P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə22/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   18   19   20   21   22   23   24   25   ...   103

76 
 
c)  Siyasi  cərəyanları  (təmayülləri,  nəzəriyyələri...)  və  qey-              
ri-müsəlmanların  sahib  olduqları  hərbi  potensialı  araşdırmaq; 
digər  din  və  məzhəblərin  hegemonluğuna  hansı  “şərait”i 
yaratdığımızı  müəyyənləşdirməli,  problemin  ciddiliyini  məsul 
şəxslərin  diqqətinə  çatdırmalıyıq. 
İkinci  fəaliyyət
ə  gəlincə,  daxili  səciyyə  daşıyır  (və  ya:                
islam  ölkələrini  əhatə  edir)  və  aşağıdakılara  əsaslanır: 
a)  Ümməti  Allahın  kitabı  və  Peyğəmbərin  sünnəsindən 
uzaqlaşdırmış,  haqq  dininin  simasını  eybəcərləşdirmiş,  mü-
səlmanları  islama  xidmətdən  məhrum  etmiş  mədəni  özgə-           
ləşmə  və  fikri “naxoşluq”la  mübarizə; 
b)  Vəhyin  –  həyat,  kainatı  öyrənməyin  –  imanın  ən  mü-              
hüm  mənbəyi,  təbiətdən  düzgün  istifadənin  də  ciddi  iqtisadi               
və  hərbi  silah  olmağı  qənaətini  əsas  götürməklə  müsəlman 
ümmətinin  yenidən  formalaşdırılması; 
c)  Qurani-Kərim  dörd  yerdə  Məhəmməd  peyğəmbərin 
(Ona 
Allahın  xeyir-duası  və  salamı  olsun!)
  risalətinin  (missiyasının,  təbliğ  etdiyi   
təlimin  –  mütərcim)  başlıca  cizgilərindən  söz  açıb.  Bunlar 
aşağıdakılardır:  
1.  Allahın  ayələrini  fəaliyyət  metodu  seçərək  oxumaq  (mə-
nimsəmək); 
2.  Ümməti  möhkəm  əxlaq,  açıq-aydın  vərdişlər  əsasında 
tərbiyə  etmək  –  “təzkiyə”  (demək  olar  ki,  təzkiyə  haqda  dır-             
naq  ucu  qədər  də  olsa  bir  şey  bilmirik); 
3. Kitabı (Qurani-Kərimi) öyrənmək; 
4. Hikmət (müdriklik). 


77 
 
Təəssüf  olsun  ki,  biz  işlərimizin  çoxunda  müdrik  deyilik, 
Quranın  məzmunu  və  məqsədlərindən  də  çox  uzaq  düşmü-             
şük. 
İslama  mənsubluğumuz  real  və  konkret  olsun  deyə  sözü-  
gedən  cizgiləri  maddi  və  mənəvi  cəhətdən  aşkara  çıxartmalı-            
yıq.  
ç)  Bizə  gəlib  çatmış  islam  irsini  “xəlbir”dən  keçirməli,               
Quran  və  Sünnəyə  uyğun  “iri  dənə”ləri  saxlamalı,  qalan  “xır-              
da-xuruş”u  isə  atmalıyıq.  Biz  ki  məsum  (müqəddəs,  toxu- 
nulmaz)  vəhyə  sahibik.  Və  keçmişimizdə  dühalar,  böyük  
imamlar  (alimlər)  yaşayıblar.  Ola  bilsin  ki,  onlar  dinin  ikinci 
dərəcəli  məsələlərində  (füruat)  bir-birindən  fərqli  düşünmüş- 
lər.  Amma  bu  dahilərin  dinin  ana  prinsiplərinə  və  məqsəd-             
lərinə  münasibəti  haqda  eyni  şeyi  söyləyə  bilmərik:  onlar                     
bu  məsələlərdə  nadirən  ixtilafa  düşmüşlər.  
Saf  niyyət  və  geniş  dünyagörüşü  sayəsində  islam  dünya-             
sının  dağılmış  “parça”larını  bir  yerə  toplamaq  mümkündür.  
Odur  ki,  təklif  etdiyim  qurum  yalnız  Allahın  nuru  ilə  kifayət- 
lənib  digər  “işıq”lara  gözünü  yummaqla  fəaliyyət  göstərməli, 
mövcud  islam  qurumları  ilə  (Tədqiqatlar  Akademiyası  (Mi-             
sir),  İslam  Dünyası  Assosiasiyası  (Səudiyyə  Ərəbistanı)...) 
əməkdaşlıq  etməlidir. 
Bu  qurum  bütün  dünyanı  və  islam  coğrafiyasını  öyrənən 
“rəsədxana”  rolunu  oynamalıdır.  Onun  əsas  işi  sonuncu  risa-           
lətin  keşiyini  çəkmək,  ondakı  “nasazlıq”ları  düzəltmək,  əley-            
hinə  qazılmış  “quyu”ları  doldurmaq  və  nəhayət,  vəzifələrini 
yerinə  yetirmələri  üçün  digər  islam  qurumlarını  bu  şeylər-                
dən  agah  etməkdən  ibarətdir.  


78 
 
Şeytan  ta  qədimdən  çalışır  ki,  insanların  diqqətini  haq-             
dan  yayındırsın.  Onun  “ağır  zəhmət”i  nəticəsində  insanlar  ya 
haqdan  üz  döndərirlər,  –  bu,  açıq-aşkar  və  ya  gizli  asiliklə  baş 
verir  –  ya  da  həmin  haqqı  təhrif  edir,  “künc”ləri  və  “orta”                   
sını  istədikləri  kimi  yonub-düzəldirlər. 
Bəzən  bidət  asilikdən  daha  pis,  daha  çirkin  formada  tə-                
zahür  edir! 
Adəmdən,  Nuh  və  digər  peyğəmbərlərdən  etibarən  din               
həm  asiliklərin,  həm  də  bidətlərin  şahidi  olmuşdur.  Ərə-               
bistan  yarımadasının  şimalında  (Yuxarı  İraqda)  Nuh  pey-
ğəmbərin  mübarizə  apardığı  bütpərəstlik  sonralar  yenidən  ya-
rımadaya  geri  qayıtmışdır.  Ərəblərin  arasında  özlərini  “Əb-
düvədd”,  “Əbdüyəğus”

... adlandıranlar  olmuşdur. 
İbrahim  peyğəmbər 
(Ona  salam  olsun!)
  tövhidi  qorumaq,  rüku  və 
səcdə  edənləri  toplamaq  üçün  Kəbəni  inşa  etmişdi.  Amma 
ərəblər,  çox  keçmədi  ki,  oranı  bütxanaya  çevirdilər. 
Musa  peyğəmbər 
(Ona  salam  olsun!)
  öz  xalqını  fironların  zül-             
mündən  qurtarmışdı.  Lakin  vaxt  gələcək  bu  xalqın  özü 
fironlaşacaqdı.  Və  onların  dinində  tövhid  Allahın  insana 
bənzədilməsi  və  digər  xurafatların  fonunda  həqiqi  mahiy-              
yətini  itirəcəkdi.  Hələ  xristianlığı  demirəm:  burada  tövhid  üç 
üqnüm
∗∗
  və  yevxaristiya
∗∗∗
  inancı  ilə  əvəzləndi.  Bununla  da, 
                                                 

  Vədd  və  Yəğus  Nuh  peyğəmbərin  dövründə  insanların  sitayiş  etdik-                  
ləri  bütlərdir – tərcüməçinin qeydi.  
∗∗
  Üç  üqnüm:  xristian  inancına  görə  Ata,  Oğul  və  Müqəddəs  Ruh  nə-               
zərdə tutulur – tərcüməçinin qeydi. 


79 
 
İbrahimə,  Musa  və  İsaya 
(Onlara  salam  olsun!)
  nazil  olmuş  vəhydən              
əsər-əlamət  qalmadı... 
Sözügedən  peyğəmbərlərə  aid  olduğu  iddia  edilən  kitab-            
larda  çoxlu  səhvlər  və  bərk  yanılmalar  vardır. 
Məhəmməd  peyğəmbərin
  (Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  risaləti              
isə  bu  məhvedici  müsibətdən  qurtulub.  Düzdür,  bu  dinin  ana 
əsasları  qorunub,  saf  qalıb.  Amma  şeytan  buraya  da  bur-                  
nunu  soxmağa  cəhd  göstərib.  Odur  ki,  biz  bəzi  qısır  dü-
şüncəlilərin  qəribə  fikirlərinə,  nəfsinə  qurban  getmişlərin  də  
əcaib  davranışlarına  rast  gəlirik. 
İslamın  qılınc  gücünə  yayıldığını,  insanların  zor  gücünə 
müsəlmanlaşdığını  iddia  edib,  mövqelərini  əsaslandırmaq              
üçün  dəridən-qabıqdan  çıxanlar  azdırmı? 
Bu  məqsədlə,  başda  “Dində  heç  bir  məcburiyyət  yoxdur!” 
ayəsi
1
 olmaqla  yüz  iyirmidən  artıq  ayəni  “mənsux”  (qüv-                
vədən  düşmüş)  sayırlar. 
Bəziləri  də  hakimiyyətin  şuraya  əsaslanması  qaydasına  qə- 
zəblə  qarşı  çıxaraq  iddia  edir  ki,  şura  “nafilə”  (sünnə  –                       
vacib  sayılmayan)  kateqoriyalı  vasitədir,  başçılar,  liderlər,                 
əgər  istəsələr,  ondan  istifadə  edə  bilərlər.  Bu  insanlar  bizə                   
elə  baxırlar  ki,  sanki  biz  Qərb  dövlət  idarəçiliyi  sisteminə               
valeh  qalmışıq  və  onu  İslam  coğrafiyasına  “idxal”  etmək 
istəyirik... 
                                                                                                                   
∗∗∗
  Yevxaristiya:  iddiaya  görə,  bu  ayinin  icrası  zamanı  xristianlar  şərab                
və  çörəklə  İsa  peyğəmbərin  bədənindən  və  qanından  dadırlar  –  tər-
cüməçinin qeydi.
 
1
 “əl-Bəqərə” surəsi, 256-cı  ayə.  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə