154
Dərhal tapıb gətiriblər. Qoca nəqqaĢ uĢağın
qabağına bir rəsm qoyub, «Gördüyünü danıĢ», –
deyir. UĢaq rəsmdə gördüklərini danıĢanda qoca
nəqqaĢ da görməyən gözlərini göy üzünə dikib
diqqətlə dinləyir, sonra belə izah eləyir:
«Firdovsinin «ġahnamə»sindən Ġsgəndərin ölən
Daranı qucaqlaması... Sədinin «Gülüstan»ından
gözəl Ģagirdinə aĢiq olan xocanın hekayəsi...
Nizaminin
«Məhzəni-Əsrar»ından
həkimlərin
yarıĢması...» Ġxtiyar və kor qocaya qəzəblənən o
biri nəqqaĢlar: «Bunları biz də deyərdik, –
söyləyiblər, – bunlar ən məĢhur hekayələrin ən bəlli
məclisləridi». Qoca və kor nəqqaĢ bu dəfə uĢağın
qabağına ən çətin rəsmləri qoydurub yenə onu
diqqətlə dinləyir. «Firdovsinin «ġahnamə»sindən
Hörmüzün xəttatları bir-bir zəhərləyib öldürməsi»,
– yenə göyə baxa-baxa deyir. «Mövlananın
«Məsnəvi»sindən arvadını və arvadının aĢiqini
armud ağacının baĢında yaxalayan ərin yaramaz
hekayəsi və ucuz rəsm», – deyir, belə-belə görə
bilmədiyi bütün rəsmləri uĢağın izahından tanıyır,
kitabların cildlənməsini yoluna qoyur. Uluqbəy
ordusuyla Herata girəndə ustad nəqqaĢdan usta
nəqqaşların görməklə başa düşə bilmədikləri
hekayələri özünün heç görmədən tanımasının
sirrini soruĢur. «Bunun səbəbi, hesab edildiyi kimi,
kor olduğuma görə yaddaĢımın qüvvətli olması
155
deyil», – qoca nəqqaĢ deyir. «Mən hekayələrin
təkcə xəyallarla deyil, sözlərlə xatırlandığını heç
unutmuram». Uluqbəy o sözləri və hekayələri öz
nəqqaĢlarının da bildiklərini, amma rəsmləri sıraya
düzə bilmədiklərini söyləyir. «Çünki, – qoca
nəqqaĢ deyir, – onlar öz hünər və sənətləri olan
nəqş barədə çox yaxşı düşünürlər, amma qədim
ustadların bu rəsmləri Allahın xatirələrindən
yaratdıqlarını bilmirlər». Uluqbəy uĢağın bunu
necə bildiyini soruĢur. «UĢaq bilmir, – qoca nəqqaĢ
deyir, – yalnız kor və ixtiyar nəqqaĢ kimi Allahın
aləmi yeddi yaşındakı ağıllı uşağın görmək
istəyəcəyi təki yaratdığını bilirəm. Çünki Allah
aləmi əvvəlcə görülmək üçün yaratdı. Sonra da bizə
sözləri verdi ki, gördüyümüzü bir-birimizlə bölüşüb
danışaq, amma biz sözlərdən hekayələr düzəltdik,
naxışın da həmin hekayələr üçün çəkildiyini güman
elədik. Ona görə də naxış, əslində, Allahın
xatirələrini çatdırmaq, aləmi onun gördüyü kimi
görməkdi.
CĠM
NəqqaĢ tayfasının haqlı və əzəli qorxusu
korluq əndişəsi üzündən bir vaxtlar ərəb
nəqqaşların gün doğanda günbatana, üfüqə uzun-
156
uzadı baxdıqları, bir əsr sonra Şirazda çoxlu
nəqqaşın səhərlər acqarına ceviz içiylə döyülmüş
gül yarpağı əzib yedikləri məlumdu. Yenə eyni
dövrdə isfahanlı yaĢlı nəqqaĢların vəbaya yoluxan
sayaq növbəylə yoluxduqları korluğun səbəbi
saydıqları gün iĢığı düz iĢ taxtalarına dəyməsin
deyə otağın yarıqaranlıq küncündə, çox vaxt da
Ģamların iĢığında iĢləyər, Buxaradakı özbək
nəqqaĢxanalarında
ustadlar
gözlərini
günün
axırında ovsun oxunmuĢ suyla yuyardılar. Bütün bu
üsullar içində korluğa ən saf yaxınlaĢanı, təbii ki,
böyük Ustad Behzadın müəllimi ustad nəqqaĢ
Seyid Mirək tərəfindən tapılanıdı. Ustad nəqqaĢ
Mirəyə görə, korluq bəla deyil, bütün həyatını onun
gözəlliyinə həsr eləyən nəqqaşa Allahın verəcəyi
son xoşbəxtlikdi. Çünki naxıĢ nəqqaĢın Allahın
aləmi necə gördüyünü axtarmasıdı, bu təkrarsız
görüntü də ancaq uzun illər çalıĢandan sonra,
gözlər yorulub nəqqaĢ əməlli-baĢlı əyiləndə
qazanılan korluqdan sonra xatırlana-xatırlana olur.
Deməli, Allahın aləmi necə gördüyü təkcə kor
nəqqaşların yaddaşından dərk edilir. Bu xəyala
malik olanda, yəni xatirələrin və korluğun zülməti
içində gözünün qabağında Allahın mənzərəsi peyda
olanda qoca nəqqaş əli möcüzəvi rəsmi öz-özünə
kağıza köçürə bilsin deyə bütün həyatı boyu əlini
alışdırmaqla məşğul olur. Dövrün heratlı nəqqaĢları
157
və xəttatları barədə də yazmıĢ tarixçi Mirzə
Məhəmməd Heydər Duğlata görə, ustad Seyid
Mirək bu nəqĢ anlayıĢına at rəsmi çəkmək istəyən
nəqqaĢdan misal da çəkib. Buna görə də ən
qabiliyyətsiz nəqqaĢ belə baĢının içi bomboĢ
olduğu üçün eynilə bugünkü firəng rəssamları kimi
ata baxa-baxa at rəsmi çəkəndə də rəsmi öz
yaddaşından çəkir. Çünki heç kəs eyni zamanda
həm ata, həm də üzərində atın rəsmini çəkdiyi
kağıza baxa bilməz. NəqqaĢ əvvəlcə ata baxır,
sonra yaddaĢındakını dərhal kağıza çəkir. Aradan
göz qırpımı qədər zaman belə keçsə də, nəqqaĢın
kağıza köçürdüyü, həmin məqamda gördüyü at
deyil. Bir az əvvəl gördüyü atın xatirəsidi ki, bu da
ən səfil rəssam üçün belə rəsmin ancaq yaddaĢ
mümkün ola biləcəyinin sübutudu. NəqqaĢın fəal
peĢə həyatının, daha sonra gələcək xoĢbəxt korluğa
və korların xatirələrinə hazırlıq təki görünən bu
anlayıĢının nəticəsi kimi dövrün heratlı ustadları
kitabsevər Ģahlar və Ģahzadələr üçün çəkdikləri
rəsmi əl vərdiĢi təmrini təki görür. ĠĢləməyi,
aravermədən çəkməyi, günlərlə dayanıb-durmaq
bilmədən Ģamların iĢığında Ģamlara baxmağı
nəqqaşı korluğa aparan xoşbəxt bir iş kimi qəbul
eləyir. Ustad nəqqaĢ Mirək həyatı boyu korluğa
qəsdən və inadla yaxınlaĢa-yaxınlaĢa, bəzən dırnaq,
düyü, hətta saç üzərində bütün yarpaqlarıyla ağaclar
Dostları ilə paylaş: |