P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə19/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   15   16   17   18   19   20   21   22   ...   103

65 
 
Doğrudan  da,  müsəlmanlar,  xüsusən  də  ərəblər  bu  qara 
cəhalətə  görə  Allah  qarşısında  cavabdehdirlər.  
Bəlkə  də,  Avstraliya  və  Amerikadan  olan  insanlar  Qiyamət 
günü  Allahın  qarşısında  dayandıqları  zaman  Allah  onlardan:            
“Nə  üçün  məni  doğru-düzgün  tanımadınız,  bu  günə  hazır-  
laşmaq  üçün  xeyir  əməllər  işləmədiniz?”  –  deyə  soruşduqda              
belə  cavab  verəcəklər:  “Sənin  dininə  varis  çıxan  ərəblər                     
onun  nurunu  qısıb  çırağını  söndürdülər;  həm  bizi,  həm  də 
özlərini  zülmətdə  buraxdılar!”  
Dəvətdəki  qüsurlardan,  təbliğ  maşınımızın  nasazlığından 
keçirəm  daha  təhlükəli,  daha  üzücü  bir  məsələyə...  Doğru-                 
dan  da,  qara  bir  yalan  İslam  mədəniyyətinin  daxilinə  sıza-                     
raq,  mahiyyəti  və  təzahürünü  ləkələmişdir...  “Qəraniq”  uy-
durması!  O  uydurma  ki,  Təbəri  onun  izahına  səhifələr  ayır-              
mış,  Məhəmməd  ibn  İshaq  onun  barəsində  gen-bol  danış-               
mış,  Süyuti  də  bu  haqda  rəvayət  edilmiş  hədisi  “mənsux” 
saymışdır!  Sonralar  Məhəmməd  ibn  Əbdülvəhhab  Peyğəm-   
bərin  həyatına  dair  yazdığı  kitabda  bu  uydurmanı  mötəbər  
hadisə  kimi  qəbul  etmişdir
1

Bu  uydurma  hadisə  dinə  aidliyi  olmayan  ideoloji-siyasi 
anlaşılmazlıqlardan  biridir.  Gözəlliyi  bilinsin  deyə  üz-göz  toz-
torpaqdan  necə  təmizlənirsə,  biz  də  dinimizi  bu  cür  miflər-                 
dən,  yalanlardan  təmizləmək  istəyirik.  
Allaha  şükür  olsun  ki,  Qurani-Kərim  təhrif  və  dəyişiklik-    
lərdən  qorunub,  nə  qarşıdan,  nə  də  arxadan  batil  ona  si-                    
                                                 
1
 Bax:  Məhəmməd  ibn  Əbdülvəhhabın  bütün  çalışmaları.  İmam  Məhəm- 
məd  ibn  Səud  adına  İslam  Universitetinin  nəşrləri.  


66 
 
rayət  etməyib.  Pak  Sünnəyə  hafizlər  və  fəqihlər  yaxşı  bə- 
ləddirlər;  Sünnə  bütövlükdə  doğru-düzgün  mirasdır.  Elə  bir 
miras  ki,  tarix  saflıqda  onun  bənzərinə  rast  gəlməyib.  
İnsanlara  islamı  təqdim  etdiyimiz  zaman  onun  etiqad 
prinsipləri  və  əsas  qayda-qanunlarını  yaymaqda  bizə  iki  mü-              
hüm  məsələ  kömək  olur: 
Birincisi
  insanlar  yaranandan  bəri  Allah  təalanın  onlar-                
dan  aldığı  fitrət  əhdidir.  Biz  bu  fitrətin  sahibləriyik;  onun 
doğruluğuna  güvənirik,  yoldan  azmışları  ona  qaytarırıq.  Fitrət 
fitrətdir,  dəyişməz:  
“...Allahın  dinini  (Onun  yaratdığı  tövhid  dini  olan  islamı)              
heç  vəchlə  dəyişdirmək  olmaz.  Doğru  din  budur...”  (ər-Rum,  
30). 
Ağıla  ehtiram  göstəririk,  məntiqi  yanaşmalarına  “hə”  de-            
yirik.  Bu  həyatda  düşmənimiz  –  kortəbii  təqlid  və  təəssüb-
keşlikdir.  
Kütləşməyən  silahımız  budur:  “De:  “Dəlilinizi  gətirin”
1
.  Hər 
bir  dəlil-sübut  mərəkəsindən  islam  qalib  çıxmalıdır.  Belə  olar-              
sa,  həmin  mübahisələr  zamanı  heç  bir  narahatlıq  keçirmə-                 
rik. 
İkincisi, 
həm də ətraf aləmə diqqət yetirməyimizdir: 
“Məgər  onlar  göylərin  və  yerin  mülkünə  (Allahın  göylər-               
dəki  və  yerdəki  səltənətinə,  qüdrətinə),  Allahın  yaratmış  ol-             
duğu  hər  şeyə,  əcəllərinin  yaxınlaşması  ehtimalına  diqqət  ye-           
tirib  düşünmürlərmi? ...” (əl-Əraf, 185). 
                                                 
1
 “əl-Ənbiya” surəsi, 24-cü ayə.  


67 
 
Kainat  və  təbiətlə  bağlı  biliklərdə  Allaha  dəlalət  edən  min-             
lərlə  əlamət  (nişanə)  vardır. 
Hər  bir  elmi  tərəqqi,  harada  baş  verməyindən  asılı  olma-             
yaraq,  missiyamız  üçün  faydalıdır.  Allah  təala  buyurur: 
“Onun  (Quranın)  haqq  olduğu  onlara  (insanlara)  bəlli               
olsun  deyə,  Biz  öz  qüdrət  nişanələrimizi  onlara  həm  xarici  
aləmdə  (üfüqlərdə,  kainatda,  göylərin  və  yerin  ətrafında),                 
həm  də  onların  öz  daxilində  mütləq  göstərəcəyik.  (Ya 
Peyğəmbər!)  Məgər  rəbbinin  hər  şeyə  şahid  olması  (sənin 
dediklərinin  doğruluğuna)  kifayət  deyilmi?!”  (Fussilət, 53). 
 
 


68 
 
 
 
İslamda yenilənmə
∗∗∗∗
 olmalıdır: amma necə? 
                                                 

  Dində  yenilənmə  mövzusu  ilk  baxışdan  müəyyən  suallar  doğurduğu              
üçün  böyük  alim  Şeyx  Yusif  əl-Qərdavinin  məsələ  ilə  əlaqədar  dedik-              
lərini aşağıda dərc edirik: 
“Bəzi  insanlar  Əbu  Hüreyrəyə  istinadən  Əbu  Davud  və  Hakimin  rəvayət 
etdikləri,  bir  çoxlarının  da  səhih  saydığı  “Allah  hər  yüz  ilin  əvvəlində  bu 
ümmətə  dinini  yeniləyən  kəs  göndərər”
1
 –  hədisini  oxuduqdan  sonra  elə 
başa  düşmüşlər  ki,  yeniləmə  (təcdid)  –  təkmilləşib  dövrə  uyğunlaşsın              
deyə  dinin  dəyişdirilməsidir.  Bu  səbəbdən  demişlər  ki,  din  sabitdir,  nə 
yenilənər,  nə  də  dəyişilər.  Din  inkişafla  deyil,  inkişaf  dinlə  uyğunlaşmalı-            
dır.  
Əgər  dini  yeniləmə  onun  prinsip  və  təlimlərinin  təkmilləşdirilməsi,  in-
sanların  tələbatlarına  uyğunlaşdırılması,  inkişafla  ayaqlaşdırılması  demək-
dirsə  –  təbii  ki,  bu  belə  deyil;  bu,  həqiqəti  tərsinə  başa  düşməkdir,  –                
bunu  deyən  hədis  rədd  edilməlidir.  
Bu  iddia  ilə  çıxış  edən  şəxsin  “yeniləmə”  ilə  nəzərdə  tutduğu  şey  yu-              
xarıda  deyilən  kimidirsə,  onda  o,  düz söyləyir.  Ancaq... 
Ancaq  tədqiqatlarımın  birində  göstərdiyim  kimi,  yeniləmə  (təcdid)  de-
dikdə  dini  başa  düşmədə,  ona  iman  və  riayətdə  yenilənmə  nəzərdə  tu-             
tulur.  Çünki  bir  şeyi  yeniləmək  həmin  şeyi  meydana  çıxdığı  vəziyyə-                  
tinə  qaytarmaqdır.  Bu  zaman  o,  qədimliyinə  rəğmən,  yeni  kimi  görünür.            
Bu  isə  mümkün  qədər  əvvəlki  vəziyyətini  alanadək  həmin  şeyin  zəifləmiş 
tərəflərinin  gücləndirilməsi,  dağılmış  yerlərinin  bərpası,  çatlaqlarının  bir-
ləşdirilməsi  ilə  baş  verir.  
Bir  şeyi  yeniləmək  onun  əvvəlki  vəziyyətini  dəyişdirmək,  ya  da  onu  la-               
zımsız  yeni  şeylərlə  əvəz  etmək  mənasına  gəlmir.  Bu,  yeniləmə  deyil-                 
dir.  
Bu  məsələni  əyani  şəkildə  izah  edək.  Məsələn,  tarixi  bir  tikilini  restav-             
rasiya  (yenidən  qurmaq,  yeniləmək)  etmək  istəyirik.  Bu  tikilinin  res-
tavrasiyası  onun  özünü,  tarixi  xüsusiyyətlərini,  görünüşünü  olduğu  kimi 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə