P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə13/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   9   10   11   12   13   14   15   16   ...   103

43 
 
“Biz  (Davuda)  sizi  (düşmənlə)  vuruşda  qorumaq  üçün                 
zireh  (toxumaq)  sənətini  öyrətdik.  (Ey  insanlar,  rəbbinizin                  
bu  nemətinə)  artıq  şükür  edirsinizmi?”  (əl-Ənbiya,  80). 
Bəşəriyyət  normal  yaşayışın  nə  olduğunu  öyrənməlidir.  Yer 
üzündə  normal  yaşamaq  bütün  insanların  haqqıdır.  Cəhalət                 
və  acizlik  isə  insanlığı  məhv  edən  xəstəliklərdir;  bu  xəstə-               
liklərə  tutulanlar  şəxsiyyətlərini  itirər,  missiyalarından  uzaq-
laşarlar.  
Düşünməyənlər,  hissiyyatsızlaşıb  nə  gəldi  yeyənlər,  itlər  və 
canavarlar  kimi  ibtidai  instinktlər  çərçivəsində  həyat  tərzi 
sürənlər  insanlıqdan  çıxmışlar.  
Atamız  Adəmin  əhvalatına  qayıdaq.  Onun  halı  çox  pəri- 
şandır:  cənnətdən  çıxarıldıqdan  sonra  həyatda  qalmaq  üçün 
zəhmət  çəkməlidir.  Halbuki  bundan  qabaq,  cənnətdə  rahat              
həyat  sürür,  yağ-bal  içində  üzürdü.  İndi  isə  ac  və  lüt-üryan 
qalmamaq  üçün  zəhmət  çəkməli,  işləməlidir.  
Adəmə  verilmiş  cəza  bu  idi  ki,  iradəsi  zəif  olduğuna, 
unutqanlığı  və  şeytanın  vəsvəsəsinə  aldandığına  görə  cənnət-            
dən  çıxarılmışdı.  Amma  Adəm  cənnətdən  çıxarıldığında  yeni 
həyata  dair  nəzəri  biliklərə  sahib  idi  (dedik  ki,  Allah  ona                   
hələ  cənnətdə  ikən  adları  öyrətmişdi).  Düzdür,  nəzəri  bilik                
real  həyatın  çətinliklərinə,  əzab-əziyyətinə  tab  gətirmək  üçün 
kifayət  etmir.  Odur  ki,  zəhmət  çəkmək,  tər  tökmək  lazımdır. 
Təbii  ki,  zəhmətdən  qabaq  və  zəhmət  əsnasında  Allahı  xatır-
lamaqla  yanaşı,  həm  də  Onun  təlimlərinə  əngəllərə  və  həya-                   
tın  dönüklüyünə  baxmayaraq,  ehtiram  göstərmək  lazımdır.  
Həm  Adəmə,  həm  də  onu  tova  gətirən  şeytana  belə  de-
yilmişdi: 


44 
 
“(Allah  Adəmə  və  Şeytana)  belə  buyurdu:  “Bir-birinizə 
düşmən  kəsilərək  hamınız  oradan  (Cənnətdən  yerə)  enin. 
Məndən  sizə  doğru  yolu  göstərən  bir  rəhbər  (kitab,  yaxud 
peyğəmbər)  gəldiyi  zaman  hər  kəs  Mənim  haqq  yolumu                 
tutub  getsə,  nə  (dünyada)  yolunu  azar,  nə  də  (axirətdə)  bəd-             
bəxt  olar! 
Hər  kəs  Mənim  öyüd-nəsihətimdən  üz  döndərsə,  güzəranı 
daralar  (yaxud  qəbir  evində  şiddətli  əzaba  düçar  olar)  və  Biz 
qiyamət  günü  onu  məhşərə  kor  olaraq  gətirərik!”  (Taha,  123-
124).  
Atamız  Adəm  cənnətdə  xoş  güzəran  sürərkən  bilikləri  bir-            
başa  rəbbindən  öyrənir,  Onun  əmr  və  qadağalarını  bilava-                
sitə  dinləyirdi.  Deməli,  imanı  “şühudi”  (Allahla  birbaşa  tə-           
masın  doğurduğu  iman)  iman  qəbilindən  idi.  Sonra  səhvə                  
yol  verdi.  “Sonra  Rəbbi  (tövbə  etdirməklə)  onu  seçdi  (Özü-                  
nə  yaxınlaşdırdı),  tövbəsini  qəbul  buyurdu  və  doğru  yola 
müvəffəq  etdi”
1
.  
Daha  sonra  Adəm  Yerdə  yaşamağa  başladı.  Amma  yəqin-           
liklə  bilirdi  ki,  başlanğıc  və  son  Allahın  əlindədir

.  O  da,                 
ondan  sonrakı  peyğəmbərlər  də  bu  həqiqəti  özlərinə  həm-              
yoldaş  seçməli  idilər.  Heç  kəs  haradan  gəlib,  haraya  ge-               
dəcəyini  unutmamalıdır.  
Bu  vacib  xatırlatmanın  “qıjıltılı  çaylar”ı  yerin  təkindən 
qaynayıb  çıxır,  “gur  yağış”ı  da  səmanın  ənginliyindən  axıb 
                                                 
1
 “Taha” surəsi, 122-ci ayə.  

  Yəni,  həyatı  verən  də,  alan  da  Allahdır;  insan  Allaha  aiddir,  Ona  da                       
geri qayıdacaqdır – tərcüməçinin qeydi.  


45 
 
tökülür...  Boz  torpaq  xurma  və  üzüm  çəyirdəyindəki  zoğun 
təsirindən  çatlayırsa,  deməli,  Allah  haqda  danışır.  
Buludları  şərqdən  qərbə,  qərbdən  şərqə  qovub  aparan  kü- 
ləklər  yağış  yağdırıb  hər  yerdə  canlanma  yaradırlarsa,  demə-                 
li,  Allahdan  xəbər  verirlər...  
Bir  damla  sudan  əmələ  gələn  insan  oğlu  –  gələcəkdə  dahi, 
yoxsa  bədbəxt  olacağını  bilməyən  bir  uşaq!  Bu  insan  istəsə  də, 
istəməsə  də,  Allahdan  xəbər  verir.  Onu  nə  özü,  nə  də  ki 
valideynləri  yaratmışdır.  Onu  xəlq  edən  Allahdır. 
Adəmdəki  “şühudi”  iman

  onun  övladlarında  başqa  şəkil              
aldı.  Onlar  bu  imanı  “qaibanə”  şəkildə  –  Allah,  əzəməti,  ətraf 
aləmdəki  nişanələri  haqda  düşünməklə  formalaşdırdılar.  On-              
lar  görmədikləri,  səsini  eşitmədikləri  Allaha  inanırdılar.  Bu              
imanı  biz  “qeybə  iman”  adlandırırıq.  Ümumiyyətlə,  imanı 
təsdiqləyəcək  amillər,  cəhətlər,  nişanələr  çoxdur,  odur  ki, 
imansızlığa  heç  bir  vəchlə  bəraət  qazandırmaq  mümkün  de-   
yildir.  Həmin  nişanələrin  ən  başlıcası  budur  ki,  bütün  ad-               
ları  öyrəndiyində  həyata  dair  bilikləri  də  (yaşamağı  da) 
mənimsəmiş  Adəm  Allahını  tanımışdı,  özü  də  endirildiyi  yer 
üzünün  hər  bir  yerində  təcəlli  etmiş  ilahi  nişanələrə  vaqif  ol-
maqla  tanımışdı.  
Adəm  həm  xaliqini  tanıyan  məxluq,  həm  böyüyünü  ta-               
nıyan  təbəə,  həm  də  məşəqqətli  səfərin  yolçusu  idi.  Bəli,                 
Adəm  və  övladları  uğur  qazanmaq  üçün  bu  yolu  qət  etməli              
idilər. 
                                                 

  Allahı  gördüyü,  səsini  eşitdiyi  üçün  Adəmin  imanı  şühudi  iman  idi.              
Adəm gördüyü şeyə inanırdı – tərcüməçinin qeydi. 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə