P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə30/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   26   27   28   29   30   31   32   33   ...   103

107 
 
Bəziləri  yuxarıdakı  ayə  haqqında  bu  fikirdədirlər  ki,  ayədə 
məcazdan  istifadə  olunub.  Yəni,  Allah  mütləq  hakimiyyət 
sahibidir,  külli-ixtiyar  Onun  əlindədir,  hər  kəsdən  güclü-                    
dür.  Söhbət  heç  də  bizim  təsəvvür  etdiyimiz  kimi,  Allahın                  
ərşə  (taxta)  çıxmasından  getmir.  
Başqaları  isə  əksinə  düşünürlər:  Əsla!  Ayəni  zahiri  məna-               
sına  görə  başa  düşmək  lazımdır,  yəni,  söhbət  əyləşməkdən             
gedir.  Amma  bu  əyləşmə  insanların  təsəvvür  etdikləri  əy-                
ləşmə  qəbilindən  deyildir.  Bu,  heç  nəyə  bənzəri  olmayan  Xa-             
liqə  xas  əyləşmədir... 
Yarandığı  ilk  dövrlərdə  bu  ixtilafın  sona  yetməyi  (dərin-
ləşməməyi)  mümkün  idi  və  hər  iki  fikrin  tərəfdarları  mədə-                  
ni,  sosial-siyasi  quruculuq  meydanlarına  yönələ  bilərdilər...  
Erkən  dövr  sələflərimiz:  səhabə  və  tabeinlər  bu  cür  fikirlər-               
dən  uzaq  durmuş,  bu  haqda  düşünməyi  ağıllarından  belə  ke-
çirməmiş,  əsas  diqqəti  “möhkəm”

  ayələr  əsasında  təlim  və 
təbliğə  yönəltmişdilər.  
Amma  məlum  məsələlər  –  burada  onları  izah  etmək  istə-          
mirik  –  üzündən  hər  iki  görüşün  tərəfdarları  arasında  ixti-                     
laf  dərinləşmiş,  hər  kəs  sonadək  “dirənmək”  qərarına  gəlmiş-            
dir.  
Ayədəki  mənanın  məcazi  olduğunu  deyənlər,  az  qalsınlar                
ki,  “təcrid”
∗∗
  və  “tə`til”
∗∗∗
  xətasına  düşsünlər.  İkincilərin  də 
                                                 

  Möhkəm:  Quranın  bəzi  ayələrinə  verilmiş  ad.  Mənası  dəqiq  və  aydın              
olan  ayələr  “möhkəm”  ayələrdir – tərcüməçinin qeydi.  
∗∗
  Təcrid:  çoxmənalı  sözlərdə  bəzi  mənaları  sərf-nəzər  etmək  –  tər-
cüməçinin qeydi.
  


108 
 
qorxduqları  şey  başlarına  gəlmişdi:  Allahı  əşyaya  bənzətmək 
(təşbih)!  
Bir  dəfə  əlimə  nəfis  çap  olunsa  da,  məzmunu  bərbad  bir              
kitab  keçmişdi.  Adı  belə  idi:  “Adəmin  Rəhmanın  surətində 
yaradılmasına  iman  əhlinin  etiqadı”  (Əqidə  əhl  əl-iman  fi                  
xəlq  Adəm  əla surət  ər-Rəhman). 
Öz-özümə  soruşdum:  “Əgər  Adəm  Rəhmanın  surətində 
yaradılmışsa,  onda  “Ona  bənzər  heç  bir  şey  yoxdur”  ayəsini
1
  
necə  başa  düşək?”  
Sözügedən  hər  iki  görüşün  tərəfdarları  həm  nəzəri,  həm  də 
praktik  cəhətdən  ümmətin  sələflərinə  (erkən  nəsillərinə, 
alimlərinə)  oxşamadılar.  Əgər  ilk  dövrlərdə  müsəlman  üm-              
məti  bu  cür  məsələlərlə  məşğul  olsaydı,  islam  Ərəbistandan 
kənara  çıxmazdı... 
Əgər  bu  fikirlərin  həmin  dövrlərdə  canlanıb  yayğınlaş-               
masına  izn  verilsəydi,  dünyanın  hər  yerində  islamın  işi  bitər-                
di  və  o,  sarsıdıcı  məğlubiyyətə  uğrayardı.  
Fikir  vermişəm  ki,  hissləri  ağıllarına  qalib  gələn  kəslər  Al-                
lah  haqqında  qəribə  xəyallara  qapılırlar.  Onlara  görə,  Allah 
Ondan  mərhəmət  diləyənləri  bağışlamaq  üçün  ərşini  tərk              
edərək  dünya  səmasına  enir,  sonra  isə  yenidən  ərşinə  qayıdır.             
Bu,  həm  sələfə,  həm  də  xələfə  yad  sadəlövhlükdür... 
Bu  sadəlövhlüyə  onları  bəzilərinin  topladığı  “şübhəli”             
hədislər  sürükləyib.  Bu  hədislərin  –  səhih  olsalar  belə  –  əqidə               
                                                                                                                   
∗∗∗
  Tə`til:  sözləri  həqiqi  mənasında  deyil,  məcazi  mənasında  izah  et-             
mək – tərcüməçinin qeydi.  
1
 “əş-Şura” surəsi, 11-ci ayə.  


109 
 
ilə  heç  bir  əlaqəsi  yoxdur.  Çünki  əqidə  mövzularında  mənası 
aydın,  istinadı  möhkəm  “mütəvatir”

  hədislər  əsas  götü-               
rülür.  
Sələflə  xələfin  arasında  vaqe  olmuş  ixtilafı  diqqətlə  araş-
dırdığımda  gördüm  ki,  o,  az  qala,  “forma”  ixtilafıdır  (yəni, 
müəyyən  dini  mətnlərdəki  sözlərin  qrammatik  cəhətdən  fərq-               
li  başa  düşülməsi  nəticəsində  meydana  çıxmış  ixtilafdır).  
Çünki  bütün  islam  alimləri  həmrəydirlər  ki,  (“icma”  vardır            
ki,)  Allah  təkdir,  həmd-səna  Onadır;  O  əzəmətli  və  Pak-                      
dır,  Müqəddəs  zatında  heç  bir  çatışmazlıq  yoxdur. 
Bəzi  kitablarımda  da  qeyd  etdiyim  kimi,  insanlar  özlərinə 
məlum  əşyaları,  şəxsləri,  məfhumları  ifadə  etmək  üçün  söz 
yaradırlar.  Yəni,  sözlər  gözlə  görülən,  ağılla  dərk  olunan  şey-              
ləri  ifadə  edir.  
Əgər  metafizik  anlayışları  ifadə  etmək  üçün  mövcud  söz- 
lərdən  istifadə  etmək  istəsək,  uyğunsuzluq  yaranacaqdır.                  
Odur  ki,  bu  uyğunsuzluğu  aradan  qaldırmaq  üçün  həmin                 
sözləri  məcazi  (rəmzi)  mənada  işlətmək  lazımdır.  Elə  isə 
“Cənnətdə  dünyadakı  şeylərdən  adlar  istisna  olmaqla  heç  bir 
əsər-əlamət  qalmayacaqdır”  deyimini  bu  mənada  başa  düşmə-
liyik.  Çünki  orada  bizim  təsəvvür  etdiyimiz  gözlərdən,  qu-
laqlardan...  heç  bir  əsər-əlamət  qalmayacaqdır. 
                                                 

  Mütəvatir:  yalan  və  saxtakarlıqda  həmrəylikləri  mümkün  olmayan                
bir  qrup  insanın  eyni  xarakterli  digər  insanlardan  nəql  etdikləri  hədis                 
növü – tərcüməçinin qeydi


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə