P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə11/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   7   8   9   10   11   12   13   14   ...   103

36 
 
kəzi,  cəmiyyəti...)  yaxşı  şəkildə  idarə  etmək  üçün  tələb  olu-            
nan  əxlaqdan,  ənənə  və  bacarıqlardan  söz  edirəm.  
Mən  elə  günlərin  şahidi  olmuşam  ki,  həmin  vaxt  işçilər 
(fəhlələr...)  öhdələrinə  düşəni  dinməz-söyləməz  yerinə  ye-               
tirir,  hətta  öz  hüquqlarını  belə  tələb  etmirdilər.  Bəlkə  də,                   
onlar  bu  məşhur  hədisə  riayət  edirdilər:  
“Öhdənizə  düşəni  edin,  Allahdan  sizə  yazılmış  olanı  dilə-              
yin”
1
.  
Bəli,  bu  hədis  zülmə  “yox”  deyir,  həm  də  cəmiyyəti  səh-
lənkarlıqdan,  heç  bir  işin  qulpundan  yapışmayıb  bivec  gə-
zənlərin  doğuracağı  təhlükələrdən  qoruyur.  
Daha  sonra  vəziyyət  dəyişdi:  özlərinə  aid  olmayan  hüquq-              
ları  tələb  edən,  az-az  hallarda  iş  görən,  görsələr  də  baş-            
dansovdu  görən  fəhlə  və  əkinçilər  peyda  oldular.  
Çox  vaxt  vəziyyətimizi  nəzərdən  keçirir,  əksər  idarələrdə 
(qurumlarda)  nizamsızlıq  və  xaos  görürəm.  İdarələr,  orqan  və 
qurumların  yerləşdiyi  binalar  iri,  gördükləri  iş  isə  cüzidir. 
Görürəm  ki,  insanlar  Allah  təalanın  bu  kəlamını  bilə-bilə 
unudublar: 
“Adamların  mallarının  dəyərini  (və  ya  onların  haqqını) 
azaltmayın.  Yer  üzü  (peyğəmbərlərin  şəriətləri  sayəsində)  dü-
zələndən  sonra  orada  fitnə-fəsad  törətməyin.  Əgər  siz  mö-
minsinizsə,  bu  (dediklərim)  sizin  üçün  xeyirlidir!”  (əl-Əraf,               
85). 
Sənaye  sektorumuzda  keyfiyyət  gözə  dəymir,  məhsullarımı- 
zın  keyfiyyət  nişanı  da  yoxdur.  İkiüzlülük,  saxtakarlıq,  vicdan-
                                                 
1
 Hədisi Tirmizi və Əhməd ibn Hənbəl rəvayət etmişlər.  


37 
 
sızlıq  cəmiyyətimizdə  geniş  yayılıb.  Sosialist  və  ya  Allahdan              
uzaq  dünyəvi  cəmiyyətlərdə  belə  bizdəki  vəziyyət  müşahidə 
edilmir. 
Bəzən  var-dövlət  onun  qədrini  bilməyən  əllərdə  toplanır. 
Uyuşdurucu  maddələrə  “tələbat”  artır,  zərərli  vərdişlər  axtarı-              
şına  start  verilir.  Cəmiyyətdəki  qruplara  nəzər  salanda  şər               
adam  barəsində  deyilən  məsəli  xatırlayıram:  “Acarsa,  oğurla-            
yar,  qarnı  doydumu,  zina  edər!” 
Belə  bir  mənəvi  aşınmanın  səbəbi  aydındır.  Dini  dəyərlə-
rimizin  bərk  zəiflədiyi  bir  vaxtda  əxlaqdan  uzaq  modern                 
şəhər  həyatı  özünü  cəmiyyətimizə  səssizcə  dürtməyi  bacardı.              
Biz  də  lazımi  müqaviməti  göstərə  bilmədik... 
Bu  səbəbdən,  “modern”  avadanlıqlara  sahib  olmaq  üçün 
minlərlə  fəhlə  və  kəndlinin  xaricə  işləməyə  getdiyinin  şahidi 
olduq.  Ən  böyük  arzu  video-maqnitofona,  rəngli  televizora,             
ipək  geyimlərə,  qızıl  bərbəzək  və  zinət  əşyalarına  sahib  ol-                 
maq  idi.  Cəmiyyətin  bütün  təbəqələri  bu  şeyləri  əldə  et-                    
mək  üçün  bir-biri  ilə  bəhsə  girib  yarışdılar... 
Tale  elə  gətirdi  ki,  bütün  bunlar  Böyük  İsrailin  yaradılması               
və  islam  ümmətinin  gələcəyinin  məhv  edilməsi  ideyalarının  
vüsət  kəsb  etdiyi  bir  vaxtda  baş  verdi. 
Dinə  inananlar  dinlərini  qorumaq  üçün  hərəkətə  keç-                
dilər.  Amma  təkcə  müsəlmanlardan  tələb  olundu  ki,  dinlə-                 
rini  unudub,  ayinlərini  icra  etməsinlər.  Fikir  vermişəm  ki,               
islama  sadiq  qalıb,  bayrağını  səmada  dalğalatmaq  istəyən  ix-              
laslı  gənclərimiz  var.  Amma  onları  bunu  necə  edəcəklərini 
bilmirlər. 


38 
 
Elə  ağır  (sağalmaz)  xəstəliklər  vardır  ki,  simptomları  dəridə-
dir.  Dərin  biliyi  olmayan  həkim  güman  edir  ki,  bunlar  adi 
sızanaqlardır,  dəri  xəstəlikləridir.  Odur  ki,  müalicəni  bu  əsas-              
da  aparır.  Bu  minvalla  ömrünü  başa  vurur,  ciddi  bir  nailiy-               
yətə  imza  ata  bilmir. 
Dəvətlə  məşğul  olanların  arasında  da  belə  “səthilik”ləri 
görməyənlər  vardır.  Məsələ  onların  düşündüklərindən  daha 
təhlükəli,  daha  ciddidir.  Bu  dəvətçilər  ölüb  gedirlər,  amma 
ümmətin  problemləri  yerində  qalır;  onlar  bu  problemlərdən 
birini  də  həll  etməyi  bacarmırlar.  
Bu  səbəbdən  mən  “xəstəliy”ə  diaqnoz  qoyub  “dərman” 
yazmaq  üçün  ümmətin  başbilənləri  ilə  əməkdaşlıq  etdim,  keç-
mişi  və  indini  araşdırdım,  aşkar  və  gizlini  ətraflı  şəkildə  öy-
rəndim.  Qələmə  aldığım  bu  kitabın  əsas  məğzi  fikir  mirası-
mızdakı  proseslərin  təhlilindən  ibarətdir.  
Kitabımızda  yaxın  və  uzaq  keçmişimizə  səyahət  edilir,  mü-
qayisələr  aparılır,  yekun  nəticələr  təqdim  olunur.  
Mənzilbaşına  çatmaq  üçün  yolun  yarısı  qət  olunub.  Allah 
müvəffəq  edərsə,  –  buna  ümid  edirəm  –  humanitar  elmlərə                 
dair  tədqiqatlar  aparıb,  növbəti  kitabımı  yazacağam.  Belə               
olarsa,  yolun  qalan  hissəsi  də  qət  ediləcəkdir.  
 
Məhəmməd əl-Qəzali 


39 
 
 
 
Birinci fəsil 
BİLİYİN İSLAMLAŞDIRILMASI  
VƏ YA İSLAMA ƏSASLANAN BİLİK SİSTEMİ 
 
 
Adəmin  Allahdan  öyrəndiyi  ilk  biliklər  nələr  idi?  Allah                
məhz  bu  biliklərlə  Adəmin  məqamını  ucaltmış,  tərəzisinin  gö-
zünü  ağır  basmış,  mələkləri  də  razı  salmışdı  ki,  o  (Adəm                        
–  mütərcim),  yer  üzündə  xəlifə  olacaq,  oraya  böyüklük  edə-
cəkdir. 
Pak və Uca Allah buyurur: 
“(Allah  Adəmi  yaratdıqdan  sonra)  Adəmə  bütün  şeylərin 
adlarını  (isimlərini)  öyrətdi.  Sonra  onları  (həmin  şeyləri)  mə-
ləklərə  göstərərək:  “(İddianızda)  doğrusunuzsa,  bunların  adla-
rını  Mənə  bildirin!” – dedi. 
Onlar:  “Sən  paksan,  müqəddəssən!  (Bütün  eyib  və  nöq-
sanlardan  kənarsan!)  Sənin  bizə  öyrətdiklərindən  başqa  biz               
heç  bir  şey  bilmirik.  (Hər  şeyi)  bilən  Sən,  hikmət  sahibi            
Sənsən”, – dedilər. 
(Sonra)  O:  “Ey  Adəm,  bunların  (kainatda  mövcud  olan 
əşyanın)  adlarını  onlara  bildir!”  –  dedi.  (Adəm)  onlara  (mə-
ləklərə)  bunların  adlarını  xəbər  verdikdə  (Allah):  “Mən  sizə, 
göylərin  və  yerin  gözə  görünməyən  sirlərini  və  sizin  giz-                
lində  –  aşkarda  nə  etdiyinizi  bilirəm,  söyləmədimmi?”  –  bu-
yurdu” (əl-Bəqərə, 31-33). 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə