P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə35/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   31   32   33   34   35   36   37   38   ...   103

123 
 
Məlumdur  ki,  ABŞ  və  Avropa  mədəniyyəti  özündə  çoxlu 
iyrənc  ədəbsizlik  formalarını  ehtiva  edir.  Məsələn,  ingilis  ta- 
rixçisi  Arnold  Toynbe  öz  xalqını  yayğınlaşmış  bu  qəbil  ey-
bəcərliklər  səbəbindən  pozulub  dağıla  biləcəyi  haqda  xəbər-             
dar  etmişdir.  
Biz  sövqi-təbii  olaraq  bu  kimi  şeylərlə  mübarizə  aparırıq. 
Amma  ərəb  nadanlığının  yerinə  avropalı  nadanlığını  gətir-
məməliyik!  Hər  ikisi  şərdir.  Biz  şərin  yerinə  xeyri  gətirmək              
üçün  evimizə  yalnız  islamı  dəvət  etməliyik. 
Bugünə  qədər  davam  edən  mədəni-siyasi  məğlubiyyətləri-
mizin  “səmərə”si  olaraq  meydana  çıxmış  gerilik  zindanında 
buxovlanan  bir  xalqın  islamdan  xəbəri  yoxdur! 
Bu  haqq  sözləri  təkrarlamaqdan  əsla  usanmayacağam:  
“Allahın  dini  axmaqlardan  öyrənilməyəcək  qədər  şərəflidir!”  
 
 


124 
 
 
 
Haqdan qaçmaq 
 
 
Qərb  mədəniyyətində  şəhvətin  yüyən  gəmirməsi  Məsihin              
dini  ilə,  həvarilərin  həyat  tərzi  ilə  əlaqəli  deyildir.  Çünki                  
bütün  peyğəmbərlər,  o  cümlədən  Həzrəti  İsa  ülviyyətə,  əx-               
laqa,  iffətliliyə  çağırmışdır.  Ola  bilməz  ki,  onlar  rəzalətə  “hə” 
desinlər,  yaxud  da  onu  təbliğ  etsinlər... 
İsa  peyğəmbərin  zina  etmiş  qadını  cəzalandırmaqdan  vaz 
keçməsi  haqda  bizə  gəlib  çatan  rəvayəti  bəzi  nadanlar  doğ-                 
ru-düzgün  başa  düşməmişlər.  Bu,  həmin  günahı  xoş  gör-                  
mək  deyildir,  əksinə,  insan  oğlunun  iradəsizliyinə  rəhm  gös-              
tərib  tövbə  etsin  deyə  ona  fürsət  verməkdir.  Çünki  iyrənc             
mənəvi  xəstəliklərə  bürünmüş  yəhudilər  dindarlıq  adı  al-                     
tında  özlərini  qeyrətli  aparır,  büdrəmişlərə  (zina  edənlərə)            
fürsət  vermirdilər... 
Bu  üzdən  İsa  peyğəmbər  ikiüzlü  kahinlərə  demişdi:  “Ara-
nızdan  xətası  (günahı)  olmayanlar  onu  daşqalaq  etsinlər...”. 
Həzrəti  İsanın  bu  sözü  elə  bir  çeşmədən  axıb  gəlir  ki,  hə-             
min  çeşmədən  su  içmiş  peyğəmbərimiz  də
  (Ona  Allahın  xeyir-duası                               
və  salamı  olsun!)
  günahlarını  etiraf  edən  bir  adamdan  eyhamla  üz 
döndərmiş,  bununla  da  ona:  “Görürsən,  özümü  eşitməzliyə 
vurmuşam,  çıx  get,  tövbəni  et” – demək  istəmişdir.  
Bu  da  bir  reallıqdır  ki,  əksər  dindarlar  heysiyyətsizdirlər, 
hissləri  ölmüşdür,  zorakılıqdan  xoşları  gəlir,  səhvə  yol  vermiş-
lərin  vəziyyətindən  kam  alırlar.  Bütün  bunlar  Allahla  əlaqə-                    


125 
 
nin  pozulmasından,  dini  doğru-dürüst  başa  düşməməkdən                 
irəli  gəlir... 
Qərbdə  tüğyan  edən  seksual  sapqınlığın  səbəblərinə  nəzər 
saldıqda,  qarşımıza  yunan  və  roma  adətləri  çıxır.  Bu  irsi                 
adətlər  Orta  əsrlərdə  Avropada  mövcud  olmuş,  Yeni  dövr-                 
dən  etibarən  yayğınlaşmışdır... 
Yunan  fəlsəfəsi  sapqınlıq  və  əxlaqsızlığın  eybəcər  nümu-                
nəsi  idi.  Yunan  tanrılarının  “yaşadığı”  Olimp  dağı  şəhvətlə, 
haramla,  azğınlıqla  dolub-daşırdı...  Romalıların  vəziyyəti  də 
ürəkaçan  deyildi.  Məlumdur  ki,  romalılar  xristianlığı  qəbul 
etdiklərində  bu  səmavi  dinə  canı-dildən  bağlanmadılar,  ək-                
sinə,  xristianlığı  öz  cəmiyyətlərinə  daşıyıb,  qədim  ənənələ-                 
rinə  uyğunlaşdırdılar;  onunla  islah  olunmadılar,  əksinə,  təlim-
lərini  korladılar... 
Müasir  Qərb  mədəniyyət  meydana  gəldiyi  zaman  səna-                        
ye  və  idarəetmə  üstünlüyü  ona  dünyanın  ipini  təkbaşına                  
əlində  tutmaq  fürsəti  verdi.  Bu  mədəniyyət  seksual  həyat                  
tərzini  yaymağa  başladı,  Roma  və  Afina  əxlaqsızlığını  lokal 
müstəvidən  dünya  müstəvisinə  çıxardı. 
Bu  minvalla  murdarlıq  (natəmizlik)  yayılmağa  başladı:                 
insan  bədəninin  iyrənc  təsvirlərinin  (erotik,  pornoqrafik  şə-                
kil  və  filmlərin)  şahidi  olduq;  qadın  gözəlliyinin  nümayiş 
etdirildiyi  sahələr  yarandı,  nikahdankənar  cinsi  əlaqə  –  zina  
həyat  normasına  çevrildi  və  ona  “yox”  deyənlər  “köhnəfikirli” 
adlandırıldılar. 
Bu  vəziyyətin  yaranmasına  iki  məsələ  öz  “töhfə”sini  ve-                   
rib:  birincisi  Qərb  mədəniyyətinin  açıq-aşkar  elmi  üstün-   
lüyüdür.  İkincisi  də  Müsəlman  ölkələrində  tətbiq  ediləcək 


126 
 
mötəbər  praktik  alternativin  olmamağıdır!  Elə  bir  alterna-                      
tiv  ki,  Allahın  insanlara  bəxş  etdiyi  fitrətlə  üst-üstə  düşür,                  
bəşər  cəmiyyətini  tənzimləyib  saflaşdırmada  Quran  və  Sün-                    
nə  ilə  səsləşir... 
Amma  müsəlman  modeli  ilə  müqayisədə  Qərb  modelinin 
üstünlüyü  və  həmişəyaşarlığını  iddia  edənlər  tapıldı.  Bu,               
haqdan  dördnala  çapıb  uzaqlaşmaqdır.  Bəli,  bu  iddia  Qərbi  
təqlid  edən  müqəvvaların,  deməli,  islamı  Quran  və  Sünnə 
əsasında  anlamayan  nadanların  işidir.  
İslam  nöqteyi-nəzəri  hesab  edilən  şey,  əslində  islamdan                  
çox  uzaqdır.  Bu  nöqteyi-nəzər  qadına  qüsurlu  canlı  gözü  ilə  
baxır,  onu  dörd  divar  arasına  salıb,  təhsil  və  özünü  inkişaf 
etdirmək  hüququndan  məhrum  edir;  islamın  bugünü  və  sa-            
bahı  üçün  vacib  sayılan  hər  növ  sosial-siyasi  fəaliyyətdə  qa-
dınların  iştirakına  qadağa  qoyur.  
Bu  zehniyyətə  görə,  nə  qadın  başqalarını,  nə  də  başqaları 
qadını  görməlidir!  Ona  məscidin  və  ya  məktəbin  yolunu 
göstərmək  olmaz!  Münasib,  ciddi  sahədə  işləməsi  yolveril-
məzdir!  “Əmr  bil-məruf  və  nəhy  ənil-münkər”  işində,  islamı 
müdafiədə  ona  yer  yoxdur! 
Şərəf-namus  məsələsində  qadının  sözünü  heç  kəs  dinlə-                   
mir  və  o,  heç  bir  işdə  ixtiyar  sahibi  deyildir!  
Nikah  zamanı  heç  kəs  onun  rəyini  soruşmur.  Bəzən  evdə 
qarısa  da,  qəyyumları  (böyükləri)  hesab  edirlər  ki,  ona  uy-                  
ğun  birisini  tapmaq  mümkün  deyildir.  Bakirə  olaraq  yaş-                 
laşır,  bakirə  də  ölür! 
 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə