P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə10/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   6   7   8   9   10   11   12   13   ...   103

32 
 
siyaya  sahibdirlər?  Nə  üçün  də  hiss  etməlidirlər  ki?  Onlar                        
ki  dünyadan  təcrid  olunan  və  get-gedə  nüfuzunu  itirən                  
“künc-bucaq”da  yaşayırlar,  mədəni  tərəqqiyə  də  ölüvay-ölü-               
vay  baxırlar.  Dünyanın  da  müsəlmanlara  baxışında  etinasız-                    
lıq  və  sayğısızlıq  vardır.  Ola  bilsin  ki,  dünya  bəzən  müsəl-            
manlara  maddi  yardım  göndərsin,  mədəni-mənəvi  kömək 
göstərsin,  amma  bu,  heç  nəyi  dəyişmir.  
Mən  cəsarətlə  söyləyirəm  ki,  Quranı  oxuyanların  ondakı 
kainat  və  təbiət  fəlsəfəsindən  qətiyyən  xəbərləri  yoxdur.  Mü-
səlman  kütlələr  ayələrin  oxunuş  “səs-küy”ündən  savayı  ikin-           
ci  bir  şey  dinləmirlər.  Onlar...  “səda  və  nidadan  (çığırtı  və 
bağırtıdan)  başqa  bir  şey  anlamayanlara  oxşayırlar”

.  
Allah  təalanın  aşağıdakı kəlamını  oxuyuram: 
“Göyləri  və  yeri  yaradan,  göydən  yağmur  endirən,  o  yağ-            
murla  sizin  üçün  ruzi  olaraq  (cürbəcür)  meyvələr  yetiş-                 
dirən,  əmri  ilə  dənizdə  üzmək  (yüklərinizi  bir  yerdən  başqa             
yerə  daşımaq)  üçün  gəmiləri  sizə  (sizin  mənafeyinizə)  tabe  və 
çayları  sizə  ram  edən  Allahdır! 
(Daim  öz  hədəqəsində,  özləri  üçün  müəyyən  olunmuş               
yerdə)  seyr  edən  Günəşi  və  Ayı,  həmçinin  gecəni  və  gündü-              
zü  sizin  ixtiyarınıza  verən  Odur”  (İbrahim,  32-33). 
Deyirəm:  “Ayələrdə  müraciət  olunan  şəxs  əvəzliyi  cəm 
formada  beş  dəfə  təkrarlanıb.  Sanki  Allah  təala  qulaq  asanlara 
belə  demək  istəyir:  “Bütün  bunlar  sizin  üçündür,  yalnız  sizin 
üçündür!”  
                                                 

  Müəllif  müsəlmanların  vəziyyətini  “Bəqərə”  surəsinin  171-ci  ayəsi  ilə                
təsvir  edib – tərcüməçinin qeydi


33 
 
Bəs  qulaq  asanlar  kimlərdir?  Adəmin  bütün  övladları,               
bütün  bəşəriyyət!  Başqa  ayələrdə  Allah  buyurur: 
“Yer  üzündə  nə  varsa,  hamısını  sizin  üçün  yaradan...  Odur 
(Allahdır)! O,  hər  şeyi  biləndir!” (əl-Bəqərə, 29); 
“Yeri  (Yer  kürəsini)  sizə  ram  edən  Odur.  Onun  qoy-                 
nunda  gəzin,  (Allahın)  ruzisindən  yeyin.  Axır  dönüş  də  Ona- 
dır!” (əl-Mülk, 15). 
Yenidən  özümə  sual  verirəm:  “Görəsən,  ayələrdəki  müraciət 
ərəblərə  və  müsəlmanlara  da  aiddirmi;  olmaya  onlar  istis-
nadırlar?” 
Müsəlmanlar  yerdə  də,  göydə  də  “qərib”dirlər!  Hətta 
əkinçilikdə  belə  onların  işi  müşküldür:  adi  qoğalı  min-bir               
əziyyətə  qatlaşmaqla  əldə  edirlər.  
Qeyri-müsəlmanlar  yerin  təkindəki  təbii  sərvətləri  öyrənib 
(dünyanın  təbii  sərvətləri  xəritəsini  çəkib),  bərk  və  maye  olan  
hər  şeyi  çıxarmağa  başladılar.  Biz  isə  heyrətlə  onlara  ta-                       
maşa  edirik.  Bu  da  azmış  kimi  bizdə  bəzi  ağıllılar  fitva  verirlər              
ki,  şəkil  çəkmək  haramdır!  
Dənizlərin,  okeanların  dibi  ilə  xətt  gəmiləri

,  eskadra  mi-
nonosları  hərəkət  edir,  suların  qaranlıqlarını  ölüm  saçan  də-
nizaltı  qayıqlar  yarır,  sularda  nəhəng  neft  tankerlər  üzür... 
Bunların  heç  biri  bizim  yaraşıqlı  limanlarımızda  düzəldil-                 
                                                 

  Xətt  gəmisi:  mükəmməl  silahlanmış  iri  hərb  gəmisi  –  tərcüməçinin             
qeydi.
 


34 
 
mir.  Başqaları  düzəldir,  biz  isə  mat-mat  onlara  tamaşa  edi-                
rik


Bir  dəfə  öz-özümə  dedim:  “Hanı  bizim  dünyamız?”  
Başqa  bir  vaxt  demişdim:  “Hanı  bizim  dinimiz?  Görəsən,                 
bu  cür  dəhşətli  geriliklə  dinimizə  yaxşılıq  edib,  xidmətindəmi 
dururuq?” 
Sahib  olduqları  gücün,  maddi  imkanların  təsirindən  məst             
olub  axırımıza  çıxmaq  üçün  hərəkətə  keçənlərdən  dinimizi  bu  
cür  geridə  qalmaqlamı  müdafiə  edəcəyik?  
Onlar  yaşayır,  biz  isə  ölürük.  Ola  bilsin  ki,  bəzi  müsəl-              
manları  dünya  instinktləri  oyatsın,  silkələsin.  Nəticədə,  onlar 
qışqırıq  salıb,  nəyəsə  can  atırlar.  Amma  bir  şey  edə  bilmirlər, 
məqsədlərinə  çatmırlar.  Çünki  Allahın  onlara  müyəssər  qıldığı 
nemətdən  faydalanmırlar.  Mən  burada  təcrübənin  fövqündə 
dayanan  vəhyi  nəzərdə  tuturam.  Halbuki  vəhy  onlara  tərəq-                
qi  və  kamilliyin  yollarını  başa  salıb,  Allahın  haqqını  yerinə 
yetirməyin,    öz    hüquqlarını    da    qorumağın    üsullarını    öyrə-            
dib.  
Başqa  kitabdan  deyil,  məhz  Qurandan  bərk-bərk  yapışan 
atalarımız  onunla  həyatlarını  düzəltmiş,  mütərəqqi  və  saf  mə-
dəniyyət  qurmuşdular.  Bəs  bizə  nə  gəlib  ki,  bu  kitabı  dərk  et-
                                                 

  Əsərin  yazıldığı  dövr  (1991)  üçün  müəllifin  fikirləri  doğrudur.  Həqi-  
qətən  də,  son  10  ilədək  müsəlman  ölkələrində  müstəqil  hərbi  gəmi  sə-     
nayesi  inkişaf  etməmişdi.  Mövcud  hərbi  donanmalar  əcnəbi  ölkələrdən 
alınmış  gəmilərdən  ibarət  idi.  Ancaq  indi  vəziyyət  dəyişib:  İran  İslam 
Respublikası  və  Türkiyə  bu  sahədə  böyük  nailiyyətlər  əldə  etmiş  müsəl-            
man  ölkələridir – tərcüməçinin qeydi.  


35 
 
mədən  oxuyuruq,  ayələrinə  karlar  və  korlar  kimi  münasibət 
bəsləyirik. 
Bir  dəfə,  kosmosa  göndərilmiş  tədqiqat  peykinin  çəkdiyi     
fotoşəkil  əlimə  düşmüşdü.  Günəş  və  Yer  kürəsi  əngin  kai-              
natda  cüzi  nöqtə  boyda  görünürdü.  
Rəbbimə  həmd-səna  etdim,  özlüyümdə  kiçildim  və  hiss             
etdim  ki,  səmaları  və  yeri  yaradan,  hər  şeyin  sahibi  olan  Al-              
lah  əzəlilik  və  əbədiliyin  fövqündə  dayanıb.  
Bu  böyük  və  möhtəşəm  kainatda  bizə  məlum  olmayan                
neçə-neçə  şeylər  vardır!  
Onu  da  hiss  etdim  ki,  mənim  bu  yeni  təəssüratlarım                   
“əslinə  uyğun  surət”dir!  Nəyin  əslinə?  Vəhyin  qəlbim  və  ağ- 
lımda  çəkdiyi  şeylərin  əslinə!  Bəli,  Quran  bütün  bunları                 
mənə  çoxdan  öyrətmişdi. 
Görəsən,  insanlar  bundan  xəbərdardırlarmı?  Kim  öyrətdi                
ki,  onlar  da  xəbərdar  olsunlar!?  Quran  əhli  yatmışdır,  ya  da                    
ki  vəzndə  yüngül  sözlərlə  məşğuldur: 
“Əgər  onlar  iman  gətirib  müttəqi  olsaydılar,  Allah  tərəfin-              
dən  əldə  etdikləri  savab  daha  xeyirli  olardı.  Kaş  ki,  bunu                     
dərk  edəydilər” (əl-Bəqərə, 103).  
Kitabımız  barədə  bir  daha  düşünüb  dərs  çıxaracağıqmı,  
ondakı  təlimlərə  əsasən  həyatımızı  bina  edəcəyikmi?! 
Ola  bilsin  ki,  keçən  əsrlərdə  elmlə  islamın  arasındakı  mə-             
safə  bir  neçə  qarış  idi.  İndi  isə  bu  məsafə  kilometrlərlə  ölçü-               
lür.  
Mən  hakimiyyət  və  var-dövlət  siyasətindən  danışmıram. 
Əksinə,  hər  hansı  bir  işi  ustalıqla  görmək,  bir  sistemi  (mər-              


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə