P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə83/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   79   80   81   82   83   84   85   86   ...   103

298 
 
Lakin  özlərini  dindar  kimi  qələmə  verən  daş  qafalılar  iddia  
edirlər  ki,  qadın  bunun  üçün  yaradılmayıb(!)  Sanki  o,  erkək-             
lər  (ayğırlar)  üçün  yataq  olmaqdan  savayı  işə  yaramır! 
Şəmsüzzüha  bu  sahədə  tək  deyildi.  “Seçilmiş  alim”  adını 
qazanmış  Zöv`üssəbah  bint  əl-Mübarək  əl-Bağdadiyyə                   
də  alim-qadınlardan  hesab  olunurdu.  Davamlı  Quran  oxumağı   
ilə  məşhur  olan  Zöv`üssəbah  öz  ibadətgahında  (ribat)  öyüd-
nəsihət  məclisləri  qurarmış.  Şeyx  əbu  ən-Nəcib  əs-Sührəvərdi             
ilə  evli  idi.  
Əbu  Sə`d  əs-Səm`ani  ondan  hədis  rəvayət  etmiş  alim-
lərdəndir. 
Mühəddis-qadınlardan  biri  də  Səlcuqluların  vəziri  Nizam-
ülmülkün  oğlu  Süleyman  ibn  Əhmədin  qızı  Bilqeysdir.  Hicri 
517-ci  ildə  İsfahanda  doğulmuş,  592-ci  ildə  vəfat  etmişdir.              
Həm  kişi,  həm  də  qadın  müəllimlərdən  (şeyxlərdən)  dərs 
almışdır.  Bir  qrup  alim  onun  dərslərində  iştirak  etmişdir.  Ona 
istinadən  hədis  rəvayət  etmiş  alimlərə  Yusif  ibn  Xəlil  və 
başqalarını  göstərə  bilərik.  
Bu  sadalamanı  dayandırıb,  məsələyə  başqa  tərəfdən  toxu-            
naq. 
 
 


299 
 
 
 
“O bizə şəhadətnamə (icazət)
∗∗∗∗
 verib” 
 
 
Məscidlərdə  moizə  oxuduğum  zaman  Hafiz  əl-Münziri-                
nin  “Rəğbətləndirmə  və  çəkindirmə”  (ət-Tərğib  vət-Tərhib
kitabından  çox  faydalanmışam.  
Allah  rəhmət  etsin,  elə  bir  mövzu  yoxdur  ki,  müəllif  aidiy-              
yəti  hədislərdən  iqtibas  gətirməsin.  Düzdür,  Münziri  səhih                     
və  “zəif”  hədisləri  açıq  şəkildə  bir-biri  ilə  qarışıq  salıb,  amma               
biz  varid  olmuş  hər  bir  hədisi  rəvayət  etdiyi  üçün  onu  üzr-                     
lü  saymalıyıq.  Müəllif  bunu  oxucunu  aldatmaq,  yaxud  da 
hədisləri  fərqləndirmədə  onu  aciz  buraxmaq  məqsədilə  et-
məmişdir... 
Münziri  hər  bir  hədisin  mənbəyini  göstərib.  Buxari  və 
Müslimin  rəvayət  etdikləri  hədisləri  qeyd  edərkən  “körpü”nü 
asanlıqla  adlamışdır.  Onlardan  qeyrilərinin  hədislərini  isə  diq-
qətlə  tənqid  etmiş,  sezdiyi  “zəifliy”i  açıb  göstərmişdir.  Bu 
məqsədlə  Münziri  ya  “rəvayət  olunub  ki,  ...”  ifadəsindən  isti-           
fadə  edir,  ya  da  müttəhim-ravinin  adını  çəkir! 
Amma  bir  çox  oxucu  səhih  və  “zəif”  hədislərə  fikir  ver-                 
mir,  oxuduqları  hər  bir  şeyi  rəvayət  edirlər.  
                                                 

  Müsəlman  dünyasında  Quran  və  hədis  elmlərində  ustadlıq  səviyyəsinə 
çatmış  şəxslərə  müəllimləri  “icazət”  adlandırılan  şəhadətnamə  verirdilər. 
Bununla  da,  həmin  şəxslər  Quranı  və  hədisləri  başqalarına  öyrətmək 
səlahiyyəti  qazanırdılar – tərcüməçinin qeydi.  


300 
 
Fikir  vermişəm  ki,  Münziri  “zəif”  hədislərə  “Səhih”lərdən 
gətirdiyi  qüvvətləndirici  dəlillər  əsasında  ehtiramla  yanaşıb. 
Məsələn,  “Cəhənnəm  alovu  bütpərəstlərdən  qabaq  fasiq  qa-   
reləri  əhatələyəcəkdir”  hədisini  götürək.  Əlbani  bu  hədisi               
qeyri-məqbul  sayıb,  uydurma  olduğunu  bildirib.  Münziriyə             
görə,  İmam  Müslimin  Qiyamət  günü  cəhənnəmə  atılacaq  ilk                
üç  şəxs  haqda  rəvayət  etdiyi  hədis  fasiq  qarelər  haqdakı  bu             
hədisi  təsdiqləyir.  Nə  olursa-olsun,  təhlükə  böyükdür.  Allah               
hər  iki  tədqiqatçıya  şükranlıq  ərz  etsin,  bizə  faydalı  elm 
ötürmüşlər... 
Hicri  altıncı  əsr  mühəddislərinin  tərcümeyi-hallarını  oxu-
duğumda  diqqətimi  Əbülbərəkat  əl-Bağdadinin  iki  bacısı  çə-              
kir.  Birincisinin  adı  Ümmülhəya  Həfsədir.  Mötəbər  və  təd-
qiqatçı  ravilərdən  olmuşdur.  Münziri  onun  barəsində  deyib:  
“O  bizə  hicri  608-ci  şəhadətnamə (icazət) verib”.  
Münziriyə  dərs  demiş  bu  xanım-alim  hicri  612-ci  ildə  vəfat 
etmişdir. 
Digər  bir  xanım  isə  Ümmi-Həbibə  əl-İsbəhaniyyə  Aişə               
bint  Hafiz  Müəmmər  ibn  əl-Faxir  əl-Qərəşiyyə  əl-Əb-
şəmiyyə
dir.  
Hafiz  əl-Münziri  yazır:  
“O,  insanlara  hədis  danışmışdır.  Bizə  şəhadətnamə  ver-           
mişdir.  Bu  şəhadətnaməni  o  bizim  üçün  hicri  606-cı  ilin  zül-         
qədə  ayında  İsfahandan  yazıb  göndərmişdir”. 
Bu  böyük  imam  heç  bir  narahatlıq  keçirmədən  bildirir                     
ki,  qadınlardan  savad  öyrənib.  Bu  qadınlar  ona  şəhadət-                 
namə  yazmış,  hədis  söyləmək  icazəsi  vermişlər... 


301 
 
Yuxarıda  adını  çəkdiyimiz  kitabı  mütaliə  edən  oxucu  eyni 
əsrdə  yaşamış  onlarla  alim  qadının  adları  ilə  rastlaşır.  Bu   
qadınlar  islam  araşdırmaları  sahəsində  söz  sahibi  olmuşlar... 
Hürrət  deyə  çağırılan  Zeynəb  bint  əş-Şə`raya  (hicri                   
524-615)  gəlincə,  İbn  Xəllikan  onun  haqqında  yazmışdı:  
“O  bizə  hicri  610-cu  ildə  şəhadətnamə  yazaraq  vermiş-                 
dir”. 
Təəccüblüdür,  böyük  tarixçi  və  hədisçilər  alim  təvazökar-                  
lığı  və  düzgünlüyü  ilə  qeyd  edirlər  ki,  elmi  məşhur  qadınlar-              
dan  öyrənmiş,  onların  qiymətləndirmə  və  mötəbərlik  şəha-
dətnamələrinə  layiq  görülmüşlər! 
Ümmətimizə  nə  baş  verib  ki,  meydan  həm  elm  öyrənən,               
həm  də  öyrədən  xanımlarsız  qalıb?  Tariximiz  elə  əsrlərin 
şahididir  ki,  gənc  qızların  məktəbə  getmələri  cinayət  sayılıb!  
Həm  məscidlər  abid  qadınlarsız  qalıb,  həm  də  qadınların 
məscidlərdə  namaz  qılmaları  şər  əməl  olaraq  qəbul  edilib! 
Ana  da  olsa,  həyat  yoldaşı  da  olsa  qadının  adını  çəkmək              
qeyri-adi  şeyə  çevrilib.  Qadınlar  dünyasına  tam  sükunət  çö-               
küb:  qadınların  adı  ötəri  söhbətlərdə  belə  çəkilmir;  hər                      
hansı  bir  məsələdə  qadının  adını  çəkən  şəxs:  “Çox  üzr  istə-              
yirəm,  məni  qınamayın”,  –  deyərək  üzrxahlıq  edir.  Mən  şəx-               
sən  bunu  bir  neçə  ölkədə  öz  gözlərimlə  görmüş,  qulaqlarımla 
eşitmişəm.  
Kəndimizdə  bir  əsrdir  ki,  qadınlar  evlərindən  bayıra  yal-                    
nız  bazardan  alış-veriş  etmək  üçün  çıxırdılar.  Tarlaya  da  ək-              
mək,  becərmək,  sulamaq  və  məhsul  toplamaq  üçün  ge-               
dirdilər.  Məscidlərdə  də  qadınlar  gözə  dəymirdi.  Cavanlıqda               
da,  qocalıqda  da  namazlarını  evlərində  qılırdılar.  Məscidə  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə