P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə86/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   82   83   84   85   86   87   88   89   ...   103

309 
 
etdi.  Yeni  sahibi  onu  dağıtdıraraq  yerində  yaşayış  evi  tikdir-                 
di.  Hal-hazırda  həmin  yerdə  Camaliyyə  məhəlləsi,  Dərbi-əsfər,     
18  ünvanı  olan  mənzil  yerləşir.  
5.  “Səncər  Sə`di”  karvansara-ibadətgahı
.  Məmlük  ordu 
başçısı  Əmir  Şəmsəddin  Səncər  Sə`di  tərəfindən  1315-ci  ildə 
tənha  və  dul  qadınların  yaşaması  üçün  tikdirilib.  Bu  tikili-
kompleksdən  yalnız  bir  giriş  hissəsi,  qübbə  və  minarə  qalıb.                  
Bu  qalıqlar  mühüm  tarixi  memarlıq  nümunəsi  hesab  olu-                 
nur.  
6.  “Ümmi-Ənuk”  xanəgahı
.  Qaytabay  səhrasında  yer-                 
ləşir.  1344-cü  ildə  Nasir  Məhəmməd  ibn  Qəlavunun  həyat 
yoldaşı  Xanım  Tuğay  Ümmi-Ənuk  tərəfindən  tikdirilib.  Çox 
güman  ki,  qadınlar  üçün  nəzərdə  tutulubmuş.  Məqrizi  ya-                    
zır:  “(Bu  xanəgah)  sufilər  və  qarelər  üçün  qurulmuşdu.  Vəqf 
olaraq  ona  çoxlu  bağışlamalar  edilmişdi.  Oradakı  hər  bir  qa-              
dın  üçün  maaş  kəsilmişdi”. 
Bu  xanəgahın  qalıqları  indi  də  durur.  Bu  qalıqlar  qübbə-               
dən,  eyvan  və  sufi  xəlvətgahının  bəzi  hissələrindən  ibarətdir.  
7.  “Eynalın  zövcəsi”  karvansara-ibadətgahı
.  Xərənfüş-                   
də  yerləşir.  Sultan  Eynalın  həyat  yoldaşı  Xəvənd  Zeynəb 
tərəfindən  dul  qadınların  yaşamağı  üçün  1455-ci  ildə  tikdi-
rilmişdir.  Vəqf  olaraq  bu  xanəgaha  çoxlu  bağışlamalar  edil-            
mişdi.  
Bu  tikili  indi  də  olduğu  kimi  durur.  İki  böyük  eyvandan 
(zaldan)  ibarətdir.  Onlardan  şərqdə  mehrab  yerləşir.  Həyətin 
ətrafında  və  qərb  istiqamətindəki  eyvanın  üstündə  qadınların 
qalmağı  üçün  otaqlar  vardır.  Otaq  və  zalların  çölə  baxan  pən-
cərələri  yoxdur.  Görünür,  memar  onu  xəlvətgah  formasında 


310 
 
tikmiş,  içəri  ilə  çölü  əlaqələndirmək  üçün  təkcə  bir  qapı 
qoymuşdur.  Bu  qapıdan  sonra  uzun  dəhliz  gəlir.  Dəhlizdə              
çoxlu  girinti-çıxıntılar  vardır.  
Qadınları  himayə  evləri  osmanlılar  zamanında  vəqf  ba-
ğışlamaları  dayananadək  öz  fəaliyyətini  davam  etdirmişdir.              
Daha  sonra  baxımsız  qalmış,  uçub-dağılmışdır.  Amma  buna 
rəğmən  biz  Osmanlılar  zamanında  da,  hətta  yaxın  keçmişə-               
dək  öz  həmcinslərinə  qayğı  göstərmiş,  onların  təlim-tərbi-                 
yəsi  ilə  maraqlanmış  xanımların  şahidi  oluruq.  Onlar  digər 
qadınları  miras  və  vəqflərinə  ortaq  tuturdular  ki,  bunun  da 
qadınları  himayə  işində  müsbət  rolu  olmuşdur. 
Son  əsrlərdə  qadınların  sosial  fəaliyyəti  sıfır  həddinə  düş-
müşdür;  yaşadığımız  dövrdə  bu  fəaliyyəti  beşiyindəcə  boğ-              
mağı  Sünnəni  dirçəldib  haqq  yola  qayıtmaq  hesab  edən 
“qəhrəmanlar”  tapılmışdır.  Nə  edək,  hərə  bir  ağılın  sahibidir! 
 
 


311 
 
 
 
Əzhərdə təhsil və şəriətin mənbələri 
 
 
Ustad  Məhəmməd  əbu  Şəhbə  ilə  tez-tez  görüşürdüm.                    
Allah  rəhmət  etsin,  Ustad  “Məkkə”  radiosunda  Buxarinin 
“Səhih”ini  böyük  ustalıqla  şərh  edirdi.  Dərin  biliyi,  bəlağətli             
nitqi  vardı. 
Bir  gün  onu  hirslənmiş  gördüm.  Soruşdum:  “Nə  olub,  səni 
həyəcanlı  görürəm”.  Dedi:  “Filankəsi  görmürsənmi,  “Əgər 
birinizin  qabına  milçək  düşərsə,  ...”  hədisinə
1
 şübhə  ilə  ya-              
naşır.  Məgər  bu  hədis  səhih  deyil?!” 
Dedim:  “Mən  bu  barədə  bioloqların  söylədiklərini  oxu- 
muşam.  Onların  söylədiklərində  nə  təsdiq,  nə  də  təkzib  var-                
dır.  Milçəyin  bir  qanadında  xəstəlik,  digərində  də  dərman  
daşıyan  həşərat  olduğunu  nə  təsdiqləyir,  nə  də  təkzib  edir-                  
lər.  İstədiklərini  araşdırsınlar.  Hədis  isə,  bizə  görə,  hökmündə 
qalır.  Əgər  milçəyin  qanadlarında  xəstəlik  və  zərdabının  ol-
duğunu  sübut  edərlərsə,  nə  yaxşı!  Əks  halda,  onlara  yəqinlik  
ifadə  etməyən  çalışmalar,  bizə  də  zənn  ifadə  edən  hədis  qa-               
lar”. 
Nəticə  müsbət  də,  mənfi  də  olsa,  islamın  nə  “sütun”ları 
laxlayar,  nə  də  ki “eyvan”ı  uçar... 
                                                 
1
 Hədisi  İmam  Buxari,  Əbu  Davud  və  İbn  Macə  rəvayət  etmişlər.  


312 
 
Mühüm  olan  şey  yəqinlik  ifadə  edən  biliklərdir  (hədis- 
lərdir...).  Amma  Ustad  –  Allah  rəhmət  etsin!  –  hey  deyirdi                     
ki,  “ahad”  hədislər  yəqinlik  ifadə  edir!  
Öz-özümə  soruşdum:  “Əzhərdə  bunumu  bizə  öyrədiblər? 
Hədis  elmlərindən  dərs  deyən  müəllimlərimiz  bizi  aldatmış-
larmı?” 
Böyük  imam,  Ustad  Mahmud  Şəltut  “İslam  –  etiqad  və               
şəriət  kimi”  kitabında  zənn  və  yəqinin  fərqli  tərəflərinə  ayrıca  
fəsil  ayırmışdır.  Alim  yazırdı:  
“Madam  ki,  əqidə  məsələləri  üçün  istinadı  və  mənasında                
qəti  sayılan  hədislər  şərtdir,  onda  hansı  hədislərin  yəqin, 
hansılarının  da  zənn  ifadə  etdiyini  müəyyənləşdirən  prin-              
sipləri  aydınlaşdırmaq  lazımdır. 
Bu  məqamda  diqqətəlayiq  cəhət  budur  ki,  hədislər  həm 
deyilmə  (istinad),  həm  də  məna  baxımından  zənn  ifadə  edə             
bilir.  Əgər  hədisin  Peyğəmbər 
(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  tə- 
rəfindən  deyilməsində  bir  şübhə  varsa,  onda  bu  hədis  “istina-              
dı  zənn  ifadə  edən”  hədislər  (əhadis  zənniyyət  əl-vürud
kateqoriyasına  aiddir.  Mənasında  (məzmununda)  ehtimallı 
məqamların  olduğu  hədislər  də  “mənası  zənn  ifadə  edən” 
hədislərdən  (əhadis  zənniyət  əd-dəlalət)  sayılır.  Deməli,  belə 
hədislərin  həm  Peyğəmbər  tərəfindən  deyilməsində  şübhə  
vardır,  həm  də  mənası  ehtimal  ifadə  edir;  odur  ki,  bu  cür   
hədislər  deyilişi  və  mənasında  zənn  olan  hədislər  kateqori-           
yasına  daxildir. 
Əgər  hər  hansı  bir  hədis  deyilmə  və  məna  baxımından                  
zənn  ifadə  edirsə,  bu  və  ya  digər  əqidə  mövzusu  üçün  dəlil-             


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə