P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə95/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   91   92   93   94   95   96   97   98   ...   103

343 
 
vəzifəsi  verilir;  ingilis  Denlop  təlim-təhsil  işlərinə  nəzarət 
komissiyasının  başına  gətirilir! 
Ərəb  dilinin  axırına  çıxmaq  üçün  avropalılardan  kömək 
istəmək,  onları  mədəni-maarif  qurumlarının  başında  oturtmaq 
şərəfli  iş  sayılırdı;  “əl-Kütub  əl-Misriyyə”  nəşriyyatında  işləyən 
alman  şərqşünası  Vilhelm  Sebita  ərəb  ədəbi  dilinin  məhv 
edilməsinə  çağırış  edən  ilk  kəsdir.  Bunun  üçün  o,  Misir  xalq 
dilinin  (ləhcəsinin)  qayda-qanunlarından  bəhs  edən  kitab  da 
yazmışdı.  
Ərəb  ədəbi  dilinə  müharibə  elan  etmiş  bu  şərqşünasın  işini 
Qahirə  “Xədiv”  Kitabxanasına  Baş  katib  təyin  edilmiş  başqa                 
bir  alman  –  Karl  Volress  böyük  əzmkarlıqla  davam  etdir-                 
mişdi! 
Onların  xələfi  fanatik  ingilis  Vilyam  Velkoks  Ali  Mühən-             
dislik  Məktəbinin  (indiki  Mühəndislik  Kolleci)  direktoru  idi. 
Sonralar  İngiltərə  hökuməti  Vilyamı  gördüyü  “işlər”ə  görə                
“ser”  adı  ilə  mükafatlandırmışdı.  
İslama  nifrət  edən  livanlı  və  misirli  sapıözümüzünkülər              
bütün  bu  çağırışlara  hay  verdilər;  onlar  bu  ümmətin  başlıca 
mirasını  məhv  etmək  üçün  haray-həşir  salırdılar.  “Bugün  və 
sabah”  kitabında  Səlamət  (Salama)  Musanın  yazdıqları  çox 
düşündürücüdür:  
“Şərqə  bağlılıq  axmaqlıqdır;  dinə  (islama)  bağlılıq  həyasız-
lıqdır.  Həqiqi  bağlılıq – Avropaya  bağlılığımızdır!” 
Avropada  itib-batmağa  çağırış,  əslində,  islamdan  və  ərəb 
dilindən  imtinaya  çağırışdır.  Onsuz  da,  dini  öhdəliklərə  və                
ədəbi  dildə  danışmağa  etinasız  yanaşan  hibrid  gənc  nəsil 
formalaşmağa  başlamışdı  və  belələrinin  sayı  getdikcə  artırdı; 


344 
 
onlara  bu  işdə  maddi  və  mənəvi  dəstək  verilir,  bütün  “ma-               
neə”lər  aradan  qaldırılırdı.  İş  o  yerə  çatmışdı  ki,  bu  insanlar               
hər  sahədə  müsəlmanlara  böyüklük  edirdilər. 
Yaxşı  ki,  ümmətimizi  ayıldan,  gözlənilməz  təhlükələr  qar-
şısında  onu  ayıq  tutan,  çirklənmiş  çeşməsini  təmizləyən  bir                  
islam  oyanışı  baş  verdi

.  
İman  və  allahsızlıq,  ədəbi  dil  və  ləhcələr  arasında  başlan-                
mış  müharibə  ara-sıra  vüsət  alır.  Özü  də  bu  müharibə  müx-                
təlif  adlandırmaların  şahidi  olub:  ənənəçilik  və  yeniçilik, 
mürtəcelik  və  mütərəqqilik,  köhnəçilik  və  müasirlik  arasında 
gedən  müharibə!  İslama  nifrət  edənlər  axırda  qərara  gəl-                     
dilər  ki,  bu  adlandırmaları  bir  kənara  atıb,  ya  milli,  ya  sosi-                   
alist,  ya  da  dünyəvi  səciyyə  daşıyan  bir  ad  düzəltsinlər.                     
Bəlkə  də,  bunu  ona  görə  etmişdilər  ki,  nə  qədər  günahkar              
olursa-olsun,  bir  müsəlmanın  əvvəl-axır  öz  dininə  qayıdaca-               
ğını  bilirdilər.  Odur  ki,  vahid  yeni  təmayül  formalaşdırdılar                  
və  bildirdilər  ki,  dinə  düşmən  deyillər!!! 
Düzünü  deyək  ki,  ərəb  səmasında  yalnız  ərəb  millətçiliyi 
bayrağı  dalğalandığı  vaxtda,  kommunist  və  sosialistlərin  söz 
sahibi  olduqları  zamanlarda  və  nəhayət,  dünyəvilik  qapıdan 
girdikdə  islamın  itkisi  böyük  oldu.  
Bu  qaranlıq  dövrdə  iman  azalıb,  ciddi  dəyərlər  aşındığı                 
kimi,  ərəb  ədəbiyyatı  da  tənəzzülə  uğradı;  yad  sözlər  zəfər                
                                                 

  Söhbət  keçən  əsrin  70-80-ci  illərində  İslam  coğrafiyasında,  xüsusən  də  
ərəb  ölkələrində  baş  vermiş  mütərəqqi  mədəni-maarifçi  islam  oyanışı 
hərəkatından  gedir.  Mövcud  ədəbiyyatlarda  bu  hərəkatı  “əs-səhvət  əl-
islamiyyə”  (islam  hayqırışı,  oyanışı)  adlandırırlar  –  tərcüməçinin  qey-                   
di.
  


345 
 
çaldı,  teatrlarda,  universitetlərdə,  mətbuatda  ədəbi  dilin  qay-
dalarına  riayət  edilmədi;  ümmət  dibi  görünməyə  uçuruma  yu-
varlandı... 
Biz  ərəb  ədəbiyyatı  və  ədəbi  dil  haqda  ümumən  danış-                    
maq  istəyirik. 
Görkəmli  mütəxəssis  Əhməd  Musa  Salim  qeyd  edir  ki, 
problem  çoxdan  mövcud  idi  və  bunda  baiskar  hakimiyyət-                
dir:  
“Saraylardakı  ərəb  liderlərinin  süstlüyü,  boşluqları  doldura-   
caq  qəhrəman  oğulların  olmamağı,  şəhərlərə  gəlib,  şəhərət-
rafında  yaşayan  ərəblərin  şəhər  həyatına  aldanıb  əyləncələrə 
uymağı  nəticəsində  linqvistik  tərkiblərdə,  funksiyaları  və 
məqsədlərində  dəyişiklik  baş  verdi.  Əslində,  bu  dəyişiklik  ərəb 
dilində  danışanların  vəziyyətini  əks  etdirirdi.  Onlara  nə  ol-
muşdusa,  danışdıqları  dilə  də  o  olmuşdu.  Möminlik  kəmərini 
qırıb  atdıqdan,  kiçik  günahlar  ətrafında  hey  dövrə  vurduqdan,             
bu  günahlar  da  əcdadlara  məlum  olmayan  böyük  günahlara 
sürüklədikdən  sonra  onlar  çökdülər,  musiqi,  əyləncə,  şərab, 
əxlaqsızlıq  məclislərində  danışıqlarına  həm  ərəbcə,  həm  də         
qeyri-ərəbcə  “yeni”  sözlər  qarışdırdılar.  
Belə  bir  sönüklük  və  ləzzətlərə  meyl  qeyri-ərəblərin  ərəb-            
lərdə  gördükləri  nümunəviliyin  üstündən  xətt  çəkdi.  Odur  ki, 
ərəblər  başqa  xalqları  bir  daha  heyrətləndirə  bilmədilər”. 
Bəli,  ərəb  hökumətləri  ərəb  dilinə  laqeyd  yanaşdılar,  onun 
yüksəlməsinə  şərait  yaratmadılar,  böyük  dilçi  alimlərə  layiq 
olduqları  vəzifələri  vermədilər.  Düşünürəm  ki,  belə  bir  vəziy- 
yətdə  dilçilik  və  bəlağət  sahələrində  ixtisaslaşmış  institut-                  
ların  boynuna  ağır  yük  düşür.  Amma  bu  institutların  sö-            


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə