P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə24/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   20   21   22   23   24   25   26   27   ...   103

84 
 
Dəyərli  sayılan  hər  şey  bu  geniş  dünyada  fanidir,  məhvə 
məhkumdur.  Allaha  səcdə  edən,  Onun  əzəməti  qarşısında                 
diz  çökən,  “Allah  necə  də  Pakdır,  həmd  Onadır!  Əzəmətli               
Allah  necə  də  Pakdır!” – söyləyən  zehinlər  isə  istisnadır. 
Varlığın  zərrələri  ilə  yarışda  ləhləyən  dillər  bu  səbəbdən              
Allaha  layiqli  şəkildə  həmd-səna  etmir,  mənzilbaşına  yetişə 
bilmirlər.  
Təsdiqləyirəm  ki,  Məhəmməd
  (Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
 
peyğəmbərlik  elminin  son  varisidir.  O  Allahın  kitabında  bu             
elmi  bizə  ən  saf  həqiqət  şəklində  təqdim  etmişdir. 
O,  ən  layiqli  şəkildə  Allahı  həm  təqdis  edən,  həm  Şəninə 
təriflər  söyləyən,  həm  də  Təkliyini  təsdiqləyən  ilk  insan-                  
dır.  
Onun  yer  üzündə  qurduğu  mədəniyyət  xalis  rəbbani  da-
yaqlara  əsaslanır,  “Allahu  Əkbər!”  şüarını  daşıyır. 
Bu  mədəniyyətin  həmişəyaşar  və  ülvi  cihadı  –  Vahid  Hə- 
qiqəti  qorumaq,  onu  hədəf  almış  hücumları  dəf  etmək-                       
dir. 
Fikir  verirəm  ki,  insanları  Allahdan  bixəbər  buraxmaq 
məqsədilə  böyük  sui-qəsd  hazırlanıb.  Bununla  da,  həm  onları 
Allahdan  uzaqlaşdırmaq  istəyirlər,  həm  də  Allahın  hökmləri 
deyilən  şeyi  xəyalpərəstlərin  iddiası  olaraq  təqdim  edirlər. 
Bu  sözlərə  fikir  verin:  “Təbiət  ana  bətnini  elə  bir  “yas-                    
tıq”la  təmin  edib  ki,  embrion  onun  üstündə  rahatca  çevrilir,  
digər  orqanlara  zərər  toxundurmur,  ananın  hərəkətliliyi  onun 
formasına  təsir  göstərmir!” 


85 
 
Soruşuram:  “Belə  bir  çətin  vəzifəni  yerinə  yetirən  təbiət  nə 
olan  şeydir?  Erkəkdir,  ya  dişi?  Cindirmi,  şeytandırmı,  nədir               
o?” 
Bu  təbiət  öz  funksiyasını  beş  qitədə  necə  yerinə  yetirmiş-             
dir?  
Aydındır  ki,  təbiətin  yaradıcı  olduğunu  iddia  edənlər  Ali 
Qüdrətin  gördüklərinin  üstünə  qəsdən  yalançı  örtük  çəkir,  Al-
lahın  adını  torpaqlamaq  istəyirlər!  Elə  isə  bu,  insanın  biliklən-
məsidir,  yoxsa  cahilləşməsi?!  
Empirik  (təbiət)  elmlərinin  meydana  gəldiyi  mühit  dinə 
ehtiramdan  uzaq  idi.  Çünki  həmin  din  (xristianlıq  nəzərdə 
tutulur  –  mütərcim)  ağıla  heç  əhəmiyyət  verməmişdi.  Amma 
həqiqət  bu  cür  qəribə  labirintlərdə  itməməlidir.  
Dünyanın  yaranması  ilə  bağlı  aşağıdakı  izaha  nəzər  yeti-                
rin: 
“Əlli  milyon  il  bundan  qabaq  kainatda  böyük  bir  part-                  
layış  baş  verir.  Partlayış  nəticəsində  kainata  qaz  və  atom  
buludları  yayılır  və  bu  buludlar  orada-burada  dövrə  vurur. 
Müəyyən  vaxt  keçdikdən  sonra  bu  buludlar  bir  yerə  toplaşır                 
və  indi  gördüyümüz  ulduzlar,  günəşlər,  planetlər,  qalakti-              
kalar... yaranır!” 
Həmin  partlayışın  nəticəsində  oraya-buraya  səpələnmiş  “qa-
lıq”lardan  böyük  dəqiqliklə  dairəvi  hərəkət  edən  planetlər 
meydana  gəlib(!) 
Halbuki Quranda deyilir: 
“Nə  günəş  aya  çatar  (yetişər),  nə  də  gecə  gündüzü  ötə                
bilər.  (Günəş,  ay  və  ulduzların)  hər  biri  (özünə  məxsus)  bir 
göydə (öz  hədəqəsində,  öz  dairəsində)  üzər”  (Yasin,  40).  


86 
 
Və  bu  partlayış,  deməli,  kor  təsadüf  Yer  kürəsini  yara-                 
dıb(!)  O  Yer  kürəsi  ki,  Musa  peyğəmbər 
(Ona  salam  olsun!)
  onu  Fi-                 
rona  belə  təsvir  etmişdi: 
“O  (böyük  Allah)  ki,  yer  üzünü  sizin  üçün  döşəmiş                   
(döşək  etmiş),  orada  sizin  üçün  yollar  salmış,  göydən  yağ-               
mur  yağdırmışdır.  Biz  o  yağmurla  növbənöv  bitkilərdən  cüt-               
lər  yetişdirmişik. 
(Onlardan  nuşcanlıqla)  yeyin,  həm  də  heyvanlarınızı  ota-               
rın.  Həqiqətən,  bunda  (gördüyümüz  bu  işlərdə)  ağıl  sahib-                  
ləri  üçün  (Allahın  vəhdaniyyətinə,  qüdrətinə  dəlalət  edən)  əla-
mətlər  vardır!” (Taha, 53-54). 
Nə  partlayışdır  bu?  Kimdir  onun  baiskarı?  Orbitindən                  
zərrə  qədər  sapmayan,  dövrələrini  vaxtında  başa  vuran  qa-
laktikaların  olduğu  göy  qübbəsini  bu  partlayış  necə  oldu  ki, 
yaratdı? 
Bu  həm  elmə  xəyanətdir,  həm  də  insanları  səmaları  və                    
yeri  yaradan  Haqq  Xaliqdən  bixəbər  buraxmaqdır... 
Ağıllı  insanlar  başa  düşürlər  ki,  müasir  elm  bu  qəsdli  və    
nankor  cahilləşdirmə  təmayülündən  xilas  edilməlidir.  Kimya, 
fizika,  biologiya  kimi  elm  sahələrində  dünyanın  başlanğıcı  ilə 
bağlı  “iks”ləri

  bir  kənara  atıb,  ədəb-ərkan  və  xatircəmliklə              
Böyük  Yaradıcıdan  danışmaq  lazımdır. 
Bunu  hər  şeydən  qabaq  müsəlmanlar  etməlidirlər.  İslam 
missiyasının  ilk  işi  də  məhz  bu  olmalıdır.  Fakt  budur  ki,                 
kəlam  elmi  bu  yükü  çəkəcək  imkanlara  sahibdir.  Təbii  ki,              
                                                 

  Yəni  cavabsız  sualları  bir  kənara  atmaq  lazımdır.  “İks”  (x)  –  cavabı 
olmayan  sualları,  problemləri  ifadə  edir – tərcüməçinin  qeydi.  


87 
 
bunun  üçün  kəlam  elmi  Quranın  təlimlərinə  əsaslanmalı,  qə-          
dim  yunan  fikrinin  zir-zibilindən  təmizlənməli,  eyni  za-              
manda,  cahil  nadanların  boyunduruğundan  xilas  olmalıdır.  O 
nadanların  ki,  Quranın  zahiri  ilə  kifayətlənir,  Allah  haqqın-              
da  Kitab  əhlinin  xurafatçıları  kimi  danışırlar.  Kitab  əhli  də  if-               
rat  sadəlövhlük  üzündən,  az  qalmışdılar  ki,  Allahı  əşyaya  bən-
zətsinlər... 
 
 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə