P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə29/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   25   26   27   28   29   30   31   32   ...   103
    Bu səhifədəki naviqasiya:
  • Kəlam

103 
 
Peyğəmbərimiz  deyib:  “Mən  əlimdə  qılınc  göndərildim.  Ruzim 
nizəmin  kölgəsi  altında  verilir...” !!!”

  
Bu  gəncin  Qurandan  xəbəri  yoxdur.  Qılıncdan  nə  vaxt  is- 
tifadə  etmək  haqqında  isə  heç  nə  bilmir.  O,  yalnız  və  yalnız 
quldur  məntiqi  ilə  düşünür!  
Deyirəm:  “Şura  əsasdır.  Xalq  kütlələrinin  hüququnu  tap-
dalamağa  heç  kəsin  haqqı  yoxdur”.  Həmin  gənc  deyir:  “Şura 
deyilən  şey  yoxdur.  Şura  kral  üçün  qanun  deyil.  Kral  əgər 
istəyərsə,  ondan  istifadə  edə  bilər!” 
Deyirəm:  “İnsan  haqlarına  ehtiram  göstərmək  lazımdır”. 
Deyir:  “Nə  insan  haqları?  Bu  məfhum  ki  bidətdir!” 
Deyirəm:  “BMT  haradasa  “Hilfi-füzul”u
∗∗
  xatırladır.  Qə-
rarlarına  istiqamət  vermək,  nöqteyi-nəzərlərini  müəyyənləşdir-
mək  üçün  ona  qoşulmalıyıq”.  Deyir:  “Darülhərbdə  belə  şey-               
lər  olmaz...”. və s. və i.a.  
Belə  zehniyyətlə  adi  səhmdar  şirkəti  idarə  etmək  müm-                 
kün  deyildir.  Elə  isə  bu  zehniyyət  sahiblərinə  böyük  bir  di-                
nin,  risalətin  adından  danışmağa  imkan  vermək  olarmı?!  
                                                 

  Əbu  Davudun  “Müsnəd”  kitabında  hədisin  tam  mətni  belədir:  “Mən 
qiyamət  qopmazdan  qabaq  yalnız  Allaha  ibadət  edilib,  heç  bir  şeyin  Ona 
ortaq  tutulmamağı  üçün  qılıncla  göndərildim.  Ruzim  nizəmin  kölgəsi 
altında  verildi.  Mənə  qarşı  çıxanı  (Allah)  zəlil  etmişdir.  Kim  bir  qövmə 
oxşayarsa,  onlardandır”.  Hədisi  oxşar  versiyalarla  İmam  Buxari  və  İmam 
Əhməd  rəvayət  etmişlər – tərcüməçinin qeydi.  
∗∗
  Hilfi-füzul:  Cahiliyyət  dövrü  ərəblərinin  imzaladıqları  razılaşmanın             
adı.  Bu  razılaşmaya  görə,  Məkkədə  bir  nəfər  də  məzlum  qalmayacaq,                  
hər  kəsin  haqqı  qorunacaqdı – tərcüməçinin qeydi.  


104 
 
Biz,  müsəlmanlar  qorxuducu  elmi  özbaşınalıqdan  əziyyət 
çəkirik.  Bəlkə  də,  Əzhərin  islam  mədəniyyəti  meydanlarında 
görünməməsi  bu  xaosun  yayılmasının  səbəblərindən  biridir.  
Böyük  alimlərimiz  və  görkəmli  şəxsiyyətlərimiz  haqqında 
hərzə-hədyan  danışan,  onlara  söyən  “cəsur”lar  da  tapılır.  Hət-             
ta  son  dövrün  ən  intellektual  məktəbi  belə,  təkzib  və  nan-                 
kor  ittihamlara  tuş  gəlib.  Mən  “əl-Mənar”  məktəbini  nəzər-                  
də  tuturam.  O  məktəb  ki,  sələfi  xələflə,  ağılı  nəqllə

,  ictihadı 
təqlidlə  barışdırıb,  müsəlman  həssaslığı  ilə  intibah  və  tərəq-             
qinin  yollarını  göstərib,  xəstə  ümməti  sağaltmaq  üçün  dava-
dərman  təqdim  edib.  
İslamın  gələcəyi  üçün  bərk  narahat  olduğumdan  məndən 
fərqli  düşünən  bütün  tərəflərə  əlimi  uzadıram.  Uzadıram  ki, 
ideoloji  və  fiziki  təhlükələrdən  islamımızı  qorumaq  üçün 
əməkdaşlıq  edək. 
Məsələ  bir  məktəbin  digər  məktəb  üzərində  qələbə  çal-               
mağı  məsələsi  deyildir.  Məsələ  islamı  alovunu  zamanın  hələ                
də  söndürə  bilmədiyi  ədavətdən,  Kitab  əhlinin,  ateist  və  büt-
pərəstlərin  düşmənçiliyindən  qorumaq  məsələsidir... 
Onlar  informasiya  vasitələrinə,  elmi  üstünlüyə  sahib  olduq- 
ları  üçün  cəsarətlənib  üstümüzə  hücum  çəkdilər.  Səhvlərimiz             
və  huşsuzluğumuz  bu  işdə  onların  karına  gəldi! 
 
 
                                                 

  Nəql  (ər.  ötürülən,  vəhydən  gələn):  din  elmlərində  biliyin  əldə  edil- 
məsinin  əsas  metodu;  ayə  və  hədislərdən  ibarət  dəlillər;  dini  mətnlər  – 
tərcüməçinin qeydi.
  


105 
 
 
 
Kəlam elmi
∗∗∗∗
 haqda bəzi qeydlər 
 
 
Vacib  bir  məsələ  haqda  düşüncələrə  dalmışdım.  Böyük 
diləyimi  alçaq  səslə  rəbbimə  ərz  edirdim.  Yəqinliklə  bilirdim               
ki,  Allah  məni  eşidir!  Hətta  əmin  idim  ki,  məndən  bir  mil-                
yard  işıq  ili  uzaqlıqda  olan  birisi  də  əgər  əl  açıb  dua  etsəydi,             
Allah  mənimlə  birlikdə  onu  da  eşidərdi!  
Zaman  və  məkan  Pak  və  Uca  Allah  üçün  bir  əhəmiyyət                 
kəsb  etmir.  Yerdə  və  göydə  olan  heç  nə  Ondan  gizli  qalmaz. 
Ayədə  də  deyildiyi  kimi: 
“...Həqiqətən,  Rəbbim  (Öz  elmi,  qüdrəti,  mərhəməti  ilə 
yaratdıqlarına)  yaxındır,  (duaları)  qəbul  edəndir!”  (Hud,  61). 
Qəfildən  ağlıma  “çağırılmamış  qonaq”  qəbilindən  bir  sual 
gəldi:  Görəsən,  Allah  bizə  zatı  ilə,  yoxsa  atributları  (sifətləri)               
ilə  yaxındır?  
“Burnunu  hər  yerə  soxan”  bu  sual  məndə  oxuduğum  ki-
tabların,  tədqiqatların  “səmərə”si  kimi  yaranıb.  Onu  da  deyim             
ki,  bu  işdə  mən  tək  deyiləm.  Eyni  sual  çoxlarının  ağlına  gə-                  
lib.  Bu  sual  ya  qarşısıalınmaz  intellektual  acgözlükdən  do-                      
ğur,  ya  da  hər  şeyi  bilmək  istəyən  nəfsin  səmərəsi  olaraq  
meydana  çıxır.  
                                                 

  Kəlam:  əcnəbi  dini-ideoloji  və  fəlsəfi  təlimlərdən  islamı  müdafiə  etmək 
məqsədi  ilə  meydana  çıxmış  dini-rasional  məktəb;  islam  sxolastikası  – 
tərcüməçinin qeydi. 


106 
 
Düzü,  bu  sualı  alqışlamadım.  Köhnə  yazılarımın  birində               
insan  oğlunun  intellektual  bacarıqları  ilə  əlaqədar  olaraq 
çəkdiyim  misalı  xatırladım:  “Yazmaqla  məşğul  ikən  yaxınlıq-              
da  bir  milçək  vızıldayır.  Görəsən,  nə  yazdığımdan  milçəyin  
xəbəri  varmı?  Bədahətən  “yox”  deyirəm.  Milçək  nə  yazdı-                  
ğımı  bilsə  də,  bilməsə  də,  bunun  nə  ona,  nə  də  yazdığıma               
faydası  vardır...  Yeri  və  göyləri  yaradan  Allahın  mahiyyəti             
haqda  mənim  və  digərlərinin  bildiyi  şeylər  də  bu  cürdür!” 
Allahın  hər  şeydən  xəbər  tutmağını,  elminin  hər  şeyi  eh-               
tiva  etdiyini  bilməyim  kifayətdir.  Qalan  şeyləri  qavramağa  isə 
insan  beyninin  gücü  çatmır.  
Mən  yediyim  çörəyin  orqanizmimdəki  canlı  hüceyrəyə                
necə  çevrildiyini  adi  yanaşma  ilə  başa  düşə  bilmirəm.  Və  bu 
hüceyrə,  bəlkə  də,  qulaq  və  gözləri  əmələ  gətirən  hüceyrələr-              
dən  biridir.  
Bu  üzdən  qərara  gəldim  ki,  yuxarıdakı  suala  əhəmiyyət 
verməyim.  Mən,  sələf  və  xələfdən  olan  ata-babalarım  həmrə-               
yik  ki,  Allah  əzəmətlidir,  bütün  kamil  xüsusiyyətlərə  (sifət-                
lərə,  adlara)  layiqdir: 
“Allahdan  başqa  heç  bir  tanrı  yoxdur.  Ən  gözəl  adlar  (əs-            
mayi-hüsna)  yalnız  Ona  məxsusdur!” (Taha, 8). 
Bu  məsələ  haqda  heç  kəsin  şübhəsi  yoxdur.  Bəs  nə  baş              
verib? 
O  baş  verib  ki,  bəziləri  “atribut”  (sifat)  ayələri  ilə  əlaqədar 
olaraq,  mənə  də  vaxtı  ilə  ünvanlanmış  suala  aşağıdakı  iki 
cavabdan  birini  vermişlər;  ayədə  deyilir:  “Rəhman  ərşə  çıx- 
mışdır  (“istiva”  etmişdir.  Və  ya:  Rəhman  ərşi  yaradıb  hök-                
mü  altına  almışdır  (ərşə hakimdir)”  (Taha,  5).  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə