P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə27/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   23   24   25   26   27   28   29   30   ...   103

96 
 
Tofiq  əl-Həkimin

  yanılmasına,  bəlkə  də,  elə  bu  səbəb                 
olub.  Ondan  soruşanda  ki,  modern  dövlətdə  hakimiyyət  for-           
ması  baxımından  islama  əsaslanmaq  mümkündürmü,  düşün-
mədən  belə  cavab  vermişdi:  “Mümkündür,  amma  modern 
anlayışlara  uyğunlaşsın  deyə  islamı  yeni  formatda  izah  etmək 
lazımdır.  Təəssüfləndirici  haldır  ki,  bəziləri  dini  mətnləri  Orta             
əsr  zehniyyəti  ilə  izah  edirlər”.  
Təbii  ki,  bu  cavabın  müəyyən  qədər  redaktəyə  ehtiyacı              
vardır.  Çünki  sözügedən  şəxs  məsələləri  bir-birinə  qatıb-
qarışdırıb.  Amma  o  da  istəyir  ki,  islam  doğru-dürüst  izah                    
edilsin. 
İslamın  həqiqətləri  olduğu  kimi  aşkara  çıxarılarsa,  hər  bir 
dövrdə  şəfaverici  dərmana  çevriləcəkdir! 
Orta  əsrlərdə  meydana  gəlmiş  islam  dövləti  insanlara  və-
ziyyətlərinə  müvafiq  dəqiq  anlayışlar  təqdim  etmişdi.  Bu  an-
layışları  indi  də  tətbiq  etmək  mümkündür.  Mühüm  olanı  bu-              
dur  ki,  kəmağıl  şəxslərin  bu  anlayışları  təhrif  etmələrinə                 
imkan  verməyək.  
Peyğəmbərin  və  Raşidi  xəlifələrinin  zamanında  qadınlar               
elm  və  ibadətə  bağlı  idilər.  Dövrümüzdə  kimsə  qalxıb  bu  hə- 
qiqəti  inkar  edərsə,  onlara  islamı  yenidən  deyil,  əksinə,  tarixi 
aspektdə  başa  salmalıyıq.  Çünki  islamın  tarixində  onların  id-
dialarını  puça  çıxaracaq  danılmaz  faktlar  vardır.  
Əziz  oxucu,  sənə  dediklərimizlə  yanaşı,  misirli  professor                 
Luis  Əvəzin  (1915-1990)  ona  ünvanlanmış  “İslam  bugünə             
                                                 

  Tofiq  əl-Həkim  (1898-1987):  Misirli  yazıçı,  ədib  və  dramaturqdur  – 
tərcüməçinin qeydi.  


97 
 
qədər  özünün  universal  çağırışını  qoruyub  saxlayıbmı?”  sualı-              
na  verdiyi  cavab  haqda  da  bir  düşün.  Luis  Əvəz  həmin  suala                
belə  cavab  vermişdi: 
“Xeyr,  qoruyub  saxlamayıb.  İslam  qədimdə  Bizansa  qalib 
gəlmişdi.  Çünki  o,  VII  əsrdə  xristianlıqdan  daha  dünyəvi(!) 
səciyyə  daşıyırdı,  ruhani  məsələlərlə  yanaşı,  həyat  (dünya) 
məsələləri  ilə  də  maraqlanırdı.  Halbuki  həmin  vaxt  bizan-              
slıları  yalnız  axirət  məsələləri  maraqlandırırdı...  Görünür,             
müasir  islam  camaatlarının  arzuladığı  şey  bizans  islamıdır!”
1
 
Bu  söz  hər  nə  qədər  qarma-qarışıq  olsa  da,  bir  neçə  cə-              
hətdən  doğrudur...  Dünyəviliyin  ən  müsbət  tərəfi  budur  ki,                    
o,  qorunan  azadlıqlardan  ibarət  “işıqlı  abı-hava”da  mütə-                
rəqqi  bəşər  cəmiyyəti  qurmağa  can  atır.  Belə  bir  cəmiyyətin 
keşiyində  sosial-siyasi  ədalət  durur.  Burada  qadınlara  və  ki-             
şilərə,  böyüklərə  və  kiçiklərə  irqi  və  sosial  ayrı-seçkiliyin 
“bulandıra”  bilmədiyi  hüquqlar  verilir;  insanlar  həyata  açı-                
lırlar,  bilikləri  və  bacarıqları  çərçivəsində  təbiətdən  istifadə 
edirlər... 
Erkən  dövr  müsəlman  mədəniyyətində  bütün  bunlar  var-               
dı.  Modern  cəmiyyətlərdən  fərqli  olaraq,  müsəlman  mə-   
dəniyyəti  Allaha  inamı  maddi  tərəqqinin  ayrılmaz  parçası             
halına  gətirmişdi.  Yəni,  Müsəlman  dünyasında  həm  maddi  tə-
rəqqi  vardı,  həm  də  insanlar  ilahi  təlimlərə  riayət  edirdilər,            
                                                 
1
 Luis  Əvəz  islama  və  ona  çağırışa  –  dəvətə  nifrət  edən  bir  xristian  idi. 
Fransızların  Misirə  hücumu  zamanı  vətəninə  xəyanət  etmiş  Yaqub  Hən- 
nanı  (1745-1801)  alqışlayan  da  Luis  Əvəzdir.  Müsəlmanların  islamı  təb-               
liğ  və  tətbiqdəki  səhvlərindən  əks  arqument  kimi  istifadə  etməkdə                 
mahir idi.  


98 
 
dünya  həyatının  əbədiyyətə  körpü  olduğunun  fərqinə  varırdılar 
və  axirət  inancına  sahib  idilər.  
Bəli,  bu,  əzəmətli  sələflərimizin  tarixidir.  Amma  islam 
mədəniyyətinə  varis  çıxan  sonrakı  nəsillərin  qəlbləri  daşlaşdı, 
zehinləri  də  sönükləşdi,  onlar  yəhudi  və  xristianlardan  bu  
mənada  heç  nə  ilə  fərqlənmədilər.  
Uşaq  ağlındakı  qanmaz  başa  əmmamə  qoymaq  hələ  sələfi 
olmaq  deyildir.  Nə  də  ki  bir  qadın  çirkin  və  ya  qəşəng  üz 
cizgilərini  örtməkdən  ziyadə  insanlıq  cizgilərini  silib-süpürən 
niqabı  geyinməklə  sələfi  olmur... 
Tofiq  əl-Həkimin  arzuladığı  şey,  əslində,  hələ  14  əsr  qa-                 
baq  Quranda  mövcud  idi.  Amma  adlarını  sələfi  qoyanlar  
Quranın  göstəriş  və  buyruqlarını  insanlara  acı  dərman  ola-                
raq  təqdim  edirlər.  Bu  “dərman”ı  içənlər  xəstələnir,  inki-              
şafdan  qalır,  məğlubiyyətlərə  düçar  olurlar.  
Müşahidə  etmişəm  ki,  islamın  düşmənləri  neo-sələfiliyin 
üzünə  bütün  qapıları  açmışlar.  İstəyirlər  ki,  insanlar  onunla                      
tanış  olub  (eybəcərliyini  gördükdən  sonra)  islama  nifrət  et- 
sinlər,  bununla  da,  ondan  kənar  durub  digər  dinlərə  üz  tut- 
sunlar.  
Uzun-uzadı  araşdırdıqdan  sonra  başa  düşdüm  ki,  Kral 
Əbdüləziz  (1880-1953)  fanatik  “ixvan”  mənsublarına
1
 qu-
                                                 
1
 Söhbət  dəvət  fəaliyyətinə  Misirdə  başlayıb,  daha  sonra  bütün  islam 
coğrafiyasına  yayılmış  “Müsəlman  Qardaşlar”  Camaatının  (İxvani-Müs-
limin
)  mənsublarından  getmir  –  M.  Qəzali.  (İxvan:  Kral  Əbdüləziz  ibn 
Səud  tərəfindən  idarə  edilən,  neo-sələfi  düşüncəsinə  sahib  dini-siyasi  hə-
rəkat  mənsublarına  verilmiş  ad.  1912-30-cu  illərdə  Ərəbistan  yarımada-
sında siyasi-ideoloji təsirə malik idilər – tərcüməçinin qeydi)  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə