P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə3/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   2   3   4   5   6   7   8   9   ...   103


 
“Fironçu-feodal  rejimlər...  Yemək  axtaran  qara  camaat...               
Eyş-işrət  və  lüks  həyatı  təbliğ  edən  incəsənət...  Boş-boş  şey-             
lərdə  ixtisaslaşıb,  “zir-zibil”  ideyalarla  başlarını  qatan  dindar-  
lar...”.  
Qeyd  edək  ki,  mərhum  alimimiz  öz  tənqidlərində  islam 
tarixini  təhqir  etməkdən  çox  uzaqdır.  Bunu  onun  özü  də  eh-               
tiyat  sarıdan  bizlərə  bildirmişdir: 
“Barəmdə  “sapmışdır”  –  deyənlərə  qarşı,  Allah  eləməsin, 
insafsız  davranım,  bəşəriyyətin  böyük  hissəsini  islamdan  bi-              
xəbər  buraxmış,  müsəlman  olmağına  əngəl  törətmiş  ədəbi-             
maddi  irsimizə  həqarətlə  baxım”.  
Bəli,  bu  böyük  insan  öz  keçmişini  təhqir  etməyəcək  qə-                 
dər  həyalıdır,  Allahdan  qorxandır.  Qəzalinin  bəzilərində  təh-              
qir  təsəvvürü  oyadan  tənqidləri  ümmətin  halına  yanan  qəl-                   
bin  ah-naləsidir.  Bu  tənqidlərdə  təhqir  deyil,  ümmətin  dər-                
dinə  acımaq,  halına  ağlamaq  vardır.  
Bu  dahi  mütəfəkkir  ürəyiyananlıqla  bildirir  ki,  müsəlmanlar 
boş-boş  işlərlə  başlarını  qatdıqları  üçün  Allahın  onlara  bəxş  
etdiyi  nemətlərdən  bixəbər  qalmışlar: 
“Ərəb  neftinin  qəm-qüssə  və  qəzəb  doğuran  tarixçəsi                
vardır.  Ərəb  dünyasında  bu  təbii  sərvətin  çoxlu  yataqları 
yerləşirdi.  Amma  biz  həmin  yataqların  üstündə  bizə  mal-                  
qara,  qoyun-keçi  otartdıran  digər  işlərlə  məşğul  idik.  Ağlı-                
mıza  gəlmirdi  ki,  bu  yataqlarla  bir  maraqlanaq,  onlardan  fay-              
da  götürək! 
Həmin  yataqları  “misterlər”  (avropalılar  –  mütərcim)  aş-             
kara  çıxardılar.  Biz  isə  bir-birimizlə  qan-bıçaq  olub  “qızğın” 
mübahisələrə  girişmişdik:  “təvəssül”  hədisi  səhih,  yoxsa  “zəif”            


10 
 
dir?  Övliyaların  kəraməti  haqdır,  ya  yox?  Xəlifə  seçilməyə 
Haşimoğulları,  yoxsa  başqaları  daha  layiqdir?” 
Müəllif  doğru  olaraq  qeyd  edir  ki,  bu  cür  boş  mübahi-                  
sələr  erkən  dövr  müsəlmanlarından  uzaq  olmuşdur.  Çünki              
onlar  daha  ciddi  işlərlə  məşğul  idilər: 
“Əgər  Erkən  Nəsil  də  bu  cür  mübahisələri  etsəydi,  əsla                 
uğur  qazanmaz,  bir  dənə  də  olsun  ölkə  fəth  etməz,  mədəniy-             
yət  qura  bilməzdi!” 
Kitabda  müəllif  müsəlmanlara  xəbərdar  edir  ki,  gerilik  və 
cəhalət  girdabında  boğulduqları  müddətcə  sahib  olduqları  də-
yərləri  müdafiə  edə  bilməyəcəklər:  
“Dini,  şərəf-izzəti,  torpaq  və  namusu  qoruya  bilməməyi-
mizdən  daha  pis  nə  ola  bilər?!” 
Kitabda  mövcud  vəziyyətin  təsviri  ilə  yanaşı,  bu  vəziyyətin               
nə  üçün  meydana  gəlməsi  probleminə  də  cavab  axtarılır:  
“Nə  ilə  məşğul  olduq  ki,  belə  bir  nailiyyət  və  uğurlara                     
imza  ata  bilmədik?  Nə  ilə  olacaq:  qeyb  mövzuları  ətrafında 
apardığımız  “qızğın”  və  “xəstə”  mübahisələrlə  (halbuki  belə 
mövzuları  çox  “qurdalamaq”  bizə  qadağan  edilmişdi),  fiqhi 
ixtilafları  böyütməklə,  onlardan  qığılcım  kimi  istifadə  etməklə!  
...Dünya  və  axirətin  yaradıcısını  həqiqi  mənada  unutmaq-                 
la  dünya  işlərindən  üz  çevirdik.  Nəticədə,  nailiyyətlərdən  kə- 
narda  qaldıq.  Dünya  işlərindən  üz  çevirməyimiz  təqva  na-               
minə  təcrid  olunmaq  və  ya  şəhvətdən  qorunmaq  deyildi,  ək-              
sinə,  bu,  ağılsızlıq  və  axmaqlığın  “səmərə”si idi”. 
Qəzali  mövcud  geriliyin  fonunda  Müsəlman  dünyası  ilə 
Qərbin  müqayisəsini  aparmaqla  problemi  əyani  şəkildə  oxu-
cunun  diqqətinə  çatdırır: 


11 
 
“Qeyri-müsəlmanlar  yerin  təkindəki  təbii  sərvətləri  öyrə-                
nib  (dünyanın  təbii  sərvətləri  xəritəsini  çəkib),  bərk  və  maye   
olan  hər  şeyi  çıxarmağa  başladılar.  Biz  isə  heyrətlə  onlara               
tamaşa  edirik.  Bu  da  azmış  kimi  bizdə  bəzi  ağıllılar  fitva  ve-             
rirlər  ki,  şəkil  çəkmək  haramdır!” 
Müsəlman  dünyasına  hakim  olmuş  gerilik  və  cəhalətin               
daxili  səbəblərini  göstərməyə  çalışan  müəllif  bu  kitabı  da                
məhz  həmin  məqsəd  üçün  yazdığını  bildirir: 
“Elə  ağır  (sağalmaz)  xəstəliklər  vardır  ki,  simptomları  də-
ridədir.  Dərin  biliyi  olmayan  həkim  güman  edir  ki,  bunlar                  
adi  sızanaqlardır,  dəri  xəstəlikləridir.  Odur  ki,  müalicəni  bu 
əsasda  aparır.  Bu  minvalla  ömrünü  başa  vurur,  ciddi  bir  nai-
liyyətə  imza  ata  bilmir. 
Dəvətlə  məşğul  olanların  arasında  da  belə  “səthilik”ləri 
görməyənlər  vardır.  Məsələ  onların  düşündüklərindən  daha 
təhlükəli,  daha  ciddidir.  Bu  dəvətçilər  ölüb  gedirlər,  amma 
ümmətin  problemləri  yerində  qalır;  onlar  bu  problemlərdən 
birini  də  həll  etməyi  bacarmırlar.  
Bu  səbəbdən  mən  “xəstəliy”ə  diaqnoz  qoyub  “dərman” 
yazmaq  üçün  ümmətin  başbilənləri  ilə  əməkdaşlıq  etdim,  keç-
mişi  və  indini  araşdırdım,  aşkar  və  gizlini  ətraflı  şəkildə  öy-
rəndim.  Qələmə  aldığım  bu  kitabın  əsas  məğzi  fikir  mira-
sımızdakı  proseslərin  təhlilindən  ibarətdir.  
Kitabımızda  yaxın  və  uzaq  keçmişimizə  səyahət  edilir, 
müqayisələr  aparılır,  yekun  nəticələr  təqdim  olunur”. 
Kitabın  birinci  fəslində  bilik  probleminə  geniş  çərçivədə 
toxunan  Qəzali  istəyir  ki,  müsəlmanlar  təbiət  və  kainat  elm-           


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə