180
Qarla örtülü boĢ küçələrdən, hər tərəfi
çürümüĢ, sökülmüĢ, zorla dik duran yoxsul evlərin
arasından, yanğın yerlərindən keçdim. Qıraq
məhəllələrdən, bostanlar, tarlalar arasından araba
dəstləri, təkərlər satan, dəmir iĢləri görən
dükanların,
sərracxanaların,
yəhərxanaların,
qoĢquxanaların,
nalbəndxanaların
qabağından
hasarlara doğru ehtiyatlı, qocafəndi addımlarımla
buzda sürüĢüb yıxılmamağa çalıĢa-çalıĢa uzun-
uzadı getdim.
Cənazəni düz Ədirnəqapıdakı Mehrimah
camesindən niyə götürdüklərini bilmirəm. Camedə
mərhumun qəzəbli, dikbaĢ görünən yekəbaĢ və
çaĢqın qardaĢlarını qucaqladım. NəqqaĢlarla,
xəttatlarla bir-birimizi qucaqlayıb ağlaĢdıq. Birdən-
birə çökən, aĢağı yatıb hər yeri basan qurğuĢuna
oxĢar dumanın içində cənazə namazını qılanda
gözüm musalla
1
daĢının üzərindəki tabuta dikildi,
bu iĢi eləyən alçağa elə qəzəb duydum ki,
«Allahümmə Barik» duası belə beynimdə bir-birinə
qarıĢdı.
Namazdan sonra camaat tabutu çiyinlərinə
götürəndə
hələ
nəqqaĢların
və
xəttatların
arasındaydım. Leyləklə kitabım üçün birgə solğun
1
Üzərinə tabut qoyulan masa böyüklüyündə daĢ
181
lampanın iĢığında səhərlərə qədər oturduğumuz
bəzi gecələrdə məni Zərif əfəndinin təzhiblərinin
ucuzluğuna, rəngdən istifadə eləməsində – zəngin
görünsün deyə hər yerə açıq-mavi rəng sürtür
deyərək – təcrübəsiz olduğuna inandırmağa
çalıĢdığını və mənim də, əslində, ona haqq verib,
«amma adam yoxdu» deməyimi də unutduq,
qarĢılıqlı, bir də ağlaĢma səsləri çıxara-çıxara
uzaqlaĢdıq. Zeytunun mənə dostcasına, bir cür
hörmətlə
baxması,
sonra
qucaqlaması
–
qucaqlamasını bilən adam yaxşı adamdı – elə
xoĢuma gəldi ki, bütün nəqqaĢlar, xəttatlar arasında
kitabıma ən çox onun inandığını bir də beynimdən
keçirdim.
Həyət qapısındakı pilləkənlərdə baĢ nəqqaĢ
Ustad Osmanla yan-yana düĢdük, bir-birimizə nə
deyəcəyimizi də biləmmədik. Bu, qəribə gərgin an
idi; mərhumun qardaĢlarından biri hıçqıra-hıçqıra
ağlamağa baĢlamıĢ, özünü göstərməyi sevənlərdən
biri də təkbir gətirmiĢdi.
«Hansı qəbiristanlığa?» – məndən elə-belə
söhbət xətrinə soruĢdu.
«Bilmirəm» deməyin nədənsə xoĢagəlməz
vəziyyət yaradacağı üçün təlaĢa düĢdüm, heç
düĢünmədən pilləkəndə yanımda duran adamdan
mən də: «Hansı qəbiristanlığa?» – soruĢdum.
«Ədirnəqapıyamı?»
182
«Eyyuba», – gənctəhər saqqallı, qəzəbli bir
səfeh dedi.
«Eyyuba», – dönüb ustada söylədim, amma
o, əslində, saqqallı və qəzəbli səfehin dediyini
eĢitmiĢdi. Beləcə, mənə «baĢa düĢdüm» mənasında
elə bir nəzər saldı ki, rastlaĢmağımızın bundan da
artıq uzanmasını istəmədiyini vaxtında baĢa
düĢdüm.
«Gizli» dediyim kitabın yazılması, nəqĢ
edilməsi, rəsm çəkilməsi iĢini PadĢahımızın mənə
etibar eləməsini, əlbəttə, Ustad Osman ürəyinə
salıb. Bundan baĢqa, PadĢahımızın mənim
təkidimlə naxışda firəng üsullarına maraq
göstərməsi də var. Bir kərə padĢah böyük Ustad
Osmanı məcbur eləmiĢdi ki, bir italyana çəkdirdiyi
portretinə oxĢar rəsm çəksin. Ustad Osmanın
iyrənə-iyrənə çəkdiyi o qəribə rəsmdən, «iĢgəncə»
dediyi italyan rəssamı yamsılamaqdan yana məni
günahkar saydığını bilirəm. Haqlıydı.
Pillələrin yarısında dayanıb bir müddət göy
üzünə baxdım. Xeyli arxada qaldığıma əmin olanda
buzlu pilləkəndən enməyə baĢladım. Ağır-ağır iki
pillə enib-enməmiĢdim ki, bir nəfər qoluma girib
məni qucaqladı: Qaraydı.
«Çox soyuqdu, – dedi, – üĢüyürsünüzmü?»
ġəkurənin ağlını alanın bu olduğuna heç bir
Ģübhəm yox idi. Qoluma girməsində özünə inam
183
bunu sübut eləyir. Hərəkətlərində «on iki ildə
çalıĢdım, adam oldum» mənasını verən bir Ģey var.
Pillələr qurtardı. Mənə nəqqaĢxanada nələr
öyrəndiyimi sonra danıĢsın.
«Sən irəlidə get, bala», – dedim. «Get,
camaata çat».
ÇaĢdı, amma rəngi allanmadı. Təmkinlə
qolumdan çıxıb getməsi hətta xoĢuma gəldi.
Şəkurəni buna versəm, bizimlə bir evdə qalarmı?
Ədirnəqapıdan Ģəhərin kənarına çıxmıĢdıq ki,
lap aĢağılarda, seyrək dumanın içində az qala artıq
gözdən itən tabutu, onu çiyinlərində apara-apara
yoxuĢdan Xalicə doğru sürətlə enən nəqqaĢlar,
xəttatlar, Ģəyirdlər tünlüyünü gördüm. O qədər
sürətlə yerimiĢdilər ki, qarla örtülü vadidən Eyyuba
enən palçıqlı yolun indidən yarısını aĢmıĢdılar.
Sükutun, dumanın içində solda Xanım Sultan
Vəqfinin mumxanasının bacası keflə tüstüləyirdi.
Divarların altında Eyyubdakı rum qəssablar üçün
ara vermədən iĢləyən kəsim evi və dəriçilər vardı.
Buralardan gələn leĢ qoxusu irəlidə açıq-aĢkar
sezilən
Eyyub
camesinin
qübbələrinə
və
qəbiristanlığın sərv ağaclarına qədər uzanan vadiyə
yayılmıĢdı. Bir az gedəndən sonra aĢağıdan,
Balatdakı yeni yəhudi məhəlləsindən çıxıb oyun
oynayan uĢaqların səs-küyünü eĢitdim.
Dostları ilə paylaş: |