P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə91/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   87   88   89   90   91   92   93   94   ...   103

329 
 
2.  Haram  –  səhihliyi  qəti,  mənası  da  açıq-aşkar  olan  hər               
hansı  bir  dəlil  (ayə  və  “mütəvatir”  hədis)  əsasında  Allah  və                      
ya  peyğəmbərinin  öhdəçi  şəxsə  tərk  etməsini  əmr  etdikləri 
əməllər,  davranış  və  sözlərdir.  
3.  Məndub  –  edilməsini  Allahın  və  ya  peyğəmbərinin  qəti 
şəkildə  tələb  etmədiyi  şeydir.  Edənə  savab  yazılar,  etməyənə                 
də  cəza  düşməz.  
4.  Məkruh  –  edilməməsini  Allah  və  ya  peyğəmbərinin                   
qəti  şəkildə  tələb  etmədiyi  şeydir.  Etməyənə  savab  yazılar,               
edənə  də  cəza  düşməz. 
5.  Mübah  –  edilib-edilməməyi  öhdəçi  şəxsin  ixtiyarına 
buraxılan  şeydir.  Haramlılığı  barədə  heç  bir  dəlilin  olma-                     
dığı  şeylər  də  mübahdır. 
Hədislər “mütəvatir” və “ahad” olmaqla iki yerə bölünür.  
Yalançılıqda  həmrəy  olmaqları  qeyri-mümkün  ravilərin  öz-
ləritək  ravilərdən  rəvayət  etdikləri  hədislər  “mütəvatir”  hədis-               
lər  adlanır.  
əl-Hazimi  deyib:  
“Bir  hədisin  mütəvatirliyini  isbatlamaq  çox  çətindir”
1

Şatibi deyib:  
“Mütəvatir”  hədisin  səhihliyi  barədə  hədis  alimləri  ara-                  
sında  ixtilaf  yoxdur.  Alimlərin  böyük  əksəriyyəti  belə  hesab                 
edir  ki,  (bir  şeyin)  vacib  və  ya  haram  olduğunu  isbatla-                  
maqda  “mütəvatir”  hədislərin  kafi  olmadığını  iddia  edən  şəxs 
                                                 
1
 əl-Hazimi. Beş İmama görə səhihlik şərtləri, səh. 37. 


330 
 
kafirdir.  Mən  də  deyirəm:  “Əməli  hədislərin  əksəriyyəti  “mü-
təvatir”dir”
1

“Ahad”  hədis  isə  bir  neçə  şəxsin  Peyğəmbərdən
  (Ona  Allahın                         
xeyir-duası  və  salamı  olsun!)
  qeyri-mütəvatir  yolla  rəvayət  etdiyi  hədisdir. 
Alimlər  (bir  şeyin)  vacib  və  ya  haram  olduğunu  isbatlamaqda 
“ahad”  hədislərin  kafi  olub-olmadığı  məsələsində  ixtilafa 
düşmüşlər.  Şafei  məzhəbi  alimləri  bildirmişlər  ki,  namaz,                 
oruc,  həcc  və  zəkat  kimi  əməli  hökmlərdə  “ahad”  hədislərin                 
(bir  şeyin)  vacib  və  ya  haram  olduğunu  isbatlamaqda  kafi 
olmadığını  iddia  edən  kəs  kafirdir.  İlahi  mahiyyətlər,  pey-
ğəmbərliklər,  axirət  məsələləri  və  qeyb  aləmi  bağlı  “elmi”  
(nəzəri)  hökmlərdə  isə  “ahad”  hədislərin  (bir  şeyin)  vacib-                   
liyi  və  ya  haramlığını  isbatlamaq  üçün  kafi  olmadığını  iddia             
edən  kəs  kafir  deyildir.  Çünki  belə  nəzəri  məsələlərin  is-              
batında  Qurandan  mənası  açıq  ayələr  və  “mütəvatir”  hə-               
dislər  tələb  olunur.  
Hənəfilər  isə  başqa  cür  düşünürlər.  Onlara  görə,  “ahad” 
hədislər  nə  əməli,  nə  də  nəzəri  məsələlərdə  bir  şeyi  vacib,                       
ya  da  haram  edə  bilər.  Odur  ki,  bunu  iddia  edəni  kafir                  
saymaq  olmaz.  Hənəfi  üsul  alimləri  də  eyni  fikirdədirlər. 
Məsələn,  Bəzdəvi  yazır:  
“Yəqin  bilik  iddiasına  (“ahad”  hədislərin  yəqinlik  ifadə  et-             
məsi  iddiasından  söhbət  gedir  –  mütərcim)  gəlincə,  bu,  heç 
şübhəsiz,  puç  iddiadır.  Və  həqiqət  bunu  qəbul  etmir.  “Ahad” 
xəbərdə  mümkün  ehtimal  vardır,  deməli,  yəqin  deyildir.                
                                                 
1
 Şatibi. əl-Etisam, cild I, səh. 135. 


331 
 
Çünki  ehtimal  yəqinlik  ifadə  etmir.  Bunu  kim  inkar  edərsə, 
axmaqdır,  ağlı  da  cılızdır”. 
İmam  Məhəmməd  Əbduh,  Şeyx  Mahmud  Şəltut,  Şeyx 
Mahmud  əbu  Dəqiqə  və  başqaları  da  bu  mövqedən  çıxış  edir-          
lər.  
Mərhum  İmam  Məhəmməd  Əbduh  yazır: 
“Qurani-Kərim  Allaha  çağırışda  islamın  istinad  etdiyi  ye-             
ganə  mötəbər  arqumentdir

.  İstinadında  səhih,  məşhur  və              
“zəif”  sayılan  hədislərə  gəlincə,  qəti  bilik  ifadə  etmirlər”. 
Həmçinin,  Ustad  Mahmud  Şəltut  “İslam  –  etiqad  və  şə-                   
riət  kimi” kitabında  yazır:  
“...hədislər  həm  deyilmə  (istinad),  həm  də  məna  baxımın-            
dan  zənn  ifadə  edə  bilir.  Əgər  hədisin  Peyğəmbər
  (Ona  Allahın                           
xeyir-duası  və  salamı  olsun!)
  tərəfindən  deyilməsində  bir  şübhə  varsa,                   
onda  bu  hədis  “istinadı  zənn  ifadə  edən”  hədislər  (əhadis 
zənniyyət  əl-vürud
)  kateqoriyasına  aiddir.  Mənasında  (məz-
mununda)  ehtimallı  məqamların  olduğu  hədislər  də  “mə-                  
nası  zənn  ifadə  edən”  hədislərdən  (əhadis  zənniyət  əd-                
dəlalət
)  sayılır.  Deməli,  belə  hədislərin  həm  Peyğəmbər 
tərəfindən  deyilməsində  şübhə  vardır,  həm  də  mənası  ehti-                
mal  ifadə  edir;  odur  ki,  bu  cür  hədislər  deyilişi  və  mənasın-                   
da  zənn  olan  hədislər  kateqoriyasına  daxildir. 
Əgər  hər  hansı  bir  hədis  deyilmə  və  məna  baxımından                   
zənn  ifadə  edirsə,  bu  və  ya  digər  əqidə  mövzusu  üçün  dəlil                     
                                                 

  Söhbət  yəqin  bilik  ifadə  edən  başlıca  arqumentdən  gedir  –  tərcümə-              
çinin qeydi.
 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə