P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə20/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   16   17   18   19   20   21   22   23   ...   103

69 
 
Son  əsrlərdə  müsəlmanların  vəziyyəti:  elmi  geriliyi,  mədə-             
ni-siyasi  passivliyi  ürəyimizi  ağrıdır.  Bu  passivliyin  nəticəsi-                
dir  ki,  bəzi  avropalılar  “Min  bir  gecə”  nağıllarının  islam  şəriə-             
tinə  təsiri  haqda  dissertasiya  yazmışlar.  
İslamın  həqiqətlərinə  kölgə  salmaq  üçün  böyük  işlər  gö-            
rülür.  Bu  işdə  həm  Şərqin,  həm  də  Qərbin  iblisləri  canla-                    
başla  iştirak  edirlər.  Məqsədləri  haqq  dini  insanların  həya-             
tından  uzaqlaşdırmaqdır.  Bəs  biz  dirçəlmək  üçün  nə  edirik? 
Qədər  (tale)  bizi  Quranın  varisləri  qılmış,  bizə  onu  həm  öy-  
rənib,  həm  də  öyrətməyi  tapşırmışdır.  Belə  bir  məsuliyyətli 
vəzifənin  yükünü  əcdadlarımız  kimi  çəkə  bilirikmi?  
                                                                                                                   
saxlamaq  şərti  ilə  ətraf  mühitin  dağıdıcı  təsirinə  məruz  qalmış  yerlərini  
bərpa  etmək,  girişlərini  və  ona  bitişik  digər  tikililəri  gözəlləşdirmək,  ona 
gedən  yolları  abadlaşdırmaq...  deməkdir.  Köhnə  tikilinin  bərpası  – 
yenilənməsi  onu  bütövlükdə  yıxıb  yerində  təzəsi  və  böyüyünü  tikmək 
deyildir. 
Din  də  belədir.  Dini  yeniləmək  dedikdə  yeni  din  formasını  ortaya  çı-            
xarmaq  başa  düşülməməlidir.  Dinin  yenilənməsi  onu  Peyğəmbərin,  sə-
habələrinin,  onlara  layiqli  şəkildə  tabe  olanların  dövründəki  vəziyyətinə 
qaytarmaqdır
1

Dini  yeniləmə  ictihadı  bərpa  etməkdir,  dinin  əsil  mənbələrinə  müra-            
ciətdir,  donuqluq  və  kor  təqliddən  xilas  olmaqdır,  müsbət  tərəflərindən 
faydalanıb  boşluqlarını  da  doldurmaq  üçün  mədəni  irsimizə  tənqidi 
yanaşmaqdır,  –  bu,  zehniyyətin  yenilənməsidir.  Bununla  yanaşı,  dövrün 
tələb  və  şərtlərinə  uyğun  olaraq  imanın,  dini  dəyər  və  əsaslara  bağlılığın,  
dinə  dəvətin  yenilənməsi  də  vardır.  Təbərani  və  Hakim  rəvayət  edirlər                  
ki,  Peyğəmbər  də  bir  hədisində  deyib:  “Paltar  kimi,  içinizdəki  iman  da 
köhnəlir.  Elə  isə  Allahdan  diləyin  ki,  qəlblərinizdəki  imanı  yeniləsin”                
Bax:  Yusif  əl-Qərdavi.  Sünnəyə  münasibətimiz  necə  olmalıdır?  Bakı,                  
2011, səh. 55-57 – tərcüməçinin qeydi


70 
 
Bu  suala  ətraflı  cavab  verməzdən  qabaq  bəzi  ciddi  mə-
sələlərdən  söz  açmaq  istəyirəm. 
1.  İslam  dünyası  şərəf-izzət  tapdığı  vəhyə  (Qurana,  isla-              
ma...)  layiqli  münasibəti  bəsləməmiş,  onun  əsasında  qurulub  
bina  edilməkdə  qüsurlara  yol  vermişdir. 
2.  Vəhy  diyarından  uzaqda  qalan,  islamın  təlimlərinin  çatdı-
rılmadığı  dünya  əliboş  durmamış,  pis-yaxşı  öz  yolunu  müəy-
yənləşdirmişdir. 
3.  Bizans  imperiyasının  süqut  edib,  müsəlmanların  Kons-
tantinopolu  fəth  etməsindən  sonra  avropalılar  Amerikanı         
kəşf  etdilər,  Əndəlüsü  ələ  keçirdilər.  İntibah  dövrü  başlandı, 
dünya  yaranandan  bəri  misli  görünməmiş  elmi  tərəqqi  baş              
verdi.  İnsan  haqları  və  xalqların  suverenliyi  problemlərinin 
gündəmə  gətirildiyi  sosial-siyasi  sistemlər  formalaşdı.  
4.  Dünya  səviyyəsində  bu  cür  elmi,  mədəni  və  siyasi 
dəyişikliklərin  baş  verdiyi  bir  vaxtda  islam  varlığı  getdikcə 
cılızlaşmış,  hicri  XIV  əsrdə

  o  boyda  nəhəng  sivilizasiyanın 
yerində  yararsız  xarabazarlıq  qalmışdır! 
Bu  səbəbdən  mən  İmam  Həsən  əl-Bənnanın
∗∗
  İslam  dün-
yasını  bərpa  edib  fəhm  və  əməli  fəaliyyətdə  islahatlar  apar-              
maq  üçün  qoyduğu  İyirmi  Təlimə  on  təlim  də  əlavə  etməyə 
                                                 

 Miladi təqvimlə XX əsr – tərcüməçinin qeydi. 
∗∗
  Həsən  əl-Bənna  (1906-1949):  Misirdə  “Müsəlman  Qardaşlar”  təş-
kilatının  təsisçisi.  Bəlağətli  natiq,  bacarıqlı  dəvətçi  olmuşdur.  İctimai-mə-
dəni  və  maarifləndirmə  fəaliyyətinə  görə  sui-qəsd  nəticəsində  şəhid  edil-
mişdir.  Ölümündən  sonra  “Dəvət  və  dəvətçinin  memorandumu”  adlı  ki-           
tabı  işıq  üzü  görmüşdür.  “Risalələr”  adlı  kitabı  da  vardır  –  tərcüməçi-          
nin qeydi. 


71 
 
məcbur  oldum.  Reallıq  budur  ki,  qurub-yaratmaq  savaşında            
elm  cihadı  vacibdir.  Əgər  bu  savaşdan  qalib  çıxmasaq,  cəza-              
mız  ağır  olacaqdır... 
İslamın  yenilənməsi  –  bir  meydanda  deyil,  meydanlarda 
aparılacaq  fəaliyyətdir;  bir  düşmənin  deyil,  çoxsaylı  yağıların 
qarşısında  tab  gətirməkdir.  Bəlkə  də,  ən  təhlükəli  düşmən                    
öz  daxilimizdədir! 
Bizdə  islah  prosesinə  istiqamət  vermək  üçün  təklif  etdi-               
yim  həmin  On  Prinsipdən  söz  açmaq  pis  olmazdı. 
1.  Qadın  kişidən  ayrı  deyildir,  əksinə,  onu  tamamlayan-                 
dır.  Elm  öyrənib  savad  almaq  hər  iki  cinsə  vacibdir.  Habelə, 
“yaxşılığa  çağırıb  pis  əməllərdən  çəkindirmə”  (əmr  bil-məruf 
nəyh  ənil-münkər
)  vəzifəsini  də  buraya  aid  etmək  olar. 
Qadınların  da  cəmiyyətin  qurulub  mühafizə  edilməsində  iş-            
tirak  hüququ  vardır.  Təbii  ki,  islam  ədəb-ərkanı  və  əxlaqı 
çərçivəsində! 
2.  Ailə  ümmətin  əxlaqi-ictimai  varlığının  əsasıdır,  gənc  nə-
sillərin  təbii  tərbiyə  evidir.  Ailədə  sağlam  abı-havanın  yara-
dılmasında  həm  ataların,  həm  də  anaların  boynuna  ortaq  və-
zifələr  düşür.  Kişi  ailənin  idarəedicisidir,  başçısıdır,  ailə 
qarşısında,  Allahın  müəyyənləşdirdiyi  məsuliyyətə  sahibdir. 
3.  Hər  bir  insanın  maddi  və  mədəni  hüquqları  vardır.  Bu 
hüquqlar  Allahın  insan  oğluna  verdiyi  şərəf-izzətə,  yer  üzün-           
dəki  yüksək  məqamına  uyğundur.  İslam  bu  hüquqlar  haqda 
danışmış,  onlara  ehtiramın  vacibliyini  bildirmişdir. 
4.  Liderlər  (prezidentlər,  krallar...)  xalqa  xidmət  edən 
muzdlular  kimidirlər;  xalqın  dünyəvi  və  dini  maraqlarını  tə-             
min  etməlidirlər.  Xalqın  razılığını  qazanıb,  sözügedən  ma-            


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə