P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə25/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   21   22   23   24   25   26   27   28   ...   103

88 
 
 
 
Din və bilik 
 
 
Güman  olunurdu  ki,  vəhylə  şərəflənmiş  ölkələr  digər  öl- 
kələrlə  müqayisədə  tərəqqiyə  daha  yaxındır,  stabilliyə  daha 
meyllidir;  belə  ölkələr  üçün  yol  açıqdır,  maneələr  yox  də-
rəcəsindədir  və  onlar  gediləcək  yolu  işıqlandıracaq,  təhlükə-             
ləri  dəf  edəcək  gücə  sahibdirlər.  
Amma  keçmişə  və  bugünə  dair  müşahidələr  bunun  əksini 
söyləyir.  Məlum  olur  ki,  müsəlman  kütlələr  iki  səbəbə  görə               
dinin  bərəkətindən  məhrum  qalıb:  ya  qəlbimiz  “azıb”,  ya  da  
ağıllı-başlı  düşünməmişik.  Bəzilərimizin  isə  həm  qəlbi  azıb,                
həm  də  düşüncələri  qısırlaşıb. 
Qurani-Kərimi  diqqətlə  oxuyanlar  görəcəklər  ki,  əvvəlki              
Kitab  əhli  haqqında  çox  söz  açılır.  Nə  üçün?  Ona  görə  ki, 
sonuncu  risalətin  daşıyıcıları  (müsəlmanlar)  daşqəlblilikdən, 
kəmağıllıqdan  uzaq  dursunlar,  sağlam  və  şüurlu  düşünsün-               
lər.  
Nə  olardı,  sonuncu  vəhyin  şüaları  ilə  bu  həqiqətləri  görə 
bilərdik.  Ağıl  hər  dəfə  yanlışlığa  düşdükdə,  qəlb  hər  dəfə  nəf-              
sin  şıltaqlıqlarına  qulaq  asdıqda  imanın  təsiri  azalır.  Daha  açıq 
desək,  düzgün  insanlar  azaldıqca,  duyğular  daşlaşdıqca,  insa-               
nın  ən  ali  dəyərləri:  düşüncəsi  və  vicdanı  donuqlaşdıqca  din 
cəmiyyətdə,  qəlblərdə  özünə  yer  edə  bilmir.  Professor  Əb-
dülmün`im  Xəllafın  “İnsana  inanıram”  adlı  kitabı  bu  cür 
problemlərdən  bəhs  edən  mühüm  mənbədir.  


89 
 
Səthi  və  dayaz  yanaşma  nəticəsində  din  formal  ayinlərdən, 
nəğmələrdən  ibarət  təsisat  halına  gəlir.  
Tamah  və  nəfsi  istəyə  tabe  fərasət  sahibləri  isə  dinə  qə-              
nimət  toplayan,  şəxsi  maraqlara  xidmət  edən  vasitə  olaraq 
baxırlar.  
Sokrat  bu  sözləri  söyləyərkən  səhv  etmişdi:  “Fəzilət  –  bi- 
likdir”. 
Şəhvətlərinin  əsiri  olmuş  insanların  nəzərində  biliyin  bir  
dəyəri  vardırmı?  
“(Ya  Peyğəmbər!)  Nəfsini  özünə  tanrı  edən  və  Allahın 
bilərəkdən  (onu  hələ  yaratmamışdan  gələcəkdə  kafir  ola-               
cağını  bildiyi  üçün)  yoldan  çıxartdığı,  qulağını  və  qəlbini 
möhürlədiyi,  gözünə  də  pərdə  çəkdiyi  kimsəni  gördünmü? 
Allahdan  başqa  kim  onu  doğru  yola  sala  bilər?!  Məgər  düşü-              
nüb  ibrət  almırsınız?” (əl-Casiyə, 23). 
Deməli,  təkcə  bilikli  olmaq  kifayət  deyildir.  Həmçinin,  saf 
niyyət  və  ixlas

  tələb  olunur.  
Erkən  dövr  alimlərimizə  görə,  nicat  tapmaq  iki  şeylə 
mümkündür:  
a) fiqh; 
b) qərəzsizlik.  
Fiqh  –  hökmə  dair  doğru  bilikdir.  Qərəzsizlik  isə  bir  işdə              
şəxsi  istəklərdən,  niyyətlərdən  uzaq  olmaqdır,  həmin  şeyi  sırf 
Allah  üçün  görməkdir.  Məlumdur  ki,  hər  ikisinə  sahib  olmaq             
ağır  zəhmət  tələb  edir.  
                                                 

 Allahın  razılığını  məqsəd  güdmə;  səmimiyyət – tərcüməçinin  qeydi


90 
 
Xaricilər

  ixlaslı  idilərmi?  Çoxları  hesab  edir  ki,  onlar  saf 
niyyətli  olsalar  da,  ağıldanyüngül  idilər,  uzaqgörən  deyildi-              
lər. 
Düşünürəm  ki,  onların  ağıllı  insanlara,  bilik  sahiblərinə  qu-              
laq  asmamaqları  inadkarlığın  bir  formasıdır.  Məhz  bu  inad-            
karlıq  onlardakı  ixlasın  üstündən  xətt  çəkir,  etdiklərini  mö-            
təbər  ictihad  dairəsindən  çıxarır. 
Bilik  o  halda  fəzilətli  sayılır  ki,  Allahı  razı  salsın,  xeyir                
işləyib  haqqa  kömək  etsin,  batili  puça  çıxarsın,  xeyri  xeyir,                   
şəri  də  şər  olaraq  göstərsin.  İslam  dünyası  bu  cür  biliyə  sahib 
kişilərə  möhtacdır! 
İslam  coğrafiyasının  müxtəlif  yerlərindəki  dindar  mühit-               
lərə  naqislik  və  donuqluq  (ətalət)  xasdır.  Xəstə  xarakter  mü-
səlmanları  hərəkət  etməyə  qoymur,  onları  yerə  qısır.  Belə  din-           
dar  mühitlərə  aydınlığın,  işığın,  parlaqlıq  və  sərbəstliyin  əks 
olunduğu  Quran “mühit”i  yaddır. 
Quran  bizə  həm  rəbbimizlə,  həm  də  insanlarla  əlaqələ-               
rimizi  başa  salıb.  Öyrəndik  ki,  Allah  təkdir,  bütün  məxluqat               
Ona  tabedir  və  ölümə  (məhv  olmağa)  məhkumdur.  Biz  bu 
dünyada  ömür  sürdükdən  sonra  mütləq  Ona  qayıdacağıq. 
                                                 

  Xaricilər  (ərəb.  xəvaric):  VII  əsrin  50-ci  illərində  meydana  gəlmiş                 
dini-ideoloji  qrup.  Həzrəti  Əli  ilə  Müaviyə  arasındakı  çəkişmələr  zəmi- 
nində  meydana  çıxmış,  hökmün  yalnız  Allaha  aidliyi  təlimini  ifrat  for-             
mada  tətbiq  etməyə  çalışan  xaricilər  xəlifənin  “hakim”  tərəfindən  təyin 
edilməsini  küfr  sayırdılar.  Öz  ideyaları  ilə  razılaşmayan  bir  çox  müsəl-               
manı,  o  cümlədən  Həzrəti  Əlini  qətlə  yetirmişdilər.  Xaricilər  Müaviyə-               
nin  hakimiyyəti  dövründə  məğlub  edildilər  –  tərcüməçinin qeydi. 


91 
 
Dünyada  necə  yaşamışıqsa,  axirətdə  də  o  cür  hesaba  çəki-            
ləcəyik.  
Bəli,  Quran  bütün  bunları  əvvəlki  fəlsəfi  təlimlərdə  və           
dinlərdə  müşahidə  edilməyəcək  qədər  aşkarlıqla  bizə  başa              
salıb.  
Aristotelin  təsvir  etdiyi  tanrı  bayğın  tanrıdır,  kimin  nə                  
edib,  nə  qayırmağından  xəbəri  yoxdur.  Amerikalı  filosof  U. 
Dürantın  (1885-1981)  təbirincə,  bu  tanrı  İngiltərə  kraliçasını 
xatırladır:  kraliça  taxtda  otursa  da,  hökmdar  titulunu  daşı-                       
sa  da,  heç  bir  səlahiyyətə  sahib  deyildir!  
Bəlkə  də,  dünya  həmin  tanrıdan  kimyəvi  reaksiyalar  yolu                     
ilə  meydana  gəlmişdir!  Doğrudan  da,  bu,  nüfuzu  və  əhəmiy-              
yəti  olmayan  tanrılıq  anlayışıdır!  
Üçlü  tanrı

  məfhumu  da  Aristotelin  tanrı  anlayışından  az  
əcaib  deyil!  Bir  dağı  bir  şüşəyə  yerləşdirmək  üçlü  tanrı  die-             
yasını  beyinlərə  yerləşdirməkdən  daha  asandır!  Habelə,  İlk 
Günah  və  Fədakarlıq
∗∗
  anlayışları  da  uydurmadan  başqa  bir              
şey  deyildir! 
Bu  səbəbdən  elm  dindən  ayrılmış,  hərəsi  bir  istiqaməti                
tutub  getmişdir.  Şair  də  yaxşı  deyib: 
 
O, Şərqə  üz  tutdu, mən  isə qərbə  doğru  getdim 
Şərq  və  Qərb  arasındakı  fərq  necə  də  böyükdür! 
                                                 

  Üçlü  tanrı  (və  ya:  üç  üqnüm,  troitsa):  xristian  dininə  görə  üç                 
sifətdə (ipostasda)  birləşmiş  tanrı – tərcüməçinin qeydi. 
∗∗
  Fədakarlıq:  xristian  inancına  görə  İsa  peyğəmbərin  bütün  bəşəriy-           
yətin  günahları  üçün  özünü  qurban  verməsi – tərcüməçinin  qeydi. 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə