P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə21/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   17   18   19   20   21   22   23   24   ...   103

72 
 
raqları  gözləyənlər  –  məhz  onlar  rəhbərliyə  layiqdirlər.  Xalqa             
zor  gücünə  liderlik  etmək,  müstəbidlik  göstərmək  heç  kəsin 
haqqı  deyildir. 
5.  Şura  (məşvərət,  məsləhətləşmə)  hakimiyyətin  əsasıdır.              
Hər  bir  millət  şura  sistemini  tətbiqdə  özünə  münasib  va-                
sitələr  müəyyənləşdirmək  haqqına  sahibdir.  Həmin  vasitə-              
lərin  müəyyən  edilməsində  Allahın  razılığını  əsas  götürmək, 
riyakarlıq,  saxtakarlıq  və  dünya  sevgisindən  uzaq  durmaq  la-
zımdır. 
6.  Özəl  mülkiyyət  islamın  müəyyənləşdirdiyi  şərtlər  və 
hüquqlarla  qorunur.  Ümmət  vahid  sistemdir:  nə  bir  fərdə 
etinasızlıq  göstərilməli,  nə  də  bir  qrup  özünü  yekəxana 
aparmalıdır.  Qardaşlıq  –  camaatı  (kollektivi)  fərd-fərd  tən-
zimləyən  qanundur.  Camaatın  maddi  və  mənəvi  problemləri                
bu  qanun  çərçivəsində  tənzimlənməlidir. 
7.  Müsəlman  dövlətləri  islama  dəvət  işinin  aparılmasında, 
barəsində  yaranmış  iftiraların  dəf  edilməsində,  dünyanın  ha-
rasında  olursa-olsun  dəvətçilərə  edilən  təzyiq  və  əngəllərin 
aradan  qaldırılmasında  cavabdehlik  daşıyırlar.  Bu  dövlətlər 
xilafətin  layiqli  formada  bərpası  üçün  ciddi  səy  göstərməli-           
dirlər.  
8.  Müxtəlif  dinlərə  mənsubluq  çəkişmə  və  ədavətə  səbəb 
olmamalıdır.  İnsanlar  hərbi  təcavüzə  və  zülmə  məruz  qaldıq-             
ları  zaman  müharibələr  baş  verir.  
9.  Müsəlmanların  digər  dünya  ölkələri  ilə  (beynəlxalq  ic-
timaiyyətlə)  münasibətləri  bəşəri  qardaşlıq  prinsipi  ilə  tən-
zimlənməlidir.  Onlar  insanları  islama  dəlil-sübutla,  qənaət-              


73 
 
bəxş  metodlarla  çağırmalıdırlar;  Allahın  bəndələrinə  yamanlıq 
etməyi  ürəklərindən  belə  keçirməməlidirlər.  
10.  Müsəlmanlar  bəşəriyyətin  maddi  və  mənəvi  tərəqqisi-              
ni  təmin  edən  hər  bir  məsələdə  qeyri-müsəlman  millətlərlə 
əməkdaşlıq  etməlidirlər.  Əslində,  bunu  həm  Məhəmməd  pey-
ğəmbərə
  (Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  digər  peyğəmbərlərdən               
miras  qalmış  dəyərlər,  həm  də  müsəlman  fitrəti  zəruri  edir
1

XX  əsrin  mücəddidi

,  şəhid  Həsən  əl-Bənnanın  “İyirmi 
Təlim”inə  əlavə  etmək  istədiyim  On  Prinsip  bunlardır.  İstə-             
yən  qəbul  edər,  istəyən  də  etməz. 
Son  istəyim  budur:  “Bizi  əfv  edib  bağışla,  bizə  rəhm  et!                
Sən  bizim  ixtiyar  sahibimizsən  (mövlamızsan).  Kafirlərə  qə-             
ləbə  çalmaqda  bizə  kömək  et!”
2
 
 
                                                 
1
 Bax: Məhəmməd  əl-Qəzali.  Mədəni  birlik  konstitusiyası, səh. 220-221. 

 Yenilikçi, novator.  
2
 “əl-Bəqərə” surəsi, 286-cı  ayə.  


74 
 
 
 
Başqalarını tanımadıq,  
əğyardan bixəbər qaldıq! 
 
 
Uzun  müddət  ağrısını  çəkdiyimiz  tarixi  səhvlərdən  biri  də 
başqalarını  tanıyıb  öyrənməməyimizdir,  barələrində  məlumat 
sahibi  olmamağımızdır.  Bəli,  onları:  mədəniyyətlərini,  tarix- 
lərini,  mövcud  vəziyyətlərini  araşdırmadıq,  fil  qulağında  yat-             
dıq!  Unutduq  ki,  bu  özgələr  qəzəbli  yağı,  səksəkəli  düşmən                 
ola  bilərlər... 
Mədəni  “bina”mızı  darmadağın  etmiş  hücumların  əksəriy-           
yəti  qəfildən  baş  verən  zəlzələni  xatırladır:  nə  vaxtı  bilinər,  nə             
də  hazırlığı  görülər! 
Paytaxtlarımız  süqut  etdi,  islam  coğrafiyasından  neçə-neçə 
dövlətimiz  silinib  tarix  oldu.  Müsəlmanlar  isə,  şairin  də  de-               
diyi  kimi,  ilk  gecə  qəflətindədirlər: 
 
Ey  axşam  çağı  sevincək  yatağa  girmiş  gecələri  yatan, 
Ayıl  və  bil  ki,  hadisələr  sübhün  qapısını  çoxdan  döyüb! 
 
Əndəlüs  itirildi.  Bu  gün  isə  Asiyada,  Afrika  və  Avropada 
itiririk... 
Özümüzdən  qeyrilərini  əsla  araşdırıb  öyrənmədik!  Onlar              
isə  bir  an  belə  olsun  yatmadılar:  qəzəb  və  hikkə  “qazan”ları-              
nın  altı  əsla  sönmədi;  bizə  hücum  etmək,  dinimizin  dayaq-             
larını  laxlatmaq  üçün  hey  düşündülər,  baş  sındırdılar! 


75 
 
Bu  ayə  üzərində  heç  düşündükmü: 
“(Ey  möminlər!)  Onlar  əgər  bacarsalar,  sizi  dininizdən 
döndərincəyə  qədər  sizinlə  vuruşmaqda  davam  edəcəklər”                
(əl-Bəqərə, 217). 
Bəlkə  də,  bu  ilahi  xəbərdarlığı  unutmuşuq.  Ancaq  böyük             
tarixi  hadisələri  yaddaşlardan  silmək  mümkündürmü?  O  ha-
disələri  ki,  bir-birini  hey  əvəz  etmiş,  bizə  özü  ilə  ağrı-acılar 
gətirmişdir.  Bugün  də  həmin  hadisələr  təkrarlanır  və  xəbər-           
darlıq  edir  ki,  vəziyyətimiz  ürəkaçan  deyildir. 
Biz  davamlı  inkişaf  edən  dünyanın  bir  parçasıyıq.  İndiki 
dövrdə  dünyanın  tərəqqi  addımları  iri  sıçrayışlarla  əvəzlənib. 
Düşmənlərimiz  islama  olan  dərin  nifrətlərini,  onun  axırına 
çıxmaq  istədiklərini  açıqca  bəyan  edirlər. 
Nə  vaxtadək  ətrafımızda  olanlardan  bixəbər  qalacağıq?  Biz 
belə  bir  xətaya  görə  peşman  olmalı,  onu  təkrarlamaqdan                     
ehtiyat  etməliyik.  
Düşünürəm  ki,  iki  istiqamətdə  fəaliyyət  göstərən  mexa-              
nizm  yaradılmalıdır.  Belə  bir  mexanizm  imkan  verəcəkdir                   
ki,  başqaları  kimi  biz  də  bacarıqlı  və  ayıq  olaq.  
Birinci  fəaliyyət 
 istiqaməti  aşağıdakıları  ehtiva  edir: 
a)  Kiminlə  danışdığımızı  və  nə  söyləyəcəyimizi  bilmək               
üçün  bizdən  qeyrilərinin  mədəni  dünyagörüşünü,  mədəni  sə-
viyyələrini  araşdırmaq; 
b)  Dünyaya  hakim  olanların  mədəni,  iqtisadi  və  istehsal 
səviyyəsinə  yüksəlmək.  Geridə  qalmış  bir  xalqın  islamı  təmsil 
etməsi  gülməli  alınır:  başqaları  ona  çəp-çəp  baxırlar.  O  isə              
sahib  olduğu  haqqa  maddi  və  elmi  “özül”lərlə  dayaq  verə  bil-           
mir; 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə