P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə89/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   85   86   87   88   89   90   91   92   ...   103

320 
 
məna  ifadə  edir.  Çünki  birincidə  söhbət  yalnız  istinadın  sə-              
hih  olmağından  gedir.  İkincisi  isə  həm  istinadın,  həm  də 
məzmunun  səhihliyini  özündə  birləşdirir.  
 


321 
 
 
 
Səhih hədislərin mötəbərliyində  
qətilik dərəcəsi 
 
 
Bu  məsələ  ilə  əlaqədar  olaraq  hədis  alimləri  ciddi  qaydalar  
təsis  etmişlər.  Onlar  səhih  hədisləri  araşdırmış,  istinadı  və 
məzmunu  səhih  hədis  növlərini  müəyyənləşdirmişlər.  Mə-               
sələn,  bu  və  ya  digər  hədisin  doğrudanmı  Peyğəmbər 
(Ona                               
Allahın  xeyir-duası  və  salamı  olsun!)
  söyləyib;  görəsən,  bu  bizim  ictihadı-                
mıza  görədir,  yoxsa  əslində  belədir?  
Əgər  hədisin  istinadı  və  məzmununda  qətilik  yoxdursa,  yə-              
qin  bilik  ifadə  etmir.  Amma  belə  hədislərin  tətbiqi  müm-               
kündür.  İstinadı  və  məzmunu  qəti  hədislər  isə,  dediyimiz                
kimi,  yəqin  bilik  ifadə  edirlər.  
Bir  qrup  əhli-hədis

  aliminə,  o  cümlədən  əl-Hüseyn  əl-
Kərabisiyə  görə,  səhih  “ahad”  hədislər  qətilik  ifadə  edir.  Belə 
hədislərdə  həm  yəqin  bilik  vardır,  həm  də  onları  tətbiq                 
(əməl)  etmək  mümkündür,  –  bu,  İbn  Həzmin  görüşüdür. 
Əhli-hədis  və  fiqh  alimlərinin  böyük  əksəriyyəti,  o  cüm-             
lədən  İmam  Şafei,  Baqillani  və  İraqi  demişlər:  “Bu  səhih  hə- 
disdir”  –  dediyimiz  zaman  onu  nəzərdə  tuturuq  ki,  istina-               
                                                 

  Əhli-hədis:  (ərəb.  hədis  tərəfdarları).  Orta  əsr  islam  fikrində  meydana 
çıxan,  dini  mətnlərin  məntiqi-bədii  məzmununa  əhəmiyyət  verməyən, 
forma  ilə  kifayətlənib  bəşəri  rəyə  etimad  göstərməyən  məktəbdir  – 
tərcüməçinin qeydi


322 
 
dının  zahirinə  görə  bu  hədisi  tətbiq  etmək  olar.  Biz  bunu  
deməklə  özlüyündə  səhihliyi  qəti  olan  hədisi  nəzərdə  tut- 
muruq”. 
İraqi  deyib:  “Doğru  olanı  budur”,  yəni  ondan  qeyrisi  puç-             
dur  (batildir)...”. 
Onların  bu  məqamda  səhih  hədis  dedikləri  şey  “ahad” 
hədislərdir.  “Mütəvatir”  hədislərə  gəlincə,  onlarda  qətilik  var-             
dır.  Onlar  həm  bilik  ifadə  edirlər,  həm  də  tətbiq  legitim-                 
liyinə  malikdirlər, – bu,  alimlərin  gəldiyi  ortaq  qənaətdir.  
 
Buxari və Müslimin rəvayət etdikləri  
hədislərin səhihlik dərəcəsi 
 
İmam  Buxarinin  “Came  əs-Səhih”  və  İmam  Müslimin             
“Səhihi-Müslim”  kitablarında  “mütəvatir”  kateqoriyasına  daxil 
hədislər,  heç  şübhəsiz,  səhihliyi  qəti  hədislərdən  sayılır.  Bu 
barədə  alimlərin  arasında  fikir  ayrılığı  yoxdur... 
Bu  iki  kitabdakı  “ahad”  hədislərə  gəlincə,  səhihliyi  qəti  hə- 
dislər  haqda  deyilənləri  onlara  şamil  etmək  olarmı? 
İbn Səlah  deyib:  
“Hər  iki  ustadın  (Buxari  və  Müslim  nəzərdə  tutulur  – 
mütərcim
)  və  ya  onlardan  birinin,  istinadları  ilə  birlikdə  rə-              
vayət  etdiyi  hədislər  səhihliyi  qəti  hədislərdir”.  


323 
 
Alimlərin  böyük  əksəriyyəti  (cümhur)  bu  məsələdə  İbn 
Səlahla  razılaşmayıb.  İraqi  deyib:  “Mühəqqiq-alimlər

  onunla  
(bu  məsələdə)  razı  deyillər”. 
İbn  Səlaha  görə,  bu  iki  kitabın  bütün  müsəlmanlar  tərə-            
findən  qəbul  edilməsi  “icma”  mənasına  gəlir.  Yəni,  hər  iki 
kitabdakı  hədislər  istinad  və  məzmun  baxımından  səhihdir                   
və  bu  haqda  “icma”  vardır.  
Amma  alimlərin  böyük  əksəriyyəti  –  cümhur  bildirmiş-                    
dir  ki,  müsəlmanlar  bu  iki  kitabdakı  bütün  hədislərin  səhih-                 
liyi  ətrafında  heç  də  həmrəy  deyillər.  Müsəlmanlar  o  şeydə 
həmrəydirlər  ki,  hər  iki  kitabdakı  bütün  hədisləri  tətbiq  et-              
mək  olar  (və  ya:  bütün  bu  hədislər  qanuni  qüvvəyə  malikdir)                
ki,  bu  da  o  kitablarda  zənn  yolu  ilə  səhih  qəbul  edilmiş  hədis-  
lərin  mövcudluğuna  zidd  deyil.  Allah  təala  əməli  hökmlərin 
təfsilatında  bizə  qəti  dəlillərdən  istifadə  etməyi  zəruri  buyur-
mayıb.  Deməli,  zənn  ifadə  edən  dəlillər  əsasında  çıxarılan 
hökmlər  vardır.  
Qeyd  etmək  lazımdır  ki,  səhih  “ahad”  hədislər,  təsdiqləyici 
amillər  (qərain)  olarsa,  zənn  ifadə  edən  hədislər  kateqo-
riyasından  çıxır,  səhihliyi  qəti  hədislər  kateqoriyasına  və  ya              
ona  yaxın  kateqoriyaya  daxil  olur.  Bəlkə  də,  bu  hal  hər  iki 
kitabdakı  hədislərin  bir  çoxuna  tətbiq  edilmişdir.  Amma  bu                
halı  ümumilikdə  bütün  hədislərə  şamil  etmək  mümkün  de-            
yildir.  
                                                 

  Mühəqqiq  (ərəb.  araşdıran,  tədqiq  edən):  bir  mövzuya  aid  müxtəlif 
məlumatları,  dəlilləri  araşdıran,  müqayisə  aparıb  doğru  nəticəyə  gələn                 
alim – tərcüməçinin qeydi


324 
 
Deyilənlərdən  aydın  olur  ki,  hətta  istinadı  səhih  hədisləri            
belə,  mətnin  tənqidi  meyarları  əsasında  nəzərdən  keçirmək 
lazımdır.  “Mütəvatir”  hədislər  kateqoriyasına  daxil  olma-                     
yan,  təsdiqləyici  amillərə  uymayan,  özü  də  zənn  yolu  ilə  səhih 
qəbul  edilən  “ahad”  hədislərin  səhihliyi  qəti  deyildir.  Belə 
hədislər,  hətta  Buxari  və  Müslimin  “Səhih”lərində  mövcud               
olsa  da,  qayda  dəyişmir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə