P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə93/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   89   90   91   92   93   94   95   96   ...   103

335 
 
Elə  isə  Sünnənin  bir  şeyin  haram  və  ya  vacib  olmağının 
isbatında  kafi  sayılmadığını  iddia  edən  şəxs,  əslində,  alimlərin 
ixtilafa  düşdükləri  şeyi  inkar  etmişdir.  Odur  ki,  kafir  sayıla 
bilməz...”
1

Biz  bu  fitvanı  ona  görə  dərc  etdik  ki,  Allahın  cisim  ol-                     
mağı  ehtimalını  yaradan  əqidə  mövzulu  bəzi  hədislərə  mü-
nasibət  bildirək.  Alimlərimiz  əqidə  mövzularında  dəlil  seçi-              
ləcək  hədislərin  “mütəvatir”  olmağını  şərt  qoymuşlar.  Belə 
hədislərdən  bir-iki  misal  gətirək: 
“Bir  insan  miniyində  necə  oturursa,  Allah  da  taxtında  (ər-
şində)  o  cür  oturur.  Taxt  bu  zaman  Onun  ağırlığı  və  əzə-
mətindən  səs  çıxarır”
2

Başqa  bir  hədisdə  isə  “Allahın  taxtını  daşıyan  səkkiz  dağ 
keçisi...”  sözləri  işlədilib
3
.  
Bütün  bunlar  “ahad”  hədislərdir.  Alimlər  bu  cür  hədisləri                
bir  kənara  qoymuş,  onlara  əsasən  heç  bir  dini  hökm 
çıxarmamışlar... 
 
                                                 
1
 Fitvanı  01.02.1990-cı  il  tarixində  Əzhəri-Şərif  Fitva  Komitəsinin  sədri              
Şeyx Abdullah əl-Müşidd vermişdir.  
2
 Hədisi İmam Əhməd və Darimi rəvayət etmişlər.  
3
 Hədisi Əbu Davud və İbn Macə rəvayət etmişlər.  


336 
 
 
 
Qəbir əzabı haqda bir-neçə söz 
 
 
Bəzilərinin  bu  cür  hədislərə  (“ahad”  hədislərə)  münasibəti 
haqda  danışaq: 
Həzrəti  Aişəyə 
(Allah  ondan  razı  qalsın!)
  istinadən  İmam  Əhməd 
“Müsnəd”  kitabında  belə  rəvayət  edib:  
“Bir  yəhudi  qadın  Həzrəti  Aişəyə  xadiməlik  edirmiş.  Həz-              
rəti  Aişədən  hər  dəfə  yaxşılıq  gördükdə  qadın  ona:  “Allah                  
səni  qəbir  əzabından  qorusun!”  –  deyirmiş.  (Aişə  deyir:)                 
“(Bir  dəfə)  Peyğəmbər 
(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  yanıma  gəl- 
mişdi.  Soruşdum:  “Ey  Allahın  rəsulu,  qiyamətdən  qabaq             
qəbirdə  əzab  vardırmı?”  Peyğəmbər:
  (Ona  Allahın  xeyir-duası  və  salamı                           
olsun!)
  “Xeyr,  yoxdur,  –  dedi  və  soruşdu  –  Bunu  kim  iddia                    
edir?”  Dedim:  “Bu  yəhudi  qadın.  Hər  dəfəsində  ona  yax-                    
şılıq  etdikdə  mənə:  “Allah  səni  qəbir  əzabından  qorusun!”                      
–  söyləyir.”  Peyğəmbər 
(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  dedi:  “Yə-  
hudilər  yalan  söyləyirlər.  Onlar  Allah  barədə  ən  çox  yalan 
danışanlardır.  Əzab  təkcə  Qiyamət  günündə  vardır.”  (Həz-                
rəti  Aişə  deyir:)  “O  (Peyğəmbər  –  mütərcim),  Allahın  is-               
tədiyi  müddət  keçdikdən  sonra,  bir  dəfəsində,  günorta  vaxtı 
paltarına  bürünmüş  və  gözləri  qızarmış  halda  evindən  çıxıb,                 
uca  səslə  dedi:  “Qəbir  zülmət  qaranlığın  bir  parçasıdır.  Ey 
insanlar,  əgər  bildiyimi  bilsəydiniz,  çox  ağlayar,  az  gülərdiniz.              


337 
 
Ey  insanlar,  qəbir  əzabından  Allaha  sığının.  Doğrudan  da,                  
qəbir  əzabı  bir  həqiqətdir”
1
.  
Hədisin  istinadı  Buxari  və  Müslimin  səhihlik  şərtlərinə                  
görə  səhihdir.  Amma  onlar  bu  hədisi  rəvayət  etməyiblər.  
Bu  hədis  barədə  bəzi  qeydlərimiz  vardır.  Belə  ki,  hədis 
Quranın  üç  ayəsinə  ziddir: 
1.  “Allaha  iftira  yaxan,  özünə  heç  bir  vəhy  olunmadığı                 
halda:  “Mənə  də  vəhy  olunmuşdur,  mən  də  Allahın  nazil  etdiyi 
(Quran)  kimi  bir  kitab  endirəcəyəm”,  –  deyən  şəxsdən  daha 
zalım  kim  ola  bilər?  Kaş  sən  zalımları  ölüm  əzabı  içində 
çapalayan,  mələklərin  də  (bu  zaman)  əllərini  uzadıb:  “Çı-                
xarın  canlarınızı!  Siz  bu  gün  Allaha  qarşı  nahaq  sözlər  da-
nışdığınıza  və  Onun  ayələrinə  təkəbbür  göstərdiyinizə  görə 
alçaldıcı  bir  əzabla  cəzalandırılacaqsınız!”  –  dediklərini  gö-
rəydin!” (əl-Ənam, 93); 
2.  “Onlar  (ölən  gündən  qiyamətə  qədər  qəbir  evində)               
səhər-axşam  (gündə  iki  dəfə)  odda  yandırılarlar.  Qiyamət 
qopduğu  gün  isə  (deyiləcəkdir):  “Firon  əhlini  ən  şiddətli                
əzaba  salın!”  (Ğafir, 46); 
3.  “(Ya  Rəsulum!)  Kaş  sən  kafirləri  mələklər  onların  üzü-                     
nə  və  yanlarına  vura-vura:  “Dadın  atəşin  əzabını!”  –  deyib 
canlarını  alanda  görəydin! 
Bu  (əzab)  sizin  öz  əllərinizlə  qazandığınız  (əllərinizin 
törətdiyi)  günahlara  görədir.  Yoxsa  Allah  bəndələrinə  əsla               
zülm  edən  deyildir!” (əl-Ənfal, 50-51). 
                                                 
1
 Əhməd ibn Hənbəl. Müsnəd, 6/81. 


338 
 
Habelə  sözügedən  hədis  qəbirdə  əzab  və  mükafatın  ol-            
duğunu  isbatlayan  digər  hədislərlə  ziddiyyət  təşkil  edir.  Bədr 
döyüşündən  sonra  meyitləri  eyniadlı  quyuya  atılmış  kafirlərə 
xitabən  Peyğəmbərin
  (Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  “Rəbbinizin 
vədinin  haqlı  olduğunu  gördünüzmü?  Biz  də  rəbbimizin                       
bizə  verdiyi  vədin  haqq  olduğunu  gördük...”  deməsi;  Buxa-               
rinin  də  rəvayət  etdiyi  kimi,  iki  qəbrin  yanından  keçərkən 
Peyğəmbərin  “Bu  qəbirlərdə  yaranlara  əzab  olunur...”  – 
söyləməsi
1
 və s.  
Bu  mövzuya  dair  dəlillər  hədsiz  çoxdur.  Elə  isə  necə                         
iddia  oluna  bilər  ki,  Peyğəmbər  qəbir  əzabı  nədir  bilmirmiş?                
Bu  bir  yana  qalsın,  görün  nə  vəziyyət  yaranıb  ki,  bir  yəhu-                     
di  qadın  gəlib,  müsəlmanlara  qəbir  əzabı  haqda  xəbər  ve-                    
rir! 
Qurani-Kərim  Peyğəmbərə  hey  təlqin  edirdi  ki,  insan  hə-               
yatı  ölümdən  qabaq  və  sonrakı  mərhələlərdən  ibarətdir;  in-            
sanlar  dünyadan  köçən  kimi,  ya  mükafatlandırılır,  ya  da  cəza 
görürlər.  Necə  ola  bilər  ki,  Peyğəmbər  bunu  inkar  etsin?!  
İbn  Kəsir  bu  “qərib”  hədisi  müdafiə  etmək  üçün  ayələri 
yozmuşdur.  O  iddia  edirdi  ki,  ayələrdə  söhbət  mənəvi  əzab-               
dan  gedir,  həqiqi  (hiss  olunan)  qəbir  əzabından  deyil!  Bu  ki 
səhvdir! 
Məgər  mənəvi  əzab  zamanı  insanın  yanı  və  üzünə  vur-                   
maq  mümkündür?!  Əgər  əzab  mənəvidirsə,  qəbrin  sıxılması 
zamanı  sümüklərin  bir-birinə  girməsi  baş  verərmi?! 
                                                 
1
 Hədisi  İmam  Buxari,  İmam  Müslim,  Əbu  Davud,  Tirmizi,  Nəsai,  İbn   
Macə,  Darimi  və  Əhməd  ibn  Hənbəl  rəvayət  etmişlər.  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə