus dilində «Oçitok» adlanır. Dovşankələmi qədim vaxtlardan dərman bitkisi kimi istifadə
olunub. Bu cinsin ayrı-ayrı növlərinin yarpaqlarını əzib yaranın üzərinə qoyurdular. Azərbaycan
florasında 22 növü vardır.
Döşotu- Kəpənəkçiçəkkimilər (Mürəkkəbçiçəkkimilər) fəsiləsinə aid olub, çoxillik
bitkidir. Bitki latın dilində «Linosyris», rus dilində «Qrudniüa» adlanır. Xalq təbabətində su ilə
dəmləməsi sinəyumşaldıcı, bəlğəmgətirici olduğuna görə döşotu adlanır. Azərbaycan florasında 2
növü vardır.
Döyənəkotu- Qərənfilçiçəkkimilər fəsiləsinə aid olub, çoxillik bitkidir. Bitki latın dilində
«Cucubalus» adlanır. Lüğəti mənası yunan dilində kakoc-pis, bolos-zərbə deməkdir. Rus dilində
«Voldırnik» adlanır. Bitkinin yarpaqlarını qurudub, döyüb toz halına saldıqdan sonra bu tozu
vazilenlə qarışdırır, alınmış yaxmadan əldə, ayaqda əmələ gəlmiş döyənəyin, qabarın