P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə2/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   2   3   4   5   6   7   8   9   ...   103


 
ikinci  intibahın  şahidi  olmadılar,  amma  islam  insanların  sosial-
dini,  mədəni-məişət  həyatında  özünün  istiqamətverici  funk-
siyasını  qoruyub-saxladı. 
İnsafən  qeyd  edək  ki,  (biz  bunu  obyektivlik  xatirinə  deyi-               
rik)  islamın  mövcudluğuna  baxmayaraq,  Müsəlman  coğra-              
fiyası  XIII  əsrdən  sonra  tərəqqi  üzünə  həsrət  qalıb.  Sual  ya-              
rana  bilər  ki,  bu  geriliyin  səbəbkarı  islam  deyildir  ki?                   
“Xeyr”  –  deyir  və  ardından  əlavə  edirik  ki,  gerilik  islamın                    
doğurduğu  nəticə  deyildir;  əksinə,  bu,  islamı  qəlibə  salma-        
ğın,  mütərəqqi  ruhunu  donuqlaşdırmağın,  ondakı  dini  çalar-               
lığı  çoxaldıb,  sosial-siyasi,  elmi-mədəni  tərəflərinə  laqeyd  ya-
naşmağın,  elmlə  din  arasında  məsafə  qoymağın,  təzahürlə  ki-
fayətlənib  mahiyyəti  unutmağın  səbəb  olduğu  gerilikdir.  Bəli, 
islam  bunda  günahkar  deyildir,  bunda  onu  olduğu  kimi  an-
lamayan  müsəlman  zehniyyəti  günahkardır.  Əgər  belə  olsay-               
dı,  onda  heç  başlanğıcda  da  tərəqqi  baş  verməzdi,  sivili-                  
zasiya  yaranmazdı,  intibahın  əks-sədası  dünyanı  bürüməzdi; 
islam  cahiliyyət  qaranlıqlarını  yıxmaz,  əksinə,  onu  daha  da                
tünd  dona  qərq  edərdi.  
Düşünürük  ki,  Müsəlman  dünyasını  məlum  dövrdən  son-              
ra  çulğamış  elmi-mədəni,  sosial-siyasi  geriliyin  daxili  və  xa-                  
rici  səbəbləri  vardır.  Bizi  burada  xarici  səbəblər  deyil,  daxili 
amillər  maraqlandırır.  Çünki  hər  şey  daxildən  başlanmışdı; 
nəhəng  ağacı  qurd  içəridən  yemiş,  bivec  küləklər  də  onu  
asanlıqla  yıxmışdılar.  Fikrimizcə,  elmi,  dini,  mədəni  və  siyasi 
sahələrdə  müsəlmanların  geri  qalmağının,  inkişaf  etməmələri-                      
nin  əsas  səbəbini  onların  islama  baxış  tərzinin  dəyişməsin-                      
də  axtarmaq  lazımdır.  Bir  sözlə,  İslam  dünyasında  “zehniy-                  



 
yət”  problemi  meydana  çıxmışdı.  İbadətinə  sadiq  qalıb,  so-                    
sial  fəaliyyətə  laqeyd  baxan,  inancın  fonunda  ağılı  cılızlaş-                 
dıran,  Quran  və  Sünnəni  dar  çərçivəyə  salan,  islamın  sə-             
viyyəsinə  yüksəlmək  əvəzinə  onu  öz  səviyyəsinə  uyğunlaş-               
dıran  nəsillər  yetişmişdi.  Həqiqətən  də,  belədir:  ən  böyük 
problem  düşüncədə  özünü  göstərmişdi.  Axı,  insan  nəyi  dü-
şünürsə,  onu  da  edir.  Yəni,  insanın  əməli  fəaliyyəti  onun 
təsəvvürləri  ilə  birbaşa  bağlıdır.  Cılız  təsəvvürlərin  doğurdu-                 
ğu  donuq  zehniyyət  hər  şeyi  vurub-dağıtmış,  keçmişdə  qa-
zanılmış  bütün  uğurların  üstündən  xətt  çəkmişdi. 
Müsəlman  ümmətini  vurmuş  bu  tənəzzül  və  gerilik  “il-
dırım”ının  doğurduğu  acınacaqlı  vəziyyət  haqda  düşünməli, 
tarixin  “qulaqburma”larından  lazımi  dərs  çıxarmalıyıq.  Çıxar-
malıyıq  ki,  gələcəkdə  bu  səhvi  yenidən  təkrarlamayaq,  “qu-
lağ”ımızı  çəkmək  istəyənlərə  də  fürsət  verməyək.  Odur  ki, 
başımıza  nəyin  gəldiyini,  hansı  bəlalara  düçar  olduğumuzu, 
harada  səhv  etdiyimizi  öyrənməliyik.  Bu  işdə  bizə  ümmətin 
dərdini  öz  dərdi  bilən  cəfakeş  alimlər,  yazdıqları,  müdrik 
tövsiyələri  kömək  edə  bilər.  Belə  alimlərdən  biri  də  Misirli 
mütəfəkkir,  mərhum  Məhəmməd  Qəzalidir  (1917-1996). 
Ümmətin  dərdinə  dözə  bilməyən,  kədərli  tarixinə  göz  yaşı  
axıdan,  nadan  alimlərin,  çılğın  gənclərin  kirlətdiyi  islam  çeş-
məsini  saflaşdırmağa  çalışan  dərdli-nisgilli  Qəzali!  
Alimin  yaradıcılığına  nəzər  saldıqda  görürük  ki,  əsas  diq- 
qətini  Müsəlman  dünyasındakı  cəhalətə,  geriliyə,  savadsızlığa 
yönəldib.  Qəzali  müsəlmanlardan  tələb  edirdi  ki,  islamı  sev- 
məklə  kifayətlənməsinlər,  həm  də  onu  doğru-dürüst  başa  düş-
sünlər,  zehinlərini  “itiləsinlər”.  Dinə  şüursuzca,  kortəbii  su-             



 
rətdə  inanmağa  “yox”  deyən  bu  böyük  mütəfəkkir  müsəl-
manların  geriliyini  islama,  təlimlərinə,  kitabına  münasibətdə-               
ki  problemlərlə  əlaqələndirirdi.  
Bu  böyük  alimin  yuxarıda  bəhs  etdiyimiz  mövzuya  həsr 
olunmuş  qiymətli  bir  kitabını,  Allahın  izni  ilə,  ərəb  dilin-                   
dən  Azərbaycan  dilinə  tərcümə  etmişik.  “Dini-mədəni  islam  
fikri:  tənqidi  mülahizələr”  adlanan  bu  kitab  İslam  dünyasın-              
dakı  mövcud  vəziyyətin  real  təsvirini  verir,  bu  vəziyyəti 
doğurmuş  səbəbləri  açıqlayır,  problemdən  çıxış  yolu  göstərir.  
Oxucuda  maraq  oyatmaq,  diqqətini  mövzunun  əhəmiyyə-              
tinə  yönəltmək  üçün  kitab  haqda  bəzi  mülahizələrimizi  bil- 
dirmək  istəyirik.  
Hər  şeydən  qabaq  mərhum  müəllifi  müsəlmanların  düş-               
düyü  vəziyyət  narahat  edir.  Qəzali  şikayətlənir  ki,  axı  nə  üçün 
islam  kimi  “inci”si  olanlar  geridə  qalıblar,  əxlaq  və  inanc  sarı-               
dan  korluq  çəkənlər  isə  qabağa  gedib,  dünyanı  idarə  edirlər?  
Müsəlman  dünyasının  geriliyi  ilə  yanaşı,  həm  də  dağınıq-
lığından  gileylənən  bu  dərdli  insan  yazırdı:  
“(Müsəlmanlar)  bir-birinə  düşmən  kəsiliblər,  bir-birinin  əti-              
ni  yeyirlər.  Bəli,  bir-birlərinin  ətini  yeyirlər  ki,  Allahı  in-                        
kar  edənlərin,  təkliyi  və  böyüklüyünə  nifrət  bəsləyənlərin 
qabağında  zəif  və  süst  düşüb  əl-qolları  bağlansın!  ...Axı  nə                  
üçün  bizi  birləşdirən  “vahə”lərdən  üz  çevirir,  aramıza  nifaq               
salıb  səflərimizi  parçalayan  “dərə”lərdə  şadyanalıqla  gəzirik?!” 
Vaxtı  ilə  Qərbin  paxıllıq  hissi  ilə  öz  qaranlıq  dünyasından 
boylanaraq  baxdığı  nümunəvi  Müsəlman  aləminin  bugünkü 
vəziyyətini  Qəzali  özünəməxsus  orijinallıqla  belə  təsvir  edir: 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə