P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə97/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   93   94   95   96   97   98   99   100   ...   103

350 
 
Erkən  müsəlmanlar  sağlam  fitrətə  sahib  olub,  insan  tə-                
biətli  idilər.  Biz  isə  qadını  alçaldan,  ona  yuxarıdan  aşağı  ba-               
xan  adətlər  girdabında  boğuluruq... 
Atikə  ərinin  ölümünü  unutmamağa  and  içən  ilk  kəs  de-               
yildi.  Ondan  qabaq  Düreyd  ibn  əs-Simmət  demişdi: 
 
Allaha  and  olsun  ki,  Qusi
1
  yaxınlığında  itirdiyim  kəsi 
Dünya  durduqca,  bu  can  yaşadıqca  unutmayacağam! 
 
Sonralar  şair  başa  düşür  ki,  həyat  təsəvvür  etdiyi  kimi 
deyilmiş

, odur  ki,  deyir: 
 
Əksinə,  dünya  yaraları  unutdurarmış 
Gedən  hər  nə  qədər  böyük  olsa  da, 
Dünyanın  iradəsinə  tabeyik  naçar. 
 
Bəzən  “zu”  (sahib  olan)  sözü  “hansı  ki”  mənasında  işlə-                
dilir.  Bu,  “Təyyi`”  qəbiləsinin  dilində  mövcuddur.  Bu  mə-               
nada,  qonaq  olduğu  evdə  müəyyən  hallarla  qarşılaşan  şair  öz  
iffəti  haqda  deyir:  
 
Ey  ev  əhli,  həcvimə  qonaqpərvərliyə  görə  son  qoydum, 
Verdikləri  yemək  məni  hey  ağladır  və  ağladır. 
Ya  onları  əliaçıqlıqda  imkanlı  görürəm  və  mənə – 
                                                 
1
 Yer adı.  

  Yəni,  unutmamaq  mümkün  deyil;  zaman  insana  hər  şeyi  unutdurur  – 
tərcüməçinin qeydi.
  


351 
 
Onların  sahib  olduqları  şeylərdən  kifayətlənməyim  bəsdir. 
Ya  da  onları  səxavətdə  imkansız  görür  və  üzrlü  sayıram. 
Ya  da  ki  onlar  xəsisdirlər,  amma  mən  həyamı  qoruyuram


 
“İnnə”nin  (“doğrudan”  ədatı)  xəbərdən  qabaqkı  həmcins 
isminin  (mübtədasının)  adlıq  halda  işlədilməsinə  misal  ola-               
raq,  aşağıdakı  beytə  nəzər  salaq: 
 
Kimin  karvanı  Mədinədə  axşamlasa  da, 
Mən  və  “Qəyyar”
1
,  doğrudan  da,  orada  qəribik!
∗∗
 
 
Bəzi  nadanlar  bunun  səhv  olduğunu  iddia  etmişlər.  Onlar 
Quranın  “Şübhəsiz  ki,  iman  gətirənlərdən,  yəhudilərdən,  sa-
biilərdən
  və  xaçpərəstlərdən  Allaha  və  axirət  gününə  inanıb  
yaxşı  iş  görənlərin  heç  bir  qorxusu  yoxdur  və  onlar  qəm-               
qüssə  də  görməzlər!”  ayəsinə
2
 hücum  çəkmiş  və  bildirmişlər               
                                                 

  Yəni,  bunu  aləmə  car  çəkmirəm,  onları  buna  görə  alçaltmıram,  hə-               
yamı  qoruyub-saxlayıram – tərcüməçinin qeydi.  
1
 At adı.  
∗∗
  Ərəb  dilində  təsirlik  hal  ifadə  edən  “innə”dən  sonrakı  həmcins 
mübtədalardan  birinin  təsirlik,  digərinin  adlıq  halda  işlədilməsi  incə 
semantik-sintaktik  funksiya  daşıyır.  Yuxarıdakı  beytdə  “qəyyar”  sözü                 
“mən”  sözü  ilə  qrammatik  həmcinslik  əmələ  gətirmir.  Əslində,  şair  belə 
demək  istəyir:  “Doğrudan  da,  mən  burada  qəribəm.  Və  Qəyyar  da, 
həmçinin!”  Göründüyü  kimi,  həmcins  görünən  ikinci  mübtəda,  əslində              
yeni  cümlənin  mübtədasıdır.  Odur  ki,  bu  cür  qrammatik  incəliklərə  vaqif 
olmayanların  Quranda  “səhv”  tapdıqlarını  iddia  etmələri  təbii  qarşı-
lanmalıdır – tərcüməçinin qeydi.  
2
 “əl-Maidə” surəsi, 69-cu ayə. 


352 
 
ki,  ayədəki  “sabiunə”  sözü  təsirlik  halda,  yəni  “sabiinə”  olmalı          
idi.  
Bu  elə  geniş  meydandır  ki,  gəzməklə  qurtarmır.  Oxucuya               
onu  demək  istəyirəm  ki,  biz  ərəb  dilini  məhz  bu  yolla  öy-
rənmişik... 
Müəlliflər  hər  bir  qrammatik  qaydanı  zəngin  dil  və  ədə-             
biyyat  materiallarından  misallar  gətirməklə  isbatlayırlar! 
Sual  yaranır:  Görəsən,  qrammatik  qaydaların  isbatında  əla-
qədar  materiallardan  misalların  gətirilməsi  Qiyamətədək  la-
zımdırmı? 
Dil  ona  görə  öyrədilir  ki,  indi  və  gələcəkdə  düzgün  danış-            
mağı  bacaraq.  Görünür,  müəllimlərimiz  bu  cəhətə  lazımınca 
diqqət  yetirməyiblər...  Qrammatika  və  bəlağət  dərslərində  mi-              
sal  və  nümunələr  ümumi  xarakter  daşıyırdı;  halbuki  bu                           
cür  misalların,  iqtibasların  sayı  çox  olmalıdır.  Lazımi  sayda                 
misal  gətirmədən  qrammatik  qaydaları  izah  etmək,  əslində                  
dilə  və  işləkliyinə  ağır  zərbə  vurmaq  deməkdir... 
Düzdür,  bu  problemin  aradan  qaldırılmasında  Carim 
məktəbinin  böyük  xidmətləri  olmuşdur.  Nəticədə,  ərəb  di-              
linin  tədrisi,  işləkliyi  və  gücləndirilməsi  üçün  ciddi  işlər  gö- 
rüldü...  Amma  bu  məktəb  mədəni  qəsbkarlığın  təzyiqlərinə 
davam  gətirməyib  tənəzzülə  uğradı... 
Müşahidə  etmişəm  ki,  “sözdüzəltmə”  (nəht)  və  “söz-
formaların  yaranması”  (iştiqaq)  qaydaları  bizə  maddi  və             
mənəvi  cəhətdən  hakim  kəsilmiş  müasir  mədəniyyətin  təsiri 
altında,  demək  olar  ki,  tətbiq  edilmir.  Diqqətimdən  o  da  ya-
yınmayıb  ki,  ərəblərə  və  qeyri-ərəblərə  ərəb  dilinin  tədrisi 
metodikaları  arasında  fərq  qoyulmur... 


353 
 
“Sınıq”  cəm  formalarının  tədrisində,  “qiyasi”  (morf)  və  
“simai”  (amorf)  məsdərlərin,  keçmiş  və  indiki-gələcək  zaman 
aralıqlı  fel  formalarının  düzəldilməsində  özbaşınalıq  hökm 
sürür... 
İngilislər  dillərini  böyük  qayğı  ilə  qoruyur  və  yayırlar.                 
İngilis  dilinin  ən  bariz  cəhəti  bır  sıra  müasir  elmlərin  dili 
olmağındadır.  Heç  cürə  başa  düşə  bilmirəm  ki,  ərəbləri  nə                      
kor  edib?  Bəli,  kor  olmasaydılar,  Quranın  dilini  yaymaq                   
üçün  bütün  yolları  araşdırar,  dünyaya  da  Ali  Vəhyin  xü-
susiyyətləri  pəncərəsindən  nəzər  salardılar. 
Missiyası  cahanşümul  bir  ümmətə  vacibdir  ki,  ərəb  dilini 
öyrənsin.  Bu  işdə  laqeydlik  açıq-aşkar  xəyanətdir!  Dövrümüz-              
də  elə  ərəb  liderləri  vardır  ki,  ağızlarını  açdılarmı,  dilləri                    
topuq  vuran  uşaqları  xatırladırlar.  Onlar  məzhəkəçilikdə  us-
tadırlar,  ciddiyyətdən  də  binəsibdirlər!  
Nə  vaxt  ki  ərəb  dilinin  qollarımız  üstündə  ölməyinə  şərait 
yaradırıq,  nə  vaxt  ki  onu  öyrənməyi  gözləri  sulanan  qoca-                 
ların  peşəsi  hesab  edirik,  deməli,  həyasız  bir  xəyanətə  imza 
atmışıq.  Bu,  haqqı  danmaqdır! 
 
 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə