P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə101/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   95   96   97   98   99   100   101   102   103

365 
 
Ərəbləri  təhqir  asilikdir,  onlara  nifrət  etmək  fasiqlikdir.              
Amma  ərəblər  öz  Cahiliyyət  əcdadları  ilə  öyünərlərsə,  islama 
həqarətlə  baxarlarsa, – bu  başqa  məsələ!  
İndi  elə  millətçi  ərəblər  vardır  ki,  ərəb  olduqları  üçün  lov-
ğalanır,  şərab  dükanlarına  daraşmaqda  Əbu  Nüvası

,  ibadət-
lərdən  imtinada  isə  qərmətiləri  geridə  qoyurlar.  
Dirçəltmək  istədiyimiz  ərəb  ədəbiyyatı  həqiqi  ədəbi  irsi-            
mizin  incilərindən  ibarətdir.  Hər  şeydən  qabaq,  bu  irs  ülvi                      
və  pak  fitrətin  hayqırıqlarından  meydana  gəlib,  deməli,  is-                
lama  uyğundur.  Çünki  islam  fitrət  dinidir.  Həmçinin,  bu  irs             
ərəb  dilinin  sağlamlığını,  ülviyyətini,  canlılığını  qoruyub  sax- 
layan  möhkəm  bina  kimidir.  Və  nəhayət,  o,  bugünümüzü 
keçmişimizlə  birləşdirir,  Quran  və  Sünnənin  düzgün  başa  dü-
şülməsinə  kömək  edir.  
 
                                                 

  Abbasilər  dövründə  yaşamışdır.  Hey  şərab  içir,  eyş-işrət  içərisində 
yaşayırdı.  Şəraba  dair  şerləri  –  xəmriyyələri  məşhurdur  –  tərcüməçinin 
qeydi.  


366 
 
 
 
Həqiqi ədəbiyyat islama  
bağlı ədəbiyyatdır 
 
 
Ülvi  insanpərvər  ədəbiyyat  Allahın  insanlara  və  təbiətə               
(həm  də  kainata)  bəxş  etdiyi  gözəlliyin  təsvirindən  ibarətdir. 
İnsan  belə  ədəbiyyatdan  zövq  alır,  razı  qalır;  qəlbi  də  aram                
tapır.  Belə  ədəbiyyat  müxtəlif  dövr  və  ölkələrdə  yaranıb  in-              
kişaf  etmişdir.  Harada  və  kimlər  tərəfindən  yaradılmasına 
baxmayaraq,  bu  cür  ədəbi  nümunələr  təqdir  edilməlidir... 
Cahiliyyət  dövrü  ədəbiyyatı  nümunələrini  oxuyuram.  Qar- 
şıma  qiymətli  incilər  çıxır.  Oxuduğum  tərcümə  ədəbiyyatı 
arasında  da  qiymətli  əsərlərə  rast  gəlirəm.  
Materializm,  kommunizm,  ateizmin  müxtəlif  formaları,  əx- 
laqı  korlayan  (nihilist-hedonist  və  ultra-liberal)  həyat  tərzi 
meydana  çıxmazdan  qabaq  ədəbiyyat  bu  cür  idi.  Yuxarıda 
göstərilmiş  cərəyanların  formalaşdırdığı  ədəbiyyat  isə  insan-           
la,  istəkləri  ilə  bağlı  çoxlu  yalan  uydurdu,  şəhvət  acgözlüyü-             
nü  doğurdu,  nəfsin  şıltaqlıqlarına  hər  yerdə  qapı  açdı,  haram 
istəkləri  məqbul  normalar  halına  gətirdi! 
Açıq  və  gizli  dinsizlərin  yazdıqları  məqalələr  daha  təhlükə-    
lidir.  O  dinsizlər  ki,  xaç  və  Talmudu  ürəklərində  daşıyır,  üzdə               
isə  dünyəvilikdən  dəm  vururlar.  Hətta  onlardan  biri  öz  hə-                 
yatı  haqda  danışarkən  gənclik  illərində  fahişələrlə  keçirdiyi 
murdar  gecələri  utanmadan  vəsf  etmişdi! 


367 
 
Vətənə  xəyanəti  mədh  edənlərə  də  rast  gəlirik.  Misirli  Luis 
Əvəz  (1915-1990)  belələrindəndir.  O,  Yaqub  Hənnanı  (1745-
1801)  milli  qəhrəman  elan  etmişdi.  Halbuki  yaxşı  bilirdi  ki, 
qəhrəman  olaraq  göstərdiyi  şəxs  Misiri  işğal  edərək,  süvari 
dəstələri  ilə  Əzhərə  daxil  olmuş  fransızlara  kömək  məqsədilə 
“canıyananlıq”  göstərib  ətrafına  dəstə  toplamış  bir  xaindir! 
İlansayağı  mülayimliyi,  öldürücü  zəhəri  olan  məqalələr  ya-             
zıb,  iyrənc  xəbisliklə  islama  hücum  çəkən  dünyəvi  ədəbiy-
yatçılardan  ibarət  qələbəlik  yaranıb... 
Mövzusu  sırf  insanpərvərlik  olan  ədəbiyyatı  alqışlayır,  gü-
lərüzlə  qarşılayıram.  Hisslərimizi  və  iztirablarımızı  düzgün             
təsvir  edən  ədəbiyyatı! 
Düşünürəm  ki,  belə  ədəbiyyatla  islamın  ortaq  cəhəti  var-               
dır.  Çünki  islam  fitrət  dinidir.  Fitrəti  əks  etdirən  istənilən  söz               
və  əməl,  əslində,  islamı  əks  etdirir.  Bir  az  tamamlama  ilə  bu                   
söz  və  əməllərin  təsvirindən  dini  ədəbiyyat  formalaşdırmaq 
mümkündür... 
Bu  məntiqdən  çıxış  etməklə  mən  şer  və  ya  nəsr  nümunə-             
lərinə  hədislərdən  ibarət  adlar  qoymuşam.  Bu  şer  və  ya  nəsr 
nümunələrinin  bəzisi  Cahiliyyət  dövrünü  əks  etdirsə  də,  fərq 
etmir;  çünki  islam  bu  cür  əxlaqı  təqdir  edir,  bu  cür  ədəb-                
ərkana  xoş  baxır,  ona  çağırır.  
Məsələn,  hədislərin  birində  Peyğəmbər
  (Ona  Allahın  xeyir-duası  və  salamı 
olsun!)
 deyib: 


368 
 
“Məclislər  sizə  əmanətdir  (orada  deyilənləri  başqalarına 
söyləməyin)”
1
.  
Başqa  bir  hədisdə  deyilir: 
“Biri  digərinə  bir  şey  danışıb  getdikdən  sonra  danışdığı  söz 
əmanət  sayılır  (ikinci  şəxs  onu  başqalarına  danışmamalı, 
sədaqətini  göstərməlidir)”
2

Ola  bilsin  ki,  deyilənlərdə  həqiqət  vardır  və  sözünü  etdi-              
yimiz  şəxs  mənfi  xarakterə  sahibdir.  Amma  danışanları  başqa-  
lara  söyləməyin  nəticəsi  təhlükəli  ola  bilər;  tərəflər  arasında 
ədavət  baş  qaldırar  və  s.  
Sadiqlik,  sirləri  heç  kəsə  deməmək,  dostluğu  qoruyub  sax-
lamaq  haqda  şairin  dedikləri  necə  də  xoşdur: 
 
Və (dostlarım) dürüst  iki  gəncdir  və  mən  onların  heç  birini – 
Digərinin  sirri  ilə  tanış  etmirəm,  sirlərini  özümdə  saxlayıram. 
 
Hər  bir  insanın  qəlbində  boş  yer – sirlərin  gizlənəcəyi  yer  var 
Qoy  oraya  kimsə  girməsin,  oradakılardan  xəbər  tutmasın. 
 
Onlar  müxtəlif  ölkələrdə  olsalar  da,  aralarındakı  sirr – 
Bir  daşa  əmanətdir  və  insanlar  onu  parçalamağa  qadir deyillər. 
 
                                                 
1
 Hədisin  tam  mətni  belədir:  “Üç  məclis  istisna  olmaqla  qalan  məclislər              
sizə  əmanətdir  (orada  deyilənləri  başqalarına  söyləməməlisiniz):  a)  nahaq 
yerə  qan  axıdılan  məclislər;  b)  zina  edilən  məclislər;  v)  başqasının  ma-              
lının  qəsb  edildiyi  məclislər”.  Hədisi  Əbu  Davud  rəvayət  edib  – 
tərcüməçinin qeydi
.  
2
 Hədisi Əbu Davud rəvayət edib.  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə