P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə100/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   95   96   97   98   99   100   101   102   103

361 
 
gəlir.  Bunun  müqabilində  isə  ədəbiyyatımızın  ən  qiymətli  nü-
munələrini  “arxiv”də  saxlayır,  üzə  çıxarmırıq.  Halbuki  bu  nü-
munələrə  ehtiyacımız  var  və  onlardan  faydalanmağımız  çox 
vacibdir.  
Professor  Əhməd  Musa  Salim  hesab  edir  ki,  ərəb  ədəbiy-               
yatı  erkən  dövrlərdən  korlanıb.  Korlanmış  ədəbiyyatın  ən               
bariz  nümayəndələri  Əbu  Nüvas,  İbn  Rumi  və  başqalarıdır. 
Çünki  kökü-əsilləri  ərəb  deyildir... 
Professorumuza  olan  böyük  ehtiramıma  baxmayaraq,  bu 
məqamda  onunla  razılaşmıram.  Əsilləri  təmiz  ərəb  olan  elə  
şairlər  vardır  ki,  ədəbiyyatda  ən  aşağı  səviyyəyə  enmişlər.  Mə-              
gər  İmrulqeys  özünün  gülünc  şerlərində  şərəfli-izzətli  nümu-              
nə idi?!  
Düşünürəm  ki,  İmrulqeys  ibn  Maliki

  gündəmə  gətirib 
məşhurlaşdırmaq,  ədəbi  yaradıcılığı  çox  da  olmayan,  amma 
əxlaqda  zirvəyə  ucalmış,  həyatın  ehtirama  layiq  gərdişinə  sinə 
gərmiş  şairlərə,  o  cümlədən  Ürvə  ibn  əl-Vərd  əs-Sə`luka
∗∗
  isə 
“sanki  heç  belə  şair  olmayıb”  münasibəti  bəsləmək  bir  cina- 
yətdir.  
                                                 

  İmrulqeys  (500-540):  Cahiliyyət  dövrü  şairlərindəndir.  “Müəl-                
ləqə”si çox məşhurdur – tərcüməçinin qeydi. 
∗∗
  Ürvə  ibn  əl-Vərd  ibn  Zeyd  əl-Əbəsi  (vəfatı  –  594):  Cahiliyyət                
dövrü  poeziyasının  ən  qüdrətli  nümayəndələrindən  biridir  –  tərcü-              
məçinin qeydi. 


362 
 
Əbu  Təmmamın

  “Həmasə”  divanı,  Əbu  Əli  əl-Qalinin 
“Əmali”si  və  “əl-İqd  əl-Fərid”  ilə  tanışam;  mədhiyyə  və  həcv-              
ləri,  əxlaqi-didaktik  qəzəlləri,  vəsfiyyələri  oxumuşam;  həyatın 
enişli-yoxuşlu,  sevincli-kədərli,  ağlamalı-gülməli  məqamların- 
dan,  duyğulardan,  müdriklikdən  bəhs  edən  ədəbiyyat  nü-
munələrinə  də  vaqifəm.  Görmüşəm  ki,  klassik  ədəbiyyatımızın 
İngilis,  Fransız  və  Rus  ədəbiyyatı  ilə  müqayisədə  daha  qiy-            
mətli,  daha  faydalı  tərəfləri  vardır... 
Ərəb  dili  vəhyin  dilidir,  islamın  da,  həmçinin.  Elə  isə  ərəb-           
lərə  onu  yayğın  hala  gətirmək  vacibdir... 
Əslində,  risalətin  ümumbəşəriliyi  dilin  də  ümumbəşəriliyi 
mənasına  gəlir.  Bu  səbəbdən  erkən  dövr  müsəlmanları  is-               
lamla  yanaşı  ərəb  dilini  də  yaymışlar.  Onların  bu  işdəki  zəh-            
məti  diqqətəşayandır.  
Həmçinin,  qeyri-ərəb  xalqlar  ərəb  dilini  əməlli-başlı  öy-
rənməyə,  ərəbcə  yazıb-danışmağa  xüsusi  əhəmiyyət  vermiş-               
lər.  
Ərəblilik  soy-əsil  olaraq  deyil,  əksinə,  dil  olaraq  qəbul 
edildiyində  ərəbcə  danışan  hər  kəs  dinində  də,  millətində  də 
ərəbə  çevrilir;  o,  hər  bir  şeydə  əsil  ərəblərə  oxşayır,  hətta  öz              
elmi  dühası  ilə  onlardan  üstün  ola  bilir;  onlara  məscidlərdə 
imamlıq  edir,  Quran  və  hədis  elmlərini  öyrədir.  O  da  mə-           
lumdur  ki,  tabein  dövründə  və  sonralar  qeyri-ərəb  millət-               
                                                 

  Əbu  Təmmam  (vəfatı  –  845):  Abbasilər  dövrü  şairlərindəndir.  Şerlə- 
rində  sözlərə  müxtəlif  mənalar  vermiş  və  bununla  da  məşhurlaş-                      
mışdır – tərcüməçinin qeydi. 


363 
 
lərin  mənsubları  sözügedən  sahələrdə  ərəbləri  qabaqlamışdı-           
lar.  
Qeyd  edək  ki,  xalq  kütlələri  bu  vəziyyət  qarşısında  heç  bir 
narahatlıq  keçirməmişdir;  onlar  bu  reallığı  könülsevənliklə              
qəbul  etmişdilər.  Müttəqilərə  irqi  təəssübkeşlik  yaddır!  
Quran  və  hədislərin  aşıladığı  insanpərvərlik  imkan  verdi  ki, 
fateh  ərəblər  fəth  etdikləri  ölkələrin  əhalisi  arasında  “əri-                
sinlər”.  Hər  kəs  ərəb-müsəlman  oldu;  gələnlərlə  yerlilər  ara-            
sında  fərq  qalmadı.  
Amma  bəzi  kəmağıl  və  qısır  zehniyyətli  insanlar  görəndə                  
ki,  zəhmət  və  fədakarlığa  aparan  yol  çala-çuxurludur,  irqi 
çəkişmələri,  qəbilələrarası  qan  davalarını  qızışdırmaq  yolu  ilə              
öz  geriliklərini  ört-basdır  etmək  istədilər.  Beləliklə,  şüubiyyə               
və  ərəb  millətçiliyi  təmayülü  yarandı.  
Bu  iki  təmayüldən  hansının  digərinin  səbəbi  rolunu  oy-
nadığını  araşdırmaq  fikrim  yoxdur.  Bir  onu  bilirik  ki,  sözü-             
gedən  mənfur  təmayüllər  islamın  təmiz  abı-havasına  yaxşı                  
şey  bəxş  etməyib... 
Amma  xalq  kütlələri  ixlasla,  ruh  yüksəkliyi  ilə  islama                 
xidmət  edirdilər.  Onlar  başa  düşürdülər  ki,  milli  mən-             
subluqları  ilə  öyünüb  haray-həşir  salanlar  öz  alçaqlıqlarını               
ört-basdır  etmək  istəyən  düşüncəsizlərdir... 
Özlərini  əvvəlki  fatehlərin  nəvələri  hesab  edən  ərəblər                
qədim  və  saf  dillərini,  ədəbiyyatlarını  başqalarına  öyrətməkdə 
çalışqanlıq  göstərməlidirlər.  Onlar  etinasızlığın  qurbanı  olmuş 
ədəbi  irslərində  sonsuz  sərvətlə  qarşılaşacaqlar.  Bu  sərvətin 
içərisindən  islam  fitrəti  ilə,  ülvi  insanpərvərliklə  nurlanmış   
yararlı  incilər  tapmaq  mümkündür... 


364 
 
Qeyri-ərəblərə  gəlincə,  onlar  öz  növbəsində  vəhyin  dilini 
dəqiq  şəkildə  öyrənməli,  yazıda  və  danışıqda  üslublarını  gö-
zəlləşdirməklə  Allaha  yaxınlaşmalıdırlar.  Vaxtı  ilə  onların  bu 
sahədə  gördükləri  işləri  danmaq  mümkün  deyildir.  
Əbu  Nüvasın  yaradıcılığını  araşdırıram,  professor  Əhməd 
Musanın  bəyənmədiyi  beytlərə  nəzər  salıram;  müəyyən  tə-
rəflərinə  görə  mən  də  həmin  beytlərə  vurğun  deyiləm.  Sözü- 
gedən  beytlərə  nəzər  salaq: 
 
Bədbəxt  şair  xarabalığın  yanından  keçib,  obasını  xəbər  alır, 
Mən  də  oradan  keçir,  amma  şərab  dükanlarını  xəbər  alıram. 
O,  Bəni-Əsədin  keçmişinin  xarabalıqlarına  ağlayır, 
(Deyirəm:)  etdiyin  şey  düz  deyil

  və  bir  de  görək  mənə: 
Kimdir  Bəni-Əsəd,  kimdir  Təmim  və  Əkəl,  kimdir  Yəmən
∗∗

Ərəblər  Allahın  nəzərində  heç  kimdirlər! 
 
Əbu  Nüvas  bu  həyasızlıq  nərdivanında  heç  də  İmrulqeysdən 
yuxarı  pillədə  dayanmır.  O  İmrulqeys  ki,  deyib: 
 
Sən  boylu  bir  qadına  oxşayırsan 
O  qadına  ki,  gecə  yanına  getdim 
Onunla  əyləndim  və  o – 
Südəmər  uşağını  mənə  görə  kənara  atdı. 
                                                 

  Yəni,  nə  üçün  ağlayırsan?  Onlar  ki  ağlanılacaq  qədər  dəyərə  sahib    
deyillər;  onlar  nə  qoyub  gediblər  ki,  göz  yaşı  axıdırsan?  –  tərcüməçinin 
qeydi
.  
∗∗
 Qədim ərəb qəbilələrinin adlarıdır – tərcüməçinin qeydi.  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə