P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə18/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   14   15   16   17   18   19   20   21   ...   103

61 
 
Bildiyimiz  kimi,  iki  növ  yoxsulluq  vardır:  
a) səfalət və tənbəlliyin səbəb olduğu yoxsulluq;  
b)  ya  Allah  yolunda  çalışmaq,  ya  az  halalı  çox  haramdan              
üstün  tutmaq,  ya  da  qeyri-qanuni  qazancdan,  rüşvətdən, 
“ağa”ların  hədiyyələrindən  imtina  etmək  nəticəsində  yaranan 
yoxsulluq.  
Birinci  növ  yoxsulluq  asilikdir,  ikincisi  isə  tərifəlayiqdir.  
Böyük  ümmətimizin  fərdləri  və  kütlələri  üçün  əksər  hallar-                    
da  birinci  növ  yoxsulluq  səciyyəvidir.  
Müsəlmanların  yoxsul  yaşayıb  borca  batmalarının,  verən 
əllərin  alan  əllərdən  az  olmağın  səbəbini  həyatın  çətinliklə-                
rinə  tab  gətirməməkdə,  xeyir  açarlarından  bixəbər  qalmaqda, 
vaxtı  avaralanmağa,  boş-boş  əyləncələrə  sərf  etməkdə  axtar-              
maq  lazımdır.  
Biliyin  çoxluğu,  dünyagörüşünün  genişliyi  zənginliyə  apa-              
ran  yollardır.  Dinə  xidmət  göstərməyin  ən  qısa  yolu  dün-                  
yaya  bələd  olmaqdan  keçir! 
İnsan  xəstələndiyi  zaman  can  sağlığının  nə  olduğunu                
anlayır,  sağlamlığının  qeydinə  qalır,  əvvəlki  gümrahlığını  geri 
qaytarmağa  çalışır.  Yaxud  da  insanın  başına  bir  müsibət  gəlir                    
və  o,  başqalarına  əl  açıb  ya  borc  istəyir,  ya  da  dilənir.  Bu                 
zaman  insan  oğlu  ehtiyacın,  yoxsulluğun,  əl  açıb  dilənməyin                 
nə  qədər  ağır  olduğunu  hiss  edir. 
Xəstəlik  və  yoxsulluğun  din  halına  gətirilməsinə  gəlincə,                  
bu,  ancaq  məcnunların  işidir.  
Nə  çoxdur  bizdə  ağlını  itirənlər!  Bu  ağıldankəmlər  iddia                  
edir  ki,  islam  var-dövlətə  “yox”  deyir,  yoxsulluğa  qucaq                      
açır,  müsəlmanların  mədəni  və  hərbi  geriliyindən,  maddi  və 


62 
 
mənəvi  üzüqaralığından  xoşhallanır.  Onlara  görə,  müsəlman-               
lar  bir  parça  çörək  üçün  quyruq  bulamalı,  başqaları  isə  xan               
kimi  yaşamalıdır!  Allah  acizlik  və  tənbəlliyə  lənət  etsin! 
Bir  dəfə  küçə  ilə  gedərkən  gördüm  ki,  fəhlələr  uzun  və                 
dərin  xəndəklər  qazıyırlar.  Onlar  böyük  məhəllədə  drenaj  şə-
bəkəsi  qurmaq  üçün  iri  və  keyfiyyətli  boru  xətləri  quraşdı- 
rırdılar.  Öyrəndim  ki,  bu  işlər  üçün  müavinəti  İngiltərə  hö-
kuməti  ayırıb.  
Əsəblərimə  sirayət  etmiş  sıxıntıdan  qurtulmaq  üçün  əlimi 
qəzetlərin  birinə  uzatdım.  Ana  səhifədə  iki  başlıq  gördüm. 
Birincisində  yazılmışdı:  “İtaliyadan  Misirə  150  milyon  dollar 
hədiyyə”.  İkinci  xəbərdə  isə  oxudum:  “İraq  və  Küveytdə                 
işləyən  400  min  fəhlənin  ölkəyə  qayıtmağından  sonra  Av-                 
ropa  ölkələri  Misirə  10  milyon  dollarlıq  ərzaq  yardımı  gön-
dərib”. 
Almaq  və  yenə  də  almaq!  Sonu  görünməyən  silsiləvi  al-
maqlar!  Bizi  çulğayan  bayğınlıqdan  ayılmaq  üçün  əllərimizi               
borc  və  müavinətlərə  hələ  çox  açacağıq! 
Biz  təkcə  islam  missiyasından  kənara  sapmammışıq,  həm                  
də  Adəmə  aid  olduğumuzu  (insanlığımızı)  unutmuşuq.  O 
Adəmə  ki,  Allah  ona  bütün  adları  öyrətmişdi;  yer  üzünü  zə-              
kası  və  alın  təri  ilə  abadlaşdırsın  deyə  onu  səmadan  yerə 
endirmişdi.  
Dinə  dair  bildiklərimiz  saxtadırsa,  dünyaya  baxışımız  qat-              
ma-qarışıq  və  qeyri  müəyyəndirsə,  hansı  bilikdən  danışa  bi-    
lərik?! 
Elə  isə  düşüncə  “səmt”imizi  bir  daha  nəzərdən  keçirmə-                
yin  vaxtı  çatmayıbmı?  


63 
 
 
 
İkinci fəsil 
ALİ VƏHYİN ƏHATƏLİLİYİ (GENİŞLİYİ) 
 
 
Müsəlmanların  ümumdünya  missiyasını  bəyan  edib,  digər 
insanlar  arasındakı  özünəməxsus  məqamlarını  müəyyənləşdir-
mək  üçün  Allah  təala  onlara  xitabən  buyurur: 
“...O  (Öz  dini  üçün)  sizi  seçdi  və  dində  sizin  üçün  heç                      
bir  çətinlik  yeri  qoymadı  –  atanız  İbrahimin  dini  (dinində 
olduğu)  kimi.  (Ey  Məhəmməd  ümməti!)  Allah  bundan  (Qu-             
ran  nazil  olmamışdan)  əvvəl  də,  bunda  (Quranda)  da  sizə 
müsəlman  adını  verdi  ki,  (qiyamət  günü)  Peyğəmbər  (dinin 
təbliği,  sizin  ona  iman  gətirməyiniz,  itaət  etməyiniz  barədə)              
sizə,  siz  də  (əvvəlki  peyğəmbərlərin  Allahın  hökmlərini  öz 
ümmətlərinə  çatdırdıqları  halda)  insanlara  şahid  olasınız...”            
(əl-Həcc, 78). 
Digər  bir  ayədə  isə  Pak  Allah  buyurur: 
“(Ey  müsəlmanlar!)  Beləliklə  də,  sizi  (ədalətli  və  seçilmiş)               
bir  ümmət  etdik  ki,  insanların  əməllərinə  (qiyamətdə)  şahid 
olasınız
,  Peyğəmbər  də  (Məhəmməd  əleyhissalam  da)  sizə   
şahid  olsun...” (əl-Bəqərə, 143). 
Göründüyü  kimi,  müsəlmanlara  nümunəvi  (şahid)  olmaq 
birinci  ayədə  axırda,  digərinin  isə  əvvəlində  əmr  edilir.  Əvvəl-                  
də  də  göstərilsə,  axırda  da  göstərilsə  fərqi  yoxdur,  nəzərdə     
tutulan  budur  ki,  Allah  təala  ərəbləri  tərbiyə  etmək  üçün                 


64 
 
Həzrəti  Məhəmmədi  tarix  səhnəsinə  çıxardı,  bütün  insanla-               
rı  da  tərbiyə  etmək  üçün  ərəbləri  yetişdirib  hazırladı.  
Şübhə  yox  ki,  Məhəmməd  peyğəmbər
  (Ona  Allahın  xeyir-duası  və                           
salamı  olsun!)
  Allahın  ona  tapşırdığı  missiyanın  öhdəsindən  layiqin-                
cə  gəlmişdi:  mədəni  dünyadan  təcrid  olunmuş  ərəbləri  tər-                
biyə  edərək,  onlardan  bilikdə,  əxlaqda,  mədəniyyətdə  tayı-
bərabəri  olmayan  bir  ümmət  formalaşdırmışdı.  Peyğəmbərin 
meydana  gətirdiyi  bu  yeni  ümmət  şərqə  və  qərbə  işıq  saç-                    
mış,  cahillik  və  köləlik  qaranlıqlarında  hey  sürünən  kütlələri 
yüksək  mənəvi  və  maddi  həyata  qaytarmışdı.  
Biz  bunu  əyani  şəkildə  onun  peyğəmbərliyindən  sonrakı 
əsrlərdə  gördük.  Bir  heç  idik,  mühümlük  kəsb  etdik!  Bizim 
Həzrəti  Məhəmməddə  gördüyümüz  nümunəviliyi  dünya  biz-                
də  görürmü?  İnsanlara  islamı  ondan  öyrəndiyimiz  tərzdəmi 
çatdırırıq?  Vəhyi  (ilahi  təlimləri  –  mütərcim)  dünyaya  o,  bizə 
necə  öyrədibsə,  eləmi  öyrədirik? 
İlk  Nəsil  müsəlmanları  (sələfi-əvvəl)  islamı  insanlara  ba-
cardıqları  qədər  təbliğ  etmiş,  onlara  təlim  və  tərbiyə  vermiş-             
dilər.  Sonrakılar  isə  özlərinə  qapıldılar,  başları  özlərinə  qarışdı; 
unutdular  ki,  insanlara  nümunə  olmaq,  şahidlik  etmək  üçün 
vardırlar... 
Başlanğıcda  bu  “yarıq”  ensiz  idi,  amma  günlər  keçdikcə 
enlənib  böyüdü... 
Müsəlmanlar  indiki  dövrdə  dünya  əhalisinin  beşdə  birini  
təşkil  edirlər.  Buna  baxmayaraq,  qitələrdəki  sakinlərin  əksəriy- 
yəti  haqq  din  barədə  ya  heç  nə  bilmir,  ya  da  bildikləri 
müsəlmanların  axmaqlıqları  barədə  eşitdiklərindən  ibarətdir... 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə