P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə16/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   12   13   14   15   16   17   18   19   ...   103

54 
 
bu,  haradasa,  keçən  əsrin  nailiyyətlərindən  çoxdur.  Təbiət  
elmləri  üzrə  tədqiqatçılar  və  mədəni  inkişafı  izləyənlər  bunu   
yaxşı  bilirlər.  
Təəssüf  ki,  müsəlmanlar  bu  əhatəli  sıçrayışda  pay  sahibi 
deyillər.  Təbii  ki,  söhbət  XX  əsrin  müsəlmanlarından  gedir. 
Amma  onların  əcdadları  dünyanın  qurucuları  idilər  və  bunu 
yalnız  nankor  inadcıllar  inkar  edirlər.  
Görəsən,  sonrakı  dövr  müsəlmanları  özlərini  nə  ilə  məşğul 
etmişlər?  Dinin  yalnız  müəyyən  məsələlərindən  danışmaqla!              
Adi  bir  namazı  bir  aya  izah  edirlər!  Dəstəmaz  və  qüsl  haq-              
qında  isə,  az  qala,  aylarla  danışırlar. 
Onu  da  deyim  ki,  elmi  ixtisaslaşma  və  xalqın  bilməsi               
lazım  gələn  ümumi  biliklər  
arasında  fərq  qoyulmalıdır... 
Çərənçilik  və  laqqırtını  andıran  boş-boş  işlər  üzündən  tə-              
biət  (həyat)  elmlərinə  diqqət  yetirməmişik,  vaxt  da  ayır-       
mamışıq.  Bu  səbəbdən  İslam  ümməti  maddi  və  mədəni  sa-
hələrdə  biabırçı  məğlubiyyətə  uğrayıb.  
Əvvəlki  müsəlmanlar  Qurani-Kərimin  üslub  ecazkarlığını 
aşkara  çıxarmaq  üçün  bəlağət,  üslubiyyat,  poetika,  nəhv  (sin-
taksis)  və  sərf  (morfologiya)  elmlərini  yaratdılar. 
Qurana  xidmət  göstərmək  üçün  bu  elmlərlə  yanaşı,  bio-            
logiya,  fizika,  kimya,  astronomiya,  geologiya  və  s.  elm  sahə-            
lərinə  də  böyük  ehtiyac  vardır. 
Bu  elmlərdən  xəbərsizlik  islama  və  onun  əzəmətli  kitabı-                  
na  xəyanətdir,  özü  də  rüsvayçı  xəyanət!  Bu,  həm  də  atamız 
Adəmin  insanlara  verdiyi  mesaja  xəyanətdir.  O  Adəmin  ki,              
Allah  ona  bütün  adları  öyrətmiş,  yer  üzünü  onun  ixtiyarına 


55 
 
vermişdi.  Adəm  də  bunun  sayəsində  həm  quruda,  həm  də                
suda  ixtiyar  sahibinə  çevrilmişdi.  
Axı  nə  üçün  bizdən  başqaları  dənizin  dibində  üzməli,  kos- 
mosa  uçmalı,  biz  isə  key-key  onlara  baxmalıyıq?  Nə  üçün                
ateist  zehniyyət  sahiblərinin  elektriki,  atomu  olmalıdır,  bizim               
isə  –  iri  dəyənəyimiz?!  Nəfsi  istəklərimizə  etiraz  edənlərə                
hədə-qorxu  gəldiyimiz  bir  dəyənək! 
 


56 
 
 
 
Müsəlman dünyasının qəribəlikləri 
 
 
Bir  ümmətə  öz  imanını  kainatı  öyrənməklə  formalaşdır-              
maq  tapşırılır,  o  isə  kainatdan,  ondakı  sirlərdən,  imkanlar-               
dan  xəbərsizdir.  Qəribədir,  deyilmi? 
Allahın  aşağıdakı  ayələrinə  beləmi  riayət  olunur: 
“Həqiqətən,  göylərin  və  yerin  yaradılmasında,  gecə  ilə 
gündüzün  bir-birini  əvəz  etməsində  (bir-birinin  ardınca  gə-             
lib-getməsində)  ağıl  sahibləri  üçün  (Allahın  varlığını,  qüdrə-           
tini,  kamalını  və  əzəmətini  sübut  edən  açıq)  dəlillər  vardır. 
O  kəslər  ki,  ayaq  üstə  olanda  da,  oturanda  da,  uzananda                  
da  Allahı  xatırlayar,  göylərin  və  yerin  yaradılması  haqqında 
düşünər  (və  deyərlər):  “Ey  Rəbbimiz!  Sən  bunları  boş  yerə 
yaratmamışsan!  Sən  pak  və  müqəddəssən!  Bizi  cəhənnəm 
odunun  əzabından (Özün) qoru!” (Ali-İmran, 190-191). 
Əgər  ümmətimiz  tənbəlləşib  qış  yuxusuna  getdiyində  yer 
üzündə  yaşayan  yeganə  ümmət  olsaydı,  dərd  yarı  idi.  Bu  hal-               
da,  geri  qalmağının  əziyyətinə  güc-bəla  ilə  də  olsa  tab  gəti-              
rərdi. 
Amma  ümmətimiz  yuxu  nədir  bilməyən  digər  millətlərlə              
yarış  içərisindədir.  Heç  bir  ülvi  missiya  daşımayan,  ya  da  nəf-               
si  istəyin  diktə  etdiyi  puç  maddi  maraqlara  sahib  millətlər! 
Buna  rəğmən  onlar  –  bu  puç  missiya  sahibləri  böyük 
əzmkarlıq  nümayiş  etdirib  küləklə  belə  yarışa  çıxıblar.  Biz,               
haqq  təmsilçiləri  isə  torpağa  daş  kimi  düşmüşük.  Başqaları-                 


57 
 
na  etinasız  və  key  nəzərlərlə  baxırıq.  Missiyamızdan  isə  heç               
nəyi  ağlımız  kəsmir... 
Quranda  “adəmolma,  insanlıq”

  dedikdə  mələkləri  aciz 
buraxan  bir  missiya  başa  düşülür.  Adəm  bu  missiyanı  da-               
şımış,  bununla  da,  yer  üzünün  xəlifəliyinə  layiq  görülmüşdü.                      
Bizə  görə  isə  “adəmolma”  yeyib-içmək  deməkdir,  cütləşmək 
deməkdir,  bir-birimizin  paxıllığını  çəkmək  deməkdir,  bir-bi-
rimizin  qarşısında  lovğalanmaq  deməkdir.  Bir  sözlə,  “insanlıq”             
– bizim  nəzərimizdə  rəzil  heyvanilikdir!  
Başqaları  süni  peyklər  qayırıb,  kosmik  gəmilər  uçurdular, 
kosmos  və  kainat  haqda  daha  çox  biliyə  sahib  oldular... 
Döyüş  meydanlarında  onlar  sıxan,  boğazlayan,  kəsən,  düş-
mənə  göz  açmaq  imkanı  verməyən  caynaqlara  sahibdirlər... 
Biz  isə  onlara  hüsn-rəğbət  bəsləyirik;  mallarını  istehlak  edir, 
silahlarını  alırıq.  Özü  də  bu  silahların  necə  istifadə  edilmə-                 
sini  onlardan  öyrənirik.  Əvvəlcə  silahı  satır,  daha  sonra  on-               
dan  istifadə  qaydalarını  öyrədirlər. 
Mən  şübhə  etmirəm  ki,  ideoloji-psixoloji  dünyagörüşü-           
müzdə  bir  “çatlama”,  “qırılma”  və  “nasazlıq”  olmasın.  Bizi  bu              
cür  uçuruma  məhz  həmin  çatlamalar,  qırılmalar,  nasazlıqlar 
sürükləyib.  Biz  bu  çatışmazlıqları  aradan  qaldırmadıqca  dü-
zəlməyəcəyik.  Belə  olarsa,  biz  də  onlar  kimi  qurub-yaradacaq, 
istehsal  edəcəyik. 
                                                 

  “Adəmiyyət”  –  insanlıq  vəzifəsi;  kainatı,  təbiəti  öyrənməklə  yer  üzün-                
də yaşayıb-yaratmaq – tərcüməçinin qeydi.  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə