P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə87/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   83   84   85   86   87   88   89   90   ...   103

313 
 
sübut  ola  bilməz.  Əqidə  mövzuları  üçün  dəlil  rolunu  oyna-            
yacaq  hədislər  deyilməsi  və  mənası  qəti  hədislərdir. 
Hədislərin  deyilməsində  (istinadında)  yəqinlik  və  zənnin                
nə  ilə  şərtləşdiyini  aydınlaşdırmaq  üçün  alimlərin  “ahad”  və 
“təvatür”  anlayışları  haqda  dediklərini  öyrənməliyik.  Onların 
söylədikləri  həqiqətə  çatmaq  istəyənlərin  yolunu  işıqlandı-
racaqdır.  
Alimlər  hədisləri  iki  yerə  bölmüşlər:  mütəvatir  və  ahad. 
Mütəvatirlik  o  deməkdir  ki,  hər  hansı  bır  hədisi  rəvayət   
edənlərin  sayı  o  dərəcədə  çoxdur  ki,  onların  yalan  söyləmək             
üçün  gizlicə  razılaşmaları  mümkün  deyil.  Özü  də  bu  hal 
rəvayətçilərin  bütün:  ilk,  orta  və  sonuncu  “halqa”ları  üçün  
şərtdir.  Bir  hədis  o  halda  “mütəvatir”  sayılır  ki,  onu  Pey-
ğəmbərdən
  (Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  başlanğıcda  bir  qrup      
dürüst  şəxs  rəvayət  edir,  sonra  da  bu  nəqletmə  “onlardan  da    
eyni  cür  olanları,  onlardan  da  eyni  cür  olanları...”  silsiləsi                        
ilə  davam  edir.  Və  bu  minvalla,  hədis  bizə  gəlib  çatır.  Bir                   
sözlə,  “mütəvatir”  hədis  çoxun  çoxa  rəvayətidir. 
Bəzi  üsulşünaslar  demişlər:  
“Mütəvatir”  hədis  o  hədisdir  ki,  Peyğəmbərdən
  (Ona  Allahın  xeyir-                
duası  və  salamı  olsun!)
  bizə  rəvayət  zəncirində  heç  bir  şübhə  olmadan            
gəlib  çatsın;  şübhədən  o  dərəcədə  xali  olsun  ki,  sanki  onun 
deyilməsini  gözümüzlə  görmüş,  qulağımızla  da  eşitmişik.  Bu-     
nun  üçün  hədisin  ravilərinin  sayı  həm  çox  olmalı,  həm  də             
onların  yalan  danışmaq  üçün  gizlicə  razılaşmaqları  qeyri-
mümkün  görünməlidir.  Bu  ravilərin  yalan  danışmaq  üçün               
gizlicə  razılaşmaqları  ona  görə  mümkün  deyil  ki,  əvvəla,  say-              
ları  çoxdur,  ikincisi,  ədalətlidirlər,  üçüncüsü  də,  müxtəlif  yer- 


314 
 
lərdə  yaşayırlar.  Habelə,  hədisin  ilk,  orta  və  sonuncu  rəva- 
yətçiləri  də  bu  cür  keyfiyyətlərə  sahib  olmalıdırlar.  Məsələn, 
beşvaxt  namaz,  rükətlərin  sayı,  zəkatın  miqdarı  haqda  bizə                
gəlib  çatmış  hədislər  “mütəvatir”dir”. 
 
 


315 
 
 
 
“Ahad” hədislər yəqin bilik ifadə etmir 
 
 
Peyğəmbər
  (Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  tərəfindən  deyilməsi 
isbatlandığı  üçün  “mütəvatir”  hədislər  yəqin  bilik  ifadə  edir.               
Əgər  hədisi  yalnız  bir  nəfər  və  ya  ravilərin  bəzi  silsilələrində                  
bir  neçə  şəxs  rəvayət  etmişsə,  bu  hədis  “ahad”  adlanır.  De-                 
məli,  Peyğəmbər 
(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  tərəfindən  deyilmə-                
si  şübhəli  göründüyü  üçün  belə  hədislər  “mütəvatir”  deyildir. 
“Ahad”  hədislərin  Peyğəmbərədək  uzanan  rəvayət  “zən-               
cir”ində  şübhə  vardır  ki,  bu  səbəbdən  onlar  yəqinlik  ifadə 
etmirlər.  Bəli,  alimlər  bu  cür  düşünürlər.  Dörd  İmam:                        
İmam  Malik,  İmam  Əbu  Hənifə,  İmam  Şafei  və  İmam  Əhməd  
ibn  Hənbəl  də  belələrindəndir.  Düzdür,  bir  rəvayətə  görə, 
Əhməd  ibn  Hənbəl  “ahad”  hədislərin  yəqinlik  ifadə  etmə-                
diyini  bildirsə  də,  digər  rəvayətdə  bunun  əksi  iddia  edilir. 
“Müsəlləm  əs-Sübut”  kitabının  şərhçisi

  deyib: 
“Bu  iddia  onun  kimisindən  çox  uzaqdır  (Belə  şeyi  Əh-                    
məd  ibn  Hənbəl  söyləməz).  Çünki  belə  bir  şeyi  iddia  etmək           
açıq-aşkar  yekəxanalıqdır”.  
Bəzdəvi  deyib:  
“Yəqin  bilik  iddiasına  (“ahad”  hədislərin  yəqinlik  ifadə  et-           
məsi  iddiasından  söhbət  gedir  –  mütərcim)  gəlincə,  bu,  heç 
şübhəsiz,  puç  iddiadır.  Və  həqiqət  bunu  qəbul  etmir.                       
                                                 

 İbn Nizaməddin əl-Ənsari – tərcüməçinin qeydi.  


316 
 
“Ahad”  hədisdə  mümkün  ehtimal  vardır,  deməli,  yəqin  de-             
yildir.  Çünki  ehtimal  yəqinlik  ifadə  etmir.  Bunu  kim  inkar  
edərsə,  axmaqdır,  ağlı  da  cılızdır”. 
Əbu Hamid əl-Qəzali deyib:  
“Ahad”  hədis  elm  (bilik)  ifadə  etmir  ki,  bu  da  zəruri  ola-                 
raq  məlumdur.  Onun  (“ahad”  hədisin)  elmi  vacib  qılmağı              
haqda  hədisçilərin  söylədiklərinə  gəlincə,  görünür,  onlar                 
bunu  nəzərdə  tutmuşlar:  zənn  elm  (bilik)  adlandırıldığı  üçün 
“ahad”  hədislər  (onlara)  “əməl  etməy”in  vacibliyi  səbəbin-               
dən  elm  (bilik)  ifadə  edir.  Odur  ki,  onların  bəzisi  deyib:               
“Ahad”  hədis  zahiri  elm  (bilik)  hasil  edir”.  Burada  onlar  el-               
min  zahiri  və  ya  batini  olduğunu  demək  istəməmişlər;  ək-                 
sinə,  demək  istəmişlər  ki,  elm  (bilik)  zənn  ifadə  edir.  Biz  də 
deyirik  ki,  dinin  törəmə  məsələlərində  (füruat)  zənni  əsas 
götürmək  caizdir”. 
Əsnəvi  deyib:  
“Sünnəyə  (hədislərə  –  mütərcim)  gəlincə,  ondan  “ahad” 
sayılanlar  ancaq  zənn  ifadə  edir”. 
İzahlarının  birində  Bəzdəvi  yazır: 
“Ahad”  hədis  elm  (bilik)  ifadə  etmir.  Yəqinlik  ifadə  etmə-             
diyi  üçün  “ahad”  hədislər  etiqadla  bağlı  işlərdə  dəlil  sayıla            
bilməz.  Çünki  etiqad  məsələləri  yəqinliyə  əsaslanır.  “Ahad” 
hədislər  yalnız  “əməletmə”  məsələlərində  dəlil  sayıla  bilər”. 
Əsnəvi deyib: 
“Ahad”  hədislər  ancaq  zənn  ifadə  edir.  Şəriətqoyan  (Allah               
və  Peyğəmbər)  yalnız  “əməletmə”  məsələlərində  zənnə  əsas-
lanmağımıza  icazə  verib.  Bu  məsələlər  də  törəmə  məsələ-              


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə