P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə96/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   92   93   94   95   96   97   98   99   ...   103

346 
 
nüklüyü,  ətaləti  və  donuqluğu  dövrümüzdə  ərəb  dilini  çul-            
ğamış  zəiflik  və  yovuşmazlığın  (küncəçəkilmənin)  başlıca  sə-
bəblərindəndir.  
Görəndə  ki,  din  xadimləri  danışdıqları  zaman  e`rabdan

                
baş  çıxarmırlar,  siyasətçilər  də  utanmadan  kobud  danışıq 
xətalarına  yol  verir,  necə  gəldi  danışırlar,  bərk  hirslənirəm... 
İngilis  dilini  yaymaq  və  hegemon  hala  gətirmək  üçün  on-             
larla  tədris  metodunun  kəşf  edildiyi  bir  dövrdə  köhnəli-ye-                  
nili  bütün  institutlar,  universitetlər  ərəb  dilinə  xidmət  üçün                
nə  iş  görmüşlər?  
Vəhyin  dilinə  münasibətdə  hansı  səhvləri  buraxdığımızı 
müəyyənləşdirmək,  gələcək  günləri  faydalı  işlərlə,  səmərəli  fəa-
liyyətlə  qarşılamaq  üçün  sözügedən  məsələ  ətrafında  ciddi 
araşdırmalar  aparmalıyıq...  
İslamı  və  ərəb  dilini  Əzhəri-Şərifdə  öyrənmişəm.  Gəncliyi-               
mi  müxtəlif  mərhələlər  üzrə  təhsil  almaqla  keçirmişəm.  Bu 
sətirləri  qələmə  aldığımda  elm,  ədəbiyyat  və  cəmiyyət  arasında 
əlaqə  yaradıram;  tələbəlik  illərimlə  bağlı  bəzi  məsələləri  xa-
tırlayıram. 
Bəli,  əsasında  ərəb  dilini  öyrəndiyimiz  üslub  qrammatik 
qaydaların  şərhinə  söykənir.  Və  bu  qaydaların  izahında 
Qurandan,  hədislərdən,  cahiliyyət  dövrü  və  müxədrəm
∗∗
  şair- 
                                                 

  E`rab:  Ərəb  dilində  sözlərin  sonlarının  müxtəlif  qrammatik  amillər              
səbəbi  ilə  dəyişilib  müxtəlif  formalara  düşməsini  ifadə  edən  dilçilik  ter-               
mini – tərcüməçinin qeydi. 
∗∗
  Müxədrəm:  Cahiliyyət  dövrünün  axırları  və  islam  dövrünün  əvvəl-   
lərində  yaşamış  şairlərə  verilmiş  ad – tərcüməçinin qeydi


347 
 
lərin  bədii  irsindən,  erkən  islam  dövrü  ədəbiyyatından  misal-             
lar gətirilir.  
Tam  yəqinliklə  bildirirəm  ki,  gətirilmiş  misallar  müxtəlif 
hissləri,  ülvi  halətləri  və  duyğu  hallarını  ifadə  edən  fikri-hissi 
“qida” idi... 
İstərdim  ki,  mənimlə  birlikdə  oxucu  da  aşağıda  göstərə- 
cəyimiz  şer  nümunələri  “bağça”sında  gəzsin,  eyni  duyğuları 
paylaşsın,  bəzi  qrammatik  məlumatlarla  tanış  olsun. 
Şair  deyib: 
 
Və (dostlarım) dürüst  iki  gəncdir  və  mən  onların  heç  birini – 
Digərinin  sirri  ilə  tanış  etmirəm,  sirlərini  özümdə  saxlayıram. 
 
Başqa birisi deyib: 
 
Və  gecə  dəniz  dalğası  kimi  örtüyünü  üzərimə  çəkdi, 
Çəkdi  ki,  müxtəlif  qayğılarla  məni  cəzalandırsın. 
 
Birinci  beytdə  sirlərə  ehtiramdan,  “ağızda  möhkəm  olmaq” 
dan  danışılır.  İkinci  beytdə  isə  qayğılı  şəxsin  gecəsi  təsvir  olu-             
nur.  
Hər  iki  beytin  əvvəlindəki  “və”  bağlayıcısı  ərəb  dilində                
“bəlkə  “və”si”  adlanır,  özündən  sonrakı  ismi  yiyəlik  halda                 
idarə  edir;  ismi  cümlənin  həm  xəbərini,  həm  də  mübtədasını  
eyni  qrammatik  təsirə  məruz  qoyur... 
 
 
 


348 
 
Şair  deyib: 
 
Düşmənlərə  zəhər,  qurbanlıqlara

 bəla  kəsilən  xalqım  həlak 
olmasın, 
Onlar  hər  bir  savaş  meydanına  ensələr də,  önlüklərini  pak  
tutarlar
∗∗

 
Şair  demək  istəyir  ki,  xalqı  çox  cürətlidir,  odur  ki,  düş-               
mənlər  ondan  qorxurlar;  var-dövlətini  paylayacaq  qədər  sə-
xavətlidir;  bütün  döyüşlərdə  iştirak  etdiyi  üçün  bu  xalq  şü-
caətlidir;  günahlardan  çəkindirəcək  iffətliliyə  sahibdir... 
Beytdə  “ensələr”  sözü  “ixtisas”
∗∗∗
  qaydasına  uyğun  olaraq, 
təsirlik  halda  işlədilib.  Onunla  əlaqəli  adlıq  halda  işlədilmiş             
təyin  isə  ixtisar  edilib.  Bu  hala  ərəb  dilinin  bədii  üslubunda                 
tez-tez  rast  gəlinir.  Düzdür,  bəzi  nadanların  bundan  xəbəri 
yoxdur  və  elə  hesab  edirlər  ki,  bu  cür  ixtisarın  olduğu  cüm- 
lələrdə  qüsur  vardır... 
                                                 

  Şerin  mətnindəki  “cəzr”  “cuzur”  sözünün  cəmi  olub,  qurbanlıq 
                        
dəvə  mənasına  gəlir.  Qurbanlıqlara  bəla  kəsilmək  onları  qonaqlar  üçün 
kəsmək  deməkdir  ki,  bu  da  həmin  xalqın  əliaçıqlığına  dəlalət  edir  – 
tərcüməçinin qeydi.  
∗∗
  Yəni,  zina  etməzlər,  ayıb  yerlərini  haramdan  qoruyarlar  –  tərcü-              
məçinin qeydi.
  
∗∗∗
  İxtisas:  Ərəb  qrammatikasında  ümumi  anlayışı  mənaca  konkret- 
ləşdirmə  əməliyyatının  adı.  Şəxs  əvəzliyi  ilə  konkret  şəkildə  kimin  (nəyin) 
nəzərdə  tutulduğunu  bildirmək  üçün  ya  birbaşa,  ya  da  distant  vəziy-                
yətdə  xüsusiləşdirici  sözlərdən  istifadə  olunur.  Məsələn,  biz,  türklər  qo-
naqpərvər  xalqıq.  Bu  cümlənin  ərəb  dilinə  tərcüməsində  türklər  sözü            
təsirlik  halda  işlədilir – tərcüməçinin qeydi.  


349 
 
Əri  Abdullah  ibn  Əbubəkr  Taifin  mühasirəsi  zamanı  həlak 
olduqda  Atikə  bint  Zeyd  demişdi: 
 
And  olsun  ki,  sənin  üçün  gözlərimkədərli, 
dərim  də solğundur, 
Ruzigarın  gözü  onun  kimi  qızğın, 
şığıyanvə  səbirli  birisini  gördümü? 
O,  savaşda  qılınclar  çəkiləndə 
ölümü qılıncla  dəf  edib  qəzəbləndirdi. 
 
Atikə  ərinin  şücaəti  və  mətanətini  məharətlə  təsvir  et-              
mişdir.  “Həmasə”  divanının  şərhçisi  (Əbu  Əli  Əhməd  ibn 
Məhəmməd  ibn  Həsən  əl-Mərzuqi  –  mütərcim)  onun  barə- 
sində  yazırdı:  
“O,  fəsahətə,  gözəllik  və  kamala  sahib  şair  səhabə  qadın               
idi.  Düşüncəsi  dərin,  fikirləri  zəngin  idi.  Abdullah  ibn  Əbu-              
bəkr  əs-Siddiq  ilə  evlənmişdi.  Abdullah  vəfat  etdikdə,  Ömər                
ibn  Xəttab  onunla  evləndi.  Ömər  qətlə  yetirildikdə  Zübeyr                  
ibn  Əvvam  onu  özünə  arvad  etdi.  Zübeyr  Siba  vadisində 
öldürüldükdə  Hüseyn  ibn  Əlinin  arvadı  oldu.  Hüseyn  Kərbə- 
lada  öldürüldükdə  onun  torpağa  düşmüş  üzünü  yerdən  bi-            
rinci  o  qaldırdı.  Bundan  sonra  heç  kəslə  evlənmədi... 
Abdullah  ibn  Ömər  onun  barəsində  demişdi:  “Kim  Allah 
yolunda  şəhid  olmaq  istəyirsə,  Atikə  ilə  evlənsin!” 
Fikirləşirəm  ki,  bu  xanım  dövrümüzdə  yaşasaydı,  insanlar 
onda  nəhslik  axtarardılar! 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə