P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə85/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   81   82   83   84   85   86   87   88   ...   103

306 
 
Dini-mədəni  və  ictimai  əhəmiyyəti  olmuş  bu  memarlıq 
abidələrinin  tikilməsində  Misirin  payı  böyükdür. 
Misirli  şəxsiyyətlərin  tikdirdiyi  karvansara  və  xanəgahlar,                 
çox  güman  ki,  qadınlar  üçün  nəzərdə  tutulmuşdur.  Məsə-                   
lən,  Məlik  Kamil  Məhəmmədin  qızı  Xanım  Fatimənin  1252-                
ci  ildə  Dəməşqdə  inşa  etdirdiyi  xanəgahın  kitabəsində  yazı-                
lıb:  “Bu  xanəgahı  Ədalətli  Məlik  Məhəmməd  ibn  Adil  ibn 
Əbubəkr  ibn  Əyyubun  qızı  Fatimə  orada  daldalanacaq                  
yoxsul  qadınlara  vəqf  olaraq  bağışlamışdır.  Bağışlamışdır  ki, 
orada  beş  vaxt  namaz  qılıb  gecələsinlər”.  
Tarix  bunu  təsdiqləmişdir. 
Məhz  bu  xanım  xalqın  qız  övladlarını  düşünmüş,  dalda-
lanmaları  və  savadlanmaları  üçün  xanəgah  və  karvansara-
ibadətgahlar  tikdirmişdir.  Bu  tikililər  qadınları  himayə  evləri 
qəbilindəndir.  Baxaq  görək  bu  xanım  Misirdə  nələri  inşa  et-            
dirib:  
əl-Qərafət  əl-Kübra  (Böyük  qəbiristanlıq)  adlanan  yerdə             
vaxtı  ilə  bir  neçə  ev  yerləşirdi.  Deyilənə  görə,  bu  evlərdən                    
biri  karvansara-ibadətgah  idi.  Formaca  Peyğəmbərin  həyat  yol-
daşlarının  evlərinə  oxşayırdı.  Yaşlı,  dul  və  tənha  qadınların 
yaşamağı  üçün  nəzərdə  tutulmuşdu.  Burada  yaşayanlara  aylıq 
məvacib  də  verilirdi.  Qadınlar  tez-tez  moizə  məclisləri  təşkil 
edirdilər. 
Nəzərə  alsaq  ki,  əl-Qərafət  əl-Kübrada  çoxlu  insan  məs-
kunlaşmışdı,  məscidlər,  köşklər  və  bostanlar  vardı,  misirlilərin, 
ələlxüsus  aylı  gecələrdə  istirahət  yerlərindən  biri  sayılırdı,           
deməli,  orada  çoxlu  karvansara-ibadətgahlar  da  inşa  edil-             
mişdi.  “Bint  əl-Xəvvas”  və  “əl-Əşraf”  karvansara-ibadətgahları 


307 
 
buna  misaldır.  Sonuncunu  Əbubəkr  Məhəmməd  ibn  Əli  əl-
Madirai  tikdirmiş,  şəriflər

  nəslindən  gələn  qadınlara  bağış-
lamışdı.  
Qadınlar  əl-Qərafət  əl-Kübra  ərazisində  dul  və  yoxsul 
qadınların  yaşamağı  üçün  karvansara-ibadətgahlar  tikdirmiş-
dilər.  Bəzilərini  qeyd  edək: 
1.  “Riyaz”  karvansara-ibadətgahı
.  əl-Hafiz  Lidinillahın 
qadın-mirzəsi  Xanım  Riyaz  tərəfindən  eyniadlı  məscidin  ya-
nında  tənha  qadınların  yaşamağı  üçün  inşa  etdirilmişdir.  
2.  “Hicaziyyə”  karvansara-ibadətgahı
.  Vəzir  Əli  ibn  Əh- 
məd  əl-Cürcainin  kənizi  Xanım  Fövz  tərəfindən  özünün                  
adını  daşıyan  məscidin  yanında  tikdirilmişdir.  Xanım  Fövz               
onu  moizəçi-qadın  Ümmülxeyir  əl-Hicaziyyəyə  vəqf  olaraq 
bağışlamışdır.  Ümmülxeyir  dövrünün  məşhur  moizəçilərin-              
dən  sayılırdı.  Bu  xeyriyyəçi  qadın  1024-cü  ildə  Əmr  ibn  As 
camesində  dərs  demiş,  moizə  oxumuşdur.  Habelə,  “Hicaziy-               
yə”  karvansara-ibadətgahında  yaşayan  qadınlara  savad  öyrət-
mişdir.  
3.  “Əndəlüs”  karvansara-ibadətgahı
.  Fatimi  xəlifəsi  əl-            
Amir  bi-Əhkamillahın  qızı  Xanım  Ələm  əl-Amiriyyə  Ümm 
tərəfindən  öz  adına  olan  məscidin  yanında  yaşlı,  dul  və  tən-                 
ha  qadınlar  üçün  inşa  etdirilib.  Bu  xanım  xeyirxah  əməlləri                  
ilə  tanınmışdı.  Yaşlı  insanlara  çoxlu  sədəqə  dağıdarmış.  
4.  “Bağdadiyyə”  karvansara-ibadətgahı
.  Bu  karvansara 
“Bəybars  Caşangir”  xanəgahı  istiqamətində  “Dərbi-əsfər”  de- 
                                                 

  Şərif:  Həzrəti  Həsənin  nəslindən  olub  Peyğəmbərlə  qohumluğu  ça- 
tanlara verilən ad – tərcüməçinin qeydi. 


308 
 
yilən  yerdə  yerləşirdi.  Onu  1285-ci  ildə  Məlik  Zahir  Bəy-               
barsın  qızı  Xanım  Təzkar  Bəyxatun  inşa  etdirmiş,  “Bağdadiyyə 
qızı”  adı  ilə  tanınan  mömin  qadın  Zeynəb  bint  Əbülbərəka-                  
ta  bağışlamışdı.  Xanım  Zeynəb  və  bir  çox  xeyriyyəçi  qadın                     
bu  ibadətgahda  məskunlaşmışdılar.  Xanım  Təzkar  onlara                  
aylıq  məvacib  təyin  etmişdi.  
Bu  karvansara-ibadətgahın  rəhbəri  savadlı  xanımlardan  se-
çilirdi.  Onlar  orada  yaşayan  qadınların  təlim-tərbiyəsi  ilə               
məşğul  olurdular.  Bu  qadınlardan  biri  də  dövrünün  xa- 
nımlarının  böyüyü  İmam  Zeynəb  bint  Abbas  əl-Bağdadiyyə                
idi.  Dərin  biliyə  sahib  bu  mömin  və  ixlaslı  qadın  fiqhi  yaxşı                 
bilir,  yaxşılığa  çağırıb,  pisliklərdən  çəkindirirdi.  İmam  Zeynəb 
Şeyx  Təqiyyəddin  ibn  Teymiyyənin  dərslərində  iştirak  et-                 
miş,  ondan  çox  şey  öyrənmişdi.  Şeyxülislam  ibn  Teymiyyə                 
onu  “elm  və  fəzilət  sahibi”  adlandırmışdı.  İbn  Teymiyyə                
çoxlu  sualları  və  iti  dərrakəsinə  görə  ona  xüsusi  vaxtlarda               
ayrıca  dərs  keçərmiş.  
Bir  çox  fəzilətli  qadın  Xanım  Zeynəbin  yanında  Quranı 
oxuyub  başa  vurmuşdu.  Misirli  və  Dəməşqli  qadınlar  onun 
elmindən  çox  bəhrələnmişdilər.  
Bu  karvansara-ibadətgahın  rəhbəri  olmuş  qadınları  “Bağda-
diyyə”  deyə  çağırırdılar.  
Sözügedən  karvansara-ibadətgah  boşanmış,  ya  da  növbəti  
dəfə  evlənmək  üçün  müddət  gözləyən  qadınları  himayə              
məqsədi  daşıyırdı.  Onun  qalıqları  1946-cı  ilin  sentyabr  ayı-            
nadək  dururdu.  Bir  küncündə  iki  qübbə  karnizinin  qalıqları                 
da  vardı.  Karnizin  üstündə  gips  naxışlar  görünürdü.  Vəqf-                    
lər  Nazirliyi  bu  ibadətgahı  başqa  bir  tikili  ilə  dəyiş-düyüş                  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə