P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə99/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   95   96   97   98   99   100   101   102   103
    Bu səhifədəki naviqasiya:
  • Maronit

358 
 
Bəzi  maronit

  müəlliflərinin  ərəb  dilinə  xidməti  şübhə  do-
ğurur.  Belə  ki,  onlar  lüğət  tərtib  etmiş,  amma  orada  dil  faktı 
olaraq  nə  bir  ayə,  nə  də  hədis  göstərmişlər.  Bu  da  bir  tərəfə  
qalsın,  lüğətin  sonuna  dörddə  üçü  avropalı  şəxsiyyətlərdən             
ibarət  bioqrafik  indeks  əlavə  etmişlər!
∗∗
  Bu  heç  də  təsadüfi                      
iş  deyildir,  əksinə,  kimliyimizi  tədricən  məhv  etmək  üçün 
hazırlanmış  plandır... 
Bəzi  ağıldankəmlər  iddia  edirlər  ki,  təbabətə,  mühəndisliyə 
dair  ədəbiyyatı  ərəb  dilinə  tərcümə  etmək  çətin  və  mürəkkəb 
işdir.  Əslində,  bu  onlardakı  elmi  acizliyin,  mənəvi  düşkün-               
lüyün  göstəricisidir... 
Professor  İbrahim  Həsənin  qızdırmalı-epidemik  xəstəlik-               
lərə,  professor  Həbib  Musanın  da  dəri-zöhrəvi  və  tənasül  or-
qanlarının  xəstəliklərinə  dair  qələmə  aldıqları  ərəbdilli  ədəbiy- 
yatı  oxumuşam.  Bu  kitablarda  ərəb  ədəbi  dilinin  ifadə  im-
kanlarının  genişliyi  bütün  aydınlığı  ilə  üzə  çıxarılıb.  Bəli,  tibb 
terminləri  və  anlayışlarının  ifadəsi  üçün  ərəb  dili  lazımi  linq- 
vistik  bazaya  malikdir.  Onu  da  deyim  ki,  həm  İbrahim  Həsən, 
həm  də  Həbib  Musa  dövrümüzün  məşhur  tibb  mütəxəssis-
ləridir... 
Şəxsən  mənim  tərcümə  imkanları  məsələsində  başqa  dil-                
ləri  deyil,  məhz  ərəb  dilini  tənqid  edənlərdən  xoşum  gəl-                     
mir.  Onlara  görə,  həmin  dillərin  söz  ehtiyatı  təbabətə  dair 
                                                 

  Maronit:  Əsasən  Livanda  yaşayan  xristian  ərəblərə  verilmiş  ad  – 
tərcüməçinin qeydi.  
∗∗
  Söhbət  1960-cı  ildə  Beyrutda  “Katolik”  mətbəəsində  çap  edilmiş  “əl-
Müncid”  lüğətindən  gedir.  Lüğətin  müxtəlif  illərdə  təkmilləşdirilmiş  və 
əlavəli  nəşrləri  işıq  üzü  görmüşdür – tərcüməçinin  qeydi.  


359 
 
kitabların  qələmə  alınmasına  imkan  verir.  İş  ərəb  dilinə  gə-              
ləndə  hamı  başını  bulayır... 
Rus  dilində  təhsil  mədəni  müstəmləkəçiliyin  iyrənc  təsi-                
rini  artırır

.  Əgər  İsrail  ərəblərin  üzərində  birdəfəlik  qə-                    
ləbə  çalsaydı,  kim  bilir,  bəlkə  də,  tədris  yəhudi  dilində 
aparılacaqdı... 
Pozğun  ünsürlər,  “həşərat”  insanlar  hər  qarıldayanın  da-              
lınca  qaçır,  üstün  olan  hər  kəsin  arxasınca  sürünürlər.  İndiki 
dövrdə  uzaq  kəndlərdə  yaşayan  elə  əkinçilərə,  səhrada 
məskunlaşmış  elə  bədəvilərə  rast  gəlirsən  ki,  London  və 
Vaşinqtondakı  radio  mərkəzlərinə  məktub  yazır,  xarici  mah-
nılara  qulaq  asmaq  istədiklərini  bildirib  sifariş  verir,  özü  də               
bunu  çadırlarda  əyləşmiş  ata-analarına  “hədiyyə”  edirlər! 
Bu  gülməli  vəziyyət  nə  vaxtadək  davam  edəcək?!  El-               
mimizi,  mədəniyyətimizi  çulğayan  bu  “xəstəlik”dən  nə  vaxt 
müalicə  olunacağıq?!  Dilimizə  sahib  çıxmağın,  bunda  təəssüb-
keşlik  göstərməyin  vaxtı  çatmayıbmı?! 
İndiki  mədəniyyətlər  həm  incəsənətə,  həm  ədəbiyyata,  həm 
elmə,  həm  də  istehsala  (yaradıcılığa)  böyük  diqqət  yetirir. 
Məlumdur  ki,  bəşəriyyət  həm  iqtisadiyyatla,  elmi  araşdırma-             
larla  məşğul  olmalı,  həm  də  incəsənət  və  istirahətə  vaxt 
ayırmalıdır... 
İndiki  dövrdə  dünyada  gördüklərimiz  deyilənləri  təsdiq-             
ləyir.  Dünyanın  qeyri-müsəlman  əhalisi  ciddi  və  məzhəkəçi 
                                                 

  Çox  güman  ki,  mərhum  Qəzali  ya  o  dövrdə  Sovet  İttifaqına  həkim-               
lik  ixtisası  üzrə  təhsil  almağa  gələn  ərəbləri  nəzərdə  tutur,  ya  da  bu 
imperiyaya  tabe  qeyri-rus  respublikalardakı  rusdilli  təhsildən  danışır  – 
tərcüməçinin qeydi.
  


360 
 
incəsənətə,  ənənəvi  və  sərbəst  ədəbiyyata  sahibdir.  İnsan                 
oğlu  belə  istəyir! 
Bizi  qorxudan  şey  odur  ki,  mədəniyyət  və  incəsənətin  
“yüngül”  (xoşagəlməz)  tərəfi  “məcra”sından  çıxsın,  ətrafında               
nə  varsa  hamısını  “udsun”. 
Ərəb  dünyasında  ədəbiyyat  və  incəsənətin  vəziyyətinə                 
nəzər  salıram.  Qarşıma  elə  yazıcı  və  incəsənət  mənsubları  çı-                
xır  ki,  alçaqlığın  son  həddindədirlər.  Məhz  belələri  əxlaq  və                
ülvi  dəyərlərimizə  birbaşa  təhlükədirlər.  Onların  əlindən  tutub 
“Bu  nədir  edirsiniz!?”  –  demədikcə  ümmətimiz  xeyir  tap-
mayacaqdır...  Təhqiramiz  ifadələr,  iyrənc  sözlər,  səviyyəsiz 
hərəkətlər,  heç  bir  ülvi  məqsəd  güdməmək  –  budur  onların              
halı!  Sanki  əsas  işləri  avam  xalqı  güldürmək  və  ciblərini 
boşaltmaqdır... 
Avropalılar  müxtəlif  mövzularda  dram  əsərləri  yazmış,  ya-
şadıqları  mühiti  əks  etdirən  incəsənət  janrları  yaratmışlar. 
Bizimkilər  də  onları  teatr  ədəbiyyatında  təqlid  etməyə  cəhd 
göstərdilər.  Məsələn,  Şövqi  Zeyf  qiymətli  ədəbi-siyasi  pyes 
nümunələri  yaratdı.  Amma  ülvi  ədəbiyyata  elan  edilmiş  mü- 
haribə  hər  şeyin  axırına  çıxdı.  Şövqi  Zeyf  vəfat  edən  kimi,                      
hər  şey  bitdi... 
Yeri  gəlmişkən,  soruşuram:  “Xeyrə,  düzgünlüyə  ruhlandı-             
ran  ədəbi  irsimiz  yoxdurmu?  Qəsidələrdən,  romanlardan, 
hekayələrdən  ülvi  nümunələr,  ibrətamiz  misallar  göstərmək 
mümkündürmü?”  
Qədim  irsimizdə  elə  incilər  vardır  ki,  üstünü  toz-torpaq  
basıb...  Ədəbi  irsimizin  qeyri-ciddi  hissəsini  gündəmə  gətirib, 
misilsiz  ədəbi  nümunələr  olaraq  təqdim  etmək  çox  pisimə                 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə