317
lərdir (füruat), elm qəbilindən sayılan dinin əsasları (üsul)
deyil!”
Göründüyü kimi, üsulşünas və mütəkəllim alimlərə görə
“ahad” xəbər (hədis) yəqinlik ifadə etmir. Belə hədislər
əqidə məsələlərində dəlil olaraq çıxış edə bilmir. Dedik ki,
“ahad” hədislərin mütləq olaraq elm (bilik) ifadə etmədiyini
bildirən alimlərimiz vardır. Bu mövzunun əksini iddia edib
mübahisə qapısını açmaq doğru deyildir. “Ahad” hədislər elm
(bilik) ifadə edir” – deyənlər də elmi (biliyi) zənn ilə ey-
niləşdirmişlər...
“Hədis alimlərinə görə mətnin tənqidi metodu” kitabını
oxuduqdan sonra aydın oldu ki, yanılmamışam; müəllimlə-
rimiz də doğrunu söyləyiblər.
Kitabın müəllifi professor Səlahəddin ibn Əhməd əl-İd-
libi yazır:
“Xətib Bağdadi deyib:
“Əgər “ahad” xəbər əqli mühakiməyə (ağılın hökmünə),
Qurandakı “möhkəm” hökmə (ayəyə), səhihliyi yəqin hə-
dislərə, Sünnəyə əsaslanan əməllərə – bir sözlə, qəti dəlil-
lərə ziddirsə, qeyri-məqbuldur. Ağıla uyğun gələn, Quran-
la, “icma” ilə, səhihliyi yəqin hədislərlə üst-üstə düşən “ahad”
hədisə digər “ahad” hədis ziddirsə, zidd olan bir kənara
qoyulmalı, digəri tətbiq edilməlidir. Çünki yəqin olanı əsas
götürmək hər bir halda vacibdir”.
Deməli, İdlibiyə görə, “ahad” hədislər aşağıdakı hallarda
qeyri-məqbuldur:
318
a) Əqli mühakiməyə (ağılın gəldiyi qənaətlərə) ziddirsə;
b) Qurandakı “möhkəm” hökmlərə ziddirsə. Yəni, Quran-
dan çıxarılmış hökm mənası aydın – “möhkəm” ayələrə
əsaslanırsa, onda bu hökmə əks “ahad” hədislər qeyri-məq-
buldur. Yox, əgər hökm Quranın mənası aydın olmayan
ayəsinə əsasən çıxarılıbsa, onda bu hökmlə bir araya sığma-
yan “ahad” hədisi qeyri-məqbul saymaq lazım deyildir;
c) Səhihliyi yəqin hədislərə ziddirsə. Söhbət səhihliyi zənn
deyil, yəqinlik ifadə edən hədislərdən gedir;
ç) Sünnəyə uyğun ənənəvi əməllərə ziddirsə. Bəlkə də,
Xətib Bağdadi bunu dedikdə sələflərimizin həmrəy olduqları
və düzgünlüyü yəqinliklə bilinən əməlləri nəzərdə tutmuş-
dur;
d) İstənilən qəti (yəqin) dəlilə ziddirsə;
e) Səhihliyini ağılın, Quran ayəsinin, səhih hədislərin, “ic-
ma”nın, bütün digər qəti dəlillərin təsdiqlədiyi “ahad” xəbə-
rə ziddirsə.
İbn Cövzi deyib:
“Bil ki, elm öyrənən birisi “münkər”
∗
hədisləri oxuduğun-
da çox vaxt titrəmə keçirər, narahatlıq hiss edər. Çünki
qeyri-mümkün bir şey mötəbər şəxslərin ağzından çıxsa da,
qeyri-məqbuldur. Səhv səhvdir, kimin onu söyləməsi əhə-
miyyətli deyil! Əgər bütün mötəbər insanlar yekdilliklə bildir-
sələr ki, dəvə iynənin gözündən keçib, onda onların mö-
təbərliyinin bizə faydası dəyərmi?! Belə məqamlarda mötə-
∗
Münkər: “Zəif” ravinin mötəbər ravilərə müxalif olaraq təkbaşına rə-
vayət etdiyi hədis növü – tərcüməçinin qeydi.
319
bərlik onların rəvayət etdiyi şeyin mahiyyətini dəyişdirməz.
Çünki həmin şeyin baş verməsi qeyri-mümkündür. İstənilən
hədis, görsən ki, reallığa (ağılla dərk olunan mahiyyətlərə,
münasibətlərə, şeylərə) ziddir, (dinin) əsaslarına əksdir, bil ki,
uydurmadır. Onu mötəbər saymaq üçün özünü yormağa
dəyməz!”
İbn Cövzinin bu dərin mənalı sözündə məlum mövzuya
dair çoxsaylı araşdırmaların xülasəsi əks olunub: “...İstəni-
lən hədis, görsən ki, reallığa (ağılla dərk olunan mahiy-
yətlərə, münasibətlərə, şeylərə) ziddir, (dinin) əsaslarına
əksdir, bil ki, uydurmadır!
”
İstinad və mətnin (məzmunun) səhihliyi arasında əlaqə
vardır. İbn əl-Qəyyim yazır:
“Məlumdur ki, istinadın səhihliyi hədisin səhihlik şərtlə-
rindən biridir. Amma bu o demək deyildir ki, istinadı səhih
olan hər hədis səhihdir. Hədisin səhihliyi bir çox məsələ ilə
şərtləşir. Məsələn, bir hədis o halda səhihdir ki, “şazz”
∗
və
“münkər” olmasın, istinadı mötəbər olsun, mətnində “il-
lət”ə
∗∗
rast gəlinməsin”.
Hədis alimləri hədislərlə əlaqədar olaraq “istinadı səhihdir”
və “səhihdir” ifadələrini işlədirlər. Doğrudan da, bunlar bir-
birindən fərqli anlayışlardır; ikincisi birincisindən daha geniş
∗
“Şazz” (ərəb. “anormal”): “Zəif” hədis növüdür. Bu və ya digər hədisin
mötəbər ravisi həmin hədisin digər mötəbər ravilərinə müxalif davra-
narsa, belə hədis “şazz” adlanır – tərcüməçinin qeydi.
∗∗
“İllət” (ərəb. “səbəb”, “zəif cəhət”, “qüsur”): Zahirən sağlam görünən,
əslində isə hədisin səhihliyinə xələl gətirən gizli qüsur – tərcüməçinin
qeydi
.
Dostları ilə paylaş: |