150
Cahan Ģahın nəqqaĢxanasında ad qazanmıĢ ustad
ġeyx Əli Təbrizinin «Xosrov və ġirin»in möcüzəvi
bir nüsxəsini nəqĢ elədiyi yazılıb. Mənim
eĢitdiyimə görə, hazırlanması tam on bir il çəkən
kitabda ustadlar ustadı ġeyx Əli elə bir hünər
göstərib, ancaq qədim ustadlardan ən böyüyü
Behzadın nəqĢ eləyə biləcəyi elə möcüzəli səhifələr
yaradıb ki, Cahan Ģah hələ kitab yarıya
çatmamıĢdan dünyada tayı-bərabəri olmayan
fövqəladə bir kitaba yiyələnmək üzrə olduğunu
baĢa düĢüb. Özünə baĢ düĢmən elan elədiyi
Ağqoyunlu hökmdarı gənc Uzun Həsənin qorxusu
və ona duyduğu qısqanclıqla yaĢayan Qaraqoyunlu
Cahan Ģahın ağlına dərhal gəlir ki, daha da yaxĢısı
Ağqoyunlu Uzun Həsən üçün rəsm edilə bilər. Öz
xoĢbəxtliklərini «əgər baĢqaları da bu qədər
xoĢbəxtdilərsə»
qorxusuyla
zəhərləyən
əsl
qısqanclardan olduğuna görə Cahan Ģah sezir ki,
ustad nəqqaĢ bu kitabdan bir nüsxəsini də, hətta
daha yaxĢısını rəsm eləsə, bunu ancaq Uzun Həsən
üçün hazırlayacaqdı. Beləcə, həmin möcüzəli kitaba
özündən baĢqa bir kimsə sahib olmasın deyə kitabı
baĢa çatdırandan sonra ustad nəqqaĢı – ġeyx Əlini
öldürtmək qərarına gəlir. Amma hərəmxanasındakı
nəcib qəlbli bir çərkəz gözəli ona usta nəqqaĢı kor
eləməsinin yetərli olacağını xatırladır. Cahan Ģahın
dərhal bəyənib, ətrafındakı yaltaqlara açdığı bu
151
parlaq qərar ustad nəqqaĢ ġeyx Əlinin qulağına da
çatır, amma o, baĢqa sıravi nəqqaĢların eləyəcəyi
kimi kitabı yarıda qoyub, Təbrizdən çıxmayır.
Hətta korluğunu gecikdirmək üçün kitab üzərində
yavaĢ-yavaĢ iĢləmək, ya da kitab nöqsansız olmasın
deyə pis çəkmək kimi yollara sapmayıb.
HəmiĢəkindən daha da böyük Ģövq və əqidəylə
çalıĢıb. Təkcə yaĢadığı evində sübh namazından
sonra iĢləməyə baĢlayar, gecəyarısı Ģamların
iĢığında yorğun gözlərindən əzab yaĢları axana
qədər elə eyni atları, sərvləri, aĢiqləri, əjdahaları və
yaraĢıqlı Ģahzadələri rəsm eləyərmiĢ. Çox vaxt
heratlı qədim ustadların hazırladıqları bir səhifəyə
günlərlə baxar, bir yandan da heç baxmadığı kağıza
eyni rəsmi olduğu kimi çəkərmiĢ. Axırda
Qaraqoyunlu Cahan Ģah üçün hazırladığı kitab baĢa
çatır, ustad nəqqaĢ gözlədiyi kimi, əvvəlcə
təriflənib qızıla tutulur, sonra ucu sivri tuğ iynəsiylə
kor edilir. ġeyx Əli heç ağrısı belə kəsilmədən
dərhal Heratdan çıxıb Ağqoyunlu hökmdarı Uzun
Həsənin yanına gedir. «Bəli, koram», – ona deyib.
«Amma son bir ildə nəqĢ elədiyim kitabın bütün
gözəllikləri hər qələm, hər fırça dəyməsinə qədər
yadımdadı, əlim də onları mən görməyə-görməyə
əzbərdən çəkməyi bacarır. Xanım, sənə olub-keçən
ən gözəl kitabı nəqĢ eləyə bilərəm. Çünki gözlərim
artıq bu dünyanın yaramazlığına iliĢib qalmadığına
152
görə Allahın bütün gözəlliklərini yaddaĢımdan ən
saf tərzdə çəkə bilərəm». Uzun Həsən böyük ustad
nəqqaĢa dərhal inanır, ustad da sözünün üstündə
durub, mövcud olan ən möcüzəvi kitabı Ağqoyunlu
xaqanına əzbərdən çəkir. Daha sonra Ağqoyunlu
Uzun Həsənin Qaraqoyunlu Cahan Ģahı Bingöl
yaxınlığında bir hücümla yenib, öldürməsinin
arxasında müzəffər xaqanın yeni kitabının verdiyi
mənəvi güc olduğunu hamı bilir. Həmin möcüzəvi
kitab ustad ġeyx Əli Təbrizinin rəhmətlik Cahan
Ģaha hazırladığı əvvəlki kitabla birgə müzəffər
Uzun Həsən rəhmətlik Fatih Sultan Mehmet xana
Otluqbeli savaĢında məğlub olanda PadĢahımızın
xəzinəsinə qatılıb. Görənlər bilir.
BE
Cənnətməkan Qanuni Sultan Süleyman
xəttatlara daha çox qiymət verdiyinə görə zamanın
bəxtsiz nəqqaĢları bu danıĢacağım hekayəni nəqşin
xətdən daha vacib olduğuna misal kimi
danıĢırlarmıĢ, amma hər diqqətlə dinləyənin baĢa
düĢəcəyi kimi, bu hissə korluq və hafizə barədədi.
Cahan hakimi Teymurun ölümündən sonra bir-
birilərinə hücum eləyib aralarında rəhmsizcəsinə
savaĢan oğullarının və nəvələrinin bir-birilərinin
Ģəhərlərini fəth eləyəndə atdıqları ilk addım öz
153
adlarına pul buraxıb, məsciddə xütbə oxutmaq idi.
Ġkinci addım isə bir-birilərindən ələ keçirdikləri
kitabları parçalayıb, əvvəlinə özlərini «cahan
hakimi» kimi öyən ithaf və yeni titul qoyub yenidən
cildlətmələriydi ki, görənlər həmin hökmdarın
kitabına baxıb cahan hakimi olduğuna inansınlar.
Onlardan biri, Teymurun nəvəsi Uluqbəyin oğlu
Əbdüllətif Heratı ələ keçirəndə xəttatlarını,
nəqqaĢlarını, cildçilərini atasının adına dərhal kitab
hazırlanmasına elə canfəĢanlıqla səfərbər eləyib,
onları elə tələsdirirmiĢ ki, parçalanan cildlərdən
çıxan rəsmlər, yazılı səhifələr cırılıb yapıĢdırılanda
bir-birinə qarıĢır. Hansı kitabın hansı hekayənin
parçası olduğuna fikir vermədən rəsmləri necə gəldi
cildlədib, kitablar düzəltmək naxıĢsevər Uluqbəyə
yaraĢmayacağına görə oğlu Heratın bütün
nəqqaĢlarını yığıb rəsmləri sırayla düzmək üçün
hekayələrini söyləməyi tələb eləyir. Amma hər
beyindən baĢqa bir hekayə çıxır, rəsmlər bir-birinə
daha çox qarıĢır. Onda son əlli dörd ildə Heratda
hökm sürmüĢ bütün Ģahların, Ģahzadələrin
kitablarına gözünün nurunu verəndən sonra
unudulan sonuncu qoca baĢ nəqqaĢı axtarıb tapırlar.
Rəsmlərə baxan qədim ustadın kor olduğu aĢkara
çıxanda təlaĢ baĢlayır, hətta gülənlər də tapılır,
amma qoca ustad yeddi yaĢına çatmamıĢ, ağıllı,
ancaq oxuyub-yazmağı bacarmayan bir uĢaq istəyir.
Dostları ilə paylaş: |