P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə90/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   86   87   88   89   90   91   92   93   ...   103

325 
 
 
 
Kəlam və fiqhə dair bəzi  
mübahisəli məqamlar 
 
 
Yadıma  gəlir,  bir  tələbə  öz  elmi  işinin  müdafiəsi  zamanı                   
İbn  əl-Qəyyimə  istinadən  bildirmişdi  ki,  “Allah  cisimdir-                     
mi?”  sualına  birbaşa  “bəli”  və  ya  “xeyr”  cavabını  vermək            
mümkün  deyildir.  Ona  demişdim:  “Yaxşı  olar  ki,  bu  cür 
“tərəddüd”ü  bir  kənara  qoyasan.  Məlumdur  ki,  cisim  mad-             
dədir,  maddəyə  isə  zaman  və  məkan  xasdır;  maddə  öz-                
özündə  məhduddur...  Elə  isə  tərəddüd  keçirmədən  deməli-                    
yik  ki,  Allah  cisim  deyildir... 
Bəlkə  də,  bu  görüş  “Ona  (Allaha)  bənzər  heç  bir  şey                
yoxdur.  O,  (hər  şeyi)  eşidəndir,  (hər  şeyi)  görəndir!”  ayəsi-               
nin
1
 məzmununa  tamamilə  uyğun  gəlir.  Hesab  edirəm  ki,                      
İbn  əl-Qəyyim  dövrümüzdə  yaşasaydı,  dediklərimizi  təsdiqlə-
yərdi...”. 
Tələbə  bir  az  müqavimət  göstərsə  də,  axırda,  həmin  bö-                   
lümü  dissertasiyadan  çıxarmalı  oldu.  
Bu  zaman  bir  nəfərin  mənə  xitabən:  “İbn  əl-Qəyyimə  nif- 
rətmi  edirsən?”  –  deməyi  ürəyimi  ağrıtdı.  Sözünü  bitirmişdi                  
ki,  dedim:  “Əsla!  Əksinə,  mənim  ona  böyük  rəğbətim  var;                 
elmi  irsindən,  nümunəvi  həyatından  çox  bəhrələnmişəm.                  
                                                 
1
 “əş-Şura” surəsi, 11-ci ayə.  


326 
 
Elmi  tədqiqatların  onu  sevib-sevməməklə  heç  bir  əlaqəsi            
yoxdur.  Mən  hələ  öyrənir  və  haqqa  çağırıram”.  
Sonra  belə  dedim:  “Bəzən  mən  hənəfi  fiqhinə  meyl  gös-
tərirəm.  Halbuki  qəlbimlə  və  bütün  heyranlığımla  İmam  Şa-            
feiyə  bağlıyam.  O  İmam  Şafeiyə  ki,  öz  elmi  haqda  deyirdi:                 
“Çox  istərdim  ki,  bu  elm  yayılsın,  amma  insanlar  onun  sa-                  
hibi  kimdir  bilməsinlər!”  
Kaş,  bu  ixlasdan  bir  az  da  bizdə  olaydı! 
Bilmirəm,  İmam  Əhməd  “Müsnəd”ində  bəzi  “hədis”ləri  nə 
üçün  rəvayət  edib?  Amma  yenə  də  mən  dünyaya  meydan      
oxuyan,  cah-calalına  aldanmayan,  insanlara  pulun,  var-döv-               
lətin  puçluğunu  öyrədən  bu  böyük  imamın  yolu  ilə  gedirəm,             
özü  də  fəxarət  hissi  ilə  gedirəm!  
Bu  böyük  imamlar,  haqlı  olaraq,  bizim  ustadlarımızdır! 
Qənaətlərində  bəzi  səhvlər  olsa  da,  alimlərə  layiq  olduqları 
ehtiramı  göstərmək  lazımdır! 
Amma  dövrümüzdə  bəzi  gənclər  səhv  davranışları  ilə  təh- 
lükəli  hərc-mərcliklərə  səbəb  olurlar.  Əgər  ramazan  ayında 
bəziləri  təravih  namazını  səkkiz,  başqaları  da  iyirmi  rükət  qıl-             
maq  istəyirsə,  onda  biz  məscidlərimizi  müharibə  meydanı-            
namı  çevirməliyik?! 
Bir  dəfə  mən  həmin  namazı  səkkiz  rükət  qılmaq  istəyən 
birisinə  dedim:  “Camaatla  birlikdə  səkkiz  rükətini  qıl.  Qıl- 
dıqdan  sonra  da  sakit-səmirsiz  çıx  get!”  Dedi:  “Sən  Sün-             
nəyə  nifrətmi  edirsən?”  Dedim:  “Əksinə,  mən  hərc-mərc-              
liklərə,  fitnə-fəsada  nifrət  edirəm...  İddia  edirsiniz  ki,  Sün-                   
nəni  dirçəldirsiniz.  Amma  unudursunuz  ki,  etdikləriniz  üm- 
mətin  başını  bəlaya  soxur...  Hər  hansı  bir  “nafilə”  ibadət                 


327 
 
böhran  yaratmamalıdır.  Əgər  bir  “nafilə”
1
 ibadətin  icrası                    
vacib  sayılan  şeyin  üstündən  xətt  çəkəcəksə,  Allah  onu  əmr 
buyurmaz. 
Biz  tövhidə  çağıran,  haqq  və  xeyri  təbliğ  edən  ümmətik.                   
Elə  isə  bu  işlərdə  sizin  öz  cılız  fikirlərinizlə  insanları  əsas        
olandan  yayındırmağınız  düzgündürmü?! 
İnsanları  vacib  və  fəzilətli  əməllərə  çağırın,  “müstəhəb”
2
 
əməllərdə  tolerant  olun;  insanların  aralarını  düzəldin!  İkinci 
dərəcəli  problemlərdə  israr  göstərməyin,  fikirlərinizdə  güzəştə 
gedin!  
Baş  naziri  bir  qadın  olan,  çiçəklənmə  dövrünü  yaşayan                     
bir  ölkəyə  –  İngiltərəyə  getdiyinizdə  durub-oturub  “qadın-                 
dan  lider  çıxmaz” – deməyiniz  düzgündürmü?  
Belə  bir  vaxtda  insanlara  tövhid  inancı,  bu  inancın  psixo-                   
loji  və  sosial  təsirləri  haqda  danışmağınız  düzgün  olmaz-               
dımı?!  Allahın  kamilliyi,  insanın  acizliyi  və  axirət  cəzası  ba-                       
rədə  danışmaq  daha  münasib  deyildirmi?!” 
Onu  da  deyim  ki,  bəzi  təcrübəsiz  gənclərin  Sünnəni  dir-
çəltmək  bəhanəsi  ilə,  özü  də  sələfiliyi  əldə  bayraq  edərək                  
səbəb  olduqları  fitnə-fəsada  son  qoymaq  üçün  Əzhəri-Şərif               
fitva  vermişdir.  Hay-küyçülərin,  bədniyyətli  kəslərin  yolunu 
kəsmək  üçün  həmin  fitvada  hökm  və  dəlillər  ətraflı  izah  edi-              
lib...  
                                                 
1
 Əlavə, vacib sayılmayan.  
2
 İcrası bəyənilən, edilməzsə də qınaq gətirməyən əməllər.  


328 
 
 
 
Bir fitva 
 
 
Barəsində  danışdığımız  fitvanın  mətnini  sizə  təqdim  edirik. 
 
Əzhəri-Şərif  Fitva  Komitəsinin  sədri,  Ustad ... ! 
Sizə  Allahın  salamı,  rəhməti  və  bərəkəti  olsun! 
 
(Bir  şeyin)  vacib  və  ya  haram  olduğunu  isbatlamaqda 
hədislərin  kafi  olmadığını  iddia  edən  şəxs  kafirdirmi?               
Xahiş  edirik,  bu  məsələyə  dəlilləri  ilə  aydınlıq  gətirəsi-               
niz. 
 
Mərhəmətli və Rəhmli Allahın adı ilə! 
 
Peyğəmbərlərin  böyüyü,  sahibimiz  Həzrəti  Məhəmmədə, 
ailəsinə,  səhabələrinə,  onların  yolu  ilə  gedənlərə  xeyir-dua  və 
salam olsun!  
Alimlərin  böyük  əksəriyyətinə  –  cümhura  görə,  hökmlər                
beş  yerə  bölünür:  
1.  Vacib  –  səhihliyi  qəti,  mənası  da  aydın  olan  hər  hansı                   
bir  dini  mətn  (dəlil)  əsasında  müəyyən  edilmiş  öhdəlikdir.                    
Ayə  və  “mütəvatir”  hədislərdən  ibarət  bu  dini  mətnin  məz-              
munu  o  dərəcədə  açıq-aydın  olmalıdır  ki,  müctəhidlər  ara-               
sında  heç  bir  mübahisə  doğurmasın. 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə