P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə23/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   19   20   21   22   23   24   25   26   ...   103

80 
 
Əlavə  izaha  ehtiyac  yoxdur,  onlar  müstəbid  fironların 
xidmətçiləridirlər  və  ya  onlara  qapı  açanlardır... 
Bizə  Sünnə  düşməni  gözü  ilə  baxanlar  da  tapılır.  Nədir-                
nədir  demişik  ki:  “Astronomik  hesablamalarla  ayın  nə  vaxt 
doğduğunu,  nə  vaxt  da  batdığını  ən  dəqiq  şəkildə  müəyyən  
etmək  mümkündür”.  Hətta  bu  insanlardan  biri  Ayın  səthinə 
enmiş  astronavtlar  xəbərini  uydurma  yəhudi  qissəsi  (israiliy- 
yat
)  hesab  edir.  
İman  böhranının  yaşandığı,  elmlə  dinin  bir-birindən  ay-        
rıldığı,  cəfakeş  alimlərin  insanlara  Allahı  tanıtmaq  üçün  can 
yandırdığı  bir  dövrdə  sönük  düşünən  birisi  gəlib  deyir:  “Bu 
alimlərə  başa  sal  ki,  Allah  Adəmi  həm  öz  surətində,  həm  də                  
60 qulac

  hündürlüyündə  yaradıb!”  
Bir  də  görürsən  bunu  da  əlavə  edir:  “Onlara  de  ki,  onun 
(Allahın)  baldırı  və  ayağı  var!” 
İslam  məntiqinə  görə,  əqidə  məsələləri  ancaq  mənası  və 
səhihliyi  qəti  olan  (qət`iyyəti-dəlalət  vəs-sübut)  dini  mətn-             
lərlə  (nəss)  təsbitini  tapır
1
.  Bu  “ahad”  rəvayətləri  kim  istə-                    
yir  qəbul  etsin,  kim  istəyir  etməsin,  kim  də  istəyir  yozsun,               
amma  bu  dövrdə  onları  qurdalayıb  ortaya  çıxarmağın,  in-            
sanların  düşüncəsini  onlarla  məşğul  etməyin  nə  mənası  var-              
dır?  Bəlkə  də,  bu,  insanları  fitnə-fəsada  salmaqdan  savayı  heç              
bir  işə  yaramır.  
                                                 

  Təxminən  40  metr.  1  qulac  0.64  metrə  bərabərdir  –  tərcüməçinin  qey-             
di.
 
1
 Biz  burada  müsəlman  alimlərinin  mövqeyindən  çıxış  edirik,  anormal 
şəxslərin  deyil!  


81 
 
Bu  səbəbdən  biz  müasir  islam  mədəniyyətini  bir  daha 
nəzərdən  keçirmək,  onu  əvvəlki  əsasları  üzərinə  qaldırmaq 
istəyirik.  
Quranımız  bütövlükdə  və  təfərrüatı  ilə  qorunmuşdur.  Sün-              
nə  də  bütövlükdə  doğru-düzgündür;  mötəbər  fəqih  və  alimlər 
onu  hədsiz  diqqətlə  öyrənmiş,  uydurma  rəvayətlərdən  təmiz-
ləmiş,  Quranla  səsləşib  həndəvərindən  kənara  çıxmayacaq 
vəziyyətə  gətirmişlər... 
Şübhə  yoxdur  ki,  “mütəvatir”  hədislər  Quran  qədər  qa-
nunverici  qüvvəyə  sahibdir.  
 
 


82 
 
 
 
Üçüncü fəsil 
ALI HƏQİQƏTLƏRİ GİZLƏYƏN “QABIQ”LAR 
 
 
Dəniz  dalğaları  ilə  müqayisədə  bir  damcı  nədirsə  dünya             
əhalisi  ilə  müqayisədə  mən  də  oyam.  Və  mənim  bu  cür 
müqayisədən  xoşum  gəlir.  Öz-özümə  soruşuram:  “Mən           
nəyəm?”  Göylər  və  yerin  sahibinin  yedirdiyi  beş  milyard 
insandan  biri!  Şəhərləri,  kəndləri  dolaşan  bir  kəs!  Necə  də            
cılız  görünürəm!  
Əsil  problem  bu  bədəni  yaşadan,  asan  və  ya  çətin  yollarla 
qazanılan  ruzi  problemi  deyildir.  Ətrafla  təmas  yaratmaq              
üçün  hər  birimizin  iki  gözü  və  iki  qulağı  vardır.  Görmə             
mürəkkəb  prosesdir:  şeylərin  təsvirlərini  beyinə  ötürür  və                    
biz  nəyin  nə  olduğunu  ayırd  etdikdən  sonra  “iş”ə  başlayı-                   
rıq. 
Gicgahımızın  aşağı  yan  tərifindəki  qulaqların  funksiyası,              
bəlkə  də,  daha  mürəkkəb,  daha  çətindir.  
Haqqı  aşkara  çıxartmağım  üçün  bu  ayədəki  beş  suala                
cavab  verməliyəm: 
“(Ya  rəsulum!)  De:  “Sizə  göydən  və  yerdən  kim  ruzi  ve-                 
rir?  Qulaqlara  və  gözlərə  sahib  olan  (onları  yaradan)  kim-                
dir?  Ölüdən  diri,  diridən  ölü  çıxardan  kimdir?  Hər  işi  dü-                 
züb  qoşan  (sahmana  salan)  kimdir? ...”  (Yunis, 31). 
Doğrudan  da,  iyirmi  milyard  qulaq  və  göz  eyni  vaxtda                     
öz  funksiyasını  hədsiz  dəqiqliklə  yerinə  yetirir.  


83 
 
Ölən  və  yaranan  hüceyrələrin  sayı  yuxarıdakı  rəqəmdən 
dəfələrlə  çoxdur.  Hər  bir  canlı  orqanizmdə  toxumalar  Al-                
lahın  yazdığı  vaxta  qədər  təzələnir.  Elə  ki  həmin  orqanizm              
öldü,  dünyada  özündən  sonra  bir  boşluq  qoyub  gedir.  Əs-              
lində,  bu  boşluq  həmin  orqanizmin  doğulmasından  qabaq 
mövcud  olmuş  boşluğun  özüdür! ... 
Bir-biri  ilə  əlaqəli  bu  planetləri  kim  idarə  edir?  Kim  on-                 
ların  hərəkətlərini  tənzimləyir?  Mən  dünya  əhalisi  ilə  özümü 
müqayisə  etdikdə  milçəkdən  də  cılız  görünürəm.  Bəs  həm 
indiyədək  gəlib-getmişlərlə,  həm  də  bundan  sonra  gəlib-
gedəcəklərlə  özümü  müqayisə  etsəm,  necə  olar?  Görəsən,                
nəyi  xatırladaram? 
Bu  düşüncələrlə  hey  kiçilirəm,  məğrurluğu  bir  kənara 
buraxıram  və  görürəm  ki,  özlərinə  qapılanlar  ya  böyük  xəyal-            
larla  ömür  sürür,  ya  da  zülmət  qaranlıqlar  içərisində  yaşayır-             
lar.  
Sonra  məni  başqa  bir  fikir  çulğayır:  özündəki  hər  bir  şeyi               
cılız  göstərən  bu  kainatın  böyüklüyü  haqda  “xəbər”i  eşitdi-               
yimdə  bütün  insanların  ümumi  çəkisinin  necə  də  az  oldu-                
ğunu  görürəm.  Həmin  “xəbər”  budur: 
“Doğrudan  da,  göylərin  və  yerin  yaradılışı  insanların  ya-
radılışından  daha  böyük  şeydir.  Lakin  insanların  çoxu  (bunu) 
bilməz!” (Ğafir, 57). 
Yer  Günəşlə  müqayisədə  uçan  toz  dənəsi  kimidir.  Günəşi              
də  digər  qalaktikalarla  müqayisə  etsək,  gözlə  sezilməyəcək 
dərəcədə  kiçik  nöqtəni  xatırladar.  Günəşlər,  qalaktikalar  Al-               
lahın  böyüklüyü  qarşısında  səhradakı  qum  dənəsi  kimidir-                 
lər.  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə