P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə6/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   2   3   4   5   6   7   8   9   ...   103

19 
 
“Əgər  mən  onu  (islamı  –  E.M)  müdafiə  etmək  istəyirəm-             
sə,  ...bütün  imamların  (alimlərin)  görüşlərini  nəzərdən  keçi-             
rim,  bütün  adətkərdə  və  qeyri-ənənəvi  yanaşmalardan  fay-
dalanım... 
Əbu  Hənifənin  qalasında  qərar  tapıb  zəkatdan,  İbn  Tey-
miyyənin  qalasında  qərar  tapıb  talaqdan,  İmam  Malikin  də 
qalasında  dayanıb  qidalar...  haqda  danışmağım  qəbahət  de-           
yildir.  Onlar  islamın  qüdrətli  simaları,  risalətin  cəfakeşləri-                
dir!  Qarşılaşdığım  problemlərin  həllində  onların  görüşlərini 
özümə  həmdəm  seçməyim,  hər  halda,  qəbahət  deyildir...”. 
Həmçinin,  bu  fəsildə  uydurma  hədislərin  “əlamət”lərin-               
dən,  müsəlman  qadın  alimlər  və  Sünnəyə  xidmət  proble-           
mindən,  “ahad”  və  “mütəvatir”  hədis  məfhumlarından,  səhih 
hədislərin  mötəbərliyində  qətilik  dərəcəsi  və  digər  məsələlər-           
dən  söhbət  açılır.  
Kitab  ərəb  dili  və  ədəbiyyatı  ilə  əlaqəli  bəzi  problemlərin 
tədqiqata  cəlb  edilməsi  ilə  baş  çatır.  
Bir  məsələni  də  qeyd  edək  ki,  kitabda  mərhum  müəllifin 
şikayətləndiyi  əsas  məsələlərdən  biri  alimlərə  hörmətin  qo-
yulmamağıdır.  Ustad  Qəzali  bizdən  istəyir  ki,  ümmətin  alim-
lərinə  ehtiram  bəsləyək.  
Ümumiyyətlə,  alim  bizdən  tələb  edir  ki,  dinimizə  müna-
sibətdə  şüurlu  davranaq,  real  düşünək,  prioritetlərimizi 
müəyyənləşdirək,  fikir  mirasımıza  dirigözlə  baxaq,  dinin  tö-          
rəmə  məsələlərində  bizdən  fərqli  düşünən  qardaşlarımıza               
yağı  kəsilməyək,  mübahisəyə  açıq  mövzularda  mərəkə  qo-
parmayaq,  alimlərimizə  hörmət  qoyaq  –  bir  sözlə,  Allahın                
razı  qaldığı  müsəlmana  çevrilək.  


20 
 
Əziz  oxucu!  Təqdim  etdiyimiz  bu  kitabı  mütaliə  etməklə                 
sən  islam  fikrinə  səyahət  edəcək,  müsəlman  dünyasının  keçmiş  
və  indiki  reallığı  ilə  tanış  olacaqsan.  Bu  da  öz  növbəsində  zeh- 
ninə  hakim  kəsilmiş  səhv  təsəvvürləri  redaktə  edəcək,  yəqin 
biliklərini  də  möhkəmlədəcəkdir. 
Sonda  əziz  oxucudan  təmənnam  budur  ki,  dualarında  
mərhum  müəllifi  də,  Allahın  əfvinə  möhtac  tərcüməçini  də 
unutmasın.  
 
Elvüsal Məmmədov 
AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, 
fəlsəfə üzrə fəlsəfə doktoru, dinşünas 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


21 
 
 
 
ÖN SÖZ 
 
 
Həm  peyğəmbərlərdən  bizə  miras  qalmış,  həm  əsas  xü-
susiyyətləri  risalətimiz

də  əks  olunmuş,  həm  də  xəta  və  əy-
riliklərdən  təmizlənmiş  təlimlər  iki  böyük  həqiqətə  əsaslanır: 
“a) Dini  doğru-dürüst  tutun  (qoruyub  saxlayın);  
b) onda ayrılığa düşməyin!”
1
 
Dini  doğru-dürüst  tutmaq  dedikdə  bütün  dərəcələri  çər-
çivəsində  imanın  “özül”ünü  bərkidib,  “talvar”ını  genişləndir-
məklə  yanaşı,  həmin  özülün  üstündə,  talvarın  da  altında  indi-                  
ki  və  gələcək  nəsilləri  yetişdirmək  başa  düşülür.  
“Dində  ayrılığa  düşmək  olmaz!”  qadağasına  gəlincə,  söhbət 
canlı  sistemə  çağırışdan  gedir.  Canlı  sistem  öz-özlüyündə 
parçalanmayan,  bütün  komponentləri  və  hissələrinə  həyat 
duyğusu  bəxş  edən  sistemdir.  Belə  sistem  bir  məqsədə  doğru 
istiqamət  götürdükdə  bütün  komponentləri  böyük  əzmkarlıq 
içərisində  onunla  yanaşı  addımlayar;  kimsə  kimsədən  geri  qal-
maz.  
“Dini  doğru-dürüst  tutun  (qoruyub  saxlayın),  onda  ayrı-              
lığa  düşməyin!”  –  çəpərlə  hasara  alınmış  vahid  sistemdir!  Nə 
üçün?  Çünki  düşmənlər  pusqudadırlar!  Bu  sistemi  gözləri  gö-
                                                 

  Risalət:  ilahi  missiya;  haqqı  yayıb  ədaləti  bərqərar  etmək  vəzifəsi  – 
tərcüməçinin qeydi

1
 “əş-Şura” surəsi, 13-cü ayə.  


22 
 
türmür  və  onlar  ona  nifrət  edir,  əleyhinə  tədbir  tökür-                        
lər.  
Onlar  tövhid  inancına,  ona  əsaslanan  hər  bir  şeyə  ikrah 
bəsləyirlər,  hikkə  ilə  özlərindən  çıxırlar,  müsəlmanlara  qaşqa-
baqlı,  tutqun  nəzərlərlə  baxaraq  deyirlər:  “Ey  insanlar,  əgər    
onlar  sizə  rəhbər  olsalar,  sizi  daşqalaq  edib,  zorla  müsəl-
manlaşdıracaqlar.  Siz  də  bundan  sonra  heç  vaxt  uğur  tapma-
yacaqsınız”. 
Bu  səbəbdən  Qurani-Kərim  haqq  carçılarının  nə  etməli 
olduqlarını  yığcam  şəkildə  göstərib:  
“Dini  doğru-dürüst  tutun  (qoruyub  saxlayın),  onda  ayrılığa 
düşməyin”. 
Söylənilməsi  asan,  əməl  edilməsi  çətin  olan  iki  cümlə! 
Müsəlman  ümmətinə  nəzər  salır,  halına  məəttəl  qalıram.  
Mən  və  bir  müsəlman  dostum  bütün  vacib  etiqad  prin-
siplərinə  inanırıq,  dini  öhdəlikləri  yerinə  yetirməyə  ömür  sərf 
edirik.  Bununla  yanaşı,  müştərək  məsələlərin

  çoxuna  etina-  
sızlıq  göstərir,  bəzi  mübahisəli  mövzuları  gülərüzlə  qarşıla-        
yıb  alqış  tuturuq!  Məsələn,  mən  və  o  inanırıq  ki,  Allah  var-        
dır,  təkdir,  ortağı  yoxdur,  məxluqata  oxşamır:  
“...Ona  bənzər  heç  bir  şey  yoxdur.  O,  (hər  şeyi)  eşidəndir,  
(hər  şeyi)  görəndir!” (əş-Şura, 11). 
                                                 

  Məzhəbindən,  düşüncəsindən  asılı  olmayaraq,  bütün  müsəlmanların 
yekdilliklə  qəbul  etdikləri  məsələlər  nəzərdə  tutulur.  Allahın  təkliyi, 
peyğəmbərlərin  göndərilməsi,  cənnət  və  cəhənnəmin  mövcudluğu,  na-
mazın  vacib  ibadət  hesab  olunması  və  s.  bu  kimi  məsələlərdəndir  – 
tərcüməçinin qeydi
.  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə