P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə26/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   22   23   24   25   26   27   28   29   ...   103

92 
 
Sonuncu  vəhyə  gəlincə  –  yer  üzündə  ondan  qeyri  vəhy 
qalmayıb,  –  o,  insanların  nəzərini  Allahın  mövcudluğuna              
dəlalət  edən  kainata  yönəldir.  Bu  həm  də  əzəməti  və  vəh- 
daniyyəti  ilə  təbiətdə,  kainatda  təcəlli  etmiş  bir  ilaha  yönəl- 
mədir: 
“Sizin  üçün  yeri  məskən,  göyü  tavan  edən,  sizə  surət                  
verən,  surətlərinizi  gözəlləşdirən,  sizə  təmiz  (pak)  nemət-              
lərdən  ruzi  verən  Allahdır!  Bu  sizin  Rəbbiniz  olan  Allahdır. 
Aləmlərin  Rəbbi  olan  Allah  nə  qədər  ucadır  (nə  qədər  ulu-              
dur)!  (Ucalardan  ucadır,  xeyir-bərəkəti  bol  və  daimidir!) 
Əbədi  (həmişə  diri)  olan  ancaq  Odur.  Ondan  başqa  heç                  
bir  tanrı  yoxdur.  (Allaha)  dini  yalnız  Ona  məxsus  edərək                   
(heç  bir  şərik  qoşmadan)  ibadət  edin!  Aləmlərin  Rəbbi  olan 
Allaha  həmd  olsun!”  (əl-Mumin,  64-65). 
Necə  də  qəribədir:  bu  vəhyə  sahib  ümmət  nə  onunla                
düzgün  “yoldaşlıq”  etməyi  bacarır,  nə  onun  parıltısı  ilə  ay-
dınlanır,  nə  də  ondan  Allah  və  bəndə  qarşısındakı  vəzifə-                 
lərini  öyrənir.  Baxanlar  da  baxır,  ümməti  dünya  karvanın-                  
dan  geri  qalmış  görürlər;  birisi  ona  avadanlıq,  digəri  də                     
çörək  verir;  yaralarını  sarımaq  üçün  verdikləri  dava-dərma-                   
nı,  özünü  müdafiə  etmək  üçün  verdikləri  silah-sursatı  islam 
ümmətinin  başına  çaxanlara  da  rast  gəlirik...  
Həm  özümüzə,  həm  də  dinimizə  xidmət  göstərmək  üçün 
qurub-yaratmağa  gəlincə,  ortada  quru  sıfırlardan  başqa  heç                  
nə  yoxdur! 
Fikrimcə,  psixoloji  və  elmi  məğlubiyyətlər  siyasi  (həm  də 
diplomatik)  və  hərbi  məğlubiyyətlərdən  daha  pisdir.  Çox                   
vaxt  ikinci  birincinin  nəticəsi  kimi  çıxış  edir. 


93 
 
Şərqi  Avropada  yıxılmış  “büt”ə  baxıram;  xalqlar  kommu-              
nizm  həbsxanasından  qurtulmaq  üçün  basa-bas  salıblar;  dü- 
nənin  liderlərini  bugün  təqib  edən,  onlara  lənətlər  yağ-                   
dıran  xalqların  hayqırtısı  hər  yeri  bürüyüb. 
Hesab  edirdim  ki,  kommunizmin  Şərqi  Avropadakı  ayıb-
larının  üstü  açıldıqdan  sonra  ərəb  kommunistləri  də  xə-               
calətdən  qaçıb  gizlənəcəklər.  Amma  belə  olmadı,  əksinə,  onlar             
əl-ələ  verib,  müsəlman  ailəsi  qayda-qanunlarının  ləğvi  üçün 
Əlcəzairdə  qadınların  nümayişlərini  təşkil  etdilər. 
Bir  dostum  mənə  demişdi:  “Nə  üçün  təəccüblənirsən?                 
Buna  islamçılar  özləri  şərait  yaradıblar.  Onların  təqdim  et-            
dikləri  islamımı  arzulayırsan?  Təsəvvür  et  ki,  həm  keyfiy-                
yətli,  həm  də  görünüşü  gözəl  avtomobillərdən  ibarət  bir                      
sərgi  var.  Və  bütün  gözlər  maşınlardakı  cazibədarlığa  dikilib. 
Qəfildən  haray-həşirlə  bir  qrup  insan  peyda  olur,  müştərilərə 
etiraz  edərək,  onlardan  maşınları  deyil,  özləri  ilə  gətirdikləri 
minik  heyvanlarını  (atları,  eşşəkləri,  qatırları...)  almağı  tələb 
edirlər.  Səncə,  müştərilərin  buna  münasibəti  necə  olacaqdır? 
Təbii  ki,  onlar  həmin  adamları  ələ  salıb,  həm  onlardan,  həm               
də  minik  heyvanlarından  uzaqlaşacaqlar.  Bax,  islamçılar  islamı                
bu  cür  təqdim  edirlər!  
Həmin  islamçıların  yeri  mal  bazarıdır,  gedib  orada  işləsin-              
lər.  Onların  islamdan  danışmağa  haqları  çatmır.  Çünki  isla-                   
mı  nə  doğru-dürüst  başa  düşüblər,  nə  də  onun  səviyyəsinə 
yüksəliblər”. 
 
 
 


94 
 
 
 
Dəvətçilərin islama çağırışa təsiri 
 
 
Görəsən,  Əlcəzairdəki  kommunist  qadınların  islam  ailə 
qanunvericiliyinə  qarşı  çıxıb,  onun  ləğvini  tələb  etmələrinə                 
nə  səbəb  olmuşdu? 
Nə olacaq:  islamçı  xətib

  və  dəvətçilərin  çıxışları,  xütbələri!  
Bəli,  islamın  qadına  münasibəti  ilə  əlaqədar  olaraq  bu 
insanların  dedikləri  ağlı  başında  olanları  narahat  edir.  Onlar 
qorxu  və  təlaş  içərisində  deyirlər:  “Bu  islamçılar  hakimiyyətə 
gələrsə,  taleyimiz  necə  olacaq?” 
Baxaq  görək  həmin  islamçılar  nə  deyiblər  ki,  insanlar  öz 
gələcəklərindən  belə  narahatdırlar.  
Onlardan  biri  deyib:  “İslama  görə,  qadınlar  yalnız  uşaq 
doğmaq  üçün  yaradılıblar!”  Başqası  deyir:  “Qadının  yeri                 
evdir.  Oradan  bir  evlənmək,  bir  də  dəfn  olunmaq  üçün  çıxa 
bilər!”  Üçüncüsünə  görə,  qız  uşağı  savadsız  qalmalı,  yazıb-
pozmağı  öyrənməməlidir!  Dördüncüsü  də  ondan  ilham  ala-                
raq  bir  az  “güzəşt”ə  gedir:  “Qız  uşağı  ibtidai  sinif  təhsilini             
bitirsə,  bəsidir.  Əlavə  savad  almağına  ehtiyac  yoxdur!”  
İnstitutların  birində  təhsil  alan  sadəlövh  bir  tələbə  qızın 
anasına  belə  dediyini  eşitmişdim:  “Bizimlə  islamdan  daha 
mehriban  davranacaq  başqa  bir  din  yoxdurmu?”  
Bu  sözləri  eşitdiyimdə  ürəyimdən  sanki  xəncərlə  vuruldum! 
                                                 

 Məscidlərdə  moizə  oxuyanlar,  xütbə  söyləyənlər  –  tərcüməçinin  qeydi. 


95 
 
Qadınlı-kişili  bütün  insanlara  şərəf-izzət  qazandırmış  bir               
din  bəzi  nadan  fitnəkarların  dilində  başqalarını  təhqir  və  al- 
çaltma  vasitəsinə  çevrilib.  
Əlcəzairdə  yaşadığım  dövrdə  hər  kəsin  qəlbinə  islam                 
sevgisi  aşılayan  böyük  alim  İbn  Badisin  (1889-1940)  dedik- 
lərinin  nə  qədər  doğru  olduğunu  başa  düşdüm.  Alim  deyər-                     
di  ki,  bu  ümmət  qadın  və  kişilərdən  ibarət  “qanad”lara  sa-                  
hib  olmadıqca  pərvazlanıb  uça  bilməyəcəkdir.  Alim  tez-tez 
aşağıdakı  hədis  və  ayəni  təkrarlayırdı: 
“Qadınlar  və  kişilər  bir  bütövün  parçaları  kimidir”
1
.  
“İstər  kişi,  istərsə  də  qadın  olsun,  Mən  heç  birinizin  əmə-                
lini  puça  çıxarmaram.  Siz  (hamınız)  bir-birinizdənsiniz”  (Ali-
İmran, 195). 
Saxta  biliklərə,  dayaz  təcrübəyə  sahib  ağılsız  gənclər  is-                    
lam  oyanışına  hücum  çəkərək,  onun  axınına  yaydıqları  zəla-             
lətlə,  islam  haqda  çıxardıqları  böhtanlarla  mane  olmağa  çalı-      
şırlar. 
Və  kommunistlər  onların  axmaqlığından  faydalanaraq,  Qa-
nunvericilik  Məclisinin  binası  qarşısında  nümayiş  keçirmiş, 
“İnsan  haqlarına  ehtiram!”  və  “Qadınların  şəxsiyyətini  qo-             
ruyaq!”  kimi  şüarlar  səsləndirmişdilər. 
Biz,  müsəlmanlar  bütün  bu  hüquqların  nə  olduğunu  ha-            
mıdan  yaxşı  bilirik.  Amma  başıboşlarımızın  sözü  bizim  sö-
zümüzdən  daha  çox  eşidilir.  Səhv  təsəvvürləri  və  eybəcər 
təsvirləri  ilə  insanlarda  islama  nifrət  oyadan  cahil  dəvətçiləri 
görəndə  əsəblərim  tarıma  çəkilir. 
                                                 
1
 Hədisi  Əbu  Davud,  Tirmizi  və  Əhməd  ibn  Hənbəl  rəvayət  etmişlər.  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə