P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə32/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   28   29   30   31   32   33   34   35   ...   103

114 
 
yazıb-oxumağın  öyrədilməsini  qadağan  edibmiş(!)  Əlbəttə  ki,  
bu,  uydurma  bir  rəvayətdir.  Çünki  Həzrəti  Ömərin  qızı  Həz-              
rəti  Həfsə 
(Allah  onlardan  razı  qalsın!)
  yazıb-oxumağı  bacaran  savadlı             
qadın  idi.  Yaxşı,  əgər  iddia  doğrudursa,  yəni  yazmağı  öy-           
rənmək  icazəli  deyildisə,  onda  nə  üçün  Ömər  ona  yazmağı 
öyrətmiş  və  ya  icazə  vermişdi  ki,  başqalarından  yazmağı 
öyrənsin? 
Bir  bu  qalmışdı  ki,  axmağın  biri  çıxıb  belə  desin:  “Cahi-              
liyyət  dövründə  yazmağı  öyrəndim.  İslam  meydana  gəldi-                
yində  bunu  qadağan  etdi.  Çünki  savadsızlıq  islamın  məqsəd 
güddüyü  şeydir;  savadsızlıq  islam  risalətinin

  ayrılmaz  “par-
ça”sıdır!” 
Fikir  vermişəm  ki,  bizdə  yayğın  olan  bəzi  irsi  biliklər  küfr 
sayılacaq  məqamları  özündə  ehtiva  edir.  
Məsələn,  sufi  İbn  Ərəbinin  “Məkkə  açılmaları”  (əl-Fütuhat            
əl-Məkkiyə
)  adlı  kitabının  bəzi  hissələri  ilə  tanış  olduğumda              
öz-özümə  dedim:  “Bu  kitaba  “Bizans  açılmaları”  (əl-Fütuhat             
ər-Rumiyyə
)  adı  daha  çox  yaraşır!  Heç  Vatikan  da  bu  kitab-            
dakı  cəfəngiyat  qədər  aramıza  şər  toxumu  səpə  bilməz...”. 
İbn  Ərəbi  333-cü  fəsildə  (babda)  uzun  müqəddimədən            
sonra  yazır: 
“Mümkün  şeylərin  (mümkinat)  mahiyyətində  təzahür  et-            
miş  əsas  qayda  üçlükdür  (təslis)!  “Bir”dən  əsla  heç  nə  hasil 
olmaz  (və  ya:  bir  heç  nəyi  ifadə  etmir).  Ədədlərin  ilki  iki-                    
dir.  İkidən  də,  əslində  bir  şey  meydana  gəlməz.  Üçüncü                
                                                 

  Risalət:  ilahi  missiya;  haqqı  yayıb  ədaləti  bərqərar  etmək  vəzifəsi  – 
tərcüməçinin qeydi



115 
 
onları  (bir  və  ikini  –  mütərcim)  bir-biri  ilə  əlaqələndirmə-              
dikcə  onlar  bir  şey  ifadə  etmir,  bir  heç  sayılırlar.  Əgər  əla-
qələndirərsə,  onda  onlardan  meydana  gələcək  şey  meydana  
gələr.  Vücudagətirilmədə  (icad  –  hasiləgəlmə,  yaradılış,  xil-              
qət)  üçlük əsasdır.  Üç  isə  tək  sayların  birincisidir...”. 
Ömrümdə  bundan  iyrənc  cəfəngiyat  oxumamışdım.  Şübhə 
yoxdur  ki,  bu  sözlər  xristianlığın  üçlük  ideyasını  rəzil  forma-               
da  əsaslandırmağa  xidmət  edir.  İbn  Ərəbi,  eləcə  də  Erkən                  
Səlib  müharibələri  zamanı  Avropanın  İslam  dünyasına  “ək-              
diyi”  batinilik  və  həşşaşilik

  təriqətlərinin  mənsubları  bu  iy-            
rənc  qəsbkarlığın  “pioner”ləri  idilər. 
Kim  deyə  bilər  ki,  bir  heç  nə  ifadə  etmir?  Quran  deyir  ki,              
edir: 
“Allah  hər  bir  şeyin  xaliqidir.  O,  hər  bir  şeyə  vəkildir!              
Göylərin  və  yerin  açarları  (ixtiyarı)  Onun  əlindədir...”  (əz-
Zumər, 62-63). 
Bu  dünyada  hər  kəsdən  nəyi  bacarıb-bacarmadığını  so-
ruşarlar.  Çünki  insanlar  qabiliyyət  və  təcrübələrinə  görə  bir-
birindən  fərqlidirlər.  Yəni,  hərəsi  bir  “bir”i  əmələ  gətirir.                      
İbn  Düreyd  də  yaxşı  deyib: 
 
İnsanlar  var  ki,  mini  birə  bərabərdir 
İnsan  da  var  ki,  minləri  əvəz  edər! 
                                                 

  Həşşaşiyə:  Orta  əsrlərdə  Suriyada  meydana  gəlmiş  şiə  İsmaililik  cərə- 
yanın  bir  qolu.  Həsən  Səbbah  adlı  fanatik  bir  şəxsin  liderlik  etdiyi  bu  
qrupun  üzvləri  öz  terror  əməliyyatlarını  həyata  keçirməkdən  qabaq 
uyuşdurucu  (ər.  həşiş)  qəbul  edirdilər.  Bu  səbəbdən  onları  həşşaşilər 
adlandırırdılar – tərcüməçinin qeydi.  


116 
 
Sözə  bir  baxın:  “Ədədlər  ikidən  başlanır  (və  ya:  ilk                         
ədəd  ikidir)!”  Məgər  iki  “bir”lərin  cütlüyü  deyildirmi?  Kim             
iddia  edə  bilər  ki,  ikidən  də,  əslində  bir  şey  meydana  gəl-                
mir?!  Bunu  iddia  edən  kəs  anası  və  atasından  əmələ  gəlmə-             
yibsə,  onda  bəs  kimdən  əmələ  gəlib? 
Buna  baxmayaraq,  İbn  Ərəbi  “üç  üqnüm”  inancı  haq-               
qında  cəfəng  sözlər  söyləməkdə  davam  edir:  
“Abidlərdən  elələri  vardır  ki,  bütün  bunları  ibadət  və 
əməllərində  cəmləyib.  Və  üçlük  əsl  sayıldığı  üçün  hər  bir  işdə  
kara  gəlir!” 
İbn  Ərəbi  aşağıdakıları  söyləməklə  axmaqlığın  zirvəsinə            
ucalır:  
“Doğrudan  da,  Allah  üçlüyü  təsdiqləyənləri  kafir,  yəni  hə-
qiqətin  bəyanını  örtüb-saxlayanlar  adlandırmışdır.  Allah  de-              
yir:  “Allah  üçün  (üç  tanrının)  üçüncüsüdür!”  –  deyənlər,           
əlbəttə,  kafir  olmuşlar”
1
.  Çünki  üçlüyü  təsdiqləyənlər  (xris-
tianlar)  aşkara  çıxarılmalı  şeyi  lazımınca  açıqlamamış,  örtüb-
gizlətmişlər.  Əgər  açıqlasaydılar,  bizim  dediklərimizi  (yuxa-            
rıda  üçlüklə  bağlı  deyilənləri  nəzərdə  tutur  –  mütərcim
deyərdilər...”!  
Bu  axmaq  insan  ayədəki  ilk  cümləni  qeyd  etməklə  ki-
fayətlənmiş,  sonrakı  –  izahedici  cümləni  göstərməmişdir.  Ey-               
ni  ayədəki  həmin  cümlə  budur:  
“...Halbuki  bir  olan  Allahdan  başqa  heç  bir  tanrı  yoxdur.             
Əgər  onlar  dediklərinə  son  qoymasalar,  onlardan  kafir  olan-             
                                                 
1
 “əl-Maidə” surəsi, 73-cü ayə.  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə