Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə40/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   36   37   38   39   40   41   42   43   ...   190

 

 

171 



 

giləsini belə hiss eləmiĢdim. Gün qapıdan üzümə o 

cür düĢəndə birdən Orxan içəri girdi. 

«Ana, nə oxuyursan?»  

YaxĢı,  bayaq  sizə  ki  demiĢdim,  Esterin 

gətirdiyi son məktubları bir daha oxumadım, yalan 

söyləmiĢdim.  Yenə  oxuyurdum.  Amma  bu  dəfə, 

həqiqətən,  məktubları  qatlayıb  qoynuma  soxdum, 

Orxana dedim ki: 

«Bura,  qucağıma  gəl  görüm».  Gəldi.  «Off, 

maĢallah,  nə  qədər  də  ağırsan,  böyüyübsən»,  – 

deyib öpdüm. Mən: «Buz kimisən», – deyəndə:  

«Ana,  nə  qədər  istisən»,  –  deyib  kürəyini 

döĢlərimə söykədi.  

Bir-birimizə 

sığınıb 


dinib-danıĢmadan 

oturmaq  xoĢumuza  gəlirdi.  Boynunu  qoxuladım, 

öpdüm.  Daha  da  bərk  qucaqladım.  Sükut  çökdü, 

eləcə durduq. 

«Qıdığım tutur», – xeyli sonra dedi. 

«De  görək,  –  ciddi  səslə  dilləndim,  –  cinlər 

padĢahı  gəlsə,  məndən  nə  istəyirsən  istə  desə, 

həyatda ən çox nəyi istəyərsən?»  

«ġövkətin bizimlə olmamasını istəyərəm». 

«BaĢqa  nə  istəyərsən?  Atanın  olmasını 

istəyərsənmi?» 

«Yox. 


Böyüyəndə 

səninlə 


mən 

evlənəcəyəm». 




 

 

172 



 

FikirləĢdim 

ki, 

pis 

şey 

qocalmaq, 

çirkinləşmək,  hətta  ərsiz  və  yoxsul  qalmaq  deyil, 

həyatda  kimsənin  sizi  qısqanmamasıdı.  Orxanın 

isinən  bədənini  qucağımdan  düĢürdüm.  Mənim 

kimi  qadının  yaxĢı  insanla  evlənməli  olduğunu 

fikirləĢib atamın yanına qalxdım. 

«PadĢahımız 

həzrətləri 

kitabın 

tamamlandığını 

öz 

gözləriylə 



görüb 

sizi 


mükafatlandıracaq»,  –  dedim.  «Yenə  Venesiyaya 

gedəcəksiniz». 

«Bilmirəm»,  –  atam  dedi.  «Bu  cinayət  məni 

qorxutdu. Deyəsən, düĢmənlərimiz güclüdülər». 

«Bilirəm  ki,  mənim  bu  vəziyyətim  də  onları 

cəsarətləndirir, səhv baĢa düĢmələrinə, əsassız ümid 

bəsləmələrinə Ģərait yaradır». 

«Necə?»  

«Artıq təcili ərə getməliyəm». 

«Nə?»  –  atam  dilləndi.  «Kiminlə?»  –  dedi. 

«Amma  sən  evlisən»,  –  əlavə  elədi.  «Bu  haradan 

çıxdı?  –  soruĢdu,  –  istəyənin  kimdi?»  «Çox  ağıllı, 

dözə  bilmədiyin  istəyənin  olsa  belə,  –  ağıllı  atam 

dedi,  –  elə  bir  adamı  məqbul  sayıb  bəyənəcəyini 

güman  eləmirəm  də»,  –  araya  əlavə  eləyib  bəxtsiz 

vəziyyətini  belə  yekunlaĢdırdı:  «Bilirsən  ki,  ərə 

getməyin  üçün  yoluna  qoymalı  olduğumuz  çox 

böyük məsələlər var». Uzun sükutdan sonra da belə 

dedi: «Məni atıb getməkmi istəyirsən, canım?» 



 

 

173 



 

«Ərimin öldüyünü dünən yuxumda gördüm», 

– dedim. Amma bu yuxunu həqiqətən görən qadın 

kimi ağlamadım.  

«NəqĢə  baxanda  onu  oxumağı  bilənlər  kimi, 

yuxunu da oxumağı bacarmaq lazımdı». 

«Gördüyüm  yuxunu  sizə  danıĢmağımı 

münasib hesab eləyirsinizmi?» 

Bir  anlığa  sükut oldu,  danıĢdıqları Ģeylərdən 

çıxarılacaq  digər  bütün  nəticələri  tələm-tələsik 

götür-qoy eləyən ağıllı adamlar sayağı bir-birimizə 

gülümsədik. 

«Yuxunu  yozub  onun  öldüyünə  inana 

bilərəm,  amma  qayınatan,  qaynın  və  onlara  qulaq 

asmağa məcbur olan qazı baĢqa sübutlar istəyəcək».  

«UĢaqları  götürüb  evə  qayıdandan  iki  il 

keçib,  amma  qayınatamla  qaynım  məni  geri  apara 

bilmirlər». 

«Çünki  nöqsanları  olduğunu  çox  yaxĢı 

bilirlər», – atam dedi. «Amma bu o demək deyil ki, 

sənin boĢanmağına razıdılar». 

«Məzhəbimiz Maliki, ya da Hənbəli olsaydı, 

– dedim, – aradan dörd il keçdiyini görüb qazı məni 

boĢayar, üstünə aliment qoyardı. Amma biz, Allaha 

Ģükürlər  olsun,  Hənəfi  olduğumuza  görə  bunu  da 

eləyə bilmərik». 

«Mənə  Üsküdar  qazısının  ġəfii  naibi  barədə 

danıĢma. Onlar çürük iĢlərdi». 




 

 

174 



 

«SavaĢda  ərləri  itkin  düĢən  bütün  istanbullu 

qadınlar  boĢanmaq  üçün  tanıĢlarıyla  onun  yanına 

gedirlərmiĢ.  ġəfii  olduğuna  görə  soruĢurmuĢ  ki, 

ərin  itkin  düĢübmü,  nə  vaxtdan  itkin  düĢüb, 

dolanıĢıq 

sıxıntısı 

çəkirsənni, 

bunlar 

da 


tanıĢlarındımı? Dərhal da boĢayırmıĢ». 

«Bunları  sənin  ağlına  kim  salıb,  mənim 

canım  qızım»,  –  dedi.  «Ağlını  baĢından  alan 

kimdi?» 


«Bir  kərə  boĢanandan  sonra,  əgər  ağlımı 

baĢımdan ala biləcək bir kəs varsa, onu, təbii ki, siz 

mənə  deyəcəksiniz,  mən  də  kimə  ərə  gedəcəyim 

barədə sizin qərarınızdan qəti çıxan deyiləm». 

Hiyləgər  atam  qızının  da özü  qədər hiyləgər 

olduğunu  görüb  gözlərini  qırpmağa  baĢladı. 

Əslində,  atam  gözlərini  belə  tez-tez  üç  səbəbdən 

qırpır:  1.  Çətinliyə  düşdüyü  vaxtlarda  bir  biclik 



tapmaq  üçün  beynini  sürətlə  işlədəndə.  2. 

Çarəsizlikdən  və  kədərdən  ürəkdən  ağlayacağı 

vaxtlarda.  3.  Çətinə  düşdüyü  vaxtlarda  hiylə 

işlədib, birinci və ikinci səbəbi qarışdırıb, az sonra 

ağlayacağını göstərmək üçün. 

«UĢaqları  götürüb  gedir,  qoca  atanı  təkmi 

qoyursan?  Bilirsənmi  ki,  kitabımız  –  bəli, 

«kitabımız»  dedi  –  üzündən  öldürülməkdən 

qorxurdum, amma indi sən uĢaqları götürüb getmək 

istəyəndə mən, əslində, ölmək istəyirəm». 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə