P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə5/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   2   3   4   5   6   7   8   9   ...   103

16 
 
“Belə  zehniyyətlə  adi  səhmdar  şirkəti  idarə  etmək  müm-                
kün  deyildir.  Elə  isə  bu  zehniyyət  sahiblərinə  böyük  bir  di-                 
nin,  risalətin  adından  danışmağa  imkan  vermək  olarmı?!” 
Müəllif  belə  insanların  söz  sahibi  olmağını  islama  zərbə              
hesab  edir:  
“Əgər  bu  insanlar  cəmiyyətdə  söz  sahibi  olsalar,  əmin  olun                
ki,  islam  oyanışı  deyilən  şey  əsla  baş  verməyəcəkdir!” 
Dövrün  dəyişməsi  ilə  islamı  təbliğ  və  müdafiə  vasitələrinin               
də  yenilənməsini  tələb  edən  Qəzali yazır: 
“Müasir  dövrdə  mədəni  qəsbkarlıq  düşüncəmizi  zəhərlə-             
mək,  ümmətimizi  əzmək  üçün  süni  peyklərdən  belə  istifadə   
edir... 
Düşmən  dünənin  düşməni,  meydan  köhnə  meydan,  vasitə-              
lər  də  ənənəvi  vasitələr  deyildir!  Yeni  düşmənlər,  yeni  savaş 
meydanları,  yeni  vasitələr  ortaya  çıxıb!  Quran  və  Sünnəyə  
xidmət  göstərmək  üçün  yeni  düşüncəyə,  uzaqgörənliyə  eh-              
tiyac  vardır!” 
Biliksiz  müsəlmanların  islama  daha  çox  zərər  vurduğu-                     
nu  deyən  alim  öz  narahatlığını  belə  ifadə  edir: 
“Dünya  işlərində  sıfır  olanlar,  axirət  işlərində  də  sıfırdırlar. 
Biliksiz,  elmsiz  gəzən,  amma  Allah  və  dini  haqda  danışmaq 
istəyən  insanlar  gördüm.  “Cəsarət”lərinə  heyran  qaldım... 
Dünyadan,  baş  verənlərdən,  tarixdən,  tariximizin  sevincli                
və  kədərli  məqamlarından  bixəbər  qalanlar  Allahı  necə  ta-
nıyacaqlar,  Onu başqalarına  necə  tanıdacaqlar?!” 
Kitabın  beşinci  fəsli  tərbiyə  problemlərinə  həsr  olunub. 
Müəllifimizə  görə,  düzgün  tərbiyə  imkan  verir  ki:  “...şəhvətə              


17 
 
qul  olmayaq,  bioloji  tələbatlarımızı  norma  çərçivəsində  tə-              
min  edək”. 
Həqiqi  tərbiyənin  nə  olduğunu  öyrənmək  üçün  Şeyx  Qə-                
zali  Peyğəmbərin  həyatını  oxumağı  tövsiyə  edir: 
“Dini,  fəlsəfə  və  ədəbiyyatı  özündə  birləşdirən  zəngin                 
bəşəri  irsi  diqqətlə  araşdırdım,  Məhəmməd  peyğəmbərin
  (Ona    
Allahın  xeyir-duası  və  salamı  olsun!)
  qoyub  getdiyi  tərbiyəvi  xəzinədən  daha 
zəngin,  daha  qiymətli  ikinci  sərvətə  rast  gəlmədim.  
“Orbit”ində  üzüb  gedən,  heç  vaxt  eniş  etməyən  minlərlə               
səhih  hədislə  yanaşı,  bu  saf  insanın  pak  həyatı  da  bir  nü-            
munədir.  Ulduzlar  sönüb  məhv  ola  bilər,  amma  Məhəmməd          
əsla  qürub  etməz!” 
Müəllifin  aşağıdakı  fikirlərindən  aydın  olur  ki,  tərbiyə  çətin             
və  uzun  prosesdir: 
“Tərbiyə  dedikdə  yağışa  ümid  olub  toxum  əkmək,  hər                     
şeyi  toxumun  öhdəsinə  buraxıb  zəhmətdən  qaçmaq  başa  dü-
şülmür.  Əksinə,  tərbiyə  basdırmaqdır,  sulamaqdır,  gözdə-qu- 
laqda  olmaqdır  (qulluq  və  qayğıdır),  ziyanverici  həşəratları 
qovub,  alaq  otlarını  təmizləməkdir,  məhsul  əldə  edilənədək             
ayıq-sayıqlığı  itirməməkdir...”. 
Bu  fəsildə  fiqhi  mübahisələr  probleminə  də  toxunan                    
alim  dönə-dönə  qeyd  edir  ki,  “fiqhi  ixtilaflar  deyil,  məhz                 
qəlb  (mənəvi)  xəstəlikləri  dünya  və  din  üçün  təhlükə  yara-             
dır”. 
Kitabın  VI  və  VII  fəsillərində  müvafiq  olaraq  bidət  və  is-               
lam  tarixinin  bəzi  problemlərindən  söz  açılır.  
VIII  fəsil  təfsir  mövzusundan  bəhs  edir.  Müəllif  xüsusi  şə-            
kildə  vurğulayır  ki,  Quranla  bağlı  məsələlərin  izahında  əsas-                


18 
 
sız,  qeyri-məqbul  “hədis”lərə  yer  vermək  böyük  xətadır.  Qə-            
zali  bir  sıra  misallar  gətirməklə  mülahizələrinin  elmi  siq-                
lətini  artırır.  
Müxtəlif  təfsir  növlərinə  aydınlıq  gətirən  alim  “mövzulu”              
təfsir  anlayışı  üzərində  dayanır  və  bildirir  ki,  təfsirin  bu                      
növü  bir  çox  sosial  problemləri  (boşanma  və  s.)  həll  edə                 
bilər.  Fikirlərinin  əyaniliyini  göstərmək  məqsədilə  Qəzali  “Ta-
laq”  surəsinin  mövzulu  təfsirini  oxucuya  təqdim  edir.  
Mövzunun  aktuallığı  və  ciddiliyini  nəzərə  alan  alim  “ixti-                  
laf”  və  ictihad  məsələləri  haqda  da  danışır.  Müəllifə  görə,                      
bu  problemlərlə  “ağıl  sahibləri  və  şəriətin  məqsədlərindən                 
baş  çıxaranlar”  məşğul  olmalıdırlar.  Çünki  “...belə  insanlar 
“ixtilaf”dan  təfriqə  qayırmazlar,  “ixtilaf”ları  bölünmə  vasitəsi-               
nə  çevirməzlər.  Onsuz  da,  ümmət  tarix  boyu  təfriqə  və 
parçalanmadan  əziyyət  çəkmişdir.  Düşmən  də  bundan  fay-
dalanaraq  müsəlmanların  axırına  çıxmaq  istəmişdir...”. 
Bu mövzuya bələd olmağın zəruriliyi haqda müəllif yazır: 
“Fəqihlərin  “ixtilaf”ına  bələd  olmayanlar  alim  sayılmazlar.  
Kim  ki  fəqihlərin  “ixtilaf”ından  xəbərsizdir,  deməli,  fiqh  el-              
minin  qoxusunu  ala  bilməyib!” 
Müəllifin  Sünnə  barədəki  maraqlı  mülahizələri  kitabın  IX 
fəslində  toplanmışdır.  Müəllifi  hədislərin  səhv  başa  düşül-                
məsi,  fiqh  və  hədis  elmlərinin  bir-birindən  təcrid  edilməsi                 
və  digər  problemlər  narahat  edir.  
İslama  çağırış  işində  müxtəlif  hədislərdən,  deməli,  həmin 
hədislərə  söykənən  ictihadlardan  istifadənin  zəruriliyini  bil-            
dirən  alimimiz  yazır: 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə