P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə7/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   2   3   4   5   6   7   8   9   10   ...   103

23 
 
Belə  bir  inancın  səmərəsidir  ki,  əxlaq,  dəvət  və  cihad 
məsələlərinin,  dünya  işlərinin  bir  sıra  məqamlarında  ortaq 
məxrəcə  gələ  bilirik. 
Amma  dində  o  da  deyilir  ki,  Allah  gecənin  son  üçdə  bir 
hissəsində  yer  səmasına  enir,  məğfirət

  diləyənləri  bağışlayır,                      
əl açanların  diləklərini  qəbul  edir
1
...  
Hamılıqda  deyirik:  “Allahın  enməyi  fiziki  olaraq  baş  ver-               
mir;  məkan  anlayışı  Ona  yaddır  və  O,  məkanın  fövqündədir.  
Onu  da  hamılıqda  qəbul  edirik  ki,  Allah  hər  şeyi  görəndir,                   
hər  şeyə  qadirdir  və s. və i.a.”.  
Ancaq  bu  məsələ  ilə  əlaqədar  olaraq,  bəzilərimiz  iddia                        
edir  ki,  enmə  dedikdə  təcəlli  (ilahi  qüdrətin  təzahürü)  başa 
düşülür.  Başqaları  isə  əksinə  düşünür:  xeyr,  Allah  enməyinə             
enib,  amma  onun  enməyi  bizim  enməyimiz  kimi  deyildir  və               
biz  bu  enmənin  necə  baş  verdiyindən  xəbərsizik... 
Görəsən,  bütün  bunlar  bir  məsələni  fərqli  şəkildə  başa 
düşməkdir,  yoxsa  eyni  fikrin  müxtəlif  ifadə  formalarıdır?  Bu              
hala  yuxarıdakı  misalda  olduğu  kimi  digər  oxşar  mövzular-                    
da  da  rast  gəlirik.  Belə  bir  dağınıq  yanaşma  ümməti  müx-                    
təlif  qruplara  parçalamışdır.  Bu  qruplar  bir-birinə  düşmən 
kəsiliblər,  bir-birinin  ətini  yeyirlər.  Bəli,  bir-birlərinin  ətini 
yeyirlər  ki,  Allahı  inkar  edənlərin,  təkliyi  və  böyüklüyünə                 
nifrət  bəsləyənlərin  qabağında  zəif  və  süst  düşüb  əl-qolları 
bağlansın! 
                                                 

 Bağışlanma  
1
 Buxari. “Came əs-Səhih” kitabı, “Təhəccüd” bölümü, 14, “Dualar” bölümü, 
14; Müslim. “Səhihi-Müslim” kitabı, “Yolçular” bölümü, 168.  


24 
 
Mən  bu  vəziyyət  və  nəticələri  haqda  düşünür,  peyğəm-
bərimizin 
(Ona Allahın xeyir-duası və salamı olsun!)
 sözünü  xatırlayıram:  
“Doğru  yolda  olanlar  mübahisələrə  girişmədikcə  zəlalətə 
düşməzlər”
1

Öz-özümə  soruşuram:  “Hər  növ  mübahisəli  mövzuya  alu-            
də  olub,  müqabil  tərəf  üzərində  qələbə  çalmaq  üçün  bütün              
qayğı  və  diqqətini  səfərbər  edənlər,  müxalifləri  məğlub  ol-         
duqda  sevinib-fərəhlənənlər,  görəsən,  bütün  müsəlmanların 
həmrəyliklə  təsdiqlədiyi  mövzulara  səmimi  yanaşırlarmı?”  
Axı  nə  üçün  bizi  birləşdirən  “vahə”lərdən  üz  çevirir,  ara-             
mıza  nifaq  salıb  səflərimizi  parçalayan  “dərə”lərdə  şadya-            
nalıqla  gəzirik?! 
Əslində,  ixtilaflı  (mübahisəli)  mövzularla  maraqlanmaq               
naşı  (xam)  uşaqlara  xas  cılız  davranışdır,  haqqın  meydanın-              
dan  –  öhdəliyi  çox,  yükü  ağır  meydandan  başqa  meydana  
yönəlib  qaçmaqdır.  Elə  bir  meydana  ki,  məşəqqətsizdir,  əziy-
yətsizdir  və  burada  toplaşanlar  məsuliyyət  yükü  altında  in-
ləməkdən  uzaqdırlar.  
Keçmişi  və  tarixin  ağrı-acılı  xatirələrini  bir  kənara  qoya-                    
raq,  indiki  halımızı  düşünürəm... 
Müsəlmanlar  dünya  əhalisinin  beşdə  birini  təşkil  edirlər. 
Amma  bilik  meydanlarında  onlara  rast  gəlmirik;  qurub-ya-             
ratma  işində  də  onlardan  kimsə  gözə  dəymir.  Onlar  nə  əx-               
laqda  nümunədirlər,  nə  bir-biri  ilə  ciddi  əməkdaşlıq  içə-
risindədirlər,  nə  də  hüquq  və  azadlıqlara  riayət  edirlər.  Biz 
Müsəlman  dünyasına  “səyahət”imizdən  əliboş  geri  qayıdırıq! 
                                                 
1
 Hədisi  Tirmizi,  Əhməd  ibn  Hənbəl  və  İbn  Macə  rəvayət  etmişlər.  


25 
 
Axı  ümmət  öz  başını  nə  ilə  qatıb?  Nə  ilə  olacaq  –  üzücü              
nəzəri  mübahisələrlə,  zəhlətökən  xırda-xuruş  problemlərlə,  za- 
hiri – din,  batini  nəfsi  istək  olan  parçalanmalarla!  
Bütün  bunlar  ümməti  yeyib-tükəndirdi.  Dinin  ali  məqsəd-
lərinə  əhəmiyyət  verilmədi,  bu  istiqamətdə  zəhmət  çəkilmə-                  
di  və  heysiyyətimiz  kütləşdi...  Bunun  acı  nəticəsidir  ki,  insan-              
lığın  tərəqqi  nərdivanında  mədəniyyət,  əxlaq  və  ictimailik  sa- 
rıdan  ən  aşağı  pillədə  qərar  tapdıq. 
Fironçu-feodal  rejimlər...  Yemək  axtaran  qara  camaat...                  
Eyş-işrət  və  lüks  həyatı  təbliğ  edən  incəsənət...  Boş-boş  şey-              
lərdə  ixtisaslaşıb,  “zir-zibil”  ideyalarla  başlarını  qatan  dindar-             
lar... 
İnkişaf  etmiş  dünyaya  –  Qərbə  gəlincə,  özünü  ağa  kimi             
aparır,  geridə  qalmış  xalqları,  xüsusən  də  müsəlmanları  kölə 
vəziyyətinə  salmağa  can  atır.  Bu  dünyada  düşünürlər  ki,  ge-                
ridə  qalmış  xalqların  əraziləri  onlar  üçün  xammal  poliqonu-                 
dur  və  həmin  xalqlar  istehsalçı  deyil,  istehlakçı  olmalıdırlar... 
Habelə,  gözdən  iraq  israiloğulları  Süleyman  məbədini  inşa 
etmək  üçün  min-bir  oyundan  çıxırlar.  Güman  edirlər  ki,  mə-              
bəd  inşa  olunduqdan  sonra  Allah  orada  “təcəlli”  edib,  onların             
əli  ilə  dünyanı  idarə  edəcək.  
Kardinallar  və  digər  xristian  din  adamları  da  İsa  Məsih  qa-
yıtsın  deyə  Tanrı  krallığının  qurulması  üçün  gecə-gündüz 
yorulmaq  bilmədən  “işləyirlər”... 
Özümə  gəlincə,  mən  bir  müsəlmanam.  Allahın  lütfü  sa- 
yəsində  ali  vəhyi  dərindən  araşdırıb,  dinimi  öyrənmişəm.  Və 
əsaslandığım  prinsipləri  açıqlamaqda  bir  qəbahət  görmürəm.  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə