P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə92/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   88   89   90   91   92   93   94   95   ...   103

332 
 
ola  bilməz.  Əqidə  mövzuları  üçün  dəlil  rolunu  oynayacaq 
hədislər  deyilməsi  və  mənası  qəti  hədislərdir”
1

İmam  Şatibi  “əl-Müvafəqat”  kitabında  qeyd  edir  ki,  hə-                 
dislər  (Sünnə)  bir  şeyin  vacib  və  ya  haram  olduğunu 
isbatlamaqda  kafi  deyildir.  Çünki  hədislərin  işi  Quranın                 
ümumi  ayələrini  (və  ya  göstərişlərini)  xüsusiləşdirməkdən 
(təxsis),  “mütləq”  (ümumi  mənalı)  hökmlərini  çərçivəyə  sal-
maqdan  (təqyid),  bütövü  (mücməl)  təfsilata  ayırmaqdan  (təf- 
sil
)  ibarətdir

.  Bu  işi  isə  təkcə  “mütəvatir”  hədislər  görə  bi-                    
lər,  “ahad”  hədislər  deyil”. 
Buxarinin  “Səhih”  kitabındakı  bir  hədis  də  bu  deyi-                     
lənləri  təsdiqləyir.  Belə  ki,  Təlhə  ibn  Müsərrif  deyib:  “İbn                     
əbu  Övfadan  soruşdum:  “Peyğəmbər 
(Ona  Allahın  xeyir-duası  və  salamı                        
olsun!)
  vəsiyyət  etdimi?”  Dedi:  “Xeyr,  etmədi.”  Dedim:  “İnsan-               
lara  bir  vəsiyyət  yazmadımı,  onlara  nə  isə  bir  vəsiyyəti  əmr 
etmədimi?”  Dedi:  “Allahın  kitabını  vəsiyyət  etdi”
2

Hədisin  izahında  İbn  Həcər  yazır:  
“Yəni,  ona  sarılıb,  ondakı  göstərişlərə  əməl  etməyi  vəsiyyət 
etdi.  Yəqin  ki,  o  (İbn  əbu  Övfa),  Peyğəmbərin 
(Ona  Allahın  xeyir-                           
duası  və  salamı  olsun!)
  bu  sözünə  işarə  edib:  “Sizlərə  sarılacağınız  təq-              
dirdə  zəlalətə  düşməyəcəyiniz  şeyi  qoyub  gedirəm.  Bu,  Alla-              
hın  kitabıdır”.  
                                                 
1
 Şeyx  Şəltutun  bu  haqda  dediklərini  yuxarıda  tam  iqtibasla  dərc  etmiş-              
dik.  

  Yəni,  Sünnə  Quranı  izah  və  bəyan  edir;  ondakı  bütövü  hissələrə  ayı-                 
rır,  qapalı  mənaları  aydınladır,  ümumini  xüsusiləşdirir,  çərçivəyə  salır  – 
tərcüməçinin qeydi.
 
2
 Buxari. Came əs-Səhih, “Qəzvələr” fəsli, 444. 


333 
 
Peyğəmbər  Allahın  kitabını  vəsiyyət  etməklə  ona  görə 
kifayətlənib  ki,  onda  hər  bir  şeyin  açıqlanması  vardır;  bu  ya                
ayə,  ya  da  “istinbat”  (hökm  çıxarma)  vasitəsi  ilədir.  Elə  isə 
insanlar  Quranda  olanın  yolu  ilə  getməli,  onlara  əmr  olu-               
nanlara  əməl  etməlidirlər. 
Salman  əl-Farisi  rəvayət  edir  ki,  Peyğəmbər
  (Ona  Allahın  xeyir-                           
duası və salamı olsun!)
  deyib:  
“Allahın  öz  kitabında  halal  bildiyi  şey  halal,  haram  saydığı                
şey  də  haramdır.  Danışmadığı  şeylər  isə  bir  lütfkarlıqdır”
1
.  
İmam  Şatibi  “Ey  iman  gətirənlər!  Allaha,  Peyğəmbərə  və 
özünüzdən  olan  ixtiyar  (əmr)  sahiblərinə  itaət  edin!”  ayəsi
2
 
haqda  “cümhur”un  dediklərinə  belə  münasibət  bildirib:  
“Peyğəmbərə  itaətin  vacibliyi  dedikdə  o  şey  nəzərdə  tu-                   
tulur  ki,  (Qurandakı)  ümumi  hökmlər  xüsusiləşdirilib,  “müt-             
ləq”  (ümumi  mənalı)  hökmlər  çərçivəyə  salınıb  (təqyid),  bü-
tövün  (mücməl)  də  təfsilatı  verilib.  Bütün  bunlar  isə  “mü- 
təvatir”  hədislərlə  mümkündür”. 
Peyğəmbərin
  (Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  gətirdiyi  hər  bir                   
şeyin  Qurandan  olmağı  vacibdir.  Həzrəti  Aişənin 
(Allah  ondan                                  
razı qalsın!)
  dediyi  də  bunu  təsdiqləyir:  “Onun  əxlaqı  Quran  idi”
3
.  
“Biz  Quranı  sənə  hər  şeyi  izah  etmək  üçün...  nazil  etdik!” 
ayəsinin
4
 mənası  budur  ki,  Sünnə  də  (hədislər)  Qurana  ümu-               
mi  formada  daxildir.  Şatibi  bunun  belə  olduğunu  isbat-                     
lamaq  üçün  aşağıdakı  ayəni  dəlil  gətirmişdir:  
                                                 
1
 Hədisi Tirmizi rəvayət edib.  
2
 “ən-Nisa” surəsi, 59-cu ayə. 
3
 Hədisi İmam Müslim, İbn Macə və Tirmizi rəvayət etmişlər.  
4
 “ən-Nəhl” surəsi, 89-cu ayə.  


334 
 
“...Biz  Kitabda  (Quranda)  heç  bir  şeyi  nəzərdən  qaçır- 
madıq...” (əl-Ənam, 38).  
Alimlərin  böyük  əksəriyyətinin  dəlil  göstərdiyi  “(Vaxt  gə- 
ləcək)  sizdən  biri  mənim  bir  hədisimi  eşitdiyində:  “Əlimiz-                   
də  Allahın  kitabı  var.  Təkcə  ondakı  haramı  haram,  halalı  da              
halal  qəbul  edirik”,  –  deyəcək,  hədisimi  yalan  sayacaqdır.  Əs- 
lində  o,  bununla  Allahı  və  peyğəmbərini  yalançı  saymışdır” 
hədisi
1
  haqqında  Şatibi  demişdir:  
“Bu  hədisin  raviləri  arasında  Zeyd  ibn  əl-Həbbab  var-                         
dır  ki,  çoxlu  xətaları  məlumdur.  Bu  səbəbdən  İki  Şeyx  (İmam 
Buxari  və  İmam  Müslim  –  mütərcim)  ondan  heç  bir  hədis 
rəvayət  etməmişlər”.  
“Müsəlləm  əs-Sübut”  və  “ət-Təhrir  fil-Üsul”  kitablarında 
deyilir: 
“Ahad”  hədislər  yəqin  bilik  ifadə  etmir.  Fərqi  yoxdur  hə-               
min  hədislər  “İki  Səhih”də  rəvayət  olunub,  yoxsa  başqa 
kitablarda”. 
Deyilənlərdən  aydın  olur  ki,  haram  və  vacib  əməllər  mə-                  
nası  aydın,  mötəbərliyi  də  qəti  dini  mətnlər  –  dəlillər  əsa-                 
sında  müəyyən  edilir.  Bunun  üçün  hədislərin  “mütəvatir”              
olmağı  şərtdir.  Digər  hədislər  isə  alimlərin  ixtilafı  səbəbindən 
yəqin  bilik  ifadə  etmir.  Deməli,  bir  şeyin  haram  və  vacib 
olmağının  isbatında  Sünnə  təkbaşına  kafi  deyildir.  Sünnə  o             
halda  yəqin  bilik  ifadə  edir  ki,  ya  əməli  hökmlərin  əsası  ro-                
lunu  oynayır,  ya  da  Qurandakı  hər  hansı  bir  hökmə  uyğun-              
dur.  
                                                 
1
 Hədisi Tirmizi və İbn Macə rəvayət etmişlər.  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə