P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk


füruat),  elm  qəbilindən  sayılan  dinin  əsasları  (üsul



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə88/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   84   85   86   87   88   89   90   91   ...   103

317 
 
lərdir  (füruat),  elm  qəbilindən  sayılan  dinin  əsasları  (üsul
deyil!”  
Göründüyü  kimi,  üsulşünas  və  mütəkəllim  alimlərə  görə 
“ahad”  xəbər  (hədis)  yəqinlik  ifadə  etmir.  Belə  hədislər                 
əqidə  məsələlərində  dəlil  olaraq  çıxış  edə  bilmir.  Dedik  ki,          
“ahad”  hədislərin  mütləq  olaraq  elm  (bilik)  ifadə  etmədiyini 
bildirən  alimlərimiz  vardır.  Bu  mövzunun  əksini  iddia  edib 
mübahisə  qapısını  açmaq  doğru  deyildir.  “Ahad”  hədislər  elm 
(bilik)  ifadə  edir”  –  deyənlər  də  elmi  (biliyi)  zənn  ilə  ey-
niləşdirmişlər... 
“Hədis  alimlərinə  görə  mətnin  tənqidi  metodu”  kitabını 
oxuduqdan  sonra  aydın  oldu  ki,  yanılmamışam;  müəllimlə-              
rimiz  də  doğrunu  söyləyiblər.  
Kitabın  müəllifi  professor  Səlahəddin  ibn  Əhməd  əl-İd-                 
libi  yazır: 
“Xətib Bağdadi deyib:  
“Əgər  “ahad”  xəbər  əqli  mühakiməyə  (ağılın  hökmünə), 
Qurandakı  “möhkəm”  hökmə  (ayəyə),  səhihliyi  yəqin  hə-          
dislərə,  Sünnəyə  əsaslanan  əməllərə  –  bir  sözlə,  qəti  dəlil-                     
lərə  ziddirsə,  qeyri-məqbuldur.  Ağıla  uyğun  gələn,  Quran-                     
la,  “icma”  ilə,  səhihliyi  yəqin  hədislərlə  üst-üstə  düşən  “ahad” 
hədisə  digər  “ahad”  hədis  ziddirsə,  zidd  olan  bir  kənara 
qoyulmalı,  digəri  tətbiq  edilməlidir.  Çünki  yəqin  olanı  əsas 
götürmək  hər  bir  halda  vacibdir”. 
Deməli,  İdlibiyə  görə,  “ahad”  hədislər  aşağıdakı  hallarda  
qeyri-məqbuldur: 
 
 


318 
 
a) Əqli mühakiməyə (ağılın gəldiyi qənaətlərə) ziddirsə; 
b)  Qurandakı  “möhkəm”  hökmlərə  ziddirsə.  Yəni,  Quran-             
dan  çıxarılmış  hökm  mənası  aydın  –  “möhkəm”  ayələrə 
əsaslanırsa,  onda  bu  hökmə  əks  “ahad”  hədislər  qeyri-məq- 
buldur.  Yox,  əgər  hökm  Quranın  mənası  aydın  olmayan            
ayəsinə  əsasən  çıxarılıbsa,  onda  bu  hökmlə  bir  araya  sığma-                
yan  “ahad”  hədisi  qeyri-məqbul  saymaq  lazım  deyildir; 
c)  Səhihliyi  yəqin  hədislərə  ziddirsə.  Söhbət  səhihliyi  zənn 
deyil,  yəqinlik  ifadə  edən  hədislərdən  gedir; 
ç)  Sünnəyə  uyğun  ənənəvi  əməllərə  ziddirsə.  Bəlkə  də,                
Xətib  Bağdadi  bunu  dedikdə  sələflərimizin  həmrəy  olduqları              
və  düzgünlüyü  yəqinliklə  bilinən  əməlləri  nəzərdə  tutmuş-               
dur; 
d) İstənilən  qəti  (yəqin)  dəlilə  ziddirsə; 
e)  Səhihliyini  ağılın,  Quran  ayəsinin,  səhih  hədislərin,  “ic-
ma”nın,  bütün  digər  qəti  dəlillərin  təsdiqlədiyi  “ahad”  xəbə-                 
rə  ziddirsə. 
İbn Cövzi deyib:  
“Bil  ki,  elm  öyrənən  birisi  “münkər”

  hədisləri  oxuduğun-                
da  çox  vaxt  titrəmə  keçirər,  narahatlıq  hiss  edər.  Çünki                    
qeyri-mümkün  bir  şey  mötəbər  şəxslərin  ağzından  çıxsa  da,  
qeyri-məqbuldur.  Səhv  səhvdir,  kimin  onu  söyləməsi  əhə- 
miyyətli  deyil!  Əgər  bütün  mötəbər  insanlar  yekdilliklə  bildir-
sələr  ki,  dəvə  iynənin  gözündən  keçib,  onda  onların  mö-
təbərliyinin  bizə  faydası  dəyərmi?!  Belə  məqamlarda  mötə-             
                                                 

  Münkər:  “Zəif”  ravinin  mötəbər  ravilərə  müxalif  olaraq  təkbaşına  rə-             
vayət etdiyi hədis növü – tərcüməçinin qeydi.  


319 
 
bərlik  onların  rəvayət  etdiyi  şeyin  mahiyyətini  dəyişdirməz. 
Çünki  həmin  şeyin  baş  verməsi  qeyri-mümkündür.  İstənilən 
hədis,  görsən  ki,  reallığa  (ağılla  dərk  olunan  mahiyyətlərə, 
münasibətlərə,  şeylərə)  ziddir,  (dinin)  əsaslarına  əksdir,  bil  ki, 
uydurmadır.  Onu  mötəbər  saymaq  üçün  özünü  yormağa 
dəyməz!” 
İbn  Cövzinin  bu  dərin  mənalı  sözündə  məlum  mövzuya            
dair  çoxsaylı  araşdırmaların  xülasəsi  əks  olunub:  “...İstəni-                   
lən  hədis,  görsən  ki,  reallığa  (ağılla  dərk  olunan  mahiy-
yətlərə,  münasibətlərə,  şeylərə)  ziddir,  (dinin)  əsaslarına 
əksdir,  bil  ki,  uydurmadır!
 
İstinad  və  mətnin  (məzmunun)  səhihliyi  arasında  əlaqə  
vardır.  İbn  əl-Qəyyim  yazır:  
“Məlumdur  ki,  istinadın  səhihliyi  hədisin  səhihlik  şərtlə- 
rindən  biridir.  Amma  bu  o  demək  deyildir  ki,  istinadı  səhih               
olan  hər  hədis  səhihdir.  Hədisin  səhihliyi  bir  çox  məsələ  ilə 
şərtləşir.  Məsələn,  bir  hədis  o  halda  səhihdir  ki,  “şazz”

  və 
“münkər”  olmasın,  istinadı  mötəbər  olsun,  mətnində  “il-                
lət”ə
∗∗
 rast  gəlinməsin”.  
Hədis  alimləri  hədislərlə  əlaqədar  olaraq  “istinadı  səhihdir”              
və  “səhihdir”  ifadələrini  işlədirlər.  Doğrudan  da,  bunlar  bir-
birindən  fərqli  anlayışlardır;  ikincisi  birincisindən  daha  geniş 
                                                 

  “Şazz”  (ərəb.  “anormal”):  “Zəif”  hədis  növüdür.  Bu  və  ya  digər  hədisin 
mötəbər  ravisi  həmin  hədisin  digər  mötəbər  ravilərinə  müxalif  davra-              
narsa, belə hədis “şazz” adlanır – tərcüməçinin qeydi.  
∗∗
  “İllət”  (ərəb.  “səbəb”,  “zəif  cəhət”,  “qüsur”):  Zahirən  sağlam  görünən, 
əslində  isə  hədisin  səhihliyinə  xələl  gətirən  gizli  qüsur  –  tərcüməçinin             
qeydi
.  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə